İki rayonda narazılıq yüksək həddədir - İDDİA
Tarix: 23-06-2020, 11:07 |
Çap et
DİA.AZ: - 2000-ci ildən fəaliyyətdə olan "Söz" Analitik Araşdırma Bürosu vətəndaşlar arasında sorğu keçirib. DİA.AZ-a göndərilən məlumatda qeyd olunur ki, 14 rayonda keçirilən sorğuda sakinlərin yerli məmurlara münasibətinin öyrənilməsi qəsd edilib. Qurumdan bildirilir ki, təzminən 3000-ə yaxın respondent arasında keçirilən sorğuda daha çox iki rayonun icra başçısından narazılıqlar xüsusi olaraq diqqət çəkib.
diaaz.space-a daxil olan məlumatda deyilir: "Yaxın günlərdə sorğumuzla bağlı daha geniş bilgiləri təqdim edəcəyik. Amma ilkin olaraq açıqlayırıq ki, Qusar və Şəmkir rayonlarının icra başçıları bu gün daha çox narazılıq yaratmaları ilə diqqətə gəlməkdədir".
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin.