Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR .....                     Nəsimi rayonu özbaşına qalıb, yoxsa?.. .....                     Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? .....                     Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi... .....                     Rusiya qazının alışına getməməliyik .....                     Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür .....                     İcra başçısı sakinlərlə görüşdə belə qızındı .....                     İrəvanın Aİ İDEYASI... .....                     Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi .....                     "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" .....                     Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? .....                     Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır .....                     "Bərdədə biz kasıbların başına oyun açırlar..." .....                     Bankların kredit siyasətində ədalətsiz yanaşma... .....                     Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər .....                     ABŞ-Azərbaycan münasibətləri necə olacaq? .....                     Hollivud ulduzundan Aytənin şərhinə reaksiya .....                     Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib .....                     Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? .....                     Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... .....                     Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu .....                     “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” .....                     Benziya niyə hələ də Azərbaycana qayıtmayıb? .....                     Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib .....                     Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib .....                     Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış .....                     Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir .....                     Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                 

YAP sədrinin maşını ilə törədilən cinayət… - OĞLU ÖLDÜRÜLƏN ATADAN PREZİDENTƏ AÇIQ MƏKTUB
Tarix: 28-04-2017, 10:15 | Çap et
YAP sədrinin maşını ilə törədilən cinayət…
Pirallahı rayonu ərazisində baş verən və bir ailənin facəsinə səbəb olan yol qəzası barədə artıq Gununsesi.info oxucularının məlumatı var.
Yada salaq ki, 2 sentyabr 2016-cı il tarixdə baş verən bu avtoqəza bir ailənin çırağını söndürüb. Bakı şəhəri Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan Cəmşid İrzaquliyevin ailəsinin yeganə oğlu Tariyel həmin qəzada həyatını itirib.

YAP sədrinin maşını ilə törədilən cinayət…

Atasının sözlərinə görə, oğlu Tariyel Qala-Dübəndi yolundakı piyada keçidinin üzərində Pirallahı rayon İcra Hakimiyyətinin işçisi, Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafovun (özü də maşında olub) xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq həyatına son qoyulub, ailəsi gözü yaşlı, azyaşlı övladı atasız qalıb.
Bununla bağlı Cəmşid İrzaquliyevin Prezident İlham Əliyevə müraciəti mətbuatda, o cümlədən saytımızda işıqlandırılıb. Eyni zamanda hadisənin necə baş verməsi, niyə Manaf Manafovdan şübhələnməsi ilə bağlı “AzPolitika” Cəmşid İrzaquliyevdən müsahibə də götürüb. Manaf Manafov ittihamları qəbul etməsə də, onun mövqeyini öyrənmək cəhdimiz baş tutmayıb.

YAP sədrinin maşını ilə törədilən cinayət…

Məsələyə yenidən qayıtmağımızın səbəbi isə Cəmşid İrzaquliyevin növbəti dəfə Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban xanın Əliyevaya müraciət etməsidir. Gözü yaşlı ata bu dəfə də Prezidentdən və Mehriban xanımdan oğlunun ölümünə səbəb olanların cəzalandırılması üçün kömək istəyir. Onun müraciətini qısa ixtisarla dərc edirik:
Möhtərəm Cənab Prezident! Çox hörmətli Mehriban xanım Əliyeva!
Bir ata olaraq, nə qədər ağır olsa da, bu şikayət ərizəsini Sizə təkrar-təkrar ünvanlamağıma səbəb, bu və ya dolayı şəkildə günahkar olan birinin haqqında bu günə kimi ölçü götürülməməsidir.
Xatırlatmaq istərdim ki, 02.09.2016-cı il tarixdə saat 19:25 radələrinda, şəkildə gördüyünüz tək oğlum Tariyel Rzaquliyev Qala-Dübəndi yolundakı yol keçidi üzərindən keçərkən, keçidin üzərində Pirallahı rayonunda İcra Hakimiyyətinin işçisi olmuş və həm də həmin rayonda YAP-ın sədri olan Manaf Manafovun xidməti istifadəsində olan 10 AS 649 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə vurularaq (özü də maşında olmaqla) həyatına son qoyulmuş, ailəsi övladsız, az yaşlı qızı isə, ailəsi ilə birlikdə başsız qalmışdır.
Təəssüflər olsun ki, hadisə ilə bağlı aparılan yeddi aylıq istintaq hərəkətləri sükan arxasında Manafın özünün, ya istintaqa və bizə adı bəlli olmayan üçüncü kişinin olması ilə bağlı şübhələrimizin qüvvətlənməsinə xidmət etmiş oldu. Şübhələrimizə səbəb isə hadisə ilə bağlı istintaqa təqdim etdiyimiz 17 adda xususatların, qeyd olunan müddət ərzində işlə məşğul olan 4 müstəntiq tərəfindən üstünə gedilməməsi olmuşdur.
Ən əsası da: 1. Hadisənin iştirakçısı olmuş şəxslərə məxsus telefonlar əsasında onların Anten dairələri tam araşdırılmayıb, araşdırılıbsa da bizə inandırıcı bilgi verilməyib.
2. İlkin istintaqın əldə etdiyi “şahid”lərin hamısının ifadələri sanki bir adamın danışığını xatırladır, yəni ifadələrdə eyni cümlələr təkrarlanır.
3. Pirallahının əsas yolunda olan 10-12 kameradan heç olmasa birinin sükan arxasındakı şəxsin kimliyini sübut edəcək görüntüsü bizə təqdim olunmayıb. Hansı ki, ilkin istintaqı 12 günə – kosmik bir sürətlə (sanki əllərində bundan başqa iş olmayıb) yekunlaşdıran müstəntiq Namiq Mirzəbəyli, istəsə idi zamanında bu görüntünü əldə edə bilərdi. Deməli maraqlı olmayıb.
4. Yeganə canlı şahidin – N saylı hərbi hissənin əsgəri Cavid Mahmudovun müstəntiq Azad Əliyevə vermiş olduğu ikinci ifadəsində onun Pirallahı RPŞ-da hədələnərək, əlini tanımadığı bir kişinin üzərinə qoydurub şəklinin çəkdirilməsi və sonradan ifadəsini dəyişərsə sonunun pis olacağı ilə qorxudulmasını deməsinə rəğmən, sonuncu üç müstəntiqdən heç biri bu ifadənin üzərində (dəfələrlə israr etməmizə rəğmən) dayanmamışdır.
5. Əli adlı polisin ifadəsi alındıqdan sonra, onun bizim adamlarla üzləşdirilməsi Cəsarət Bayramov tərəfindən həyata keçirilməmişdir.
Nəticədə iş bu şübhələr altında bağlanaraq, 17.04.2017-ci il tarixdə baxılması üçün Pirallahı Rayon Məhkəməsinə göndərilmişdir. Təbii ki, istənilən halda hadisənin cinayət tərəfinin araşdırılması hüquq-mühafizə orqanlarının işidir və inanırıq ki, sonda ədalət bu dünyada da olmasa, o dünyada öz həllini tapacaq.

Cənab Prezident!
Digər yandan bizə ən çox da təsir edən isə, hadisə baş verən anda maşının içərisində olan adamların qeyri-insani hərəkətləri olmuşdur. Xüsusilə də məmur olanların. Belə ki, Pirallahı Rayon İcra Hakimiyyətində vəzifə tutan və hadisə anında maşında olan adamlar, başda Manaf Manafov olmaqla, hadisəni törətdikdən sonra maşını saxlamamış, o sürətlə də sürüb getmişlər. Sonradan nə fikirləşiblərsə iki-üç yüz metr aralıda saxlayıb, geri dönüblər.
Uşağa dərhal ilkin yardım etmək əvəzinə telefonla özlərinə kömək çağırıb, insanlığa xas olmayan bir hərəkətlə oradan uzaqlaşmışlar. Bunu görən hadisə yerinə yaxın, N saylı hərbi hissənin zabitləri, hərbi hissənin sanitar maşını ilə uşağı götürüb, sonra da dediklərinə görə yarı yolda təcili yardım maşınına köçürüb, Mərdəkanda morq deyilən bir yerə çatdırmışlar. Bütün bu gedişatda, hadisəni törədənlərdən heç kim onlarla olmamışdır. Ən dəhşətlisi isə həmin anda insanlıqdan və humanistlikdən uzaq birisi olan Manafın maşında olanlarla qarşıma dikilib bir üzr, bir təsəlli belə diləməməsi, əksinə, kənardan gedişatı müşahidə etməsidir. Bu, onun mənəvi səviyyəsini göstərir.
Ancaq Manaf Manafov haqqında indiyə kimi etdiyimiz çoxsaylı rəsmi müraciətlərə baxmayaraq, YAP mərkəzi aparatının üzvləri və Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov onun haqqında bu günə kimi tədbir görməyiblər. Mən özüm də YAP üzvü olaraq, məsələ ilə əlaqədar dəfələrlə cənab Əli Əhmədovun köməkçisi Mahir Abbasəliyevə və cənab Siyavuş Novruzovun köməkçisi Həsən müəllimə müraciət edərək, onlarla görüşümün təmin olunmasını xahiş etsəm də, nəticəsi olmamışdır. Manaf Manafovun bütün bu olanlardan sonra da, belə bir ali vəzifədə – YAP rayon təşkilatının sədrliyində saxlanılması davam edir.

Təəssüf ki, Sizin bütün hökumətlə bağlı tədbirlərdə yerli İcra strukturlarına etdiyiniz xəbərdarlıqlar və zaman-zaman ifadə etdiyiniz “məmur və onların övladlarının özbaşınalıqları və qanuna zidd əməlləri ən ağır cəza ilə cəzalandırılmalıdır” fikri də, rayonun başçısı Vasif İmanov tərəfindən diqqətə alınmamışdır. Diqqətə alınsa idi, rayon ərazisində baş vermiş ölümlə bağlı bu hadisənin iştirakçısı olan məmurlar bu günə kimi Vasif İmanov tərəfindən himayə edilərək vəzifələrində saxlanmazdılar.
Belə ki, biz hadisənin Pirallahı rayonunda baş verdiyini və həmin rayonun icra başçısı da daxil olmaqla, icra strukturlarının bu məsələdə laqeyidliyini görüb (bir təsəlli üçün üzrə belə gəlməmələri), oğlumum üçünün sabahı – yəni 06.09.2016-cı il tarixində həmin Rayonun İcra başçısı Vasif İmanovun qəbulunda olduq. Görüşdə başçının müavinlərindən Vəzir Səfixanov, köməkçisi, yerli polis və prokurorluğun başçıları da iştirak edirdi. Danışıq zamanı İcra başçısı hər vəclə cinayəti törədənlərin müdafiəsi yönündə mülahizələr və məsələlər çəkməklə məşğul idi. Sanki, bir gəncin taleyindən söz etmirdi. O, bu hadisənin “yuxarılara” çatmamasını məsləhət edir və guya ailəyə maddi köməklik göstərilməsini (bütün insanlığı yalnız maddiyyatda görən mənaviyyatsızlar) özü də daxil omaqla, hadisəni törədənlərə tövsiyyə edirdi. Vasif İmanovun öz iş otağında qurduğu “məhkəmə”də maşında olmuş Niftəliyev Həsəni sorğularkən, onun qorxudan titrədiyini və danışıqlarında baş-ayaq vurduğunu görən Vasif İmanov, hətta bizim yanımızda onu kobud şəkildə təhqir də etdi. Təəssüf ki, sonrakı gedişat bütün bu eybəcərliklərin davamı oldu ki, bu da sükan arxasında Manaf Manafovun olma ehtimalında, bizim şübhələrimizi daha da artırmış oldu.
Vəzifəsindən asılı olmayaraq, tutduğu bu cür qeyri-insani hərəkətə görə Manaf Manafov kimi “məmur”lar, Sizin yürütmüş olduğunuz siyasətə və görmüş olduğunuz bunca işlərə yerlərdə bir kölgədir. Ən əsası da belələrinin Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu bir partiyanın yerli təşkilatının başında olması böyük qüsurdur və yerli təşkilatda olan ləyaqətli insanlara və şəxsən biz YAP üzvlərinə bir utancdır. Onu da diqqətinizə çatdırım ki, Tariyel özü də tələbəliyin ilk ilindən YAP-nın üzvü olmuşdur.
Cənab Prezident, Sizdən oğlu öldürülmüş ata olaraq bir daha artıq dərəcədə xahiş edirəm, yuxarıda qeyd olunanlardan dolayı Manaf Manafovun etdiyi qeyri-insani hərəkətlərinin göz önünə alınıb, haqqında (vəzifədən uzaqlaşdırılması ilə bağlı) tədbir görülməsi ilə bağlı müvafiq göstəriş verəsiniz.
Eyni zamanda, imkan olarsa məni qəbul etmənizi də Sizdən xahiş edirəm.
Əvvəlcədən təşəkkür edirəm.
Nazirlər Kabinetinin tabeli strukturlarında işləmiş keçmiş məmur, zərərçəkmişin atası Cəmşid İrzaquliyev”.
P.S. Müraciətdə səslənən ittihamlarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Burada da əyri-üyrü İŞLƏR ÇEVRİLİR - bir araşdıran olsa...
Bu gün, 08:36
Nəsimi rayonu özbaşına qalıb, yoxsa?.. - İDDİA
Bu gün, 08:35
Hacıqabulda köhnə rəhbərliyin yeyintisini TƏZƏ RƏHBƏRLİK ÖRT-BASDIR EDİR? - İTTİHAM VAR...
Bu gün, 08:29
Ailənin xəstə üzvünə xidmət etmək üçün xəstəlik vərəqələrinin verilməsi... - Ekspert danışır...
Bu gün, 08:17
Rusiya qazının alışına getməməliyik - ÇÜNKİ...
Bu gün, 08:13
Bu, nağıldır, erməni şıltaqlığıdır və Kreml dözür - Mixaylov
Bu gün, 08:11
İcra başçısı sakinlərlə görüşdə belə qızındı - İstini sevirmiş...
Bu gün, 08:06
İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21
Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05
"Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02
Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47
Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41
Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37
ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34
Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32
Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29
Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27
Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24
Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22
“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43
Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40
Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35
Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32
Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru