Aydın Bəşirovun başıı yenidən qalmaqalda - Həbsi gözlənilir...
Tarix: 1-08-2015, 12:26 | Çap et
Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan "Quryev" paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub.
Bildiyimiz kimi hələ iki il öncə Prezident İlham Əliyev yeni hökumətin tərkibini təsdiqləmişdi. Qeyd edək ki, o ərəfədə komandaya bir neçə məşhur isim düşə bilməmişdi. Müdafiə naziri Səfər Əbiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov yeni formalaşdırılan hökumətin tərkibinə salınmadılar. İşdən çıxarılanlar sırasında Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (DXDG) şefi Aydın Bəşirov da oldu. 1994-cü ildən bu quruma rəhbərlik edən A.Bəşirov artıq sabiqlər sırasındadır. Prezidentin iki gün öncə verdiyi sərəncamla həmçinin Dövlət Xəzər Dəniz Gəmiçiliyi "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə çevrildi.
Prezidentin digər sərəncamı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsindən Aydın Bəşirov çıxarılaraq yerinə Rauf Göyüş oğlu Vəliyev "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri təyin edilib. Yeni hökumətin təsdiqlənməsindən sonra Baş Prokurorluq DXDG-yə məxsus "İslam Səfərli" yük gəmisində yol verilmiş qanun pozuntuları haqda rəsmi məlumat yaydı. Məlumatdan bəlli olur ki, qanun pozuntuları ilə bağlı Baş Prokurorluğa daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılıb. Həmin rəsmi məlumatda deyilir: ""İslam Səfərli" yük gəmisinin kapitanı Həşim Həsənovun, gəmi kapitanının köməkçisi Səyyad İbadullayevin və gəmi heyətinin digər üzvlərinin 7 aprel 2013-cü il tarixdə Rusiya Federasiyasının bayrağı altında üzən "Kuban" gəmisinin kapitanı ilə aralarındakı şifahi razılaşmaya əsasən 3.800 ABŞ dolları müqabilində "Kuban" gəmisinə 40 ton xam neft və 18 ton mazut yüklənməsi, həmçinin gəminin saxlanc yerindəki 6 ton dizel yanacağını 1.800 ABŞ dollarına qeyd olunan gəmi heyətinə satmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanmışdır. H.Həsənov, S.İbadullayev və A.Əmiraslanov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə), 206.3.2 (qaçaqmalçılıq) və 206.3.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmişdir. Hazırda iş üzrə istintaq davam etdirilir". Bu rəsmi məlumat yayılandan dərhal sonra bir xeyli müddət mətbuatla təmaslardan qaçan Aydın Bəşirov daha sonra cinayət işindən danışmışdı. DXDG-yə məxsus yük gəmisində yol verilmiş qanun pozuntuları ilə bağlı Baş Prokurorluqda cinayət işinin başlanması məsələsinə münasibət bildirən A.Bəşirov qeyd etmişdi ki, neft qaçaqmalçılığı haqda məlumatı 6-7 ay öncə prokurorluğa qurum özü təqdim edib. O, başlanan cinayət işinin ona və ya DXDG-yə qarşı olmadığını söyləyib: "Sözügedən məsələ barədə biz özümüz prokurorluğa məlumatı vermişik ki, gəlib araşdırma aparsın". A.Bəşirov vəzifəsiylə vidalaşdıqdan sonra DXDG-də təhvil-təslim işinin aparılması məsələsinə də münasibət bildirib. Deyib ki, hazırda təhvil-təslim işi çox normal aparılır: "Burada heç bir problem yoxdur, təhvil-təslim normal aparılır. Burada heç bir şey ola bilməz. İki qurum birləşib və olub bir qurum. Əslində bu qurum çoxdan yaradılmalı idi. Bunun yalnız faydası olacaq. Yəni dənizçilik strukturu vahid olacaq. Yeni zavod və liman tikilir, bunlar da bir olacaq. Mən buna çox sevinirəm. Çoxdan istəyirdim ki, bu qurum birləşsin. Mən 19 ildir ki, işləyirəm və hər zaman dövlətçiliyə və prezidentə sadiq olmuşam, bundan sonra da sadiq qalacam. Canım Azərbaycana qurban olsun!". A.Bəşirov DXDG-də təhvil-təslim prosesinin normal getməsindən danışsa da, mediaya sızan səhih məlumatlar bunun əksini deməyə əsas verir. Daxil olan məlumatlarda qeyd olunur ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin rəisi təyin olunan Rauf Vəliyev ARDNŞ prezidenti Rövnəq Abdullayevin kadrıdır. Əvvəllər Xəzər Dəniz Neft Donanma İdarəsində, sonralar ARDNŞ-də işləyib. "Onun ARDNŞ-dən bu vəzifəyə gətirilməsi təsadüfi deyil". Mənbə iddia edir ki, prezident sərəncamından dərhal sonra DXDG-də təhvil-təslim başlayıb: "Aydın Bəşirova sənədlərdə dəyişiklik aparmaq, sənədləşdirilməyən daşımaları sənədləşdirmək imkanı verməmək üçün sərəncam oxunandan dərhal sonra DXDG-yə yeni yaradılmış qurumun rəhbərliyi gəlib. Hazırda DXDG-də vəziyyət gərgindir. Çox səs-küylü təhvil-təslimdir. Hətta dava-dalaş səviyyəsinə qədər gedib çıxacağı da realdır. "Naftalan" gəmisinin Rusiya tərəfində həbsdə olması elə hər şeyi deyir".
2014-cü ilin sonlarında bir sıra KİV-də Dövlət Dəniz Administrasiyasının sabiq rəisi Aydın Bəşirovun səhhətində yaranmış problemlərə görə Azərbaycanı tərk etdiyi bildirilirdi. Lakin saytların birinə açıqlamasında Aydın Bəşirov yayılan xəbərləri tamamilə təkzib edib: "Götürüb özlərindən ağıllarına gələni yazırlar. Mən cavan, cağbacağ oğlanam. Səhv eləyir onu yazanlar. Mən oturub Bakıda çay içib, çörək yeyirəm, onlar yazır ki, Almaniyaya getmişəm. Boş sözlərdir hamısı". Həmçinin Aydın Bəşirov onun bu yaxınlarda böyük rayonlardan birinə icra başçısı təyin olunacağı ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: "Bunların işi-gücü yoxdur?! Camaat özündən söz çıxarır. Ara qızışdırıb məni qıcıqlandırmaq istəyirlər. Keçi nə haydadır, qəssab nə hayda?! Mən Bakıda oturub kefimlə, istirahətimlə məşğulam. Mən prezidentimizin əsgəriyəm. Allah onun canını sağ eləsin. O, məni ölümdən qurtarıb. İşləmirəm - özü bilər, işləyərəm - özü bilər. Desə, get filan yerə, mən də gedərəm. Nə desə, o da olacaq".
Son verdiyi açıqlamasından təxminən bir il sonra, bu ilin mart ayında Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov işsiz olduğunu, müalicə aldığını və əsas diqqətini sağlamlıq problemlərinin həllinə yönəltdiyini qeyd edib. Çox maraqlıdır. Görəsən təxminən bir il sonra belə bir açıqlamanın verilməsi nəyə hesablanıb? Qeyd edək ki, Aydın Bəşirovun bu günlərdə gündəmə gəlməsi və necə deyərlər "canına qorxu düşməsi" əbəs deyil. Belə ki, Füzuli Abdullayev adlı Bakı sakini bir neçə gün əvvəl polisə müraciət edərək Bakı buxtasındakı "Yaxt-klub"da lövbər salan 65 metrlik yaxtasının oğurlanmasından şikayət edib. Sonradan isə məlum olub ki, bu yaxta "Xəzər Dəniz Gəmiçiliyi İdarəsi" QSC-nin keçmiş sədri Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsusdur. Bu faktı "Yaxt-klub"un mətbuat katibi Əhməd Əsgərov da təsdiqləyib. "Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını mətbuata təqdim edəcəyik. "Yaxt-klub"dakı dayanacağa gəlincə isə ora pulludur və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur" - deyə Ə.Əsgərov bildirib.Əldə edilən məlumatlara görə, bu yaxta Aydın Bəşirov "Kaspar"ın rəhbəri olan dövrdə özəlləşdirilib, daha doğrusu, özününküləşdirilib. Özü də söhbət yaxtadan yox, Bakı-Ənzəli (İran) marşrutu üzrə hərəkət edən məşhur "Quryev" sovet paroxodundan gedir.
Lakin Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan "Quryev" paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub. Bu gün yaşananlar bir daha göstərmiş olur ki, qanunu pozan və vaxtilə vəzifədə olan bəzi şəxslər bu gün hələ də azadlıqda gəzirlər. Onlar sadəcə olaraq, vaxtilə ya işlərindən, yaxud da bir az pullarından olurlar. Əgər Aydın Bəşirov hökumətdə yüksək vəzifə tutmaqda davam etsəydi, "Quryev" paroxodunu çətin ki, ondan geri alıb dövlətə qaytaraydılar.
Bilməyənlər üçün qeyd edək ki, "qəhrəmanımız"Aydın Bəşirov Bakının Güzdək kəndində anadan olub və Dənizçilik məktəbində təhsil alıb. Odessa Dəniz Donanması Mühəndisləri İnstitutunu bitirib. Uzaq səfərlər kapitanıdır. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 19 avqust tarixli fərmanı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi təyin edilib. Və 2013-cü ildə prezidentin sərəncamı ilə işindən azad olunub.\\gundelik-baku.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Hayların köhnə bayatılarla narahatlıq duymaları təəccüblü deyil -RƏY
Bu gün, 14:02 |
|
|
|
• İran hədəf, Ermənistan vasitə: - Cənubi Qafqazdakı təhlükəli ssenari
Bu gün, 14:00 |
|
|
|
• Azərbaycan şirkəti kapitalından 6.4 milyon manatı geri götürür
Bu gün, 13:58 |
|
|
|
• “Bu həddə çatdırmaq lazım deyil”
Bu gün, 13:04 |
|
|
|
• Ombudsmanın Çağrı Mərkəzi bayram günlərində də fəaliyyətini fasiləsiz davam etdirib
Bu gün, 13:00 |
|
|
|
• COVID-dən daha təhlükəli Metapneumovirus QAPIDA – Bu ölümcül virus nədir, necə QORUNAQ?
Bu gün, 12:58 |
|
|
|
• "Azərbaycanda icra məmuru institutu hüquq-mühafizə orqanları arasında ən bərbadıdır" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:55 |
|
|
|
• Rusiya qərar verdi: azərbaycanlıların işi çətinləşdi... - Bakının cavabı ləngimədi
Bu gün, 12:47 |
|
|
|
• Bakıdan yeni tələb: "Sülh sazişi" danışıqlarına bu da əlavə olundu - GƏLİŞMƏ
Bu gün, 12:46 |
|
|
|
• Hava bəzi yerlərdə arabir yağıntılı olacaq - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• Tanınmış həkimdən qadınlara: - Etməyin, çox iyrənc görünürsünüz!
Bu gün, 12:39 |
|
|
|
• Suriyanın yeni hakimiyyəti kürd yaraqlılarından silahı yerə qoymağı tələb edib - "Hürriyet"
Bu gün, 12:37 |
|
|
|
• Sabiq maliyyə nazirinə hökm oxundu - O, məhkəmədə Seymur Talıbova verdiyi pulun məbləğini açıqladı
Bu gün, 12:32 |
|
|
|
• Xalq artistinin nəvəsi vəfat etdi - FOTO
Bu gün, 12:30 |
|
|
|
• Ermənilər YENƏ BAŞLADI: Mövqelərimiz ATƏŞƏ TUTULUB... - QAŞINIRLAR...
Bu gün, 12:29 |
|
|
|
• 2024-cü ildə hansı ölkə xoşbəxt olub?
Bu gün, 12:27 |
|
|
|
• Qəfil halı pisləşən alimin xəstəxanaya verməyə də PULU YOXDUR... - "Ölüm anında ani düşündüm ki..."
Bu gün, 12:22 |
|
|
|
• SOCAR-ın “Petkim”ə investisiyalarının həcmi açıqlanıb
Bu gün, 12:16 |
|
|
|
• Tanınmış milyonçuya qarşı dələduzluqda ittiham olunan şəxslərdən biri ölüb - TƏFƏRRÜAT
Bu gün, 12:03 |
|
|
|
• "Reklam xatirinə işlər görmək, zahiri effektlər yaratmaq mahiyyəti dəyişmir" - Tahir Kərimli AYNA-nı tənqid etdi
Bu gün, 11:57 |
|
|
|
• "Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Bu gün, 11:51 |
|
|
|
• Rusiya ordusu Ukraynanın Kuraxovo şəhərini ələ keçirib
Bu gün, 11:47 |
|
|
|
• Əsl erməni faciəsi və qəddarlığı... - ƏLAHƏZRƏT FAKT!
Bu gün, 11:46 |
|
|
|
• Şəkidəki seçkilərdə `OĞRU` MARAĞI... - FOTOFAKT
Bu gün, 11:45 |
|
|
|
• Petrosyanın açıq etirafları... məhkəmə araşdırması üçün təkzibolunmaz faktlardır
Bu gün, 11:37 |
|
|
|
• Novayaepoxa.com və Yenicag.info saytları 8 yaşında
Bu gün, 11:35 |
|
|
|
• Yəqin icra başçısı bundan xəbərsizdir... - YOXSA...
Bu gün, 11:32 |
|
|
|
• Bakı həbsxanasında DAHA BİR ÖLÜM
Bu gün, 11:18 |
|
|
|
• İctimai nəqliyyat kimlər üçün pulsuz olacaq? - ARAŞDIRMA
Bu gün, 11:16 |
|
|
|
• “Amin Mərdəkanski”ni qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:09 |
|
|
|
• Nəcəfli sanki Talıbova SƏDAQƏT ANDI İÇİB... - NARAZILIQ VAR...
Bu gün, 11:04 |
|
|
|
• "Naxçıvana maneəsiz gediş-gəliş xalqımız üçün həyati və strateji əhəmiyyət kəsb edən məsələdir" - deputat
Bu gün, 11:01 |
|
|
|
• Vurulmuş təyyarə: haqlı tələblər və haqsız tənələr - Görünəni odur ki...
Bu gün, 10:59 |
|
|
|
• Yeni ildə sülh gözləntisi: ümidlər, risklər və əngəllər - İNCƏLƏMƏ
Bu gün, 10:58 |
|
|
|
• “Lukaşenko məndən üzr istədi, dedi, zavodu vur” – Zelenski
Bu gün, 10:57 |
|
|
|
• Prezident təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb
Bu gün, 10:55 |
|
|
|
• Dövlətə xəyanətə görə həbs edilən şəxsin mühakiməsi başlayır - DTX əməliyyatı
Bu gün, 10:54 |
|
|
|
• Beynəlxalq “IQ” testinə görə Azərbaycan Gürcüstandan çox geridə qaldı... - Ermənistan isə...
Bu gün, 10:52 |
|
|
|
• Azərbaycanda xəstəxanada xəyanətin üstü açıldı: Qadın evli kişi ilə... - VİDEO
Bu gün, 10:51 |
|
|
|
• Fars-molla rejimi İŞ BAŞINDA: Bu dəfə təxribata əl atdılar... - guya Azərbaycanda...
Bu gün, 10:47 |
|
|
|
• Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"
Bu gün, 10:43 |
|
|
|
• Bankdan vətəndaşların adına kredit necə götürülüb? - 1 milyon manat ziyan var
Bu gün, 10:40 |
|
|
|
• “Avant Group”a yaxın yeni şirkət TƏSİS EDİLDİ
Bu gün, 10:39 |
|
|
|
• Petrosyanın çıxışı: Azərbaycan iddia qaldıra bilər? - AKTUAL
Bu gün, 10:37 |
|
|
|
• “Oleq Bakinski”yə qarşı əlavə ittiham irəli sürüldü - TƏFƏRRÜAT
Bu gün, 10:30 |
|
|
|
• Guya buraları dövlət adına qoruyurlar... - BU NƏDİ BELƏ?..
Bu gün, 10:28 |
|
|
|
• Tofiq Məmmədovun öldüyü qəzada günahlandırılan sabiq polis kassasiya şikayəti verdi
Bu gün, 10:19 |
|
|
|
• Bakıda 165 ailəni aldadan şəxs azadlıqda! - Hakim Elnur Nuriyevlə Pənah Kərimovu nə bağlayır?
Bu gün, 10:17 |
|
|
|
• Juninyonun "Sevilya"ya keçidinin detalları: - İspaniya klubu "Qarabağ"a əlavə 250 min avro ödəyə bilər
Bu gün, 10:12 |
|
|
|
• Gənclər və İdman Nazirliyinin pulunu mənimsəyən sabiq idarə rəisinin məhkəməsi bu tarixdə başlayacaq
Bu gün, 10:11 |
|
|
|
|