Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... .....                     Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər .....                     Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir .....                     "Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. .....                     İrandan Azərbaycana qarşı hədyan .....                     UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları .....                     "Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" .....                     “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir .....                     Prezidentdən Zəngəzur mesajı .....                     “Beer Muxtar”da alkoqollu içkilərə də .....                     Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq .....                     "“Əmrahbank”la məhkəməmiz davam edir..." .....                     Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür .....                     Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... .....                     Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? .....                     Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı .....                     Dollar satışı niyə artıb? .....                     Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib .....                     Vəzifəli şəxsi maşın vurub öldürdü .....                     Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? .....                     Vardanyanı hansı cəza gözləyir? .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi .....                     Müşfiq Həşimov .....                     Raqif Abbasovun məhkəməsi başladı .....                     “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” .....                     Hacı İbrahim Nehrəmlinin şirkəti .....                     Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? .....                     Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... .....                     Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına .....                     Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb .....                     AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` .....                     Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? .....                     Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir .....                     Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin .....                     Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub .....                     Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? .....                     Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan .....                     Makron özünü "yeni Napoleon" zənn edir .....                     Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir .....                 

“Salyan Oil” MMC-nin vurduğu ziyan bununla bitmir - İTTİHAM
Tarix: 21-11-2017, 11:35 | Çap et
“Salyan Oil” MMC-nin vurduğu ziyan bununla bitmir
...Zəngin təbiəti, florası, faunası, yeraltı və yerüstü sərvətləri ilə zəngin olan Vətənimiz qürur mənbəyimizdir. Təbii sərvətlərimizin qorunması və bu sərvətlərdən təyinatı üzrə düzgün istifadə edilməsi dövlətimizin əsas strateji məqsədlərində önəmli yer tutur. Təbiətin qorunması və zənginləşdirilməsi üçün hər il dövlət büdcəsindən külli miqdarda pul xərclənir. Hətta xaricdən, xarici ölkələrdən müxtəlif növ heyvanlar gətirilərək Azərbaycanın qoruq və yasaqlıqlarına buraxılır. Əlbəttə, təbiətimizə və ekologiyamıza göstərilən diqqət və qayğı turizm sektorunun inkişafında önəmli rol oynayır.
Məlumdur ki, iqtisadiyyatımızın inkişafına, o cümlədən, neft sektorunun potensial gücündən səmərəli istifadə etmək üçün dövlətlərarası müqavilələr əsasında xarici şirkətlər bu sahəyə böyük yatırımlar edirlər. Bu da ölkəmizin bütün sahələrində yüksək inkişafa və xalqımızın həyat səviyyəsinin yüksəlməsinə səbəb olur. Haqlı olaraq ölkəmizdə xarici neft şirkətlərinin fəaliyyəti üçün dövlətimiz yüksək səviyyədə şərait yaradıb. Sözsüz ki, xarici şirkətlər də bağlanan müqavilələrdə öz üzərlərinə bir çox öhdəliklər götürüblər ki, bunlardan biri də ekologiyanın qorunması və fəaliyyət göstərdikləri yerlərdə bitki örtüyünü qorumaq, yaşıllıqlar salmaq, eyni zamanda ağac əkməkdən ibarətdir.
Ölkəmizdə fəaliyyət göstərən xarici neft şirkətlərinin bu sahədə öz öhdəliklərinə necə riayət etmələri barədə jurnalist araşdırması aparmaq qərarına gəldik.
Bu məqsədlə Çin Xalq Respublikasının Salyan rayonunda fəaliyyət göstərən “Salyan Oil” MMC-də səlahiyyətimiz daxilində bir araşdırma apardıq. Kaş aparmayaydıq. Gördüklərimiz bizi dəhşətə gətirdi. Şirkətin neft çıxardığı ərazilər böyük rus yazıçısı M.Qorkinin vaxtilə Bakı haqqında dediyi məşhur kəlamı xatırladırdı. “... məşhur rəssamın əli ilə çəkilmiş cəhənnəm...” Dövlətimizin inamından və humanistliyindən sui-istifadə edən “Salyan Oil” MMC-nin məqsədi neft hasil etmək deyil, təbiətimizi məhv etməkdən ibarətdir. Şirkətin neft hasil etdiyi Kürsəngi ərazisi başdan-başa erroziyaya uğrayaraq tamamilə bitki örtüyü üçün yararsız hala düşmüşdür. Ərazidə nə bir ağac, nə bir kol, nə də bir yaşıl tala qalmamışdır. Hər tərəfdə qalxıb-enən, heç bir zövq oxşamayan, sovet dönəmindən qalma, bir dəfə də olsun rənglənməyən quyu nasosları bəlkə də ölkəmizə verdikləri xeyirdən dəfələrlə artıq ziyan vururlar. Şirkət müqavilə şərtlərini pozaraq, quyulara gedən yolların ətrafında və nəzərdə tutulan digər yerlərdə ağac əkməmiş, heç bir yaşıllıq salmamışdır.
Mütəxəssislərin söylədiklərinə görə, quyu nasoslarının təmiri zamanı yaxınlıqda bir neçə metr dərinlikdə çala qazılmalı və çalanın içərisinə plyonka döşənməlidir ki, neft quyusundan çıxan mədən suları həmin çalada yığılsın və təmirdən sonra yığılan yeraltı su texnika ilə ümumi rezervuara daşınsın. Əfsuslar olsun ki, quyuların ətrafında təlimata uyğun çalalar qazılmadığı üçün həmin simpur suyu birbaşa açıq sahələrə axıdılır. Nəticədə ətrafda olan bütün təbii varlıqlar məhv edilir. Adı çəkilən Kürsəngi ərazisində ağac, kol və bitki örtüyü məhv edildiyi üçün ərazidə hər hansı bir sürüngənə və ya quş növünə rast gəlmək mümkün deyil.
Bunun nəticəsidir ki, bu ərazinin təbiəti ölü təbiətdir. Hər kəsə məlumdur ki, aqrar sahənin inkişafında böcəklərin müstəsna xidməti var. Böcəklərin məhv edilməsi əslində insan yaşayışının məhv edilməsidir. Kürsəngi ərazisində bütün ərazi eroziyaya uğradığına görə bitki örtüyü məhv edilmişdir. Buna görə də orada böcəklərin varlığından söhbət belə gedə bilməz. Nəticədə isə ətraf kəndlərdə aqrar sektor iflasa uğramışdır.
“Salyan Oil” MMC-nin vurduğu ziyan bununla bitmir. Şirkətin neftayırma sexi kustar üsulla hazırlanmış peçlərdən ibarətdir. Tüstü bacalarında filterlərin və digər qoruyucu vasitələrin olmamasına görə, hər gün atmosferə tonlarca mazut qurumu atılır. Neftayırma sexinə yaxın məsafədə yerləşən fərdi təsərrüfatlara külli miqdarda ziyan dəyir. Belə ki, əhalinin bağları quruyur, bostanları isə məhsul vermir.
Sexdə xam neftin tərkibindən simpur suyu ümumi anbarlara vurulur. Anbarlar ötən əsrin 80-ci illərindən qaldığı üçün alt təbəqəyə sərilən plyonka çadırlar çoxdan çürüyərək istismar müddətini başa vurmuşdur. Buna görə də anbarlara vurulan neftli su yer altına sızaraq ərazidə torpaqların eroziyasına səbəb olmuşdur.
“Salyan Oil” MMC-nin balansında olan yüzlərcə quyular var ki, istismar müddətini başa vuraraq ləğv edilmişdir. Bu quyular həm sovet dönəmindən qalanlar, həm də Çin şirkətinin fəaliyyəti dövründə yarananlardır. Adı çəkilən quyular tam nəzarətsiz qaldığına görə bu quyulardan atmosferə qaz, torpağın səthinə isə neftlə çirklənmiş yeraltı sular axır. Şirkətin sözçüsü Taryel Yolçuyev suallarımızı cavablandırarkən bildirdi ki, “Salyan Oil”-in rəhbərliyi bizə hansı təlimatı verirsə, biz də ona uyğun hərəkət edirik. T.Yolçuyev onu da dedi ki, ekologiyanı qorumaq onların işi deyil. Onların işi hansı yolla olur olsun neft hasil etməkdir. Təbiəti qorumaq isə aidiyyatı nazirliyin işidir. Bu məsələyə görə bizi narahat etməyin. Əks halda sizi məhkəməyə verərik.
Tariyel Yolçuyevin verdiyi cavablardan elə bildik ki, o Çin Xalq Respublikasının vətəndaşıdır. Ona görə təbiətimizə qarşı bu qədər laqeyd və amansızdır. Ancaq yanılmışdıq. Taryel bəy Azərbaycan vətəndaşıdır və işğal olunmuş rayonlarımızın birində doğulub boya-başa çatmışdır. Onda təbiətimizə qarşı bu biganəlik hardandır? Bax, onu bilmədik.
***
“Salyan Oil” təkcə təbiətimizi deyil, yollarımızı da bərbad vəziyyətə salıb. Şirvan-Salyan magistral yolunu Kürsəngidən keçməklə Bakı-Astara magistralına birləşdirən və bir neçə kəndə xidmət edən yolu da şirkətin ağır tonnajlı maşınları istifadəsiz hala salıb və heç bir məsuliyyət hiss etmirlər. Adı çəkilən maşınlar neft quyularına getmək üçün təyinatı üzrə çəkilən yollarla deyil, istədikləri şəkildə getdikləri üçün torpağın hər tərəfi cadar-cadar olmuşdur.
“Salyan Oil” geoloji-kəşfiyyat şöbəsi haqqında da xoşagəlməz sözlər eşitdik. Babalı deyənlərin boynuna, deyirdilər ki, neftin ehtiyatı, hasilatı və sərfiyyatı bir-birinə uyğun gəlmir.
Bu və digər xəbərlər barədə oxucularımıza ətraflı məlumat verəcəyik. Ona da ümid edirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Salyan Oil” MMC-nin təbiətimizə qarşı törətdiyi qətliamı araşdıracaq və tədbir görəcəkdir.
Mirhüseyn Alarçaylı
Bakı-Salyan-Bakı
\\tezadlar.az\\









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... - VİDEO
Bu gün, 22:31
Fransanın təlim keçdiyi əsgərlər fərarilik edirlər - Poroşenko
Bu gün, 20:18
Tehran hakimiyyəti Amilinin səhvini düzəltməyə səy göstərir - ALINACAQMI?
Bu gün, 20:14
"Düşünürəm ki, bunu etsəm, nə deyərlər?.. - Uşaqlarım var axı.."
Bu gün, 19:59
İrandan Azərbaycana qarşı hədyan – Əmr oradan verilib
Bu gün, 19:51
UNDP-nin Bakı ofisində milyon dollarlıq qanunsuz qrant əməliyyatları - İFŞA
Bu gün, 19:49
"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02
“Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00
Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58
“Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09
Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05
"“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01
Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58
Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57
Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47
Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42
Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40
Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39
Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30
Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22
Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17
“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16
Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06
Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03
Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56
Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53
AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51
Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48
Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46
Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40
Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39
Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36
Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27
Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24
Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19
Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16
"Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14
“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10
Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32
"Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26
Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20
Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17
Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru