Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... .....                     Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? .....                     "Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" .....                     Vəzifəli şəxs küçədə vətəndaşı döydü .....                     "Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" .....                     Övladlar kriminala niyə yönəlir? .....                     3 il sonra yenidən İstanbulda: .....                     Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? .....                     Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır .....                     İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır .....                     ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir .....                     Bazardakı bahalıq Rusiya ilə bağlıdır? .....                     İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır .....                     Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır .....                     Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... .....                     Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər .....                     “Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” .....                     Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? .....                     Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR .....                     Arslan Hacıyevi kim belə himayə edir ki... .....                     Partiya sədri DTX-yə çağırış etdi .....                     Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq .....                     "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... .....                     Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                 

"AZƏRİQAZ"DA ŞÜBHƏLİ HADİSƏLƏR...
Tarix: 6-05-2013, 09:02 | Çap et
"AZƏRİQAZ"DA ŞÜBHƏLİ HADİSƏLƏR...
RƏHBƏRLİK VƏZİYYƏTDƏN QƏRİBƏ ÜSULLA ÇIXIR

"Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev ciddi problemlə üzləşib. İstər əhaliyə, istərsə də kommersiya müəssislərinə satılan təbii qazın dəyərinin ödənilməsində ciddi kəsirlərin yaranması rəhbərliyin, konkret olaraq Ə.Hacıyevin karyerasını təhlükə ilə üzləşdirib.
Aldığımız məlumata görə, "Azəriqaz"ın qrafiklə rayonlara böldüyü qazın miqdarına uyğun vəsaitin toplanmaması Ə.Hacıyevin ciddi narahatlığına səbəb olub: "Məsələ bundan ibarətdir ki, "Azəriqaz"ın sərəncamına verilən və bu qurum tərəfindən rayonlar üzrə qrafikə uyğun paylanan təbii qazla sərfiyyat, həmçinin, yığılan vəsaitlər arasında kəskin fərq var. Yəni, sənədlə 100 min kubmetr qazın istifadəyə buraxılmasının göstərilməsinin əksinə olaraq, 60-70 min kubmetr qazın pulu toplanır. Yerdə qalan 30-40 kubmetrin taleyi isə qaranlıq qalır. Daha dəqiqi, bunu sənədlərlə "tənzimləmək" müşkilə çevrilib. Rəhbərlik aradakı "qaz itkisi"ni bəzi nazirlik, komitə və digər qurumlarla yanaşı, əhalinin hesabına ödətmək üçün hər bir varianta əl atır. Hətta bəzi hallarda "Azərpoçt" MMC-nin yerli şöbələrini də mənimsəmələrdə ittiham edirlər. Lakin Əkbər Hacıyevin illərlə sınadığı bu "variant" artıq işə yaramır və narazılığı daha da artırır. Ona görə də rəhbərlik digər vasitələrə də əl atmaq məcburiyyətində qalıb. Belə ki, məsuliyyəti səlahiyyətsiz, amma peşəkar işçilərin üzərinə atmaqla özlərini sığortalamaq istəyirlər".
Məlumata görə, "Azəriqaz"ın rəhbərliyi son iki il ərzində demək olar ki, bütün nazirlik, komitə, ali təhsil müəssisləri, xəstəxanalar və digər qurumlarla məhkəmə çəkişməsinə getsə də, böyük əksəriyyətinə qalib gələ bilməyib. Amma Əkbər Hacıyev yenə də "köhnə variant"ından əl çəkməyib. Məsələn, bu qurum illərdir Füzuli Ələkbərovun rəhbərlik etdiyi nazirlik və onun tabeliyindəki müəssisələrlə məhkəmədə "döyüşür". Həmin məhkəmə çəkişmələrinin böyük əksəriyyətindən məğlub ayrılsalar da, yenə də inadlarından əl çəkmirlər. Mənbəmizin sözlərinə görə, bu inad o təəssüratı yaratmasın ki, "Azəriqaz" iddialarında həmişə haqlı olub: "Sadəcə, rəhbərlik ortada olan və milyonlarla məbləği özündə ehtiva edən pul kəsirinin səbəbini yuxarılara izah etmək üçün bu vasitələrdən istifadə edərək, vaxt qazanır".
Məlumatda bildirilir ki, "Azəriqaz" İstehsalat Birliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Ќazirliyinə qarşı borc tələbi ilə bağlı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə müraciət edib. Lakin bu məhkəmədə verilən qərar "Azəriqaz"ın rəhbərliyinə vaxt qazanmaq üçün yetərli olmayıb. Onun üçün də qərardan apellyasiya şikayəti verilib: "Bildiyimə görə, həmin şikayət Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Hüseynovun sədrliyi ilə araşdırılır. Mayın 7-də Əmək və Əhalinin Sosial Müdafiəsi Ќazirliyinə qarşı "Azəriqaz"ın çoxsaylı şikayətlərindən daha birinə baxılacaq. Bu məhkəmə işini ona görə xatırladıram ki, "Azəriqaz"ın rəhbərliyi aradakı qaz itkilərini, daha doğrusu, sərəncamlarına verilən qazın dəyərinin ödənilməsindəki ciddi fərqləri yuxarı qurumlara bu bəhanələrlə izah etməklə vəziyyətdən çıxmağa cəhd edir. İddia edirlər ki, guya aradakı "itki"lər nazirliklərin qaz pulunu ödəməmələri səbəbindən yaranıb".

Rəisi nədə ittiham ediblər?

Son vaxtlar "Azəriqaz"da və onun digər sahələrindəki kollektivlərdə mühit gərginləşib. Rəhbərlik isə öz problemini səlahiyyətsiz işçilərin üzərinə atmaqla, həm də işgüzar görüntü yaratmağa çalışır: "Rəhbərliyin göstərişi ilə sahə rəisləri, əsasən də onların mühəndisləri, çilingərləri və bu kateqoriyadan olan işçilərə qarşı yeni kampaniyaya başlayıblar. Gülünc görünsə də, faktdır ki, rəhbərlik belə səlahiyyətsiz işçilərə qarşı sərt və əksər vaxtlar da qondarma ittihamlar irəli sürməklə vəziyyətdən çıxmağa çalışır".
Mənbəmiz bir neçə gün əvvəl Ќəsimi Rayon Qaz İstismar Sahəsində biabırçı hadisənin baş verdiyini də deyib: "Rəhbərlik həmin sahənin mühəndisini öz yaxın adamları ilə əvəzləmək və digər çatışmazlıqları başqasının üzərinə yükləmək üçün xoşagəlməz üsula əl atıb. Belə ki, uzun müddət şəhər qaz sistemində işləyən, hazırda isə Ќəsimi Qəza Xidmətinin rəisi vəzifəsində çalışan Mütəllim Hacıyevin yeri Ќəsimi rayonuna dəyişdirildikdən sonra ona qarşı növbəti "plan" qurulub. Bu günlərdə qəza xidməti rəisini işdən uzaqlaşdırmaq üçün onu rüşvətalmada ittiham etmək istəyiblər. Hətta yalançı şahidlər də tapılıb, onlar keçirilən iclasda odlu-alovlu çıxışlar da ediblər. Amma rüşvətalma faktı təsdiqlənməyib. Sözüm odur ki, belə xoşagəlməz variantlar kollektiv arasında onsuz da gərgin olan münasibətləri daha da ağırlaşdırır. Bu isə son mərhələdə ümumi işə mənfi təsir göstərir, amma rəhbərlik bunu anlamır. Daha doğrusu, onlar bu üsullarla vəzifə ömürlərini uzadacaqlarını proqnozlaşdırırlar".

Hadisə hüquq-mühafizə orqanlarından gizlədilib

Rəhbərliyin işçilərə qarşı ögey münasibətini təsdiqləyən daha bir hadisə Binəqədi rayonunda baş verib. Bir neçə gün əvvəl Binəqədi Qaz İstismar İdarəsinin çilingərləri Anar Gülməmmədovla Rza Məmmədov rəhbərliyin təhlükəsizliyə diqqət etməməsi və israrlı tələbləri üzündən ciddi xəsarətlər alıblar: "Onlardan qaz axınını dayandırmadan qaynaq işlərini aparmaq tələb olunub. Ќəticədə hər iki çilingər baş verən qəza səbəbindən xəsarət alıb. Amma rəhbərlik baş verən hadisəni hüquq-mühafizə orqanlarından gizlədib. Hətta iş o yerə çatıb ki, işçilərin sığortalı olmalarına baxmayaraq, onların xəstəxanada müalicəsinə də imkan verilməyib. Onları ev şəraitində müalicə olunmağa təhrik ediblər. Düzü, onlara dava-dərmanların alınmasında kömək göstərilib-göstərilmədiyini bilmirəm. Amma razılaşaq ki, bütün hallarda baş verən bu hadisə qurumdakı qeyri-sağlam münasibətlərin təzahürüdür. Əlbəttə, bir idarənin baş mühəndisi qeyri-peşəkardırsa (hərbçidir-red.), oradakı vəziyyət bundan artıq ola bilməz".
Bu və ya digər məsələlərlə bağlı "Azəriqaz"dan münasibət öyrənə bilmədik. Həmçinin, Ќəsimi Rayon Qəza Xidmətinin rəisi Mütəllim Hacıyevin mobil telefonu bağlı olduğundan, onunla da danışmaq istəyimiz alınmadı. Amma Binəqədi Qaz İstismar Sahəsinin xəsarət alan işçilərindən biri - Anar Gülməmmədovla danışa bildik və o, qəza hadisəsini təsdiqlədi: "Mən dünən xəsarət almışam. Amma ağır deyil, yüngül yanıq xəsarətlərim var. Dərmanları almışam, ev şəraitində müalicə olunuram".
Səhhətinin qaydasında olduğunu deyən müsahibimiz sığortalı olmasına baxmayaraq, hansı səbəbdən xəstəxanada müalicə olunmamasının səbəbini izah edə bilmədi: "Nə bilim, belə məsləhət oldu".
A.Gülməmmədov həmkarı R.Məmmədovun vəziyyətindən xəbərsiz olduğunu da dedi: "O, məndən bir gün əvvəl xəsarət alıb. Xəbərim yoxdur ki, indi necədir".
Əgər "Azəriqaz" rəhbərliyi və yaxud yazıda adları çəkilən şəxslər münasibətlərini bildirmək istəsələr, onların da mövqeyini dərc etməyə hazırıq.
\ reytinq \









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycana qarşı yeni təxribat: iyunun 5-də, ABŞ-da... - NƏ ETMƏLİ?
Bu gün, 08:43
Ölkədə dini sabitlik mənzərəsini KİMLƏR POZMAQ İSTƏYİR? - İLGİNC İDDİALAR
Bu gün, 08:40
"Doğma yurda dönmək hər bir qarabağlının arzusudur" - REAKSİYA
Bu gün, 08:35
Vəzifəli şəxs küçədə vətəndaşı döydü - TƏFƏRRÜAT
Bu gün, 08:34
"Bu optimallaşdırmadır? Bu necə optimallaşdırmadır?" - ETİRAZ VAR...
Bu gün, 08:31
Övladlar kriminala niyə yönəlir? - "AİLƏLƏRİN ÇOX BÖYÜK SƏHVLƏRİ VAR"
Bu gün, 07:10
3 il sonra yenidən İstanbulda: - Ukrayna üçün mühüm görüş...
Bu gün, 07:02
Yeni qayda: Azərbaycanlılar daha Rusiyaya buraxılmayacaqlar? - NƏ ETMƏLİ?
Bu gün, 06:59
Ermənistanın hərbi-siyasi rəhbərliyi münaqişənin alovlanmasına çalışır - FAKT BUDUR!
Bu gün, 06:55
İrəvan “sonuncu Qarabağ kartı”nı oynayır - NƏ BAŞ VERİR?
Bu gün, 06:50
ABŞ həbsdə olan rus alimi deportasiya etmək istəyir
Bu gün, 06:45
Bazardakı bahalıq Rusiya ilə bağlıdır? - AKTUAL
Bu gün, 06:42
İran sanksiyaların ləğvi qarşılığında ABŞ-la nüvə sazişi imzalamağa hazırdır - KİV
Bu gün, 06:38
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında vətəndaşlardan açıq şəkildə rüşvət toplanır - İTTİHAM VAR...
Bu gün, 06:31
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır... - Taleh Bəşirovdan yüzlərlə ailə üçün sürgün planı...
Bu gün, 06:22
Kürd Fəhlə Partiyası adını dəyişib başqa təşkilat adı altında terroru davam etdirə bilər - GÖZLƏNTİ
Bu gün, 06:12
“Bu, musiqi yarışması deyil, üzdəniraqların yarışması, nümayiş səhnəsidir” - ONA GÖRƏ DƏ...
Bu gün, 06:10
Ramiz Mehdiyev Əmrullayevi EVDƏN İDARƏ EDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 06:04
Bu məktəbdə əməlli-başlı BAZAR AÇIBLAR - Özləri dandılar, amma təsdiq edəsi də deyildilər...
Bu gün, 06:01
Arslan Hacıyevi kim belə himayə edir ki... - İLGİNC İDDİALAR
Bu gün, 05:56
Partiya sədri DTX-yə çağırış etdi - VİDEO
Bu gün, 05:46
Trampın ad günündə Vaşinqtonda hərbi parad olacaq
Bu gün, 05:44
"Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru