Lənkəran, Şəmkir və Astaranın icra başçısı dəyişdirilir - Köhnə eşalona yaxın olanlar...
Tarix: 5-12-2019, 11:25 |
Çap et
DİA.AZ: - Dünən Prezident İlham Əliyev Hacıqabul rayon icra hakimiyyətinin başçısı postunda dəyişiklik etməklə yanaşı, Naftalan şəhərinə də yeni rəhbər göndərdi. Qeyd edək ki, dəyişikliklərin davamlı olacağını Prezident son xitabnda da qeyd edib və bu barədə əldə etdiyimiz məlumatları diaaz.space olaraq bizlər də diqqətinizə çatdırmaqdayıq.
Redaksiyamıza daxil olan son informasiyalardan isə aydın olur ki, yaxın vaxtlarda daha üç rayonun rəhbərliyinin yenilənməsi gözlənilir.
Bu barədə DİA.AZ-a danışan mənbənin iddialarına görə, Lənkəran, Şəmkir və Astaranın icra başçısı postlarında dəyişiklik olacaq.
Mənbə iddia edir ki, hər üç rayon rəhbəri köhnə hakimiyyət eşalonuna daha yaxın hesab edilməkdədir.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...