"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi .....                     Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir .....                     “Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” .....                     Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub .....                     ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir .....                     Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb .....                     Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır .....                     Əfv və ya amnistiya olacaq? .....                     Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR .....                     Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir .....                     Baydendən növbəti əfv qərarı .....                     4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında .....                     “Xəstəliyində yanında olmadığım üçün peşmanam” .....                     “Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" .....                     Vəzifəli şəxs hamamda yıxılıb öldü .....                     Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? .....                     Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? .....                     Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin .....                     Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb .....                     Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? .....                     Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq .....                     Əmək pensiyasının minimum məbləği .....                     Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib .....                     Müharibə və qırğınlar dayanmayacaq… .....                     Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: .....                     “Benzində su olmur axı...” .....                     Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: .....                     Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... .....                     Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi .....                     Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət .....                     "17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum" .....                     Əsədi devirən “türk” MOSSAD agentidir? .....                     Ərinin öldürdüyü plastik cərrahla bağlı .....                     Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... .....                     Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… .....                     Cənubi Qafqazda yeni savaş təhlükəsi .....                     Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR .....                     Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? .....                     İran Azərbaycanı təbrik etdi: .....                     Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər .....                 

İCRA BAŞÇISINA SÖYKƏNƏN “BESPREDEL”...
Tarix: 26-08-2013, 12:15 | Çap et
İCRA BAŞÇISINA SÖYKƏNƏN “BESPREDEL”...
GÖRƏSƏN, RÖVŞƏN BAĞIROV BU RAYONU HANSI QANUNLARLA İDARƏ EDİR?

DİA.AZ: - Redaksiyamıza bu dəfə Lerik rayonu, Züvüc kənd sakini Almazova Gülbəsdə Fərman qızı tərəfindən ünvanlanmış məktubda, yenə də rayonun icra başçısının fəaliyyətinə, daha dəqiq decək fəaliyyətsizliyinə dair ciddi ittihamlar irəli sürülür. Etiraf etmək lazımdır ki, ölkəmizin bu ucqar cənub bölgəsində gedən proseslər artıq uzun müddətdir ki, bu və ya digər formada ictimaiyyətin diqqətini cəlb edir. Lakin bu maraq heç də rayonun dinamik iqtisadi inkişafı və yaxud da bölgənin sürətlə aparıcı turizm mərkəzlərindən birinə çevrilməsi ilə təmin olunmayıb.

Lerik rayonu bu deyilənlərin reallaşması üçün lazımi potensiala malik olsa da, yerli icra strukturlarının səriştəsizliyi və yarıtmaz fəaliyyəti hətta buranın yerli sakinlərini belə həll olunmamış sosial-məişət problemləri əhatəsində yaşamağa məhkum edib. Yəqin elə bu səbəbdən də respublikanın əksər digər bölgələrində yüksək dinamika ilə həyata keçirilən abadlıq və quruculuq işlərinin fonunda Lerikdə müşahidə olunan tənəzzül və geriləmələr heç kəsi təəccübləndirmir. Ara-sıra hesabatlarda qeyd olunmaq xatirinə görülən bəzi təmir-abadlıq işləri isə, son nəticədə mənimsənilmiş dövlət vəsaitlərini bölə bilməyən məmurların qarşıdurmaları ilə yadda qalır.

Xatırlayırsınızsa bir müddət əvvəl DİA.AZ tərəfindən belə insidentlərdən birinin araşdırılmasına həsr olunmuş material da dərc olunmuşdu. Yazıda Lerik rayonunda bəzi binaların əsaslı təmiri zəminində yaranmış müəyyən problemlər müzakirəyə çıxarılmışdı. Materialda bildirilirdi ki, bir müddət əvvəl Lerikdə aparılan yenidənqurma və abadlıq işlərində Sabir Bəxşəlyeiv adlı şəxs yaxından iştirak edib. Görülən işlərin icraçısı kimi isə Rövşən Bağırovun qardaşı Fərhad Bağırov təqdim olunub.

Həmin layihənin smeta dəyəri ilə qiymətini ödəyən şəxs qismində ARDNŞ çıxış etmişdi. Layihə çərçivəsində Lerik rayon Mədəniyyət evi tam təmir olunmuş; 1 saylı orta məktəbin, musiqi məktəbinin, xəstəxananın isitmə sistemləri tam təmir olunmuş və ya yenidən qurulmuşdu. Redaksiyamıza daxil olan məlumatlarda ümumilikdə görülən işlərin smeta dəyəri təqdim olunmasa da, bildirilir ki, rayon mədəniyyət evində görülən işlərin smeta dəyəri 485000 (dörd yüz səksən beş min) manat qiymətləndirilmişdi. Fərhad Bağırovun icraçı kimi fəaliyyəti nəticəsində əldə etdiyi gəlir isə 160000 (yüz altmış min) manat məbləğində qiymətləndirilirdi. İrəli sürülən və şikayətin əsas mahiyyətini əks etdirən əsas iddia isə bundan ibarət idi ki, birgə fəaliyyətə başlanmazdan əvvəl Fərhad Bağırovun və Sabir Bəxşəlyeivin arasında əldə olunacaq gəlirin 50%-in 50%-ə nisbətində bölünəcəyi barədə razılığa gəlinib. Nəzərdə tutulmuş işlərin görülüb başa çatmasından və ödənişlərin həyata keçirilməsindən sonra isə Fərhad Bağırov ilkin söylədiklərini təkzib edərək işdən gəlirin yalnız 52000 (əlli iki min) manat təşkil etdiyini bildirmişdi. Sonda isə F.Bağırov hətta özünün birtərəfli şəkildə müəyyən etdiyi bölgü ilə də razılaşmayaraq ümumiyyətlə hər hansısa bir məbləği ödəməkdən imtina etmişdi...

Göründüyü kimi Lerikin ucqar rayon olmasını şərtləndirən coğrafi mövqeyi, burada əliəyri məmurların at oynatmaları üçün kifayət qədər əlverişli şərait yaradır. Bu arada bir məqamı xüsusi olaraq qeyd etmək lazımdır ki, deyilənlər heç də rayonda ümumiyyətlə iş görülmədiyi anlamına gəlməməlidir. Əksinə, ölkə mətbuatında yayımlanan məlumatlarda da dəfələrlə vurğulanıb ki, Lerikdə mütəmadi olaraq müxtəlif xarakterli əyləncə mərkəzlərinin açılması işini rayonun İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov şəxsən xüsusi diqqət mərkəzində saxlayır. Lakin problem bundadır ki, bu mərkəzlər bölgədə turizmin inkişafı, əhalinin rifahının yüksəldilməsi məqsədlərinə deyil, bəzi imkanlı şəxslərin şübhəli əyləncələrinin təmin olunmasına və əlbəttə ki, rayon rəhbərliyinin varlanmasına xidmət edir. Həmçinin bu problemlərin yaranmasında Lerik rayonundan Milli Məclisin deputatı İqbal Məmmədovun da xüsusi rolu olduğu qeyd olunur. Bu xüsusda kütləvi informasiya vasitələrinə narazı vətəndaşlar tərəfindən təqdim olunan müraciətlərdə bildirir ki, icra başçısı rayon sakinlərinə aid pay torpaqlarını, dədə-baba torpaqlarını ayrı-ayrı şəxslərə necə gəldi satmaqla məşğuldur: “Rövşən Bağırov Lerik camaatının ata-baba yurdunu belə satmaqdan çəkinmir. Bu gün yüzlərlə lerikli məhkəmə qapılarında qalıb. Səbəb isə birdir. Torpaqları əllərindən alınıb və kimlərsə həmin yerlərdə istirahət mərkəzi və yaxud da priton inşa etdirib. Biz sizin mətbuat orqanı vasitəsilə icra başçısına sözümüzü çatdırmaq istəyirik. Başqa bir yolumuz yoxdur. Çünki bu gün Rövşən Bağırovu Lerikdə tapmaq böyük müşküldür. Qoy, o, eşitsin ki, Lerikdəki özbaşınalıqlarına son qoymazsa, qədim ənənələri olan rayonda əxlaqsızlığı təbliğ edən əyləncə yerlərini inşa etməklə vətəndaşların əsəblərini korlamağa davam edərsə, ona qarşı biz rayon sakinləri ayağa qalxıb, Qubada, İsmayıllıda olduğu kimi, onun istefasına nail olacağıq.”

Elə Gülbəsdə Almazovanın DİA.AZ-a ünvaladığı şikayət məktubunda da rayon rəhbərliyinin fəaliyyətindən ciddi narazılıq ifadə olunur: “Son bir neçə ildə Azərbaycan Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayevin qeyri-rəsmi olaraq Lerik rayonuna kuratorluq etməsi rayonda Müstəqil Azərbaycan Respublikasının qanunlarının işləməməsinə səbəb olmuşdur. Bir tərəfdən də Rövnəq Abdullayevin tələbə yoldaşı İqbal Məmmədov Lerik rayonundan deputat “seçildi”. Bir qədər də dəqiq desək, Rövnəq Abdullayevin təşəbbüsü ilə bu məsəslə həyata keçirildi. İqbal Məmmədov özü də fürsəti əldən vermədi. Lerikdə hamı onu, yəni İqbal Məmmədovu, Lerikin qubernatoru kimi tanıyır. Ona görə də İqbal Məmmədov öz nüfuzundan tam açıqlığı ilə istifadə edir. Rayonda kadr məsələləri İqbal Məmmədovun şəxsi diktəsi ilə həyata keçirilir. Qanun, həqiqət tamamilə yaddan çıxıb.”

Bundan başqa isə vətəndaş həm də ailə üzvlərinin vəaifəli şəxslər tərəfindən təqib və təzyiqlərə qaldığını iddia edir: “Hər bir ailədə problemlər yaşanır. Bizim ailəyə də birbaşa İcra başçısının təzyiqi ilə qara yaxılmış, oğluma böhtan atılmışdır. Oğlum Azad Əliyevin heç bir günahı olmadan şərə düşmüşdür. Bir qədər dürüst desək, icra başçısının yaxın qan qohumlarının hesabına ailəmizin büdcəsinə min manatlarla ziyan dəyib. Hələ onun mənəvi tərəfini demirəm. Azərbaycan Respublikasının bütün orqanlarına yazdığım müraciətlərə də baxılmır. Prezident Aparatına, Milli Məclisə, Nazirlər Kabinetinə və Milli Təhlükəsizlik Nazirliyinə göndərdiyim ərizələrə mənim adımdan başqaları izahat yazır. Daha doğrusu, Lerik rayon İcra Hakimiyyəti vətəndaşlara qarşı bu nankor addımı atır. Artıq cana doymuşuq. Qonşu rayonlardan da məktub və teleqramlarımızı göndərə bilmirik. Minbir bəhanə tapırlar. Dolayı yollarla müraciətlərimizin paytaxta getməsinə maneçilik törədirlər. Dərdimizi deməyə yer tapa bilmirik...”

Qeyd edək ki, Lerikdə yerli sakinlərin müraciətlərinə etinasızlıq problemi müxtəlif mətbu orqanlarında dərc olunan materiallarda da öz əksini tapır: “Rayon sakinləri dərdlərini demək üçün başçının qapısına getsələr də, onunla görüşə bilmirlər. Deyilənlərə görə, R.Bağırovu iş yerində tapmaq çətin məsələdir. Ya Bakıda olur, ya da Lerikdəki «Relax» istirahət mərkəzində. Rayonda tapılmayan Rövşən Bağırovu isə onun birinci müavini Cəlil Baxşıyev əvəz edir. Bu yaşlı-başlı kişini də icra başçısı kimi, rayonun problemləri yox, özünkülər maraqlandırır. Elə bu səbəbdəndir ki, hal hazırda Lerikdə əksər vəzifələrin birinci müavininin qohumlarında olduğu deyilir. Hətta o da bildirilir ki, Cəlil Baxşıyev bir çox hallarda icra başçısı ilə hesablaşmayaraq, özünün bildiyi kimi hərəkət edir. Bəzi məlumatlara görə, tərəflər arasında narazılıqlar da yaranıb.” Yeri gəlmişkən Lerikin ən səfalı guşələrindən birində yerləşən «Relax» istirahət mərkəzi də məhz şübhəli fəaliyyət növü ilə yerli sakinlərin narazılığını doğuran məkanlardandı. Məlumatlarda bu da bildirilir ki, yerli mənbələr mərkəzin əsil sahibinin İqbal Məmmədov olduğunu iddia edirlər.

Bu arada isə kütləvi informasiya vasitələrində yenidən Lerik RİH-nin başçısı Rövşən Bağırovun vəzifəsindən alınacağı ehtimalını ifadə edən məlumatlar yayımlanmağa başlanıb. Məlumatlarda bildirilir ki, yerli sakinlərin son həddə çatmış narazılıqları da nəzərə alınaraq, yaxın vaxtlarda Lerik rayon icra hakimiyyətinin başçısının vəzifəsindən azad ediləcəyi gözlənilir.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Paşinyanın vaxt uzatmaq və ya vaxt "qazanmaq"la təxribata hazırlıq cəhdi Ermənistana təhlükə yaradır"
Bu gün, 19:02
Sosial şəbəkələr “yumşaq güc” amilinin əsas istifadə arenasına çevrilir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 19:00
“Onların məqsədi Azərbaycanda gərginlik yaratmaqdır” - deputat
Bu gün, 18:58
Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı olub - FOTO
Bu gün, 18:24
ABŞ hələ də PKK-ya bağlı qruplara dəstək verir - FAKT BUDUR!
Bu gün, 18:21
Respublika Fənn Olimpiadalarında suallarla bağlı problemlər yaşanıb - Uşaqların, müəllimlərin əsəbini pozurlar...
Bu gün, 18:16
Doğuşdan 15 gün sonra xərçəng xəstəsi olduğu bilindi: Müalicəsinə 60 min lazımdır - VİDEO
Bu gün, 18:14
Əfv və ya amnistiya olacaq? - AKTUAL
Bu gün, 18:11
Almaniyanın fobiyası REALLIĞA ÇEVRİLİR – Rusiyanın növbəti hədəfi KİM OLACAQ?
Bu gün, 18:10
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Bu gün, 17:55
Baydendən növbəti əfv qərarı
Bu gün, 17:51
4 gün əvvəl həbsdən çıxan Qafar Dəmirçi yenidən məhkəmə qarşısında - DETALLAR
Bu gün, 17:47
“Xəstəliyində yanında olmadığım üçün peşmanam”
Bu gün, 17:45
“Pul qazanan qadınlar haqqında başqa sözlər deyirlər" - Nadir Qafarzadə
Bu gün, 17:38
Vəzifəli şəxs hamamda yıxılıb öldü - TƏFƏRRÜAT
Bu gün, 17:35
Cavid Qurbanov hələ də HÖKM KEÇİRİR? - İLGİNC İDDİALAR
Bu gün, 17:26
Saleh Məmmədovun bu dəbdəbəli villasının qiyməti nə qədərdir? - VİDEO
Bu gün, 17:19
Jurnalistə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
Bu gün, 17:14
Novxanıda bələdiyyə sədri Gəray Əsədov küçəsində yolu satıb - sakinlər dad edir...
Bu gün, 17:11
Şagirdlər niyə təhsillərini davam etdirmək istəmir? – Səbəblər, problemlər, hüquqsuz müəllimlər…
Bu gün, 17:04
Sosial müavinətlərin və təqaüdlərin məbləğləri artırılacaq - SƏRƏNCAM
Bu gün, 16:59
Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq
Bu gün, 16:58
Minimum aylıq əməkhaqqının məbləği 400 manat müəyyən edilib - SƏRƏNCAM
Bu gün, 16:57
Müharibə və qırğınlar dayanmayacaq… – 2025-ci illə bağlı bədbin proqnoz
Bu gün, 16:52
Ermənistan sülhlə bağlı SƏSİNİ ÇIXARMIR: - “Manipulyativ xarakterlidir”
Bu gün, 16:47
“Benzində su olmur axı...” - İddialara cavab
Bu gün, 16:39
Tələbələrlə bağlı təklif etiraza səbəb oldu: - “Ədalətsizlik...”
Bu gün, 16:34
Tehran sazişə elə bəndlər əlavə etmək istəyir ki... - GƏLİŞMƏ
Bu gün, 16:28
Arvadını mühasib, qardaşı oğlunu müavin təyin etdi - Sabiq sədrə elektron qolbaq taxıldı
Bu gün, 16:25
Ramin Hacılıdan Xəzər Rayon Məhkəməsinə müraciət - "Hüquqlarımdan istifadə etməyimə imkan yaradılsın"
Bu gün, 16:21
"17 yaşımda ağılsızlıqdan narkotik aludəçisi oldum"
Bu gün, 16:19
Əsədi devirən “türk” MOSSAD agentidir? – 4 dövlətlə bağlı plan pozuldu
Bu gün, 16:14
Ərinin öldürdüyü plastik cərrahla bağlı YENİ XƏBƏR
Bu gün, 16:08
Paşinyan gerçəkliyi xalqa açıqlasa və Azərbaycanla masa arxasına otursaydı... - ŞƏRH
Bu gün, 16:00
Taleh Qaraşovla Rövşən Rüstəmov üz-üzə… - Məhkəməyə gələn 3-cü şəxs kimdir?
Bu gün, 15:57
Cənubi Qafqazda yeni savaş təhlükəsi - Ermənistan odla oynayır
Bu gün, 15:55
Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39
Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37
İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36
Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32
“Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30
Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21
Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18
AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16
“43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10
ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09
Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04
“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01
“Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00
Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru