TÜRKİYƏNİN BAKIDAKI SƏFİRİNƏ SƏRT CAVAB
Tarix: 27-09-2011, 12:38 | Çap et
RƏSMİ BAKI HULUSİ KILIÇA NƏYİ İZAH EDİB?
DİA.AZ: - İsraillə münasibətlərində gərginliyin yaranmasının ardından qardaş Türkiyə Azərbaycandan haqlı bir ricada bulunaraq rəsmi Bakının Tel-Əvivə mümkün təzyiq rıçaqlarından yararlanmasını istədi. Doğrudur, bu məsələdə Azərbaycan hakimiyyəti açıq müstəvidə kifayət qədər səbirli və təmkinli görünməyə çalışdı. Amma əsas proseslər pərdəarxasında getdiyindən, olayla bağlı fikrini açıqlayan Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun «Türkiyənin Azərbaycandan bu kimi istəkləri tələb etməyə mənəvi haqqı var» şəklində olan açıqlamasını kimsə əsas mövqe kimi qəbul etmədi.
Çünki paralel olaraq Azərbaycan Milli Məclisinin sədri, yəni rəsmi subardinasiyaya görə, ölkənin üçüncü ən səlahiyyətlisi hesab olunan Oqtay Əsədov qardaş ölkəyə göndərildi və Ankarada mühüm görüşlər, danışıqlar təşkil olundu. Doğrudur, bu görüşlərin əsas hissəsi bağlı qapılar arxasında cərəyan etdiyindən Azərbaycanın qardaş Türkiyənin istəyinə rəsmən hansı formada əməl etməsi barədə hər kəs məlumatsız qaldı.
Elə buna görə də prosesləri dəyərləndirən ekspertlər məsələni bu şəkildə izah etdilər: «Azərbaycan tərəfi Türkiyəni başa salmağa çalışdı ki, rəsmi Bakı Ərdoğan iqtidarı qədərində İsrailin üzərinə yerimə iqtidarında deyil. Və yaxud hazırki məqamda bu şəkildə yürümə hər iki ölkənin ümumi maraqlarının təhdid altına alınması olar. Və yaxud da Azərbaycan İsrail-Türkiyə dilemması qarşısında qalmaq qədərində zor bir durumda qalmasını istəmir. Yəni bu üç versiyadan biri rəsmi Ankaranın qulağına pıçıldanıb».
Lakin «Dünya» İnformasiya Agentliyinə (diaaz.space) diplomatik mənbələrdən daxil olan informasiyalardan məsələnin təfərrüatına varıla bilməmiz üçün kifayət qədər ciddi qənaətlər formalaşdıra bilərik. Belə ki, redaksiyamıza ötürülən xəbərdə vurğulanır ki, bazar ertəsi Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub.
Əslində burada qeyri-adi hadisə yoxdur. Çünki rəsmi Ankaranın məlum istəyi məhz Türkiyənin Azərbaycandakı səfirinin dili ilə ifadə olunmuşdu. Və hətta bu istəyi Türkiyə dövlətinin rəsmi tələbi kimi də təqdim etmək olardı. Elə buna görə də Hulusi Kılıçın Azərbaycanın xarici siyasət idarəsinə dəvət edilməsi bir normal proselur hesab olunur.
Məlumatlı mənbənin söylədiklərində vurğulanır ki, Hulusi Kılıça Azərbaycan XİN-də Azərbaycan dövlətinin Türkiyənin tələbinə izahatı rəsmən təqdim edilib: «Bazar ertəsi Hulusi Kılıçın diqqətinə çatdırılan rəsmi izahatda vurğulanır ki, Azərbaycan üçün İsrail-Türkiyə seçimi qarşısında qalmaq arzuolunan deyil. Amma buna rəğmən Azərbaycan dövləti bildirir ki, onun İsraillə əlaqələri Türkiyənin İsraillə dünənə qədər olani əlaqələri ilə müqayisədə kifayət qədər aşağı səviyyəli hesab oluna bilər. Bundan əlavə, Azərbaycan Türkiyədən fərqli olaraq İsraildə böyükelçiliyə nə dünən malik olmayıb, nə də bu gün malik deyil».
Diplomatik qaynaqlardan çatan xəbərdə o da vurğulanır ki, Türkiyə səfirinə verilən izahatda «Azərbaycan tərəfi açıq şəkildə Fələstinə yardım göstərir, Fələstinlə diplomatik, ictimai-siyasi, iqtisadi əlaqələr qurur və Fələstin dövlətinə açıq dəstəkdə bulunur» - kimi ifadələr də yer alıb: «Belə olan şəraitdə Türkiyənin Azərbaycandan «İsraillə əlaqələrinə yenidən bax» çağırışı bilinmədən buraxılan qardaş yanlışı kimi qəbul edilə bilər».
Bildirək ki, Türkiyə ilə yanaşı, Azərbaycanın da İsraillə hərbi istiqamətdə ciddi əlaqələri var. Hətta kəşfiyyat məsələlərində də iki ölkənin münasibətlərinin ali səviyyədə olduğu söylənilir. İsrail Azərbaycanın növbəti Qarabağ savaşı yolunda silahlandırmada yardımçı olursa, Azərbaycan da İran məsələsində İsrailə dəstək olur. Elə bu günlərdə Qarabağ səması üzərində ermənilər tərəfindən vurulmuş pilotsuz təyyarənin İsrailə məxsus olması barədə məlumatlar yayıldı. Və erməni mətbuatı iddia etdi ki, həmin pilotsuz təyyarə İsrailə məxsus idi və İranla bağlı kəşfiyyat işləri həyata keçirirmiş.
Yəni bu gün Azərbaycanla İsrailin münasibətləri sırf olaraq ölkəmizin milli dövlətçilik maraqları çərçivəsindədir. Bu məsələnin də Türkiyənin Azərbaycandakı səfirinin diqqətinə çatdırıldığı bildirilib və qeyd olunub ki, Azərbaycanın Tel-Əvivə olan münasibəti, Tel-Əvivlə olan əlaqələri nəinki Türkiyənin, hətta ümumi regionun maraqları ilə ziddiyyət təşkil etməməkdədir.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48 |
|
|
|
• Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45 |
|
|
|
• “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43 |
|
|
|
• İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36 |
|
|
|
• İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33 |
|
|
|
• "Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30 |
|
|
|
• Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23 |
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24 |
|
|
|
|