Şəmkirin icra başçısını bitirəcək ŞOK FAKTLAR... - BU NƏDİ BELƏ?
Tarix: 6-09-2023, 08:53 | Çap et
DİA.AZ: - "Bir neçə gündən sonra Rəşad Tağlyevin Şəmkirin icra başçısı təyin olunmağının 2 ili tamam olacaq. Qalmaqallı Alimpaşa Məmmədovun həbsindən sonra gənc oğlanın bu vəzifəyə təyin olunması ölkə gündəminin ən maraqlı hadisələrindən biri idi. Rəşad Tağıyev bu təyinata qədər həm özəl sektorda hüquqşünas kimi işləmişdi, sonradan hamilərinin dəstəyi ilə dövlət qulluğuna keçərək Bakı şəhər Təhsil İdarəsində qısa müddətdə sıravi işçidən müdir vəzifəsinə qədər yüksəlmişdi. Emin Əmrullayevin Təhsil naziri təyinatından sonra Rəşad Tağıyev bu nazirlikdə persona non-qratde elan edilərək, zaman-zaman özünün Təhsil Nazirliyindən uzaqlaşması üçün zəmin yaradılmışdı. Bu dəfə də Rəşad Tağıyevin harayına yüksək vəzifələrdə kadr işləri ilə məşğul olan tələbə yoldaşı çatmışdır (bu barədə növbəti yazılarımızda ciddi faktlar ortaya qoyacağıq)". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir. Məaqlədə daha sonra bildirilir: "Rəşad Tağıyevin Şəmkirə icra başçısı təyin olunması onun üçün sonuncu şans idi. Yuxarıda qeyd etdiyimiz kimi 2021 ci ilin aprel ayının 26 da Alimpaşa Məmmədovun xidməti otağında həbs olunması xəbəri ölkə gündəminə bomba kimi düşmüşdü.
Rəşad Tağıyev 2 il ərzində nə ilə yadda qaldı ?! İcra başçısının adı ötən 2 il ərzində dövrü mətbuatda yalnız səriştəsiz idarəetməsi, tədbirlərdə rabitəsiz cümlələrlə çıxışı, etdiyi yalnış kadr təyinatları, Alimpaşa Məmmədovdan qalma, adları bu gün də məhkəmə istintaqında keçən, hər ay 2 3 dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsində Alimpaşa Məmmədovun üzünə durmaqla keçən kadrları başına toplamaqla yadda qaldı. İlk olaraq Bakıdan yüksək məvacibli işdə işləyən, öz hamisinin yaxın qohumu Alışan Yusibovu Şəmkir Kommunal Müəssisələr Kombinatına rəis təyin etdi. İcra hakimiyyətinin tabeliyində qalmış yeganə struktur, el arasında zibillik idarəsi deyilən KMK icra başçılarının yeganə “dolanma yeri” olması artıq heç kəsə sirr deyil. 2022 ci ilin aprelin 1 də Rəşad Tağıyev icra başçısının 1 ci müavini vəzifəsinə Süleyman Gəray oğlu Zeynallı adlı şəxsi təyin etdi. Kimdir Süleyman Zeynallı ?! Sizə təqdim etdiyimiz bütün xəbərlər internet resurslarından əldə etdiyimiz faktlara əsaslanır. Rəsmi məlumatda qeyd olunur ki, Süleyman Zeynallı Şəmkirin Seyfəli kəndində anadan olub. Son iş yeri Qala Sığorta Şirkətində Hüquq departamentinin rəhbəri vəzifəsi olub. Göründüyü kimi, bu şəxs Şəmkirdə sadəcə anadan olub və ya doğum yeri elə göstərilib. Uzun illər Şəmkirlə heç bir əlaqəsi olmadığı halda birdən birə Şəmkir sevgisinin arxasında dayanan faktları getdikcə açığa çıxaracağıq ! Bunun ardınca Şəmkir icra hakimiyyətində digər müavin yeri vakansiyası yarandı. Başçının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəxrəddin Vəliyev təqaüd yaşı ilə əlaqədar dövlət qulluğundan çıxaraq, YAP Şəmkir təşkilatına sədr getdi. İşin maraqlı tərəfi bundan sonra başladı.....
İcra hakimiyyəti strukturundan azacıq məlumatı olan hər kəsə məlumdur ki, hazırda icra hakimiyyətlərinin büdcələri artıq çox ciddi nəzarətdədir. Dövlət satınalmaları, tender, kotirovka məsələləri ciddiləşdikcə, icra başçılarının və büdcə vəsaitində gözü olanların işi ağırlaşır. Bu işləri görmək sözün əsl mənasında peşakarlıq tələb edir. Və uzun uzadı məsləhətmələşmələrdən sonra, Süleyman Zeynallı öz yaxın dostunu, keçmişdə Qala Sığortada birlikdə çalışdığı, 2019 2021 ci illərdə Qala Sığortanın baş mühasibi işləmiş Rüfət Sahib oğlu Sahibsoyu icra başçısının müavini təyin etmək üçün Rəşad Tağıyevi razı sala bilir !
Bəs Rüfət Sahib oğlu Sahibsoy kimdir ?! İcra hakimiyyətinin rəsmi dövlət səhifəsində haqqında heç bir məlumat yoxdur. Lakin internet resurslarında barəsində çox ciddi məlumatlar əldə edə bildik. Bir daha qeyd edirik ki, təqdim etdiyimiz bütün məlumatlar açıq resurslarda olan faktlardır. İlk olaraq Rüfət Sahibsoy haqqında məlumat icra başçısının müavini təyin olunması xəbəri ilə başlayır. Qeyd olunur ki, “03 iyul 2023 cü ildə Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni müavin təyin olunub. Bununla bağlı icra başçısı Rəşad Tağıyev müvafiq sərəncam imzalayıb.Sərəncama əsasən Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.O, bu gün kollektivə təqdim olunub.Qeyd edək ki, R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb.” Maraqlıdır Bakı şəhərində, yüksək vəzifədə, yüksək əməkhaqqı ilə çalışan birisi birdən birə niyə həm vəzifəcə, həm statusca, həm əməhaqqıca aşağı işə niyə getsin ki ?!
Rüfət Sahibsoy haqqında araşdırma apardıqca daha ciddi faktlara rast gəlməyə başlayırıq. Təbii ki, bu məlumatlar yayılandan sonra Rüfət müəllim çalışacaq bunları internet resurslarından sildirsin, lakin biz redaksiya olaraq bütün faktları artıq yükləmişik. Klassik Xalq Cəbhəsi partiyasının rəsmi səhifəsində,16 may 2012 ci il və 08 sentyabr 2013 cü il xəbərlərində görünür ki, Rüfət Sahib oğlu Sahibsoy Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvüdür ! Dünya siyasətini araşdırarkən, məlum olur ki, bütün hakimiyyətlər əksər hallarda içəridən edilən xəyanətlər nəticəsində süquta uğrayır. Rüfət Sahibsoyun birdən birə iqtidar tərəfə keçməsi, dövlət qulluğunda mühum vəzifəyə gəlib çıxması bunun məntiqi nəticəsi ola bilərmi ?! Hər halda bu suala az da olsa cavab tapmışıq. Rüfət Sahibsoy işə başladığı ilk gündən Rəşad Tağıyevin çox yaxınında dayanmağa çalışır, bütün tədbirdə, görüşlərdə işin içərisinə girməyə çalışır. Büdcə ilə bağlı artıq bütün rəqəmlər onun nəzarətindədir. Hər halda özünə müavin təyin edən Rəşad Tağıyev ola bilməzdi ki, Rüfət Sahibsoy haqqında kiçik bir araşdırma aparmasın. İstənilən halda, gənc hüquqşünas başçı bilir ki, hərəkət və hərəkətsizlikdən yaranan nəticə eyni məsuliyyəti daşıyır. Təbii ki, Rüfət Sahibsoyun qaranlıq keçmişi, müxalifət düşərgəsinin fəal üzvü olması, 2013 cü il prezident seçkiləri ərəfəsi meydanlarda açıq mitinqlərdə iştirak edərək, hakimiyyəti tənqid etməsini Süleyman Zeynallı bilməmiş olmazdı. Əlbəttə Süleyman müəllimin bu faktları ört-basdır etməsinin arxasında yuxarıda qeyd etdiyimiz kimi, Rüfət Sahibsoyun tender, kotirovka mütəxəssisi olması dayanmaya bilməz ! Rüfət Sahibsoy haqqında əldə etdiyimiz məlumatlarda təsdiq olunur ki, harda işləməsindən asılı olmayaraq, bu şəxs dövlət büdcəsi ilə istədiyi kimi rəftar etmişdir. Bu barədə faktları təqdim edirik !
Növbəti yazılarımızda zülmətə qərq olmuş, natəmizlik, antisanitariya, sosial probləri girdabında boğulan Şəmkir haqqında apardığımız araşdırmalarımızı, əldə etdiyimiz konkret faktları hissə hissə təqdim edəcəyik!"
Məsələ ilə bağlı diaaz.space olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Bu gün, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Bu gün, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Bu gün, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Bu gün, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Bu gün, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Bu gün, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Bu gün, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Bu gün, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Bu gün, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Bu gün, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Bu gün, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Bu gün, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Bu gün, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Bu gün, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Bu gün, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Bu gün, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Bu gün, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Bu gün, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Bu gün, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Bu gün, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Bu gün, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Bu gün, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Bu gün, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Bu gün, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Bu gün, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Bu gün, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Bu gün, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Bu gün, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Bu gün, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Bu gün, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Bu gün, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Bu gün, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Bu gün, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Bu gün, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Bu gün, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Bu gün, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Bu gün, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Bu gün, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Bu gün, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Bu gün, 13:06 |
|
|
|
• “Aqressiyalaşan” MƏKTƏBLƏR – Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?
Bu gün, 12:56 |
|
|
|
• "E-Kredit" BOKT-a yaxın iki yeni şirkət yaradılıb
Bu gün, 12:53 |
|
|
|
• Azərbaycanlılar hakimiyyətə qarşı ETİRAZA QALXDI - FOTO
Bu gün, 12:45 |
|
|
|
• Erməni hərbi cinayətkarların işinə baxacaq hakim MƏLUM OLDU
Bu gün, 12:38 |
|
|
|
• Paşinyan saman çöpündən yapışır: amma nə vaxtadək? - GƏLİŞMƏ
Bu gün, 12:32 |
|
|
|
• Bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:31 |
|
|
|
|