KÜRSÜSÜ OYNAQ OLAN MƏMURLAR HANSILARDIR?
Tarix: 13-09-2013, 13:25 | Çap et
KİM HANSI VƏZİFƏDƏN YOLA SALINIR?
DİA.AZ: - Seçkidən sonra hökumət daxilində ciddi kadr islahatlarının aparılacağı proqnozlaşdırılır. Bununla bağlı mülahizələr yürüdən şərhçilər bildirirlər ki, seçkidən sonra bir neçə nazir, icra başçısı, komitə sədri, habelə digər vəzifələrdə çalışan şəxslər tutduqları görəvlərdən azad ediləcəklər. Hətta bəzi məmurların dövlətin əmlakını talamaqda ittiham olunaraq həbs ediləcəyi də yayılan məlumatlar arasındadır.
Keçən seçki təcrübələrindən də görmüşük ki, hər dəfə hökumət tərkibində kadr dəyişiklikləri olur, müxtəlif vəzifələri tutan şəxslər işlərini itirirlər. Sabiq iqtisadi inkişaf naziri Heydər Babayevin, hazırda həbsdə yatan sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin timsalında çox şeylərin şahidi olmuşuq və onların vəzifədən alınması da prezident seçkilərindən sonraya təsadüf edib. Ehtimal edilir ki, bu dəfə də eyni proses təkrarlanacaq və bir neçə yüksək vəzifəli məmur postundan gedəcək.
Vəzifədən uzaqlaşdırılmağa real namizədlər sırasında isə kənd təsərrüfatı naziri İsmət Abasovun, maliyyə naziri Samir Şərifovun, vergilər naziri Fazil Məmmədovun, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun, Suraxanının icra hakimi İlqar Abbasovun, Cəbrayıl rayonunun icra başçısı Mahmud Quliyevin, Nəsimi rayonunun rəhbəri Nəsib Məhəməliyevin, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri Rüfət Aslanlının və başqalarının adları daha çox çəkilir.
Özəl mənbələrdən əldə etdiyimiz informasiyaya əsasən, adı qeyd olunan şəxslərin seçkidən sonra vəzifələrini itirmək şansları çox böyükdür. Mənbənin sözlərinə görə, bu məmurların fəaliyyətində ciddi nöqsanlar mövcuddur, baş verən bütün işlərdən isə yuxarı orqanların məlumatı var: «İsmət Abasovun gələcək karyera taleyi böyük sual altındadır». Mənbənin açıqlamasına görə, İsmət Abasov kənd təsərrüfatı naziri postundan uzaqlaşdırılsa, daha kiçik vəzifə ilə təsəlli tapa bilər: «Belə ki, dolaşan xəbərlərə görə, nazirin Suraxanı Rayon İcra Hakimiyyətinə başçı qoyulması gözlənilir. Rayonun hazırkı rəhbəri İlqar Abbasovun seçkidən sonra işdən uzaqlaşdırılacağı yuxarılarda dəqiqləşdirilib. İsmət Abasovu onun yerinə qoymaq istəyirlər».
Qaynağın iddiasına görə, yuxarıda adları hallanan digər məmurların isə ümumiyyətlə, işsiz qalacağı deyilir: «Həmin məmurların fəaliyyəti ayrı-ayrılıqda təftiş edilsə, heç birinin işi qənaətbəxş deyil. Qərib Məmmədovun rəhbərliyi altında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi demək olar ki, fəaliyyətsiz bir quruma çevrilib. Komitənin yerlərdəki şöbələrində rüşvətxorluq baş alıb gedir. Lap elə qurumun özündə də əyri işlərlə məşğul olan şəxslər yetərincədir. Komitənin fəaliyyətində üzə çıxan problemlərin məsuliyyətini isə birbaşa Qərib Məmmədov daşıyır. Ki, rəsmi dairələr sədrlə bağlı yaxın zamanlarda qəti qərarlarını açıqlayacaqlar. Diasporla İş üzrə Dövlət Komitəsinin işi də müsbət qiymətləndirilmir. Xaricdəki diaspor təşkilatları ilə istənilən səviyyədə münasibətlərin qurulmaması, lazımi təbliğat işlərinin aparılmaması yaranan problemlərin tərkib hissəsidir. Komitə rəhbəri Nazim İbrahimovun adı daha çox biznes işlərində çəkilir. Buna görə də sədrin vəzifə səlahiyyətlərinə xitam veriləcəyi gözlənilir. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı da işinin öhdəsindən layiqincə gələ bilməyən məmurlardan hesab olunur. Bu sahədə meydana gələn bəzi qüsurların səbəbkarı məhz sədr özüdür. Bunu nəzərə alan hökumət rəsmiləri onun vəzifədən alınmasının tərəfdarıdır. Xətainin rəhbəri Razim Məmmədovla, Cəbrayılın icra hakimi Mahmud Quliyevin, o cümlədən Nəsimini viran qoyan icra başçısı Nəsib Məhəməliyevin törətdiyi əməllər isə göz qabağındadır. Bu haqda əlavə şərh verməyə ehtiyac yoxdur. Böyük ehtimalla adlarını çəkdiyim məmurlar tezliklə tutduqları vəzifələri itirəcəklər». \ gundelik baku \
Yazıda adı qeyd olunan bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Serdar Ortac canlı yayında məni dinləyib ağladı” - VİDEO
Bu gün, 17:16 |
|
|
|
• Bundan sonra utanıb siçan deşiyinə girsinlər – Fürsətdir!
Bu gün, 17:09 |
|
|
|
• Fransanın yerini hansı dövlət tutub? - İNCƏLƏMƏ
Bu gün, 17:04 |
|
|
|
• Söyüş, əxlaqsızlıq, narkotikin təbliği: Azərbaycanda TikTok bağlanacaq? - NƏ ETMƏLİ?
Bu gün, 17:02 |
|
|
|
• Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-yə 20 milyon manat ayrılıb - SƏRƏNCAM
Bu gün, 16:58 |
|
|
|
• Azərbaycanın Belarusdakı hərbi attaşelik aparatının nümayəndələri Polotsk Kadet Məktəbində olub
Bu gün, 16:56 |
|
|
|
• Rusiyadan qaçaq düşən `AST Telman`ın Bakıdakı şirkəti... CƏRİMƏLƏNDİ!
Bu gün, 16:54 |
|
|
|
• 1 milyon manatı qanunsuz yolla leqallaşdıranların məhkəməsi başladı - TƏFƏRRÜAT
Bu gün, 16:46 |
|
|
|
• Çalışdığım müddətdə hər rüb 10 min manat paket almışam - Naxçıvan Səfərbərlik xidmətinin həbsdə olan sabiq rəisi
Bu gün, 16:40 |
|
|
|
• Xaos davam edir: - "Müharibələr ssenarisinə hazır olmalıyıq"
Bu gün, 16:29 |
|
|
|
• Nazir müavininin sənəd saxtakarlığı üzə çıxdı - İLGİNC...
Bu gün, 16:25 |
|
|
|
• Nazirin sertifikat alverçilərindən xəbəri olmayıb? - AKTUAL
Bu gün, 16:00 |
|
|
|
• Səhiyyə Nazirliyindəki həbslərin SENSASİON TƏFƏRRÜATLARI – 8 saat cərrahiyyə stolunda qaldım, sinəm kiçilmədi!
Bu gün, 15:55 |
|
|
|
• Bəxtiyar Hacıyev “Qərbi Azərbaycan” İcmasına müraciət edib - SƏBƏB
Bu gün, 15:52 |
|
|
|
• General bu xanımı idarə rəisi təyin etdi - FOTO
Bu gün, 15:51 |
|
|
|
• Ramil Usubovun ailəsində xoş gün
Bu gün, 15:49 |
|
|
|
• Kommunal xətlər keçən ərazidə tikilən evlərlə bağlı BƏD XƏBƏR - Söküləcək və kompensasiya VERİLMƏYƏCƏK?
Bu gün, 15:46 |
|
|
|
• “Mənə pul xərcləyən adamı tapsanız...” – Nazilədən SƏS-KÜYLÜ VİDEOMÜSAHİBƏ
Bu gün, 15:44 |
|
|
|
• “Heç bilmirəm “xalq artisti” adını necə alırlar, onlar mənim qədər sevilmirlər” - ETİRAZ
Bu gün, 15:42 |
|
|
|
• Suriyanın müxalif qrupları dağılmaq və müdafiə nazirliyi altında birləşmək barədə razılığa gəlib - Suriyanın yeni administrasiyası
Bu gün, 15:40 |
|
|
|
• “Əlil olduğum üçün banklar mənə kredit vermir, halbuki həmin bankdan əməkhaqqı alıram” - BU NƏDİ BELƏ?..
Bu gün, 15:36 |
|
|
|
• Azərbaycan Quru Qoşunları komandanı türkiyəli həmkarı ilə görüşüb
Bu gün, 15:19 |
|
|
|
• Mərkəzin direktoru təqaüdə GÖNDƏRİLDİ - FOTO
Bu gün, 15:18 |
|
|
|
• Ət kağız üstündə artır, bəs bazarda? - ŞƏRH
Bu gün, 15:14 |
|
|
|
• İsrail Pezeşkianın istefasını gözləyir – “Keyhan”
Bu gün, 15:13 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan - 6 ŞİRKƏT
Bu gün, 15:09 |
|
|
|
• Bir düz bütün səhvləri aparır: Zəngəzur həqiqətləri, İrəvan nağılları - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
• Banklar tərəfindən təqdim olunan ən yüksək əmanət faziləri – Tam siyahı
Bu gün, 15:05 |
|
|
|
• Yeni il şənliyi bizə neçəyə başa gələcək? - 500 manata MENYU
Bu gün, 15:02 |
|
|
|
• Tiktokerlərə hansı cəza verilə bilər? - Vəkildən AÇIQLAMA
Bu gün, 14:59 |
|
|
|
• Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq - 14 milyonluq dələduzluq işi
Bu gün, 14:58 |
|
|
|
• Onları ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir - Başqa cür ola da bilməz...
Bu gün, 14:00 |
|
|
|
• "Yalan məlumatı ayırd etmək və medianın təsirini anlamaq dezinformasiyaya qarşı mübarizədə effektiv üsuldur"
Bu gün, 13:58 |
|
|
|
• Professordan tiktokerlərin həbsinə reaksiya: - Yolverilməzdir!
Bu gün, 13:28 |
|
|
|
• SOCAR bölgələrdə yanacaq çatışmazlığına münasibət bildirib - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Zərifin sözlərini CİDDİYƏ ALAQMI? - İNCƏLƏMƏ
Bu gün, 13:05 |
|
|
|
• Suriya İran üçün hava məkanını bağladı – Tehrandan cavab
Bu gün, 13:02 |
|
|
|
• "Paysis" MMC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilib
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan ABŞ-dan sabiq müdafiə nazirinin malikanəsinə həbs qoyulmasını istəyib
Bu gün, 12:45 |
|
|
|
• Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İlhamə Elşadqızı saxlanılıb
Bu gün, 12:37 |
|
|
|
• "Kənd təsərrüfatı məhsullarını xaricə aparan adamların məsuliyyətə cəlb olunması qanunsuzdur" - RƏY
Bu gün, 12:33 |
|
|
|
• Tərtərdə İlham Əliyevin doğum gününə həsr olunan ağacəkmə aksiyası keçirilib - FOTO
Bu gün, 12:29 |
|
|
|
• Azər İsmayılovdan qonşular dəfələrlə şikayət edibmiş - Tiktokerlərlə bağlı ŞOK MƏLUMATLAR
Bu gün, 12:24 |
|
|
|
• "Üzrü günahından betər"... Avtomobillərin çəninə benzin əvəzinə su vuran "Lukoil"ə inamsızlıq yaranıb
Bu gün, 12:17 |
|
|
|
• Yumurtanın qiyməti 22 qəpiyə QALXDI – Qıtlıq, yoxsa bayramqabağı BAHALAŞMA?
Bu gün, 12:14 |
|
|
|
• "Tiktokerlərdən yox, telekanallardan başlamaq lazımdır..." - ÇAĞIRIŞ
Bu gün, 12:09 |
|
|
|
• “Azərişıq”da yeni rəis TƏYİNATI - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Starmer Ukraynaya qoşun göndərməyə hazırdır - "The Times"
Bu gün, 12:02 |
|
|
|
• Markovdan sensasiya: Tramp Bakıya gəlir? - "Bu məkan həqiqətən də..."
Bu gün, 11:58 |
|
|
|
|