LƏNKƏRANDA GƏRGİNLİK SƏNGİMİR
Tarix: 19-12-2011, 15:06 | Çap et
BALIQ OVUNDAN BAŞLANAN QARŞIDURMA
Dekabrın 15-dən Lənkəranın Nərimanabad-2 qəsəbəsində gərginlik yaşanır. Həmin gün sərhədçilərlə qəsəbə sakinləri arasında qarşıdurma olub. Qarşıdurma sərhədçilərin balıqçıları balıq ovuna buraxmamasından sonra başlanıb.
Bir qrup dənizçi balıq ovuna çıxarkən müqavimətə rast gəlib. Onlardan 9 nəfərini Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları saxlayıb. Lənkəran Rayon Polis Şöbəsinə gətirilən həmin şəxslərdən 4 nəfərinin izahatı alındıqdan sonra sərbəst buraxılıb. Digər 5 nəfərə isə (Kainat Abbasov, İsmayıl Hüseynov, Cavanşir İsmayılov, Fariz Məmiyev və Xalid Ələkbərov) Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.
Hazırda Daxili Qoşunların və Sərhəd Qoşunlarının əsgərləri və hərbi texnikası qəsəbəyə yerləşdirilib. Əhali isə bundan narahatdır.
“Yeni Müsavat” qəzetinin əməkdaşları hadisə yerində olub. Qəzet yazır ki, Nərimanabad-2 qəsəbəsində dekabrın 15-dən başlanan kütləvi etirazlar səngiməyib, əksinə, bir qədər də genişlənib. Qəsəbədə indiyə qədər gərginlik var, polis gecə-gündüz keşik çəkir, gələn-gedəni izləyir. Üç tərəfdən dənizlə sərhəd olan qəsəbənin yeganə quru yolu polis nəzarətindədir. Əhali təşviş içində hər an nəsə baş verəcəyindən ehtiyat edir.
Dekabrın 15-də saxlanaraq sonradan azad edilən qəsəbə sakini Qalib Əliyev “Yeni Müsavat”a dekabrın 15-də baş verənlər barədə deyib: “Həmin gün Sərhəd Qoşunlarına məxsus hərbi gəmi bizim kənddən olan balıqçılara dənizdə basqın edib. Onlar dörd balıqçı qayığını tutub öz gəmilərinə qoyub aparıblar. Qayıqlarda olanları da həbs ediblər. Biz istəyirik ki, tutulanlar azad olunsun, camaatımıza balıq tutub ailələrini saxlamağa şərait yaradılsın. Bəziləri iddia edir ki, guya sərhəd qoşunları narkotik alverçilərinin qarşısını alıb və bu zaman belə hadisə baş verib. Ağ yalandır, Nərimanabad-2 qəsəbəsində 3-4 min nəfər yaşayır. Burada heç vaxt narkotik alverçisi olmayıb. Olsaydı, cəzalandırılan olardı. Biz balıqçıyıq, Sərhəd Qoşunlarından olanlar yaxşı bilirlər ki, narkotik alverçiləri kimlərdir”.
Yerli camaat tələb edir ki, ayın 15-də kəndə Daxili Qoşunların bölmələrini yeridən, rezin güllələrdən, elektroşokdan, gözyaşardıcı istiot qazından istifadə edən şəxslər cəzalandırılsın.
Ailəsini balıqçılıqla dolandırdığını deyən qəsəbə sakini Adışirin Vəliyev bildirib ki, balıq ovuna məhdudiyyət qoyulması səbəbsiz deyil - balıqçılardan rüşvət istənilir, ona görə belə vəziyyət yaranıb: “Əsas məqsəd bizdən pul qoparmaqdır. Sərhəd onları maraqlandırmır. Hər qayıqdan pullarını da, balıqlarını da almasalar, əl çəkmirlər. Kişilərimiz dənizdə ölür, ailələri də acından qırılır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Bu gün, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
|