GORANBOY XANINA HƏBSXANADAN ŞOK İTTİHAMLAR
Tarix: 8-07-2013, 10:40 | Çap et
DİA.AZ: - Goranboyun icra başçısı Nizaməddin Quliyev tərəfindən şərlənərək həbs olunmuş iş adamı Müqayis Verdiyev növbəti dəfə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Sahibkar bu müraciətində başına gətirilən oyundan və həbsdə olmasının hələ də səbəbini bilməməsindən bəhs edib.
DİA.AZ bildirir ki, Verdiyev müraciətində deyib ki, o, indiyə qədər ölkədə həyata keçirilən yenidənqurma və tikinti sahəsində gücü çatdığı qədər iştirak etməklə yanaşı, həm də köməkliyini göstərməyə çalışıb. «Cənub Prezident, mən uzun illərdir rayonlarımızın abadlaşdırılması və yenidənqurulması istiqamətində həyata keçirdiyiniz layihələrdə yaxından iştirak edirəm. Bu illər ərzində Yevlaxda abadlaşdırma və yenidənqurma işlərinə görə məni təqdir edərək, təşəkkürünüzü bildirmisiz. Eyni olay İmişli rayonunda da yaşanıb və Siz böyüklük göstərərək mənim gördüyüm işlərə ən yüksək qiymət vermisiniz. Lakin Goranboyda mənim deyil, icra başçısı Nizaməddin Quliyevin günahı üzündən işlər yarımçıq qaldı. Belə ki, o, mənim fəhlələrə verməli olduğum halal 156 min manatımı ödəməkdən imtina etdi. Həmin pulu mənimsədiyindən ört-basdır etmək üçün mənə şər ataraq, həbs etdirdi».
İş adamı daha sonra bildirib ki, Goranboyun icra başçısı Nizaməddin Quliyevin onu şərləməsinin əsas səbəbi oğlu Ramal Quliyevin əməlləri olub. O qeyd edib ki, icra başçısının oğlu Ramal Quliyev «Fəqan Xidmət» şirkətinin qeyri-rəsmi rəhbəridir. Eyni zamanda, Goranboyda həyata keçirilən tenderlərin də hamısı bu şirkətə həvalə olunub. «Amma Ramal Quliyev dəfələrlə atasını ciddi şəkildə borca salıb. Məsələn, hələ bir neçə il bundan əvvəl Ramal Quliyev Kapital Bankın Mingəçevir şəhər filalının rəhbəri olarkən 500 min manat pulu götürərək, xarici dövlətlərdən birində qərarlaşmışdı. Həmin pulu isə atası Nizaməddin Quliyev qaytarmalı olub. Bu dəfə də tenderin pullarını mənimsəyən oğul Quliyev atası üçün əlavə problem yaratmışdı ki, nəticədə həmin borcları bağlamaq zərurəti yaranmışdı. Oğlunun əməllərini brt-basdır etməyə çalışan Nizaməddin Quliyev müavini Baxış Abdullayevə göstəriş verərək, 5-6 fəhləni aldatmaq yolu ilə İcra Hakimiyyətinin binası qarşısına çıxararaq, onların aksiyasını təşkil etmişdi. Amma bununla da kifayətlənməyib, yuxarı dairələrə guya, mənim «iğtişaş» törətdiyim barədə məlumat ötürüblər. Halbuki bu işdən mənim qətiyyən xəbərim olmayıb. Üstəlik, həmin fəhlələr yazılı şəkildə müraciət edərək, mənimlə əlaqəli olmadıqlarını və Baxış Abdullayev tərəfindən öyrədildiklərini bildirmişdilər». Müqayis Verdiyev daha sonra vurğulayıb ki, onun heç bir zaman ölkədə və ya ölkənin hansısa məntəqəsində iğtişaş törətmək niyyəti olmayıb. «Cənab Prezident, mən hər zaman atanız, Ümummilli Liderimiz Heydər Əliyevə və Sizə sədaqətli olmuşam. Bunu sözdə yox, əməldə də sübut etməyə çalışmışam. Hələ 1994-cü ildə Gəncədə Surət Hüseynov dövlət çevrilişinə cəhd edəndə mən onlara qarşı çıxmaqla yanaşı, həm də cənab Prezident Heydər Əliyevin şəhərə təyin etdiyi icra başçısını qoruyaraq, onun fəaliyyətini davam etdirməsinə yardımçı olmuşam. Həmin vaxt şəxsi maşınımı belə onun ixtiyarına vermişəm. Hətta bu hərəkətlərimə görə, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev cənabları da keçirilən müşavirədə adımı çəkərək, hamını dövlətçiliyə mənim kimi sədaqətli olmağa çağırıb. Həmin vaxt belə əlimdə yetərli qədər imkan olub ki, iğtişaşlar törədim. Amma mən dövlətimə, onun başçısına sədaqət nümayiş etdirmişəm. Bu gün də eyni mövqedəyəm və kimsə bunu dəyişə bilməz. Əgər bu gün kimsə Azərbaycandakı sabitliyi pozmağa cəhd edərsə, yenə də mən və mənim kimi Sizə sədaqətli insanlar onun qarşısını almaq üçün əlindən gələni edəcəklər».
Goranboyun icra başçısı Nizaməddin Quliyevin ona şər atdığını, haqqında qaldırılmış cinayət işinin isə qondarma olduğunu bildirən sahibkar qeyd edib ki, bu gün həbsdə günahsız yerə yatması ədalətsizlikdir və bu məsələ araşdırılmalıdır. «Mənim ən böyük «günahım» Goranboyda görülən işlərdə çalışan fəhlələrin əmək haqlarını icra başçısı Nizaməddin Quliyevdən istəməyimdir. Çünki onlar da ailə başçılarıdırlar və evlərinə bir tikə çörək aparmaq istəyirlər. Onların haqqını kəsmək haqsızlıq və ədalətsizlik olardı. Bunu Siz də müşavirələrdən birində qəti şəkildə bəyan etmisiniz ki, görülən işlərə görə bütün işçilərin haqları vaxtında və bütünlüklə verilməlidir. Əgər dövlətə və dövlətçiliyə görə həbsdə qalmaq lazımdırsa, buna hazıram. Lakin Goranboyun icra başçısı Nizaməddin Quliyevin oğlu ilə olan probleminin qurbanı olmaq mənə ağır gəlir. Belə icra başçıları əminliklə vurğulayıram ki, Sizin gördüyünüz işlərə kölgə salmaqla məşğuldur. Səbəb isə özlərinin büdcə pulları hesabına daha da varlanması üçün çalışmalarıdır».
Müqayis Verdiyev daha sonra vurğulayıb: «Cənab Prezident, əminəm ki, Siz tezliklə barəmdə qaldırılmış cinayət işinə xitam verilməsi barədə göstəriş verərək, ədaləti bərpa edəcəksiniz. Siz İmişli rayonunda sahibkarlarla bağlı yaranmış problemlə bağlı məsələyə müdaxilə etdikdən sonra böyük bir humanizm nümayiş etdirərək, ədaləti bərpa etmişdiniz. Həmin vaxt biz sahibkarlar bir daha əmin oluq ki, Prezident İlham Əliyev bizim dayağımız və köməyimizdir. Bu gün də həmin fikirdəyik və birmənalı olaraq vurğulayırıq ki, hər zaman Sizin siyasətinizi qəbul edib, onu dəstəkləmişik. Və bundan sonra da belə olacaq».
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təzə 3 qəpiyi buraxmaq... MADDİ MARAQ baxımından da SƏRF ETMİR - ÇÜNKİ...
Bu gün, 15:39 |
|
|
|
• Bakı-İrəvan danışıqları: Hakan Fidan niyə “üçüncü” dedi? - İNCƏLƏMƏ
Bu gün, 15:37 |
|
|
|
• İran Azərbaycanı təbrik etdi: - Dəstəklədik!
Bu gün, 15:36 |
|
|
|
• Əhali banklara inanmır: Maliyyə sektorunda problemlər - NƏ ETMƏLİ?
Bu gün, 15:32 |
|
|
|
• “Azərsu”ya xlor satan “Old Line Trading Company” şirkəti cərimələndi
Bu gün, 15:30 |
|
|
|
• Elza Seyidcahan “villasından, üzüm plantasiyasından, Qubadakı restoranından” DANIŞDI
Bu gün, 15:21 |
|
|
|
• Xalası oğlunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin cəzası 5 il azaldılıb
Bu gün, 15:18 |
|
|
|
• AYNA Sumqayıt sahibkarlarını vergidən belə yayındırır - Kart sistemi niyə ləğv edildi?
Bu gün, 15:16 |
|
|
|
• “43 min diploma, 55 min də direktor olmaq üçün vermişdim” - Diplomu saxta çıxan Abdıyeva
Bu gün, 15:10 |
|
|
|
• ATİB-in İdarə Heyətinə yeni üzvlər seçilib
Bu gün, 15:09 |
|
|
|
• Bakı şəhər məktəblilərinin müəllifi olduğu növbəti kitab çap edilib - FOTO
Bu gün, 15:04 |
|
|
|
• “Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət! - DİQQƏT
Bu gün, 15:01 |
|
|
|
• “Təhsildə maliyyə çatışmazlığı həm də ayrılan resursların səmərəsiz xərclənməsi ilə bağlıdır...” - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Putin yenə darıxmağa başlayarsa... - Yüzminlərin qanı ilə suvarılan əyləncə meydanı
Bu gün, 13:58 |
|
|
|
• Kənd təsərrüfatı məhsulları ixrac edən sahibkarların həbslərinin arxasında nələr dayanır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 13:12 |
|
|
|
• KTN-in rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxsinin vəsatəti təmin edilməyib
Bu gün, 13:10 |
|
|
|
• Tanınmış hüquq müdafiəçisi ŞOK SƏNƏD YAYDI... - BU NƏDİ BELƏ?..
Bu gün, 13:08 |
|
|
|
• Paşinyan iki ağaya qulluq etmək istəyir: alınırmı? - FAKT BUDUR!
Bu gün, 13:02 |
|
|
|
• Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bu gün, 13:01 |
|
|
|
• “Keşlə bazarı”nda söküntü işləri təxirə salınır - BU TARİXƏDƏK...
Bu gün, 12:55 |
|
|
|
• "Bununla bağlı mənə məlumat verməlidirlər" - GİLEY
Bu gün, 12:52 |
|
|
|
• "Qızışdıranlar olmasa, əslində, camaat üçün xoşdur" - Razi Nurullayev
Bu gün, 12:50 |
|
|
|
• Bayram tətilindən sonrakı ilk dərs günü açıqlanıb - DİQQƏT!
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:46 |
|
|
|
• Ağsu RMX-nin dələduzluqda təqsirləndirilən vəzifəli şəxsləri özlərini qismən təqsirli biliblər
Bu gün, 12:45 |
|
|
|
• "Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ
Bu gün, 12:42 |
|
|
|
• Rusiya Zaporojye və Xersona 4000 nəfərin iştirakı ilə hücuma hazırlaşır - KİV
Bu gün, 12:40 |
|
|
|
• Saxta iş elanı ilə vətəndaşları aldadan şəxs tutuldu - Polisin internet əməliyyatı
Bu gün, 12:37 |
|
|
|
• Prezident İlham Əliyev bir qrup idmançı və idman mütəxəssisini təltif edib - SİYAHI
Bu gün, 12:36 |
|
|
|
• "Zəlzələ olanda birinci biz hiss edirik..." - NARAZILIQ VAR...
Bu gün, 12:35 |
|
|
|
• Gömrük Komitəsinin tenderi LƏĞV OLUNDU - SƏBƏB
Bu gün, 12:25 |
|
|
|
• Orbanla Fitsonun PUTİN SEVGİSİ - Görünəni odur ki...
Bu gün, 12:20 |
|
|
|
• Əli İnsanov İlham Əliyevi təbrik etdi
Bu gün, 12:18 |
|
|
|
• Almaniyada cinayət törədən şəxsin ekstradisiya işinə baxılır - DETALLAR
Bu gün, 12:15 |
|
|
|
• Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisinə 20 milyon manat ayrıldı
Bu gün, 12:12 |
|
|
|
• "Sual verildi ki, siz niyə filan obyektin vergisini ödəmirsiniz?" - Xoşqədəm həmyerlisini İFŞA ETDİ
Bu gün, 12:08 |
|
|
|
• Azərbaycan və Maldiv arasında diplomatik, xidməti və rəsmi pasport sahibləri qarşılıqlı viza tələbindən azad ediləcək
Bu gün, 12:04 |
|
|
|
• "Qadın ayrılıb deyə “onunla evlənmək olmaz” düzgün düşüncə tərzi deyil" - VİDEO
Bu gün, 11:51 |
|
|
|
• “5A Construction” şirkəti ölkədən pul çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 11:44 |
|
|
|
• Culfa və Babək şəhərinin baş planının hazırlanması 351 min manata başa gələcək
Bu gün, 11:40 |
|
|
|
• Tramp-Putin görüşünə hazırlıqlar başlayır
Bu gün, 11:38 |
|
|
|
• "Bakıda hesab edirlər ki, bu, onlara dəhlizi nəzarətə götürmək hüququ verir" - Vardan Oskanyan
Bu gün, 11:33 |
|
|
|
• “Yararlı hərbi qulluqçular yararsız kimi qeyd olunur” - RƏSMİ İTTİHAM
Bu gün, 11:31 |
|
|
|
• Jurnalistə vəzifə verildi - ƏMR
Bu gün, 11:24 |
|
|
|
• Neftçilərdən SOS: Heç birimizin ərzağı qalmayıb!!! - NƏ BAŞ VERİR?
Bu gün, 11:18 |
|
|
|
• Şərurda valideynlər məktəbdən İMTİNA EDİR? - "Siniflərdə oturmaq mümkün deyil..."
Bu gün, 11:08 |
|
|
|
• İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti jilet, papaq, dəbilqə, eynək alacaq - 343 min xərcləyəcək
Bu gün, 11:03 |
|
|
|
• Paşinyan gecikmiş etirafından peşmandır - KİV
Bu gün, 10:59 |
|
|
|
• Elvin Məmmədova yeni vəzifə verildi - ƏMR
Bu gün, 10:58 |
|
|
|
• Qardaşına görə arvadının başını kəsdi – Xırdalanda dəhşət
Bu gün, 10:55 |
|
|
|
|