RUHANİ DƏ ANTİ-TÜRK SİYASƏTDƏ PƏRGARDIR
Tarix: 20-06-2013, 10:36 | Çap et
 FARS-MOLLA REJİMİ AZƏRBAYCANA SEÇKİQABAĞI HƏMLƏSİNİ ETMİŞ OLDU
DİA.AZ: - İran özünün yeni prezidenti ilə də antiAzərbaycan təbliğatını davam etdirməkdədir. Əslində 14 iyun seçkilərində qalib elan olunan Ruhaninin İran-Azərbaycan münasibətlərində hansısa yeniliklər edəcəyi gözlənilən deyildi. Çünki Tehranda prezidentdən daha çox dini lider önəmli fiqur olduğundan Ruhaninin gəlişilə nələrinsə dəyişəcəyinə ümid etməyin bir anlamı yox idi.
Amma buna rəğmən İranın Azərbaycandakı səfiri “Ruhaninin Azərbaycana münasibəti yaxşıdır” şəklində açıqlamaları ilə diqqətə gəldi. Lakin ortada bir fakt var ki, Ruhani prezident kürsüsünə gələnə qədər də antiAzərbaycan mövqeyi ilə seçilib. Bu isə Tehranın ənənəvi antiAzərbaycan ovqatının davam edəcəyinə bir işarə kimi qəbul olunmalıdır.
DİA.AZ bildirir ki, artıq bu ovqatı hiss etməyə də başlamışıq. İranın xüsusi xidmət orqanlarının nəzarəti altında olan “AranNews” portalı prezident seçkiləri ərəfəsində olan Azərbaycanla seçkiləri yola vermiş İranın durumunu guya ki, müqayisə edərək ölkəmizi geridə qalmış bir ünvan kimi nişan verib. Hər halda, həmin məqalənin oxucularımız üçün də maraqlı olacağını zənn edərək olduğu kimi diqqətinizə təqdim edirik:
“Dünyanın bir çox ölkələri respublika hökumət quruluşu üzərindədir. Prezident seçkiləri demokratiya və vətəndaşların hüquqlarına hörmətlə keçirilir. Respublika quruluşunda prezident seçkiləri iki şəkildə keçirilir: Türkiyə və Almaniya kimi ölkələrdə prezident parlament tərəfindən seçilir, bəzi digər ölkələrdə isə prezident birbaşa xalq sorğusu ilə 4, 5 və ya 6 illiyə seçilir.
İkinci modeldə diktator hakimiyyətinin qarşısının alınması məqsədilə prezidentliyə namizəd olmağın sayında məhdudiyyətlər nəzərdə tutulmuşdur.
Xülasə olaraq deyə bilərik ki, düzgün, sağlam və birbaşa demokratiya İran kimi ölkələrdə həyata keçirilir, belə ki, prezident xalqın birbaşa səsi ilə və o da yalnız iki ardıcıl dövrə üçün seçilir. İranda 11-ci prezident seçkiləri seçici hüququna malik olanların 75%-nin iştirakı ilə keçirildi. Azərbaycan Respublikası da bu il özünün prezident seçkilərini keçirəcək. Lakin regiondakı bu iki seçki arasında böyük və aşkar fərqlər vardır.
- İranda prezidentliyə namizəd olmağa hüququ olanlar tamamilə azad şəkildə öz namizədliyini irəli sürdülər, halbuki, Azərbaycanda bu hal-hazırda mümkün deyil və hakimiyyətlə müxalif olan tanınmış şəxsiyyətlər səhnədəni silinmişdir.
- İranda namizədlər azad surətdə müxtəlif şəhərlərə səfər etdilər və öz proqramlarını, müxtəlif mövzulardakı mövqelərini bildirdilər. Halbuki, Azərbaycanda məsələn İsa Qənbər şəhərlərə səfər etmək istədikdə dəfələrlə polis tərəfindən saxlanılmışdır.
- İranda heç vaxt müxalifət sayılan prezidentliyə namizədlərə narkotik maddələr, silah-sursat saxlama kimi əsassız və gülünc ittihamlar vuraraq, səhnədə silməyiblər. Amma Azərbaycanda prezidentliyə namizəd doktor Mövsüm Səmədovu əsassız ittihamlarla 12 il həbs cəzasına məhkum etdilər. Əlbəttə, burada təəccübü artıran məsələ xalqın onu sevməsi və onun namizədliyinin dəstəklənməsi istiqamətində təkcə bir neçə gü müddətində 120 mindən yuxarı imza toplanmasından sonradır.
- İranda prezidentliyə namizədlərin sayının çoxluğu istedadları üzə çıxarır və ölkədəki demokratiyanın yüksək tolerantlığını göstərir. Onlar əməldə müxtəlif azad səliqələrdən və öz fikir və proqramlarının təbliği üçün media kimi imkanlardan bərabər surətdə istifadə edə bildilər. Bu mövzu Azərbaycandakı mövcud şəraitlər müqayisə ediləsi deyil. Orada müxtəlif fikirli insanlar həbsə alınır və öz hüquqlarından irəli gələn etirazlarına görə sərt təzyiqlərə məruz qalır, tanınmış şəxslər və ruhanilərə qarşı əsassız ittihamlar irəli sürülür, uzun müddətli həbslərə alınırlar. Bəzilərinə rusiyapərəst, bəzilərinə qərbpərəst ittihamı vururlar, onlara ictimai-siyasi fəaliyyətə icazə vermirlər. Onda belə sual ortaya çıxır ki, belə olduqdan bu ölkədə hansı azad seçkidən söhbət gedə bilər?
Azərbaycanda prezidentliyin tarixinə və siyasi-ictimai duruma hakim şəraitə ötəri nəzər bu ölkədə hakimiyyətin gizli diktaturasından xəbər verir. Zahirdə prezident xalqın birbaşa səsi ilə seçilir. Amma həqiqətdə digər şəxs və ideyanın seçilməsi və ölkənin idarə etməsi üçün bütün yollar bağlıdır.
Azərbaycan Respublikasında referendumda xalqın neçə faizinin iştirak edəcəyi və öz istədikləri namizədə səs verə biləcəyi, bir neçə aydan sonra cavab verilməsi mümkün olan cavabdır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Surenyam Paşinyanın İlham Əliyevə nə söz verdiyini haradan bilir? -ŞƏRH
Bu gün, 19:10 |
|
|
|
• Milli iqtisadiyyatımız çətin sınaq qarşısında - NƏ ETMƏLİ?
Bu gün, 19:05 |
|
|
|
• Qriqoryan İrana səfərindən dividentlər qazanmağa çalışır - Görünəni odur ki...
Bu gün, 19:00 |
|
|
|
• FHN-in qurumu 185 minlik Toyota seçdi! - TENDER NƏTİCƏSİ
Bu gün, 18:58 |
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
|