"Ömrümüzü dedi qodulardan uzaq yaşayaq" .....                     Yalnış laboratoriya diaqnozları ilə "müalicə" olunan QHT sədri MÜRACİƏT ETDİ .....                     Atəşkəsin pozulmasında kənar qüvvələrin rolu var .....                     Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı .....                     Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb .....                     Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar .....                     Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb .....                     Biri-birini təkzib edən açıqlamalar: .....                     "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, .....                     Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı .....                     Sülh olmasa, müharibə başlaya bilərmi? .....                     Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir .....                     Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR .....                     Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü .....                     İki ölkəni hədəf alan plan Bakıda məhv edildi .....                     “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib .....                     Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir .....                     Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib .....                     Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir .....                     Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı .....                     Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər .....                     Moskvanın “ölüm səssizliyi”... .....                     "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." .....                     Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib .....                     İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? .....                     Türkiyə 2 min km mənzilli raket istehsal edib .....                     Bu şirkət icarə xidmətindən 1,5 milyon manat .....                     Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... .....                     Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir .....                     Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? .....                     Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi .....                     Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... .....                     Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb .....                     "Mən ailəmin çörəyindən kəsib, odun alıram" .....                     “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" .....                     AYNA-dan qulaqardı YANAŞMA .....                     Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? .....                     Vüqar Qurbanov onu baş həkim təyin etdi .....                     ABŞ-dan Bakıya gözlənilən məktub: .....                     Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu .....                 

"Evinin sahəsi az olan köçmək istəmir" - GİLEY
Tarix: 10-01-2018, 10:31 | Çap et
"Evinin sahəsi az olan köçmək istəmir"
Bakının “Sovetski” kimi tanınan məhəlləsində 2014-cü ildən etibarən başlanan köçürmə işlərinin artıq ikinci mərhələsi başlanır. Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Köçürmə Komissiyasının sədri Səməd İslamov APA-ya açıqlamasında bildirib ki, 2018-ci ilin yanvarından Bakının “Sovetski” kimi tanınan məhəlləsindən növbəti köçürülmə prosesinə start veriləcək.

Onun bildirməsinə görə, yeni mərhələdə köçürmə işləri ilə bağlı sənədləşdirmə işləri aparılır. Daha 2 min evin köçürülməsi prosesi həyata keçiriləcək.

“Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Bildirilib ki, bəzi ailələr verilən kompensasiyanın məbləğinə etiraz edərək dirəniş göstəriblər. Həmin ərazidə hər kvadratmetrə 1500 manat ödənildiyi də icra hakimiyyəti tərəfindən söylənilib.

“Yeni Müsavat”ın əməkdaşı olaraq “Sovetski” ərazisində olub, aparılan işlərlə maraqlandıq. Müşahidə etdik ki, hazırda ərazidə çoxsaylı ustalar, texnikalar çalışır, qızğın iş gedir. Lakin söylənildiyi kimi, söküntü deyil, tikinti işləri aparılır. Belə ki, ötən il boşaldılan 26 hektarlıq park və yaşıllıq salınması üçün nəzərdə tutulan ərazinin ətrafına dəmir hasar çəkilib, tikinti ilə bağlı bütün təhlükəsizlik tədbirləri nəzərə alınıb. Ərazidə texnikalar işləyir, kanalizasiya sistemi çəkilir və digər bu kimi müvafiq tikinti işləri görülür. Orada çalışan ustalar bildirdilər ki, ilin sonuna qədər tikintilərin tam başa çatacağı gözlənilir. Plana görə ümumilikdə 6 kilometrdən çox olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri aparılmalıdır. Həmin küçələrə Balababa Məcidov, Abdulla Şaiq, Mirzağa Əliyev, Füzuli küçəsinin davamı və Nəriman Nərimanov küçələri daxildir. Hazırda isə bu küçələrin əksəriyyətində piyadaların hərəkəti üçün səki belə mövcud deyil. Mirzağa Əliyev küçəsində isə ümumiyyətlə, iki avtomobil yan-yana hərəkət edə bilmir. Belə bir şəraitdən sakinlər də narazıdırlar və köçürüləcəkləri günü gözləyirlər. Söhbət etdiyimiz Mirzağa Əliyev küçəsinin sakinləri bildirdilər ki, onların mənzillərini iki-üç il bundan öncə ölçüblər: “Doğrusu, bizə 2015-ci ilin sentyabr ayında deyirdilər ki, qışa kimi bu ərazilər söküləcək. Əvvəl deyirdilər ki, bu əraziləri ərəblər alıblar və hansısa obyektlər tikəcəklər. Camaat da sevinirdi ki, ərəblər alıbsa, yəqin kompensasiya da yaxşı olacaq. Həmin ərəfələrdə Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri gəlib, mənzilləri ölçdülər. Bildirdilər ki, kvadrata 1500 manat kompensasiya ödəyəcəklər. 2016-cı ildə də deyirdilər ki, payızda buralar söküləcək. 2017-ci il başlayanda dedilər ki, yazda burada bir dənə də ev qalmayacaq. Kirayə qalanların da hamısı başqa evlərə köçdülər ki, ərazi sökülür. İndi də 2018-ci ildir və deyilənə görə, bu ayın axırına qədər bizə konkret söz deyəcəklər”.

Sakinlərlə söhbətimiz zamanı onlar kompensasiyanın azlığından da şikayətləndilər. Söylədilər ki, tikinti materialları bazarında qiymətlər 2014-cü ildəki kimi deyil, bahalaşıb. Ona görə də ən azı 2 min manat kompensasiyanın verilməsi arzusundadırlar.

Plana görə, ikinci mərhələdə Nərimanov prospektindən yuxarı, İsmayıl Qutqaşınlı küçəsinə qədər olan hissə köçürüləcək. Üçüncü mərhələ isə köçürülmə Murtuza Muxtarov və Nərimanov prospektini, Süleyman Tağızadə küçələrinədək olan ərazini əhatə edəcək.

Hazırda “Sovetski”nin söküntü aparılmayan hissələrində yaşam normal qaydada davam edir. İşlərin aparıldığı əraziyə yaxın yerləşən Çingiz Mustafayev küçəsinin bir hissəsində söküntü aparılsa da, digər hissələrdə sakinlər gözləmə mövqeyindədirlər. Bildirdilər ki, yaxınlıqda tikinti başlanan zamanlarda kommunal xətlərində ciddi problemlər olurdu. Hazırda isə bu barədə problem yoxdur. Küçənin 74 yaşlı sakini Əzizağa Qəmbərov bildirdi ki, onlara konkret söz deyən yoxdur: “Axşam məhəllədə elə bu barədə söhbət edirdik. Hələ camaat bilmir ki, hansı küçəni sökəcəklər. Süleyman Rəhimov küçəsinin camaatı deyir ki, bizim küçəni sökəcəklər, bizimkilər də hesab edir ki, söküntü onlar tərəfdən başlayacaq. Ona görə də biz ikinci mərhələnin başlanmasından, işlərin necə gedəcəyindən məlumatsızıq. Ancaq eşitmişik ki, bu ayın axırına qədər nə isə deyiləcək. Başçını da çıxarıblar, daha əvvəlki kimi buralara gedib-gələn də yoxdur. İbrahim Mehdiyev başçı olanda, tez-tez gəlirdi söküntü aparılan yerlərə. Kim evindən çıxmaq istəmirdisə, kompensasiya ilə razılaşmırdısa, onu qışqırda-qışqırda evindən çıxarırdılar, evini də sökürdülər. Bizi də yəqin ki, elə günlər gözləyir. Evinin sahəsi az olan köçmək istəmir. Ev balaca olsa da şəhərin mərkəzindədir. Aşağı düşürük, istədiyimiz idarəyə 10 dəqiqəyə çatırıq. Sizə deyim ki, bu dəqiqə Qobunun əksəriyyəti ”Sovetski" camaatıdır. Evini söküblər, kvadratı az olduğu üçün kompensasiyanı da az alıb, məcbur qalıb Qobuda ev tikib. Sahəsi böyük evdə yaşayanlar üçün fərqi yoxdur. Bir qisim də evini kirayə verənlərdir burada. Onlar da söküntü işləri ilə maraqlanmırlar".

Onu da qeyd edək ki, Yasamalın keçmiş icra başçısı İbrahim Mehdiyev prezidentin sərəncamı ilə 1 iyul 2017-ci ildə vəzifəsindən azad edilib. Yasamal rayonu artıq 6 aydır ki, icra başçısız qalıb. İbrahim Mehdiyev yuxarıda qeyd etdiyimiz Çingiz Mustafayev küçəsində yerləşən “Hacı Cavad” məscidinin sökülməsini “özbaşına həyata keçirdiyinə görə” vəzifəsindən azad edilib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ömrümüzü dedi qodulardan uzaq yaşayaq"
Bu gün, 02:00
Yalnış laboratoriya diaqnozları ilə "müalicə" olunan QHT sədri MÜRACİƏT ETDİ - "Mənimlə bərabər 1800-ə yaxın insanın həyatı..."
Bu gün, 01:59
Atəşkəsin pozulmasında kənar qüvvələrin rolu var - BU, FAKTDIR!
Bu gün, 01:51
Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı - QALİB ŞİRKƏT
Bu gün, 00:05
Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb
Bu gün, 00:02
Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Dünən, 22:38
Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Dünən, 22:36
Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Dünən, 19:00
"Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Dünən, 18:58
Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Dünən, 18:09
Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Dünən, 18:08
Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Dünən, 18:01
Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Dünən, 17:56
Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Dünən, 17:52
İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Dünən, 17:48
“Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Dünən, 17:45
Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Dünən, 17:36
Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Dünən, 17:35
Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Dünən, 17:23
Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 17:21
Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Dünən, 17:16
Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Dünən, 17:10
"Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Dünən, 17:06
Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Dünən, 17:00
İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:45
Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Dünən, 16:40
Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Dünən, 16:36
Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Dünən, 16:30
Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Dünən, 16:26
Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Dünən, 16:17
Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Dünən, 16:13
Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Dünən, 16:08
Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Dünən, 16:03
"Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Dünən, 16:01
“Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Dünən, 15:55
AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Dünən, 15:52
Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Dünən, 15:49
Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Dünən, 15:47
ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Dünən, 15:28
Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Dünən, 15:26
Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:24
“Veysəloğlu”da yeni təyinat - ƏMR
Dünən, 15:22
Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Dünən, 15:22
Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Dünən, 15:15
MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Dünən, 15:13
AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:08
Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Dünən, 15:02
BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Dünən, 15:01
İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Dünən, 14:02
Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru