AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib .....                     Həmin direktorun diplomu saxta imiş .....                     Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR .....                     "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" .....                     Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ .....                     Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib .....                     Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... .....                     Avropa Parlamentindən Bakıya növbəti hücum .....                     Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq .....                     Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR .....                     Bayram günlərində hotellərinqiyməti fantastik həddə .....                     Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! .....                     İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... .....                     4 milyon manat necə ələ keçirilib? .....                     Güzəştli şərtlərlə yaranan pensiya hüququ... .....                     İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... .....                     Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI .....                     Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... .....                     Azərbaycanda aktyor vəfat edib .....                     Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır .....                     Zaur Hüseynov niyə işdən çıxarıldı? .....                     İllər öncə sənətə gəlsə də... .....                     Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” .....                     Qərb Moskvaya qarşı bu “silahı” işə salır .....                     Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                     Suriyanın “açarı” kimdədir? .....                     MİDA hamını BOĞAZA YIĞIB... .....                     "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - .....                     'Expargo' karqoları BELƏ GECİKDİRİR .....                     Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi .....                     Azərbaycanda 24 illik şirkət .....                     Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb .....                     ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                 

KEÇMİŞ ABU REKTORUNUN MOSKVADAKI MÜLKÜ
Tarix: 18-07-2013, 12:44 | Çap et
KEÇMİŞ ABU REKTORUNUN MOSKVADAKI MÜLKÜ
(Əvvəli BURADA)

...Bura Moskvanın Odinsovski rayonunun Marfino küçəsi-25 a-l küçəsində yerləşən başı qalmaqallı ABU-nun Moskva filialıdır... Necə deyərlər, “Lələ köçüb, yurdu qalıb”. Amma Azərbaycanın hüquq mühafizə orqanları rəhbərlərinin gözündən uzaq, “lələ”, yəni Elşad Abdullayev buradan köçsə də, yurdu, daha doğrusu, adına olan əmlakı durur. ABU-nun Moskva filialının indiki qiymətlə ümumi dəyəri isə bir neçə milyon dollarlarla ölçülür. Jurnalist təhqiqatımı davam etdirərək burada yaxın ərazidə bir neçə yerə baş çəkdim və sakinlərlə görüşüb torpaq sahəsi almaq istədiyimizi bildirib qiymətləri soruşdum. Məlum oldu ki, bir sot torpağın qiyməti 50-70 min dollar arasındadır. Çünki ərazi bahalı ərazi hesab olunur, ümumiyyətlə, Odinsovski rayonu Moskvada əlverişli əraziyə malik rayon sayılır.

Malik Mehdiyev indi hardadır?

...ABU-nun Moskva filialının binasının həyətinə girmək istəsəm də, İqor adlı mühafizəçi içəri daxil olmağıma imkan vermədi. Əvvəldən bilsəydim ki, bura özbəklərə və tacik, qazax fəhlə və ticarətçilərə yatıb-durmaq üçün kirayəyə verilib, özümü onların iş yoldaşı kimi təqdim edib içəri daxil ola bilərdim. Sözüm yalan çıxmasın deyə, həm də guya bir tanışımın burada vaxtilə işlədiyini bildirib İqorla xeyli söhbət etdik... Söhbət yenidən Malik Mehdiyevin üzərinə gəldi:

-Malik Mehdiyevdə sənədlərim qalıb, indi onu necə tapa bilərəm?

-O, buradan çoxdan gedib... Sonuncu dəfə buraya Tatarenko Viktor Titoviçi təyin etdilər. O, Elşad Abdullayevin yaxın dostu idi, Bakıda uzun müddət dənizdə işləmişdi... Amma indi onların da arasında “müharibə” gedir, əsil müharibə... Çünki Elşad Abdullayev onu quru yurdda qoydu. İndi Tatarenko onu məhkəməyə vermək istəyir. Mən belə bilirəm. Elşad onun əli ilə çoxlu tələbələrə diplomlar verdirdi... Amma sonradan bəziləri saxta olduğundan Tatarenkonun üstünə gəlirdilər, pullarını tələb edirdilər...

-Necə saxta çıxmışdı ki?

-Çünki bir müddət həmin diplomları Bakıdan alıb gətirirdilər. Təbii ki, pul hesabına. Sonradan həmin diplomları Moskvada düzəltdirirdilər. İndi Moskvada istəyirsən sənə general rütbəsi aldırıb verdirim... Xəbəriniz varmı, eşitdiyimə görə hansısa alimin kitabını oğurladığına görə Elşad Abdullayevin doktorluq işini Rusiyada ləğv ediblər?

-(Özümü bilməzliyə vururam.Red.). Yox, xəbərim yoxdur...

-Mənə burada dedilər ki, hansısa Rusiya alimi ondan şikayət verib...

-Kozırin deyildi?

-Hə, deyəsən elə idi. Hətta Tatarenko deyib ki, Elşad Abdullayev Fransadan dərhal Moskvaya gəlib, çox çalışıb ki, doktorluq işinin ləğvini bərpa etdirsin, amma vəkilləri bildiriblər ki, oğurlanmış elmi materialın müəllifi özü şikayətçidir və məhkəməyə verə bilər... Amma Rusiya Təhsil Nazirliyi qərarını dəyişmədi... Elşad ordakı komissiya üzvlərinə pul da təklif edib, amma razı olmayıblar... İndi isə Tatarenko ilə müharibə vəziyyətindədir. Amma bizim bu korpusun əks tərəfində (Mənə göstərir. Red.) Elşad Abdullayevin evidir. Bax o evdir... Bütün buranı isə Feliksdən alıb, sarkisyandır familyası...

***

...İqor daha sonra mənə özbəkləri göstərir. Onlar ABU-nun Moskva filialının əsasən 2-ci və 3-cü mərtəbələrində kirayə qalırlar. Pulları isə korpusun əks tərəfində Elşad Abdullayevə məxsus mülkdə yaşayan oğlu tərəfindən götürülür, Elşad Abdullayevə göndərilir.

Burada həm də öyrəndim ki, Elşad Abdullayev Moskvaya rahat gedib-gəlir. Çünki onun Rusiya vətəndaşlığı var: “Amma Azərbaycandan onun məsələsini qaldırdılar və ona görə də Fransada siyasi mühacir statusu ala bilmədi. Əsas bu idi ki, onun ikili vətəndaşlığı var idi. Həm Azərbaycan, həm də Rusiya”, deyir İqor...

***

İqor onu da bildirdi ki, ermənilər Elşad Abdullayevə böyük hörmət edirlər, hətta ona bəzi məsələlərdə güzəştlər də edirlər: “Feliks Sarkisyanın Fransada adamları var, Elşada böyük köməklik ediblər... Onun Moskvaya gəlib-getməyində də böyük rol oynayırlar. Çünki Elşad bu binanı da Feliksdən alıb...”.

Mənə burada bəzi sənədlər də təqdim etdilər. Həmin sənədlərin bəziləri Bakıda məndə var idi. Yenə də o mövzuya qayıtmaq istərdim. Məlum olur ki, 12 iyul 2005-ci ildə Elşad Abdullayevlə Feliks Sarkisyan arasında “Beh Müqaviləsi” bağlanıb. Bir tərəfdən 29 iyun 1959-cu ildə Moskva şəhərində anadan olmuş Sarkisyan Feliks Karlenoviç imzalayıb, digər tərəfdən isə Azərbaycan vətəndaşı kimi, 25 sentyabr 1954-cü ildə Kürdəmir rayonunda anadan olmuş Abdullayev Elşad İslam oğlu. “Müqavilə”nin 1-ci bəndində göstərilir ki, “Abdullayev Elşad İslam oğlu göstərilən müqavilə əsasında 900 kvm sahəsi olan torpaq sahəsinə, həmçinin həmin torpaq sahəsinin üzərində yerləşən, ümumi sahəsi 491,70 kvm. olan yaşayış evinə, nəhayət, ümumi sahəsi 247,80 kvm. olan qonaq evinə görə Sarkisyan Feliks Karlenoviçə qabaqcadan beh kimi 200 min dollar pul verdi”.

Həmçinin müqavilənin 1.1. bəndində göstərilir ki, “E.Abdullayev həmin məbləğdə olan pulu şəxsən F.Sarkisyana vermişdir”.

Müqavilənin 2-ci bəndində isə qeyd olunur ki, “Tərəflər alqı-satqı üzrə bütün sənədləşmələri 12 avqust 2005-ci ildə başa çatdırmağı öhdəsinə götürür”.

Bundan əlavə, müqavilənin 2.2 bəndindən isə məlum olur ki, “Bu əmlakın ümumi dəyəri 800 min dollar civarında qiymətləndirilib”. Həmin bənddə o da qeyd olunur ki, “Tərəflərdən E.Abdullayev öhdəlik götürür ki, 800 min dolları verir, V.Sarkisyan isə həmin məbləği qəbul etdiyi andan adı çəkilən obyekti E.Abdullayevə təhvil verir”

Tərəflər arasındakı digər bir alqı-satqı müqaviləsi isə 22 sentyabr 2005-ci ildə bağlanıb. Bu müqaviləni isə bir tərəfdən Sarkisyan Feliks Karlenoviç, digər tərəfdən isə Mehdiyev Malik Hüseynqulu oğlu (ABU-nun Moskva filialının direktoru) imzalayıb. Bu yekun alqı-satqı müqaviləsinə isə Elşad Abdullayevin Moskvada dövlət notarisu L.A.Musaelyan tərəfindən verilmiş etibarnamə əsasında səlahiyyətli nümayəndəsi kimi Malik Mehdiyev imza atıb.

Həmin müqavilənin də 9-cu bəndində göstərilir ki, Elşad Abdullayevin səlahiyyətli nümayəndəsi olan Malik Mehdiyev Feliks Sarkisyana 1 miyon 975 min 530 min rubl nəgd pulu təhvil verdi...

Mənə həmçinin üç sənəd verdilər ki, onlardan biri də torpaq sahəsi, onun üzərindəki yaşayış binası və qonaq evinə aid olan üç mülkiyyət şəhadətnaməsidir.

“Necə olub ki, filialda süpürgəçi işləmiş Valentina Tixonovna sonradan ABU-nun Moskva filialında Malik Mehdiyevin direktor müavini oldu?”

...Moskvada olarkən Malik Mehdiyevlə bağlı bəzi məqamlara da aydınlıq gətirə bildim. Məsələn, orada mənə sual edirdilər ki, ABU-nun Moskva filialını əvvəldən Malik Mehdiyev idarə edib, bütün qanunsuz “perevodlar” onun əli ilə edilib, amma Azərbaycanın istintaq orqanları nədənsə onun istintaqa cəlb edilməsini təmin etmir:

-Malik Mehdiyev bütün qanunsuz köçürmələri imzalayan və Bakıya göndərən idi. Onun əli ilə nə qədər tələbə, hansı ki, heç bir vaxt Moskvada olmayıblar, ABU-ya “Perevod” olunub. Maraqlıdır ki, bu iş o vaxt Təhsil Nazirliyi ilə əlbir edilirdi. Məsələn, TN digər tələbələrə problem yaratdı, amma Moskva filialından ABU-ya gələnlərin heç birinə toxunmadı, hamısına diplom verdilər... Həmin diplom alanların sənədlərini araşdırsalar, məlum olacaq ki, onlar heç bir vaxt Azərbaycan sərhədini keçməyiblər... Burada bir süpürgəçi işləyirdi, Valentina Tixonovna. Malik Mehdiyevin ən yaxın durub-oturduğu xanım idi... Amma sonradan ABU-nun Moskva filialında Malik Mehdiyevin direktor müavini oldu? Hansı əsas və xidmətlərə görə? Bundan əlavə, Malik Mehdiyevin həyat yoldaşı Bakıdakı dövlət uiniversitetlərinin birində, səhv etmirəmsə, Politexnik Universitetində kafedra müdiri işləyirdi, amma eyni zamanda həm də ABU-nun Moskva filialında direktorun köməkçisi vəzifəsində çalışırdı. Daha doğrusu, bu vəzifənin maaşını alırdı... İstintaq orqanları bunu da araşdırsınlar... Siz Malik Mehdiyevdən sonra burada direktor olmuş Tatarenko Viktor Titoviçi tapın, onun Elşad Abdullayevlə bağlı maraqlı faktları var...

***

...Bu da Moskvada Elşad Abdullayevlə bağlı daxil olmuş sorğu əsasında apardığımız araşdırma... Çox məsələlər var ki, hələlik bu barədə danışmaq istəməzdim. Çünki bəzi faktlar və məlumatlar var ki, istintaq orqanı üçün hava və su kimi əhəmiyyətlidir. Bu barədə isə şok yazını tezliklə təqdim edəcəyik.

“Təzadlar”ın Araşdırma Qrupu

Bakı-Moskva-Bakı









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18
Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10
Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08
"Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06
Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03
Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59
Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52
Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44
Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42
Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18
Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07
Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06
İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00
4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58
Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52
İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49
Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36
Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30
Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27
Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32
Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27
İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24
Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20
Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru