YOLA SALDIĞIMIZ İLİN PUL KİSƏSİ
Tarix: 4-01-2012, 15:02 | Çap et
VƏ YAXUD 2011-Cİ İLİN ƏSAS İQTİSADİ HADİSƏLƏRİ
12.01
-Bakıda Azərbaycan qazının İrana nəqli ilə bağlı uzunmüddətli müqavilə imzalanıb.
13. 01
-Avrokomissiya prezidenti Joze Manuel Barrozu və prezident İlham Əliyev Azərbaycan qazının Avropaya nəqli barədə birgə bəyannamə imzalayıblar.
01.03
- Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 3-dən 5%-ə artırıb.
- Yerli Norm LLC şirkəti ilə Çinin"China Triumph International Engineering Co., Ltd"şirkəti arasında Qafqazda və Xəzər regionunda semenet istehsalı üzrə ən böyük müəssisənin tikintisi barədə müqavilə imzalanıb.
01.05
- Ədliyyə Nazirliyi yanında qeydə alınmış təsərrüfat subyektlərinin vahid yoxlama reyestri fəaliyyətə başlayıb.
-Elektron rəqəmli imza (e-imza) tətbiqi layihəsi çərçivəsində Azərbaycanda rəqəmli imza verən sertifikatlaşma mərkəzi yaradılıb
04.05
-Azərbaycan parlamenti "Şəfəq" və"Asiman"dəniz strukturlarının işlənməsi üzrə sazişi təsdiqləyib.
01.06
- AzEuroTel birgə müəssisəsi MMC-yə çevrilib və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinə verilib.
21.07
- Azərbaycan Mərkəzi Bankı 2011-2014-cü illər üçün strateji plan hazırlayıb.
- İnvestisiya fondlarının yaradılması və fəaliyyət qaydaları hazırlanıb.
02.09
- Amerikanın USEx-Im-i ilə FransanınBNPParibasbankı arasındaAzərbaycanınilktelekommunikasiyapeykiAzerspace-in tikintisinin kreditləşdirilməsi üzrə saziş imzalanıb.
09.09
-Total“Abşeron” yatağında böyük qaz ehtiyatı kəşf edildiyini elan edib.
18.09
-Azərbaycanın yeni Gömrük Məcəlləsi qəbul edilib.
- "İcbari sığorta növləri haqqında” qanun qüvvəyə minib.
25.10
- İzmirdə Azərbaycanla Türkiyə arasında qaz sazişi paketi imzalanıb.
- Azercell Telekom vəBakcell 3Gstandartında rabitə xidməti üçün lisenziya alıb.
-Ölkə prezidenti "Azərbaycanda 2011-2015-ci illərdə məşğulluq strategiyasının həyata keçirilməsi üzrədövlət proqramı"nı təsdiq edib.
16.11
- Sürixdə ARDNŞ və Exxon Mobil Central Europe Holding GmbH Esso Schweiz GmbH (Exxon Mobil-in İsveçrə filialı) şirkətinin səhmlərinin alqı-satqısı barədə müqavilə imzalayıblar.
29. 11
- Ölkə prezidenti «Azərbaycan 2020: gələcəyə baxış»milli proqramının hazırlanması barədə sərəncam imzalayıb.
22.12
- Sumqayıtda dövlət kimya sənayesi parkı yaradılıb.
26.12
-Ankarada Türkiyə ilə Azərbaycan TransanadoluPipelineqazkəmərinintikintisiüzrə konsorsiumyaradılması barədə qarşılıqlı anlaşmamemorandumuimzalayıblar.
29.12
- Ölkə prezidenti Balaxanı sənaye parkı yaradılması barədə sərəncam verib.
2011-ci ilin iqtisadi yekunlari
İqtisadiyyatda sabitliyi qorumaq baxımından 2011-ci ili uğurlu adlandırmaq olar. Cari ildə neft-qaz sektorunda böyük akivlik müşahidə edilib. Sahənin resurs bazası yeni kəşf edilən və genişləndirilən köhnə yataqlar hesabına artıb. ARDNŞ səylə xarici bazarlara çıxıb, «hasilat-emal-son istehlakçı» zənciri boyu işlər qurub, mənfəətli xarici aktivlər alıb, tədarük coğrafiyasını şaxələndirib. Türkiyə ilə qaz sazişi paketinin ardınca Transanadolu Pipeline tikintisi üzrə vacib qərar qəbul edildi. O, Azərbaycan qazının Avropaya nəqli problemini aradan qaldıracaq.
Hökumət əmindir ki, neft-qaz sektorunda bu irimiqyaslı iş iqtisadiyyatın gələcəyini sığortalayır. Neft gəlirləri strateji valyuta ehtiyatı artımını təmin edib. Öz növbəsində büdcənin gəlirlər hissəsini artırmağa imkan verib. Ölkə tarixində ilk dəfə ÜDM-in artım tempi 2011-ci ilin 11 ayında 0,2%-ə düşüb. Əsas səbəb sənaye sektorunda 5%, neft-qaz sektorunda 10,5% azalmadır. Bu azalmanın təfərrüatına varmadan qeyd edək ki, ÜDM-in artım tempinin azalmasını nə neftin bahalanması, nə də qeyri-neft sektorunda yaxşı artım (9,5%), nə də bu sektora artan investisiyalar (139,1% artım) neytrallaşdıra bilib.
Hökumətin iqtisadiyyatın şaxələnməsinə marağı artıb. 2011-ci ildə bir sıra böyük sənaye obyektlərinin tikintisi başlayıb və ya davam edib (gəmiqayırma zavodu, yeni liman, karbamid zavodu, Sumqayıtda texnopark və s.). İqtisadiyyatda yenidən sənayeləşmə cəhdləri aşkardır, amma bu siyasətin prioritetlərini göstərən sənaye siyasəti hələ hazırlanmayıb. İnkişaf institutları adlanan qurumlar – Azərbaycan İnvestisiya Şirkəti, Azərbaycan İnvestisiya Fondu və SKMF tam gücü ilə işləməyib. İnfrastruktur layihələrinin inkişafı davam edib. Xüsusən avtoyollarda (büdcənin ən böyük investisiya bəndi) artım var, Azərbaycan dəmir yollarında irimiqyaslı yenidənqurma işləri başlanılıb. Amma kənd yollarının tikintisində süstlük var. Səbəb, ehtimal ki, dəqiq olmayan regional inkişaf siyasəti və məhsuldar qüvvələrin ölkədə balanssız yerləşdirilməsidir.
11 ayda ölkədə inflyasiya səviyyəsi təxminən 8% olub, əhalinin real gəlir səviyyəsi inflyasiyanın artım tempini keçib. Amma statistika əhalinin müxtəlif qruplarının gəlirlərində artan sosial təbəqələşməni əks etdirmir, inflyasiya barədə məlumatlar isə alternativ qiymətləndiricilər tərəfindən şübhəyə alınır. AMB bildirirdi ki, inflyasiya 6%-i keçməyəcək, amma onun üzərində təkcə monetar nəzarət yetərli deyil. Ərzaq mallarından başqa, 2011-ci ildə su, istilik, zibil daşınması, metroda gediş tarifləri bahalanıb. Bir çox təşkilatlar (RİTN, Nəqliyyat Nazirliyi) tarif artımına çalışıb. Tarif siyasəti iqtisadiyyatın zəif yeri olaraq qalır, onun israfçı xarakteri xidmət və malların maya dəyərini düzgün qiymətləndirməyə imkan verməyib. İnflyasiya gözləntilərinə 2012-ci ilin əvvəlində elektrik enerjisinin tarifinin bahalanacağı şayiələri də təkan verə bilər. Bu, əlbəttə, bütün iqtisadiyyatda ciddi inflyasiya artımına səbəb olardı.
Xeyli gecikmədən sonra 2011-ci ildə ölkədə investisiya fondları yaradılması üzrə qərar qəbul edilib, onların fəaliyyət şərləri işlənilib. Amma belə fondların uğurlu işləyəcəyi şübhə doğurur. Çünki özəlləşdirmə praktik olaraq dayanıb, inhisarçılıq baş alıb gedir, maliyyə bazarı ciddi inkişaf etməyib. Dövlətin iqtisadiyyatdakı rolu artır.
Hökumət bank sistemində sabitliyi dəstəkləyib, kapital bazarında aktivliyi bərpa etməyə çalışıb. İlin əvvəlindən bankların depozit bazası üçdə bir artıb. İqtisadiyyatın kreditləşməsində ilin sonu üçün bir qədər artım olub, amma kredit qiyməti baha olaraq qalıb – kreditlər üzrə orta faiz dərəcəsi ötən ilki kimi olub. AMB etiraf edib ki, banklarla real sektor arasında etimad hələ bərpa olunmayıb, Fond bazarı əvvəlki illərdəki azalmanı aradan qaldırıb və hərrac həcminə görə 2008-ci ilin səviyyəsinə çatıb. Sığorta bazarında artım seziləndir – ötən illə müqayisədə 70%-ə yaxın inkişaf var.
İqtisadiyyatın texniki inkişaf səviyyəsinə görə də ili uğurlu adlandırmaq olar. Telekommunikasiya sektorunda yüksək inkişaf var. Orada müəyyən rəqabət mühiti də formalaşıb. Rəqəmli imzanın inkişafını, e-hökumət yaradılması üzrə addımları, telekommunikasiya peyki yaradılması və buraxılması üzrə işləri, paytaxtda nəqliyyatın intellektual idarə edilməsi sisteminin tətbiqini müsbət işlərdən saymaq olar.
İlin yekunlardan onları qeyd edək ki, qeyri-neft sektorunun dəstəklənməsi üzrə tədbirlər korrupsiya, inhisarçılıq və zəif rəqabət mühitində yetərincə səmərəli olmayıb. Hər şeydən öncə ona görə ki, onlar ölkədə kiçik və orta biznesin – iqtisadiyyatın əsas dayaqlarının formalaşmasına mane olub. İlin əvvəlində hökumət korrupsiya ilə mübarizənin konturlarını cızmağa cəhd elədi, ilin sonu üçün aydın oldu ki, bu səylər əbəsdir. İri iqtisadi qruplar və məmurlar öz maraqlarını möhkəm şəkildə qorudular. Gömrük Məcəlləsinin qüvvəyə minməsi gömrüyün işində heç cür əks olunmayıb. O da səciyyəvidir ki, Rəqabət Məcəlləsi heç cür qəbul edilmir. Məmurların gəlirlərinin bəyan edilməsi məsələsində də irəliləyiş yoxdur. Bahalı infrastruktur layihələrinin səmərəliliyi məsələsi cəmiyyətdə daim müzakirə mövzusu olub. Ehtimal etmək olar ki, ÜTT-yə üzvlük kimi vacib məsələ iri oliqarx qrupların və məmurların müqaviməti ilə üzləşir. Aydındır ki, dövlət yerli istehsalçını dünya bazarı qarşısında qorumalıdır. Amma çox vaxt söhbət bu qrupların məkrli niyyətindən gedib. Onlar qorxurlar ki, iqtisadiyyat açıq olsa, inhisarçı mövqelərini itirərlər. Yeni ildə əsas məsələ, görünür, sahibkarlıq üçün iqtisadi azadlıqların genişləndirilməsi və əmlak hüququna ciddi riayət edilməsi olacaq. Xüsusən şəhərin mərkəzində evləri söküləcək vətəndaşlara qarşı qanunsuz hərəkətlər biznes üçün həyəcan siqnal oldu. Bunun səbəbi məlumdur – hətta konstitusion mənzil hüququ pozulursa, istənilən biznes ikiqat zəif vəziyyətdədir. Dövlətlə biznes arasında bir çox məhkəmə çəkişmələri illərdir davam edir və onlar bir qayda olaraq, dövlətin xeyrinə həll edilir.
Turan Analitik Xidməti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycan -Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilib
Bu gün, 16:07 |
|
|
|
• TƏBİB-in məsul şəxsinin gəlini faizə pul verdiyini məhkəmədə etiraf etdi - Mələk Zeynalovaya ağır cəza istənildi
Bu gün, 16:06 |
|
|
|
• "Dünya hamıya çatacaq qədər böyükdür"
Bu gün, 16:03 |
|
|
|
• Suriyada qalib hansı ölkədir? - “Nezavisimaya qazeta”
Bu gün, 16:01 |
|
|
|
• "Pulların gəlişi, bölüşdürülməsi, ümumiyyətlə, bütün detalları aydın şəkildə qeyd ediblər" - deputat
Bu gün, 15:55 |
|
|
|
• Başçıdan şəhid ailəsinə sayğısızlıq... - "Döşəməm də torpaqdır..."
Bu gün, 15:48 |
|
|
|
• "Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının Pirallahı rayonunda təqdimatı keçirildi
Bu gün, 15:38 |
|
|
|
• Vəzifəli şəxs HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 15:34 |
|
|
|
• Nəsimi RİH-də kitab təqdimatı oldu - FOTO
Bu gün, 15:33 |
|
|
|
• 2025-ci ildə Zəngəzur dəhlizinin açılmasının şahidi olacağıq - ANONS EDİLDİ
Bu gün, 15:07 |
|
|
|
• “Ağıllı kişi silikonlu, vulqar qadına aşiq olmaz” - “Vətəndaş A”nın “Almaz”ı
Bu gün, 15:04 |
|
|
|
• Erməni politoloqdan Azərbaycanla bağlı SƏRSƏM AÇIQLAMA
Bu gün, 15:00 |
|
|
|
• Rusiya Suriyada məqsədinə nail olub - Putin
Bu gün, 14:55 |
|
|
|
• AzGerneft işçilərinin taleyi SUAL ALTINDA... - NƏ BAŞ VERİR?
Bu gün, 14:53 |
|
|
|
• 2 nəfərin öldüyü tuneli tikən şirkət 138 milyonluq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 14:10 |
|
|
|
• İsrail və Türkiyə arasında yeni SURİYA ÇATI... - Bakıdan ŞƏRH
Bu gün, 14:02 |
|
|
|
• Makron Fransası sülh prosesini əngəlləyir - FAKT BUDUR!
Bu gün, 14:00 |
|
|
|
• “RM Medicare Klinika”sında sertifikasiyadan kəsilənlər həkimlik edir - BU NƏDİ BELƏ?..
Bu gün, 13:58 |
|
|
|
• "Ermənistan buna imkan vermir, - heç cür şərait yaratmaq istəmir"
Bu gün, 13:11 |
|
|
|
• Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07 |
|
|
|
• Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03 |
|
|
|
• Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01 |
|
|
|
• Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56 |
|
|
|
• "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51 |
|
|
|
• Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49 |
|
|
|
• “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42 |
|
|
|
• KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33 |
|
|
|
• Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26 |
|
|
|
• Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22 |
|
|
|
• Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20 |
|
|
|
• Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14 |
|
|
|
• Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10 |
|
|
|
• Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08 |
|
|
|
• “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02 |
|
|
|
• Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48 |
|
|
|
• Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45 |
|
|
|
• Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40 |
|
|
|
• Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38 |
|
|
|
• Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37 |
|
|
|
• Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35 |
|
|
|
• ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33 |
|
|
|
• Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28 |
|
|
|
• Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14 |
|
|
|
• İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10 |
|
|
|
• Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02 |
|
|
|
• Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56 |
|
|
|
• Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53 |
|
|
|
• Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50 |
|
|
|
• 18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43 |
|
|
|
|