ƏCNƏBİLƏRİN AZƏRBAYCAN MARAĞI
Tarix: 21-05-2013, 10:01 | Çap et
Ölkəmizdə daşınmaz əmlakın qiymətinin kifayət qədər yüksək olması barədə dəfələrlə deyilib. Elə bunun nəticəsidir ki, daşınmaz əmlak satışı yüksək tələbata baxmayaraq, elə də yüksək həddə deyil. Amma Azərbaycanda daşınmaz əmlak barədə bunu demək olmaz. Ölkədə daşımaz əmlak, xüsusən də mənzil alan xaricilərin sayı artır. Araşdırmalara əsasən, Azərbaycanda xarici vətəndaşlara məxsus olan əmlakların sayı 1500-ü keçib. Bu, 2011-ci ilin sonu ilə müqayisədə təqribən 19% artıqdır. Onu da bildirək ki, xaricilər, təkcə Bakıda yox, ölkənin bütün ərazisində əmlak əldə edir. Amma xaricilərin sahib olduğu əmlakın əsas hissəsi hələ də Bakıdadır. Bakıdan sonra xaricilərin əmlak aldığı ən populyar ərazi Quba-Xaçmaz zonasıdır. Xaricilərin daşınmaz əmlak almaq üçün ən çox maraq göstərdiyi digər regionlar Sumqayıt, Şəmkir və Zaqatala, Gəncə və Yevlax ərazi idarəsinin əhatə etdiyi ərazilərdir. Xaricilərə məxsus əmlakın böyük hissəsini - 1026-nı mənzillər təşkil edir. Bundan başqa xaricilər 252 fərdi evə və bir neçə bağ evinə malikdirlər. Əcnəbi vətəndaşlar ölkəmizdə qeyri-yaşayış obyektlərinin də sahibidirlər. Belə ki, hazırda 135 torpaq sahəsi, 46 qeyri-yaşayış sahəsi, 36 qeyri-yaşayış binası və 1 əmlak kompleksi xaricilərə məxsusdur. Bir il əvvəllə müqayisədə xaricilərə məxsus olan bütün əmlak növləri artıb. Ən böyük artım qeyri-yaşayış binalarının sayında baş verib. Bir il əvvəl xaricilər ölkəmizdə 10 qeyri-yaşayış binasına sahib idilərsə, indi onların sayı 36-ya qalxıb. Xaricilərin sahib olduğu mənzillərin sayı 942-dən 1026-ya, fərdi evlər 191-dən 252-yə, torpaq sahələri 74-dən 135-ə qalxıb. Əcnəbilər fərdi evləri ən çox - hətta Bakıdan da artıq - Xaçmaz zonasında alırlar. Xaricilərə məxsus evlərin sayına görə sonrakı yerləri Zaqatala, Şəmkir və Gəncə tutur. Yeri gəlmişkən, xarici vətəndaşların ən çox torpaq sahəsi aldıqları region da Zaqatala zonasıdır. Burada əcnəbilərə məxsus 38 torpaq sahəsi var. Xaçmazda 31 torpaq sahəsi, Bakıda isə 21 sahə xaricilərə məxsusdur. Daşınmaz əmlak bazarında vəziyyətin yaxşılaşması üçün bəzi ekspertlər daxili resurslara da ciddi fikir verilməsini vacib sayır. İpoteka kreditləşməsi isə bu fonda ən məqbul variant sayılır. İpoteka kreditləşməsi mexanizminin təkmilləşdirilməsini zəruri hesab edən ekspertlərin sözlərinə görə, ipoteka sahəsində ciddi nəticələrə nail olmaq üçün hər şeydən əvvəl, sosial ipotekanın faiz dərəcələrinin aşağı salınması istiqamətində müəyyən addımlar atılmalıdır. Çünki istər dövlət vəsaiti, istərsə də bankların öz vəsaitləri hesabına həyata keçirilən maliyyələşmə sosial-ictimai proqram xarakteri daşıyır. Sosial layihə olduğuna görə də faiz dərəcəsi simvolik xarakter daşımalıdır. Bu arada xatırladaq ki, Azərbaycanda gənclərin mənzil ipotekası ilə təminatı üçün əvvəl hazırlanmış sənədə yenidən baxılır. Gənclər və idman nazirinin müavini İntiqam Babayev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında gənclərin mənzil ipotekası ilə təminatı üçün səsləndirdiyi fikirlərə müvafiq olaraq Gənclər və İdman Nazirliyi və Azərbaycan İpoteka Fondu tərəfindən bundan əvvəl hazırlanmış sənədə yenidən baxılır. Nazir müavinin sözlərinə görə, sosial ipotekaya ayrılan vəsaitin miqdarının təsiredici şəkildə artırılması, həmçinin sosial ipotekanın alınma qaydalarında müəyyən təkmilləşdirilmə və sadələşdirilmə tətbiq edilməsi nəzərdə tutulur: "Təkliflər paketində gənc ailə ilə yanaşı olaraq, subay gənclər də nəzərdə tutulur. Amma ki, gənc dedikdə yaş senzi 29-a qədərdir, 35 yaş gənc ailəyə şamil edilən rəqəmdir". Mərkəzi Bank isəyeni ipoteka programı ilə bağlı layihə üzərində işlərin artıq yekunlaşdığını açıqlayıb. Məlum olub ki, ipoteka kreditindən daha asan və kütləvi şəkildə istifadə olunması üçün bir sıra radikal dəyişikliklər aparılacaq. Buraya gənclərin köhnə mənzil fondu ilə yanaşı yeni tikililərdən ev almaq imkanlarının yaradılması, ipoteka alarkən ilkin ödəniş məbləğinin ləğvi, girovla bağlı dəyişikliklər daxildir. Daşınmaz əmlak alan əcnəbilərə gəlincə, mütəxəssislərin sözlərinə görə, ölkədə mənzil alan xaricilər arasında Rusiya vətəndaşları olan azərbaycanlılar Türkiyə və İran vətəndaşlarıdır. Azərbaycanda çalışan və ya təhsil alan bu alıcılar əsasən mənzillər almağa üstünlük verirlər. Ötən ilin əvvəllərində İran vətəndaşlarının ölkəyə axını müşahidə olunurdu və gələnlər burada mənzillər alırdılar. Sonra bu axın zəifləsə də, Azərbaycanın əmlak alan xaricilərin siyahısında iranlılar demək olar ki, ilk üçlüyə daxildirlər. Bakıda əmlak alan əcnəbilər ilk növbədə şəhərin mərkəzinə maraq göstərirlər. Ölkədə turizm sektorunun inkişafı əcnəbi alıcıların ölkənin digər bölgələrinə də marağını artırıb. Məsələn, "Şahdağ” qış-yay kurortunun fəaliyyətə başlaması xariciləri bu ərazilərdə əmlak almağa həvəsləndirib. Buna görə də bəzən xaricilər Azərbaycan vətəndaşları ilə birgə müəssisə yaradıb torpaq əldə edir, ya da torpağı icarəyə götürüb üzərində kommersiya obyekti tikirlər. bütün bunlar istənilən halda daşımaz əmlak bazarın atəsirsiz ötüşmür. Bu təsir isə özünü ilk növbədə qiymət artımında göstərir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Dünən, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Dünən, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Dünən, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Dünən, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Dünən, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Dünən, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Dünən, 14:48 |
|
|
|
|