“Aqressiyalaşan” MƏKTƏBLƏR .....                     "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb .....                     Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI .....                     Erməni hərbi cinayətkarların işinə baxacaq hakim .....                     Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? .....                     Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var .....                     “Expressbank”da yeni təyinat olub .....                     Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... .....                     İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI .....                     Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib .....                     Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu .....                     Xaricdə təhsil, yoxsa "beyin axını"? .....                     Paşinyanın müavini Moskvaya gedib .....                     Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri .....                     “Sülh üçün konstitusiyamızı dəyişməliyik” .....                     Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR .....                     Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ .....                     Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib .....                     Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi .....                     Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq .....                     Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq .....                     Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb .....                     Rəsmi Bakının Ermənistandan iki tələbi var .....                     Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... .....                     AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü .....                     İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı .....                     Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb .....                     Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? .....                     Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül .....                     Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... .....                     AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? .....                     Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb .....                     Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... .....                     Qarabağ erməniləri üçün Rusiya nümunəsi .....                     “TələbəPlus” kartları VERİLDİ, .....                     Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı .....                     Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir .....                     Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... .....                     Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır .....                     Quba ŞAHİN OYLAĞINA çevrilib... .....                 

Yasamalın icra başçısı FHN şefini ƏLƏ SALIB? - BU NƏDİ BELƏ?!
Tarix: 27-10-2023, 08:55 | Çap et
Yasamalın icra başçısı FHN şefini ƏLƏ SALIB?
Neçə illərdir ki, istər paytaxt Bakı şəhərində, istərsə də digər şəhər və rayonlarda yaşayan sakinlər, bu gün də ayrı-ayrı vəzifə sahibi olan şəxslərin düzüb-qoşduqları “oyun qaydaları”nın, fırıldaq əməllərinin, minbir saxtakarlıqlarının və s. qurbanı olurlar. Yəni, hal-hazırda elə sakinlər var ki, onlar pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəmə qapılarında sürünürlər, getgələ salınırlar, bir sözlə həmin şəxslər olmazın həngamələrlə üzüzə qalırlar. Faktdır ki, sakinlər məhkəmələrdə haqq-ədalət axtarışında olsalar da, vəzifə sahibi olan elə şəxslər var ki, bu gün də onlar düzüb-qoşduqları iyrənc əməllərdən əl çəkmirlər.

Qeyd edək ki, Prezident İlham Əliyevin vəzifə sahibi olan şəxslərə qarşı əsas tələblərindən biri, bəlkə də birincisi vətəndaş-məmur münasibətlərində vəzifə sahibi olan hər kəsin siyasi mədəniyyət nümayiş etdirməsi, insanlara qarşı hörmətlə yanaşma ortaya qoymalarını tələb etməsidir. Yəni, ölkə rəhbəri əksər çıxışlarında qeyd edib ki, “Etimadı doğrultmayan məmurlar bundan sonra da cəzalandırılacaqlar. Hər dəfə icra başçılarını işə təyin edərkən mən onlara öz sözlərimi deyirəm: Gedin təmiz işləyin, xalqla bir yerdə olun, rüşvətxorluqla məşğul olmayın, dövlətə, müstəqilliyə sadiq olun. Budur mənim tələblərim, əsas tələblərim. Hər yerdə belə olmalıdır”. Bundan əlavə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 1.2-ci hissəsində qeyd olunub ki, hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq, bu Qanunun müddəalarına əməl etməyə borcludur. Belə bir tələblərin olmasına baxmayaraq, hal-hazırda elə vəzifə sahibləri var ki, onlar üzərinə düşən vəzifə borcunu lazımi səviyyədə yerinə yetirmək əvəzinə, bir növ “sabotaj”lıqla məşğul olur. Məsələn, bir müddət bundan öncə deryaz.az saytının redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, Zivər bəy Əhmədbəyov küçəsi-6C və Əli bəy Hüseynzadə küçəsinin kəsişməsində yerləşən obyektin sahibi Teymurov Fəxrəddin İbrahim oğlu adlı şəxs tərəfindən video-müraciət daxil olmuşdu. Fəxrəddin Teymurov təqdim etdiyi video-müraciətində bildirirdi ki, “Qeyd olunan ünvanda yerləşən obyektimizin zirzəmisində başqa bir şəxsə məxsus obyekt də fəaliyyət göstərir. Həmin obyektin sahibi xeyli vaxtdır ki, bizim obyektə məxsus giriş qapısının təqribən 2 metr hissəsini zəbt etmiş və orada özü üçün metal konstruksiyadan ibarət çətir quraşdırmışdır. Belə bir qanunsuzluq işləri ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər Prokurorluğuna, Yasamal Rayon İcra Hakimiyyətinə, Yasamal Rayon Prokurorluğuna və aidiyyatı üzrə digər dövlət qurumlarına həm yazılı, həm də şifahi formada şikayətlərimi çatdırsam da, təəssüflər olsun ki, hələ də lazımi nəticə yoxdur. Qeyd edim ki, zirzəmidə fəaliyyət göstərən obyekt sahibinin atdığı addımların varlığı səbəbindən obyektimizin giriş qapısı bağlanmış, ümumi görünüşü məhdudlaşmış və binanın ön hissəsinin görüntüsü bağlanmışdır.

Qeyd edim ki, zirzəmidə fəaliyyət göstərən obyektin giriş qapısının olması layihə planında nəzərdə tutulmayıb və bu yöndə görülən işlərə dair heç bir rəsmi sənəd də yoxdur. Yəni, görülən işlər qeyri-qanuni işlərdir. Şikayətimlə əlaqədar bir neçə gün bundan öncə ərazidə olan Yasamal RİH Aparatının əməkdaşı da, görülən işlərin qeyri-qanuni işlər olduğunu bildirdi. Qeyd edim ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı da, görülən işlərin qeyri-qanuni olduğunu və bu haqda Yasamal RİH Aparatı tərəfindən lazımi tədbirlərin görəcəyini vurğuladı”.

Yasamalın icra başçısı FHN şefini ƏLƏ SALIB?

Fəxrəddin Teymurovun deryaz.az redaksiyasına ünvanladığı video-müraciəti əsasında, qeyd olunan problemin aradan qaldırılması məqsədilə bu ilin sentyabr ayında bir çox rəsmi dövlət qurumlarına, o cümlədən Fövqəladə Hallar Naziri cənab Kəmaləddin Heydərovun da ünvanına rəsmi qaydada məktubla müraciət etdik. Təəssüflər olsun ki, ünvanladığımız məktuba 29 sentyabr 2023-cü il tarixdə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyi rəisinin müavini Zenfira Rzayevanın imzası ilə təsdiq olunmuş cavab məktubu verildi və həmin məktubda “Aidiyyəti qurumlarla görülmüş tədbirlər nəticəsində metal konstruksiyadan quraşdırılmış çətir sökülmüşdür” deyə qeyd olunsa da, əslində bu heç də belə olmamışdır. Çünki, cavab məktubundan sonra redaksiya əməkdaşlarımız qeyd olunan obyektə bir daha baxış keçirmiş və metal konstruksiyadan quraşdırılmış çətirin sökülmədiyi bəlli olmuşdur.

Yasamalın icra başçısı FHN şefini ƏLƏ SALIB?
Yasamalın icra başçısı FHN şefini ƏLƏ SALIB?

Belə bir aldadıcı cavab məktubunun verilməsi isə onu söyləməyə əsas verir ki, deməli Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin əməkdaşları metal konstruksiyadan çətir inşa edən obyektin sahibi ilə görüşüb anlaşmış və hansısa formada maddi maraqlarının təmin olunmasını da həyata keçirmişlər. Əslində, bu cür addımın atılması təkcə redaksiya əməkdaşlarına qarşı deyil, aidiyyatı dövlət qurumlarına, ələlxüsus cənab nazir Kəmaləddin Heydərova qarşı ortaya qoyulan yanaşmadır, göstərilən hörmətsizlikdir. O halda sual oluna bilər ki, görəsən FHN-i Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin əməkdaşlarını nə vadar edir ki, onlar ünvanladığımız məktuba aldadıcı cavab verirlər və ortaya belə bir mövqelərini də qoyurlar? Belə bir cavab məktubunun verilməsi onu ehtimal etməyə əsas verir ki, deməli heç bir rəsmi sənəd olmadan metal konstruksiyadan quraşdırılmış çətirin sökülməsi Tikintidə Təhlükəsizliyə Dövlət Nəzarət Agentliyinin əməkdaşlarının maraqlarına uyğun deyil. Niyə, nə səbəbə? Bəli, bütün bunların hər biri ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.

Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mövzuya qayıdacağıq.

Deryaz.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56
"E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53
Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45
Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38
Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32
Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31
“Expressbank”da yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 12:30
Bakıda ÖZBAŞINALIQ: Evimin bütün əşyaları yağışın altında qalıb... - Nərimanov rayonu SURİYANI XATIRLADIR...
Bu gün, 12:22
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Bu gün, 12:14
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Bu gün, 12:10
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu - ƏMR
Bu gün, 12:09
Xaricdə təhsil, yoxsa "beyin axını"? - AKTUAL
Bu gün, 12:06
Paşinyanın müavini Moskvaya gedib
Bu gün, 12:02
Milli Məclisdə Prezidentə istintaq altında olan şəxsləri əfv etmək səlahiyyətinin verilməsi təklif olunub
Bu gün, 11:50
“Sülh üçün konstitusiyamızı dəyişməliyik” - Erməni blogerdən ETİRAF
Bu gün, 11:42
Ramiz Vəliyev haqda SENSASİON BİLGİLƏR - XİN-dəki casus...
Bu gün, 11:38
Azərbaycanda general vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 11:36
Köçəryan hazırlığa başladı: Ohanyan və Baqrata tapşırıq verilib - “Joxovurd”
Bu gün, 11:33
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Bu gün, 11:30
Yəhudilərin Azərbaycan kimi dosta hər zaman ehtiyacı olacaq - “The Jerusalem Post”
Bu gün, 11:26
Mərkəzi Bank hansı bankları tez-tez “yoxlamalı” olacaq - DETALLAR
Bu gün, 11:24
Azərbaycandakı bəzi səfirlər diplomatik deyil, siyasi fəaliyyətlə məşğul olmağa başlayıb - GÖRÜNƏNİ BUDUR
Bu gün, 11:23
Rəsmi Bakının Ermənistandan iki tələbi var - ƏGƏR...
Bu gün, 11:20
Naxçıvanda məmur monopoliyası fermerləri BUNA VADAR ETDİ... - Əkin-biçindən İMTİNA ETDİLƏR...
Bu gün, 11:18
AQTA-ya şikayət etdi, sahibkar tərəfindən öldürüldü - TƏFƏRRÜAT
Bu gün, 11:12
İcra başçısından 3 milyonluq rüşvət QALMAQALI: saxlanıldı - FOTO
Bu gün, 11:08
Azərbaycan bir ay ərzində Qazaxıstandan 2 ton qızıl alıb – Qramı 150 manata
Bu gün, 11:06
Kərəm Mustafayevin öldürülən əsgər cinayəti ilə nə əlaqəsi? - DETALLAR
Bu gün, 11:03
Gözəllik uğrunda canından olanlar: İki uşaq anası Aybəniz, 22 yaşlı model Leyla, 17 yaşlı Aygül - ARAŞDIRMA
Bu gün, 11:00
Ədliyyə nazirinin QAPISINDA ƏLİÇOMAQLI VAR... - ÖZBAŞINA QALIB...
Bu gün, 10:55
AQTA 2 manatlıq sosiskanı NƏDƏN GÖRMƏZDƏN GƏLİR? - VİDEO
Bu gün, 10:50
Ermənistan Yunanıstan və Kiprlə müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb - KİV
Bu gün, 10:45
Binəqədidə SƏFƏRBƏRLİK OYUNBAZLIQLARI... - İTTİHAM VAR...
Bu gün, 10:32
Qarabağ erməniləri üçün Rusiya nümunəsi - İNCƏLƏMƏ
Bu gün, 10:27
“TələbəPlus” kartları VERİLDİ, bəs SONRA?
Bu gün, 10:24
Məhkəmə “12-ci imam”la bağlı qərar çıxardı
Bu gün, 10:17
Ermənistan Zəngəzurun Sülh dəhlizi olmasına imkan vermir - FAKT BUDUR!
Bu gün, 10:14
Azərbaycan təhsilini NECƏ MƏHV ETMƏLİ... - İLGİNC FAKTLAR...
Bu gün, 10:10
Rüşvətə görə həbs olunan Psixiatriya Xəstəxanasının sabiq şöbə müdiri qərardan narazıdır - TƏFƏRRÜAT
Bu gün, 10:01
Quba ŞAHİN OYLAĞINA çevrilib... - Başçı baş verənlərlə BAŞ EDƏ BİLMİR?
Bu gün, 09:52
Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün ADA Universitetində təşkil edilən birillik təlim başa çatıb - FOTO
Bu gün, 09:49
AZAL-dan Yeni il fürsətləri: Endirimli biletlər artıq satışda - DİQQƏT!
Bu gün, 09:45
Xaçmaz sakinləri ümid edir ki... - NARAZILIQ VAR...
Bu gün, 09:44
Bir neçə günlük müharibə: "Ermənistan buna hazırlaşır" - NƏ ETMƏLİ?
Bu gün, 09:32
Azərbaycan qlobal gərginliyin azaldılmasına və etibarlı körpülərin qurulmasına töhfə vermək niyyətindədir - deputat
Bu gün, 09:27
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti ötən ildən zərərlə çıxıb - HESABAT
Bu gün, 09:19
Azərbaycanda 600 min manatlıq şirkət yaradıldı
Bu gün, 09:17
Xalqın öz liderinə sarsılmaz inamı günbəgün möhkəmlənir - ŞƏRH
Bu gün, 09:11
Qalib Ordunun Müzəffər Ali Baş Komandanı - İsrafil Kərimovun yazısı
Bu gün, 09:10
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib
Bu gün, 09:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru