"AQROLİZİNQ" QUYUSUNA DÜŞƏN BÜDCƏ PULLARI
Tarix: 1-10-2013, 09:51 | Çap et
Kənd TəsərrüfatıNazirliyinin (KTN) tabeliyində fəaliyyət göstərən «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətindəki (ASC) maliyyə maxinasiyaları səngimək bilmir. Qeyd edək ki, ASC ölkə prezidentinin «Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» sərəncamı əsasında 2004-cü ildə yaradılıb. «Aqrolizinq» ASC-yə mineral gübrələrin, pestisidlərin, texnoloji avadanlıqların, tinglərin, buğda toxumlarının, cins damazlıq heyvanların gətirilib istehsalçılara çatdırılması və kənd təsərrüfatında aqro-texniki işlərin görülməsi kimi əlavə funksiyalar da həvalə edilib.
Məlumat üçün bildirək ki, səhmləri 100 faiz Kənd Təsərrüfatı Nazirliyinə məxsus olan «Aqrolizinq»in 2013-cü il üzrə büdcəsi 35 milyon manat müəyyənləşib. 2005-2012-ci illərdə bu quruma 67 milyon manata yaxın dövlət investisiyası yatırılıb. ASC-yə dövlət tərəfindən bu qədər vəsaitin ayrılmasına baxmayaraq, fermerlər ən çox əziyyəti məhz texnikasızlıqdan çəkir. Apardığımız araşdırmalardan sonra məlum oldu ki, kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarından il ərzində dövlətin bu sahəyə ayırdığı milyonlarla vəsaitlər mənimsənilir. Şişirdilmiş rəqəmlər hesabına aparılan hesabatlarda "Aqrolizinq" rəhbərliyi, xüsusən də sədr Əli Bayramov vəsaitin verilməsi qaydaları və şətlərinə əl gəzdirir. ASC tabeliyində olan texnikaları fermerlərə çox ağır şərtlərlə təklif etdiyi üçün bu da sonda ciddi problemlərin yaranması ilə nəticələnir. Heç kimə sirr deyil ki, hər il taxıl biçini zamanı müxtəlif rayonlarda texnika çatışmazlığı hiss olunur. «Aqrolizinq»in balansında kifayət qədər texnika olsa da, bunların bir hissəsi fermerlərin istifadəsinə verilmir. Və bəzi səlahiyyətli şəxslər texnikaları təyinatdan kənar işlədərək milyonlarla manat gəlir qazanırlar. Kənd təsərrüfatı üzrə mütəxəssislər isə hesab edir ki, bu sahədəki problemləri aradan qaldırmaq üçün «Aqrolizinq» ASC-ni ümumiyyətlə ləğv etmək lazımdır. Çünki sözügedən qurum bu sektordakı problemləri nəinki aradan qaldırdı, əksinə daha ciddi fəsadların yaranmasına səbəb oldu. Vurğulayaq ki, «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı» Dövlət Proqramının icrasının dördüncü ilinin yekununa həsr olunmuş konfransda kənd təsərrüfatına subsidiyaların verilməsində mənfi hallardan danışılmışdı. Bildirilmişdi ki, subsidiyalar ünvanına çatmır, ya da onları kimsə mənimsəyir. Subsidiyaların bir hissəsi bəzi məmurların cibinə gedir. Bəzi hallarda xaricdən lazım olan avadanlıqlar və digər vasitələr yüksək qiymətlə gətirilir. Lakin bütün tədbirlərə, dövlət tərəfindən edilən maliyyə dəstəyinə baxmayaraq, «Aqrolizinq» işini şəffaflıq prinsipləri üzərində qurmayıb. Mütəxəssislər hesab edir ki, adıçəkilən qurum göstərdiyi fəaliyyətlə bağlı müntəzəm olaraq cəmiyyətə hesabat verməlidir. Amma bunu etmir. «Aqrolizinq» 2005-ci ildən bu yana xarici ölkələrdən gübrə alır. Amma onlar ölkənin gübrəyə tələbatının 4-5 faizini güclə ödəyə bilər. Səhmdar Cəmiyyət bu gübrələrin heç də hamısını kənd təsərrüfatı istehsalçılarına vermir. Bəzi fermerlər hətta onlara məcburi satılan gübrələrin istifadə müddətinin keçdiyindən şikayətlənib. Bəzi fermerlər, eləcə də bələdiyyələr bu gübrələri alsalar belə, onları istifadə etmədən tullamaq məcburiyyətində qalıblar. Üstəlik, «Aqrolizinq»in aldığı texnika və avadanlıqların əksəriyyəti köhnə, SSRİ dövründən qalmadır, həm də çox baha satılır», deyə ekspertlər vurğulayırlar. Nəzərinizə çatdıraq ki, aqrar sektorun, xüsusilə də heyvandarlığın ləng inkişafında bu qurumun günahı çoxdur. ASC özünü doğrultmayıb. Yazının əvəllərində də qeyd etdik ki, «Aqrolizinqə» bu ilin dövlət büdcəsindən 35 milyon manat vəsait ayrılıb. Ümumiyyətlə, qurum yaranandan bu vaxta qədər dövlət büdcəsindən 100 milyondan çox vəsait alıb. Maraqlıdır, görəsən, bu pullar hara xərclənib? Əgər ASC rəsmilərinin söylədikləri kimi inkişaf varsa, biz və yüzlərlə fermer niyə bunu görmürük? Deməli, qurumun ictimaiyyətə görülən işlərlə bağlı açıqladığı məlumatların bir çoxu həqiqətə uyğun deyil. Buna görə də, aidiyyəti hüquq-mühafizə orqanlarından, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin, Maliyyə Nazirliyinin və Hesablama Palatasının rəhbərliyindən xahiş edirik ki, «Aqrolizinq»in fəaliyyətini dərindən araşdırsınlar.
Qarşı tərəfin də münasibətini dərc edə bilərik.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|