RUSLAN BƏŞİRLİ VƏ CABBAR SAVALAN AZADLIĞA ÇIXACAQ
Tarix: 17-12-2011, 12:26 | Çap et
ƏFV SİYAHISINDA KİMLƏRİN ADI VAR?
Yaxın günlərdə prezident İlham Əliyevin əfv fərmanı imzalayacağı gözlənilir. Ombudsman Elmira Süleymanova da 70 nəfərin azadlığa buraxılması xahişi ilə dövlət başçısına müraciət edib. Onların arasında apreldə həbs olunan müxalifət fəallarının adlarının olmadığı ehtimal olunur.
“İnsan Haqları Uğrunda” İctimai Birliyin rəhbəri Eynulla Fətullayev qəzetimizə bildirib ki, siyasi və problemli məhbusların azadlığa buraxılmasının yeganə mexanizmi əfvdir. Onun sözlərinə görə, siyasi qərar veriləndən sonra bu cür məhbuslar azadlığa buraxılır: “Mən aprelçilərin əfvə düşəcəyini güman etmirəm. Zənnimcə, bu situasiya yetişməyib. Hakimiyyət bu insanları həbs etməklə beynəlxalq ictimai rəydə əks-səda yaratdı, AŞ, Avropa İttifaqı etiraz etdi. Hər bir dövlətin öz cəza siyasəti və sistemi var. Bu hakimiyyətin dəsti-xətti, apardığı kurs var. Bu kursa baxıb müəyyən nəticələri görmək olur. Mən inanmıram ki, bu insanlar dekabrda azadlığa buraxılsın. Ehtimalıma görə, Cabbar Savalan azadlığa buraxıla bilər. Onunla bağlı artıq beynəlxalq təşkilatların kampaniyası aparılır. Həm də Cabbarın işində bir hakim xüsusi rəydə qalaraq çıxarılan hökmlə razı olmayıb. Cabbarın azadlığa buraxılması şansı böyükdür. Fikrimcə, Bəxtiyar Hacıyev də azadlığa çıxa bilər. Ancaq onun əfvə salınacağına inanmıram. Ruslan Bəşirlinin də azadlığa buraxılması ehtimalı yüksəkdir. Çünki o, cəzasının böyük hissəsini çəkib. Bəşirlinin işi hazırda Avropa Məhkəməsində müzakirə edilir, komunikasiya başlayıb. Şübhəsiz ki, qərar Bəşirlinin lehinə müsbət şərtlənəcək. Onun istintaqı nadan və naşı şəkildə aparılıb, ortada işgəncə faktı olub”.
E.Fətullayev hesab edir ki, sabiq nazirlər Əli İnsanovla Fərhad Əliyevin azadlığa çıxması ehtimalı inandırıcı deyil: “Fərhad Əliyevin həbsi ilə bağlı Avropa Məhkəməsinin qərarı var. Qərara görə, bu həbs qanunsuzdur və onun Konvensiya ilə təsbit olunan hüquqları tanınıb. Amma bu günə qədər Avropa Məhkəməsinin qərarı icra edilməyib. Baxmayaraq ki, milli məhkəmələr 3 ay ərzində icra etməlidir. Əgər bu baş verməyibsə, deməli Fərhad Əliyevin məsələsində hakimiyyətin mövqeyi dəyişməyib. Eyni şeyi Əli İnsanova da aid etmək olar. Mən Ədliyyə Nazirliyinə sorğu ilə müraciət edərək hüquq müdafiəçilərinin siyahısında olan məhbuslarla bağlı suallar ünvanladım. Bu cavablara əsaslanaraq Cabbar Savalanın və Ruslan Bəşirlinin azadlığa çıxması ehtimalını yüksək sayıram. Çünki onların məsələsi Əfv Komissiyasında müzakirəyə çıxarılıb. Ancaq Fərhad Əliyev, Əli İNsanov, apreldə həbs edilən məhbuslarla bağlı sorğuma cavabda deyilib ki, bu insanların Avropa Məhkəməsinə müraciət etmək hüququ var. Bu onu göstərir ki, hakimiyyətin bu məhkumlara münasibəti dəyişməyib”.
Eynulla Fətullayev əlavə edib ki, əfv prezidentin səlahiyyətinə aid olan məsələlərdir: “Nəzərə alın ki, situasiya dəyişə bilər. Biz ehtimallar və təhlil əsasında danışırıq”.
Hüquq müdafiəçisi Leyla Yunus isə kimin azadlığa buraxılacağı haqqında bir söz deyə bilməyəcəyini vurğuladı: “Bu ölkədə siyasi məhbus problemi ona görə yaradılıb ki, hakimiyyət siyasi məhbuslarsız ölkəni idarə edə bilmir. Onlar istəyir ki, cəmiyyət, vətəndaşlar qorxu hissi ilə yaşasınlar. Bu səbəbdən ölkədə siyasi məhbus var. Fikrimcə, əfv cinayət törədən insanların prezident tərəfindən xoş məram nümayiş etdirərək azadlığa buraxmasıdır. Ancaq bizdə siyasi və vicdan məhbusları var və onlar heç bir cinayət törətməyiblər. Bu məhbuslara əfv deyil, reablitasiya lazımdır. Ancaq neçə illərdir ki, bizdə günahsız insanları həbs edirlər. Sonra orta əsrlərdə olduğu kimi ombudsman prezidentə müraciət edir ki, bu insanları azadlığa burax. Adətən Stalindən xahiş edirdilər ki, filankəslərin günahından keç. Burada siyasi məhbusların günahı yoxdur. Bu adamların günahından neçə keçsinlər”.
Hüquq müdafiəçisi əlavə edib ki, sabiq nazirlərin azadlığa buraxılıb-buraxılmayacağı haqqında da bir söz demək çətindir: “Mən heç bilmirdim ki, onları həbs edə bilərlər. Bu haqda onların özləri düşünməli idilər”.
Bizim Yol


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05 |
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Dünən, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Dünən, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Dünən, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Dünən, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Dünən, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Dünən, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Dünən, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Dünən, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Dünən, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Dünən, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Dünən, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Dünən, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Dünən, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Dünən, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Dünən, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Dünən, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Dünən, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Dünən, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Dünən, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Dünən, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Dünən, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Dünən, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Dünən, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Dünən, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Dünən, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Dünən, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Dünən, 07:21 |
|
|
|
|