Qardaş Türkiyədə HEYDƏR ƏLİYEV MÖHTƏŞƏMLİYİ... - Xətai icra hakimiyyətinin təqdimatında...
Tarix: 11-05-2017, 10:58 | Çap et
09.05.2017-ci il tarixdə Türkiyənin Tarsus şəhərindəki Heydər Əliyev adına parkda Ulu Öndərin anadan olmasının 94 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Tədbirdə Tarsus bələdiyyəsinin sədri Şevket Can, Tarsus Kaymakamı Yüksel Ünal, Mersin Büyükşehir Bələdiyyə sədri Burhanettin Kocamaz, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin üzvü Hüseynbala Mirələmov, Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov, Xətai bələdiyyəsinin sədri Əliyar Əliyev, Xətai rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov, aparatın baş məsləhətçisi İnal Heydərli, Çamlıyayla bələdiyyə sədri İsmail Tepebağlı, MHP Mersin İl Başkanı Atsız Afşin Yılmaz, İlçe Jandarma Komutanı Mahmut Erin, MHP Tarsus İlçe Başkanı Ertuğrul Bodur, Tarsus Müftisi Hayri Erenay, Ticarət və Sənaye Odası Başkanı Ruhi Koçak, oda ve dərnək sədrləri, bələdiyyə və məclis üzvləri, muxtarlar və çoxsaylı qonaqlar iştirak ediblər.
Tədbir folklor oyunları və kiçik yaşlı məktəblilərin çıxışları və Tarsus Bələdiyyə sədri Şevket Canın qızı İrem Canın Azərbaycan şeirini oxumasıyla başlanıb.
Tədbirdə çıxış edən Tarsus bələdiyyəsinin sədri Şevket Can bildiririb: “Türkiyə və Azərbaycan xalqı qardaşdır. Xətai rayonu ilə Tarsus şəhəri 2007-ci ildən qardaşlaşıb, 2009-cu ildə isə Xətai rayon İcra Hakimiyyətinin dəstəyi ilə Tarsusda Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu parkı açmışıq. Bu gün Heydər Əliyev Azərbaycanda nə qədər sevilib sayılırsa, bizdə də o qədər sevilir və sayılır. Böyük Öndər Heydər Əliyev həyatı boyunca bu qardaşlığın daha da güclənməsi üçün əlindən gələni etmiş, və “İki dövlət bir millət “ ifadəsi ilə bu münasibətlərə əbədilik qazandırmışdır. Ulu Öndər Mustafa Kamal Atatürk də “Azərbaycanın sevinci bizim sevincimizdir, hüznü bizim hüznümüzdür” demişdir. Biz də bu anlayışla yola çıxaraq Türkiyə-Azərbaycan dostluğu ve qardaşlığınn davamı üçün çalışacağıq.
Çıxış edən Tarsus Kaymakamı Yüksel Ünal, Heydər Əliyevin türk dünyası üçün önəmli və əvəzsiz xidmətlərinin olduğunu bildirdi.
Azərbaycanın Türkiyə üçün bir can olduğunu bildirən Mersin Büyükşehir Bələdiyyə sədri Burhanettin Kocamaz deyib: “Həqiqətən, əziz Atatürkün 1930-cu illərdə dediyi kimi bu günlərin gələcəyini dörd gözlə gözləyirdik. İnsanlarımızın bir araya gəlməsini, qaynaşmasını, bir-biriylə bütünləşməsini həmişə arzu edirdik. Bu gün Allaha minlərcə şükürlər edirik ki, Azərbaycanlı qardaşlarımız, qan qardaşlarımız artıq heç bir yerdən icazə almadan birbaşa gəlib bizimlə görüşə bilirlər, bizlər də eyni şəkildə oralara gedib qardaşlarımızla görüşə bilirik. Mən Tarsusda Heydər Əliyev ruhunun bu gün aramızda dolaşmasından, bizləri görüşdürməsindən həqiqətən qürur duyuram.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov öz çıxışında bildirib ki, hər bir millətin tarixində müstəsna rol oynamış, millətin taleyini dəyişdirən, dövrlər, nəsillər dəyişsə də heç bir zaman unudulmayacaq liderlər vardır. Belə insanların böyüklüyü illər keçdikcə daha aydın hiss olunur. Bu insanlardan biri də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevdir. Sovet İttifaqı zamanından Müstəqil Azərbaycanın bu gününə qədər keçən tarixi dövr ərzində həm dünyada, həm Azərbaycanda çox şeylər dəyişmişdir. Amma bizim üçün dəyişməyəcək tək şey Heydər Əliyev şəxsiyyətinə olan sevgi və hörmətdir. Bilirsiniz ki, 1991-ci ildən müstəqilliyini yenidən qazanmış Azərbaycan Respublikası çoxsaylı çətinliklərlə qarşılaşmış, iqtisadiyyatı tamamilə çökmüş, daxili çəkişmələr və xarici təzyiqlər nəticəsində 1920-ci ildə olduğu kimi müstəqilliyini yenidən itirmə təhlükəsi ilə qarşı-qarşıya qalmışdır. Belə çətin bir dönəmdə yenidən siyasətə qayıdan Heydər Əliyev xalqının ondan gözlədiyi missiyanı uğurla tamamlamış, Azərbaycanı parçalanma təhlükəsindən qurtarmışdır. Heydər Əliyev hər zaman Türkiyə ilə olan münasibətlərə xüsusi önəm vermişdir. Çünki, Türkiyə və Azərbaycanı bir millət iki dövlət olaraq görmüşdür.
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Hüseynbala Mirələmov bildirmişdir ki, Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyev, türk dünyasının dostluğu, qardaşlığı, əbədiyyən yaşayacaq, gələcək nəsillər bu qardaşlığı hər zaman davam etdirəcəkdir.
Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov da öz çıxışında Türkiyə və Azərbaycan qardaşlığının, dostluğunun əbədi olacağını dilə gətirib.
Daha sonra Ulu Öndərin adını daşıyan parkda ucaldılmış abidəsinin önünə gül dəstələri qoyulub, və parkın ərazisində ağaclar əkilib.
Doğum günü tədbirləri çərçivəsində Tarsusda fəaliyyət göstərən “Kampus Okulları” orta ümumtəhsil məktəbində yeni açılacaq konfrans mərkəzinə Ulu Öndər Heydər Əliyevin adının verilməsi münasibətilə mərasim təşkil olunub.
Mərasimdə iştirak edən Xətai nümayəndə heyətini məktəbin girişində məktəblilər gül-çiçəklə qarşılayıblar. Qonaqlar Azərbaycan, Türkiyə bayraqları, Ulu Öndər Heydər Əliyevin, böyük Mustafa Kamal Atatürkün böyük ölçülü portretləri ilə bəzədilmiş meydana daxil olublar.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verilib. Sonra Heydər Əliyevin, Mustafa Kamal Atatürkün, Vətən, torpaq yolunda canlarını qurban vermiş bütün Azərbaycan və Türk şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin dövlət himnləri səsləndirilib.
Mərasimdə çıxış edən məktəbin direktoru Ender Portakal bildirib ki, Heydər Əliyev təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının lideridir və “Kampus Okulları” məktəbində bu gün açılışı olacaq konfrans mərkəzinə Ulu Öndər Heydər Əliyevin adı verilib.
Digər çıxış edənlər Tarsus Bələdiyyəsinin sədri Şövkət Can, Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, YAP Xətai rayon təşkilatının sədri, Millət Məclisin üzvü Hüseynbala Mirələmov Ulu Öndərin fəaliyyətindən, öz xalqına, millətinə xidmətindən danışıblar. Mərasimdə qarşılıqlı olaraq hədiyyələr təqdim olunub, açılış rəmzi olaraq qırmızı lent kəsilib.
Tədbir zamanı qərara alınıb ki, Xətai rayonu ilə Tarsus şəhərinin qardaşlığının davamı olaraq bu tədris ocağı ilə Xətai rayon məktəblərindən biri arasında qardaşlıq münasibətləri qurulsun.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Paşinyanın yeni sülh sazişi blefi - FAKT BUDUR!
Bu gün, 08:40 |
|
|
|
• Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR - bir araşdıran olsa...
Bu gün, 08:36 |
|
|
|
• Nəsimi rayonu özbaşına qalıb, yoxsa?.. - İDDİA
Bu gün, 08:35 |
|
|
|
• Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? - İTTİHAM VAR...
Bu gün, 08:29 |
|
|
|
• Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi... - Ekspert danışır...
Bu gün, 08:17 |
|
|
|
• Rusiya qazının alışına getməməliyik - ÇÜNKİ...
Bu gün, 08:13 |
|
|
|
• Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
Bu gün, 08:11 |
|
|
|
• İcra başçısı sakinlərlə görüşdə belə qızındı - İstini sevirmiş...
Bu gün, 08:06 |
|
|
|
• İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21 |
|
|
|
• Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05 |
|
|
|
• "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02 |
|
|
|
• Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55 |
|
|
|
• Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52 |
|
|
|
• "Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47 |
|
|
|
• Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41 |
|
|
|
• Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37 |
|
|
|
• ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34 |
|
|
|
• Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32 |
|
|
|
• Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29 |
|
|
|
• Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24 |
|
|
|
• Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22 |
|
|
|
• “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43 |
|
|
|
• Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40 |
|
|
|
• Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35 |
|
|
|
• Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32 |
|
|
|
• Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02 |
|
|
|
• Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42 |
|
|
|
• “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39 |
|
|
|
• İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37 |
|
|
|
• "Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01 |
|
|
|
• Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58 |
|
|
|
• DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53 |
|
|
|
• Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18 |
|
|
|
• Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00 |
|
|
|
• "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58 |
|
|
|
• Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55 |
|
|
|
• Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53 |
|
|
|
• Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10 |
|
|
|
• Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07 |
|
|
|
• Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01 |
|
|
|
• Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58 |
|
|
|
• Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54 |
|
|
|
• Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49 |
|
|
|
• Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45 |
|
|
|
• Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42 |
|
|
|
• İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39 |
|
|
|
• Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33 |
|
|
|
|