Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub .....                     Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub .....                     Tovuz məktəbində zəhərlənənlərin .....                     Ermənistan konstitusiyası .....                     "Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" .....                     Ermənistan Macarıstanla saziş imzalayacaq .....                     “Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     KAPİTALBANK-ın ABSURD YANAŞMASI... .....                     Brüssel onlayn platformalara nəzarəti gücləndirir .....                     Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu .....                     Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir .....                     Sosial media dələduzluqları artıb .....                     Gənc blogerin ölümü ilə bağlı .....                     Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib .....                     “Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” .....                     Məhkəmə "Azercell"lə bağlı .....                     Sabiq icra başçısının qardaşı oğulları .....                     Vaşinqtonun İranla bağlı acı etirafı .....                     Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib .....                     Belə bir sui-qəsd təşkil etmək üçün .....                     Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb .....                     ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında .....                     Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı .....                     Yeganə dələduzu ifşa etdi, başına iş gəldi .....                     Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... .....                     İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir .....                     Xırdalanın yolları BURMA-BURMADIR... .....                     Paşinyanla gizli anlaşma üzə çıxdı .....                     Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü .....                     Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? .....                     18 yaş əsgərlik üçün tezdir? .....                     Azərbaycanın əsas sülh tələbləri gündəmdədir .....                     Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? .....                     `Azəriqaz`da yeni ixtisarlar gözlənilir... .....                     General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi .....                     Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu .....                     Prezident Administrasiyasında yeni təyinat .....                     Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? .....                     Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı .....                     Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı .....                 

PREZİDENTİN VERDİYİ TORPAĞI SATIBLAR
Tarix: 16-12-2011, 12:57 | Çap et
PREZİDENTİN VERDİYİ TORPAĞI SATIBLAR

SUMQAYITDA KORRUPSİYA TÜĞYAN EDİR

DİA.AZ: - Redaksiyamıza müraciət edən şikayətçilərdən biri Sumqayıt şəhəri, 12-ci mikrorayon, bina 7a, mənzil 44 ünvanında müvəqqəti məskunlaşmış Qubadlı rayonundan məcburi köçkün Tümən Əhmədovadır. Şikayətçi yazır ki, həyat yoldaşı 1993-cü ildə Qubadlının işğal edilməsindən sonra ağır stress keçirib və vəfat edib. Hazırda o, oğlu, qızı, gəlini və nəvəsi ilə birlikdə yaşayır: "Həyat yoldaşım dünyasını dəyişəndən çətin, ağrılı günlərin dəhşətlərini yaşamağa məhkum oldum. Ailəni dolandıra bilmədiyim üçün 2005-ci ildə ölkə prezidenti İlham Əliyevə rəsmi olaraq müraciət etdim. Bu müraciətdən sonra dolanışığımızın ağır olduğunu nəzərə alan Sumqayıt şəhər İcra Hakimiyyəti qeyri-rəsmi olaraq mənə "Yaşıl dərə" adlanan yerdə torpaq sahəsi verdi".

Tümən Əhmədova min bir əziyyətlə həmin torpaq sahəsini yararlı hala salıb və o vaxtdan orada tərəvəz məhsulları yetişdirib satmaqla ailəsini dolandırıb. Lakin bir müddət sonra həmin torpaq sahəsi Tümən Əhmədovanın əlindən alınıb: "Yerli məmurlar neçə illərdir ki, bizim hüquqlarımızı pozur, başımıza olmazın müsibətlər açırlar. Sizə şikayət etməyimə səbəb də elə onların özbaşınalıqlarının görünməmiş həddə çatmasıdır".

Qeyd edək ki, Tümən Əhmədova bu özbaşınalıqlarla bağlı prezident İlham Əliyevə də müraciət edib. O, həmin müraciətində yazır ki, şəhər bələdiyyəsinin üzvləri - Fətulla, Kamran və Bilal Sumqayıt sakinləri - Paşayev Cəfər Mikayıl oğlu, Cəbiyev Nizami Xanqulu oğlu, Məmmədov Malik Əziz oğlundan pul alaraq ona məxsus torpaq sahəsini həmin şəxslərə satıblar. Tümən Əhmədova torpaq sahəsinin məcburi köçkün ailəsi kimi ona İcra Hakimiyyəti tərəfindən verildiyini bildirsə də, buna məhəl qoyulmayıb. Həmin torpaq sahəsi zorla onun əlində alınıb. Tümən Əhmədovanın sözlərinə görə, Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədovun əlində torpağın onlara vrilməsi barədə heç bir sənəd yoxdur, onlar özbaşına olaraq torpağı zəbt edib və orada tikinti işləri aparıblar.

Ailənin dolanışıq mənbəyi olan torpaq zorla əlindən alınandan sonra Tümən Əhmədova məcburiyyət qarşısında qalıb 11-ci mikrorayondakı çayxanalardan birində işə düzəlib. Lakin o, bu ədalətsizliklə barışmayıb və torpağın əlindən alınması ilə əlaqədar müxtəlif instansiyalara müraciət edib. Tümən Əhmədova yazır ki, saysız-hesabsız müraciətlərinə baxmayaraq, icra hakimiyyəti, bələdiyyə, polis və məhkəmə orqanları onun şikayəti ilə bağlı tədbir görməyib: "Əksinə bütün yerli qurumlar birləşib torpağımı əlimdən alan pullu adamların tərəfini tutur, onların mövqeyini müdafiə edirlər. Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədov torpağı əlimdən almaqla kifayətlənməyib, Bələdiyyəyə verdikləri pulu məndən almaq üçün polis orqanları və məhkəmələrdə mənə qarşı iş qaldırıblar. Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 1-ci polis bölməsində işləyən Sahib adlı şəxs isə mənimlə bağlı işi xətm edəcəyinə söz verib, məndən və mənimlə birlikdə olan Qubadlı rayonundan məcburi köçkün, 11-ci mikrorayon, bina 2b, mənzil 22 ünvanında məskunlaşmış Mütəllibova Ayna Saleh qızından 3500 ABŞ dolları aldı. Sahib dələduzluq yolu ilə bizi aldadıb aradan çıxdı".

Tümən Əhmədova yazır ki, Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədov Sumqayıt Şəhər Polis İdarəsi və məhkəmələrə müraciət edərək ona qarşı yalançı və böhtançı ittihamlarla iddia qaldırmaqda davam ediblər: "Onların şikayətinə baxan Sumqayıt Şəhər Polis Şöbəsinin müstəntiqi Emin Bədəlov isə hansı müəmmalı səbəbdənsə şikayəti təmin edərək mənə qarşı heç bir əsas olmadan cinayət işi açıb və məni axtarışa verib. Hansı ki, mən daim 11-ci mikrorayonda çayxanada olmuşam, məni tanıyanlardan soruşsaydılar çayxanada olduğumu deyərdilər. Emin Bədəlov hədə-qorxu gəlməklə, həbs edəcəyi ilə qorxutmaqla məndən vəkilim Abbasov Tahir Əhməd oğlunun yanında 1800 manat rüşvət alıb və 26 aprel 2010-cu ildə işi məhkəməyə göndərib".

Həmin işə 11 iyun 2010-cu ildə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Tümən Əhmədovaya 3500 manat cərimə kəsilib: "Bu səbəbdən də mənim ümumvətəndaşlıq pasportum Miqrasiya İdarəsində saxlanılır". Lakin şikayətçi polis idarəsində ona hansı maddə ilə iş açıldığı, eyni zamanda məhkəmənin ona nə səbəbdən cərimə kəsdiyi barədə konkret bilgi vermir. O, yalnız bütün bunların qanusuzluq yolu ilə edildiyini bildirir. Tümən Əhmədovanın məktubundan aydın olur ki, ona kəsilmiş 3500 manatlıq cərimə hökmü Sumqayıt Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin Kollegiyası tərəfindən də qüvvədə saxlanılıb: "Mənə qarşı qaldırılmış iddialar tamimilə əsassız, quraşdırma və böhtan xarakterli idi, cərimə tələbi də qanundankənar və saxta tələbdir".

Tümən Əhmədova prezident İlham Əliyevə ünvanladığı mətubunda daha sonra yazır: "Cənab prezident, sizdən xahişim odur ki, sözügedən məsələni nəzarətə götürüb diqqətdə saxlamaqla kimsəsiz, düşmən tərəfindən öz doğma torpağından qovulmuş məcburi köçkün kimi mənə, atasız böyütdüyüm uşaqlarıma yardımçı olasınız və bizə zülm edənlərin cəzalandırılması üçün tədbirlər görəsiniz".

Şikayətçi ölkə başçısından həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin polis mayoru Sahibdən 3500 ABŞ dollarının, Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Emin Bədəlovdan 1800 manat pulunun alınıb qaytarılmasında, heç bir əsas olmadan ona 3500 manat məbləğində kəsilmiş cərimənin ləğv edilməsində, ona qarşı torpaq və 11920 manat pul iddiası qaldıran şəxslərin tələbinin əsassız sayılmasında, zorla zəbt edilmiş torpaq payının və ümumvətəndaşlıq pasportunun qaytarılmasında yardımçı olmağı xahiş edir.

Sonda onu da qeyd edək ki, məcburi köçkün Tümən Əhmədova öz məktubunda bir sıra konkret şəxsləri, o cümlədən polis mayoru olan Sahib adlı şəxsi, müstəntiq Emin Bədəlovu rüşvət almaqda, onun torpağını əlindən alan Cəfər Paşayev, Nizami Cəbiyev və Malik Məmmədovu isə digər cinayətlərdə ittiham edir. Biz həmin şəxslərlə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz baş tutmadı. Bununla belə, Tümən Əhmədovanın ittiham etdiyi şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Meyiti tapılan bloger Nərmin bu klinikada əməliyyat olunub - 5 min veribmiş
Bu gün, 13:07
Vergi borcu olan şirkət 12 milyonluq tenderin qalibi olub - AY MAŞALLAH...
Bu gün, 13:03
Tovuz məktəbində zəhərlənənlərin sayı ARTDI
Bu gün, 13:01
Ermənistan konstitusiyası niyə DƏYİŞMƏLİDİR?
Bu gün, 12:56
"Vəziyyət təhlükəli hal alır, ox Ermənistanı göstərir" - Abramyan
Bu gün, 12:51
Ermənistan Macarıstanla saziş imzalayacaq - KİV
Bu gün, 12:49
“Para” BOKT-nin İdarə Heyəti və Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 12:42
KAPİTALBANK-ın ABSURD YANAŞMASI... - AXI NİYƏ?..
Bu gün, 12:33
Brüssel onlayn platformalara nəzarəti gücləndirir - GƏLİŞMƏ
Bu gün, 12:26
Kərəm Mustafayevin niyə dindirildiyi məlum oldu - Generallar məhkəməyə çağırıldı
Bu gün, 12:22
Hava şəraitinin yağıntılı keçəcəyi gözlənilir - belə deyirlər...
Bu gün, 12:20
Sosial media dələduzluqları artıb - vətəndaşlar necə qorunsun
Bu gün, 12:14
Gənc blogerin ölümü ilə bağlı YENİ DETALLAR
Bu gün, 12:10
Bakı sakininə qarşı 60 min ABŞ dolları məbləğində dələduzluq edilib
Bu gün, 12:08
“Camış balasına 100 manat verəcəklər, o demək deyil ki, uşağı camış balasından az istəyirlər” - Aqil Abbas
Bu gün, 12:02
Məhkəmə "Azercell"lə bağlı QƏRAR VERƏCƏK
Bu gün, 11:48
Sabiq icra başçısının qardaşı oğulları HAKİM QARŞISINDA
Bu gün, 11:45
Vaşinqtonun İranla bağlı acı etirafı
Bu gün, 11:40
Rusiya-Azərbaycan sazişinin layihəsi təsdiqlənib - DETALLAR
Bu gün, 11:38
Belə bir sui-qəsd təşkil etmək üçün Ukraynanın imkanları məhduddur
Bu gün, 11:37
Naxçıvanda 1.6 milyon manat sərmayə ilə yeni şirkət yaradılıb - “Şahbuz Office” MMC...
Bu gün, 11:35
ABŞ Azərbaycanın əsas ticarət tərəfdaşları sırasında 4 pillə yüksəlib
Bu gün, 11:33
Küçədə KÜTLƏVİ DAVA: azərbaycanlı məktəblilər saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 11:28
Yeganə dələduzu ifşa etdi, başına iş gəldi - VİDEO
Bu gün, 11:27
Fuad Nəcəflinin ƏCAİB STATİSTİKASI... - Rəqəmlər bir başqa... reallıq tamam başqa...
Bu gün, 11:14
İbrahim Cəfərovu bir nəfərin idarə etdiyi 5 MMC ilə işbirliyi qurmağa sövq edən nədir - İLGİNC FAKTLAR...
Bu gün, 11:10
Xırdalanın yolları BURMA-BURMADIR... - NARAZILIQ VAR...
Bu gün, 11:02
Paşinyanla gizli anlaşma üzə çıxdı - 11 ölkədən 170 minlik ordu...
Bu gün, 10:56
Azərbaycanda bloger estetik əməliyyatdan iki gün sonra öldü
Bu gün, 10:53
Bakıda uşaq bağçasında azyaşlılara köhnə xörəklər verilir? - ARAŞDIRMALARA BAŞLANILDI
Bu gün, 10:50
18 yaş əsgərlik üçün tezdir? - Psixoterapevt danışdı
Bu gün, 10:43
Azərbaycanın əsas sülh tələbləri gündəmdədir - İki şərt dəyişməyib
Bu gün, 10:38
Erməni separatçılarının işi: məhkəməyə səfirliklər dəvət olunsun? - AKTUAL
Bu gün, 10:35
`Azəriqaz`da yeni ixtisarlar gözlənilir... - BUNDAN SONRA...
Bu gün, 10:29
General polkovniki Qobustan İstintaq təcridxanasına rəis təyin etdi - ƏMR
Bu gün, 10:15
Ukrayna ordusunda döyüşən daha bir azərbaycanlı həlak oldu
Bu gün, 10:10
Prezident Administrasiyasında yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:06
Əli Vəliyev yenidən nazir müavini postuna QAYTARILIR? - İLGİNC İDDİALAR
Bu gün, 10:00
Ədliyyə Nazirliyinin həbsdə olan sabiq şöbə rəisi ilə bağlı qərar çıxarıldı
Bu gün, 09:53
Naxçıvanda vəzifəli şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
Bu gün, 09:48
Siyasi partiyalara maliyyə yardımı niyə artırılır? - AÇIQLAMA
Bu gün, 09:42
Ermənistanın yeni münaqişə planı – “Bakının ilk iki hədəfi bu olacaq”
Bu gün, 09:27
"Bu halda korrupsiya ilə mübarizənin effektivliyi olacaq" - ŞƏRH
Bu gün, 09:25
Ermənistan Fransa silahını rus pulu ilə alır - BU DA FAKT!
Bu gün, 09:23
«“Vesta Construction” şirkətinin bizə yaşatdığı zülm sərhəd tanımır…» - NARAZILIQ VAR...
Bu gün, 09:18
Sərbəst auditor Novruz Pənahov vəfat edib
Bu gün, 09:12
Şirkətin təsis olunduğu gün kredit verildiyini bildirəndə "sən qarışma" dedi - “Şlyapa Zahid”in məhkəməsi
Bu gün, 09:09
"Bu yaxında çökəcəksiz, hazırlıqlı olun..." - Müştərisi "Bank of Baku"ya SƏSLƏNDİ
Bu gün, 09:08
"Bank Respublika" mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 09:01
İlqar Abbasov NƏ İŞLƏR ÇEVİRİR... - Seçkilərdə BAŞÇI BARMAĞI...
Bu gün, 08:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru