Yeni hakimiyyət komandası: BACARMADILAR... - Köhnələrə ŞÜKÜR OXUYURUQ...
Tarix: 2-08-2022, 09:24 | Çap et
Hakimiyyətin yeniləşən elitasından gözləntilər çox sadə idi: effektiv idarəçilik və sələflərinə oxşamamaq. Bəli, İnam Kərimov Heydər Əsədova, Emin Əmirullayev Misir Mərdanova, Rəşad Nəbiyev Əli Abbasova bənzəməyə bilər, onlar nazir postunda yırtıcı, korrupsioner adı çıxarmayıblar, amma problemlər olduğu kimi daşlaşıb qalıb. Hə, Səlim Müslümov gedib, Sahil Babayev isə ondan daha dəhşətli sistem qurub, Teymur Qasımov səhiyyə naziridir, amma xəstəxanalara gedək, Oqtay Şirəliyevin dövründəki bazar dəyişməyib. Hətta İcbari Tibbi Sığorta Agentliyi və TƏBİB yaradılıb, bu yeniliklər də nəticə vermir. Eyni zamanda gömrük sistemində fiqur dəyişiklikləri də heç bir keyfiyyət dəyişikliyinə səbəb olmayıb. Analoji sözləri Ziya Məmmədovsuz yollar haqda demək olar, Saleh Məmmədov və Əvəz Qocayev Avtomobil Yolları Agentliyinə yeyinti obyekti kimi baxır. Və çoxlu nümunələr sadalamaq olar, yeni təyin olunan gənc icra başçılarının bərbad fəaliyyətini də bura əlavə etmək olar. Anaxeber.info yazır ki, bunun fundamental səbəbləri mövcuddur. Əvvəla, iqtidar adları dəyişir, sistemi yox. İkincisi, yeni kadrlar novator deyil, səriştəsizlik və xalqın dilinə bilməzlik işləri korlayır. Həmin xarici təhsilli, qalstuklu bürokratlar vətəndaşa çatanda qanundan, beynəlxalq standartlardan dəm vururlar, özlərinə gələndə maxinasiya, köhnə əyyamlar işə düşür. Ona görə yeni nazirlər sözün əsl mənasında xalqla sosial məsafə saxlayırlar. Onlar əhalinin problemlərinə biganədirlər, çünki təfəkkür sadə, kasıb xalqı anlamır. Sanki burjuy elitası formalaşıb və xalqın dilini bilmirlər. Son aylarda baş verən hadisələr də həmçinin, idarəetmədə ciddi dəyişiklik olmadığını ortaya qoyur. Gördüklərimiz kosmetikdir, keçmiş nazirlərə olan patoloji nifrəti vəzifədən uzaqlaşdırmaqla gərginliyi sadəcə, azalda bilməkdir. Misal üçün Səfər Mehdiyev getdi, araya bir sükut düşdü, gömrükdə isə "qaz vurub, qazan doldururlar". Bundan əlavə, mediaya xəbərdarlıqlar, cəza tədbirləri, ayrı-ayrı fəallara verilən həbslər siyasi konyukturanın da qüvvədə qaldığını göstərir. Maaş, pensiya, sosial müavinətlər, uşaq pulu və s. təminatlar sahəsində isə Hadı Rəcəblinin üzərinə qoyulan məsuliyyətin də iz azdırmaq olduğu göz qabağındadır, indiki zəvzək deputatlar azalıb, sosial siyasətdə nə dəyişib? Bahalaşma, xərclərin artması, hökumətin hər şeyin qiymətini artırması...bu problemlər də hakimiyyətin ayağına yazılmalıdır. Beləliklə, biz 10 il əvvəlki problemləri və idarəetmə yanaşmasını bu gün də görməkdəyik. Adi bir fakt: əgər hökuməti xalqın həyatı maraqlandırırsa, buna qədər günah keçmiş nazirlərdə olubsa, iqtidar xalqın sağlamlığının qeydinə qalandırsa, dərman biznesini nəyə görə monopolistlərə təhvil verilib, monopolistlər də dərmanları çarəsiz xəstələrə, xəstə ailələrinə 3-5 dəfə baha qiymətə satır?! Kasıblıqdan qidalana bilməyən, vitamin çatışmazlığından əziyyət çəkən milyondan artıq uşağı necə uşaqpulundan məhrum edə biliblər? Necə olur ki, Sahil Babayev tenderlə milyonlar qazananda dövlətin pulu talanmış olmur, uşaq pulu verməyə gələndə büdcədə vəsait çatışmır? İndi antixalq, antisosial idarəetmədir. Bura Saakaşvilini, ya da Mahatma Qandini də gətirib nazir təyin et, sistem dəyişməsə, heç nə düzələn deyil. Digər məsələ - təyyarə biletlərini çarəsiz, seçimi olmayan xalqımıza 5 -7 dəfə baha qiymətə satan, qazancı ofşorlara daşınan, üstəlik büdcə gəlirlərinə də şərik olan AZAL üçün yenidən 4 Boeing təyyarəsi almağa da 1 milyard dollar tapıldı, ancaq 36 qazinin intihar etdiyi ölkədə AZAL-a bir dəfə xərclənən 1 milyard dolların onda biri qədər pul "tapılmır" ki, 12 min qazimizin problemi birdəfəlik həll olunsun. Yəni qalib ordunun qazisi özünü yandırırsa, deməli, hökumət problemin kökünü ya düzgün yerdə axtarmır, ya da ümumiyyətlə axtarmır. Bir ölkədən ki, hər il 7-11 milyard dollar pul ofşor zonalara daşınır, belə bir hakimiyyətdən xalq razı qalarmı? Bir ölkədə ki, əmək qabiliyyətli 5.3 milyon əhalinin yalnız 1.7 milyonunun daimi işi var və yalnız 1.2 milyon insan rəsmən fərdi əmək fəaliyyətilə məşğul olur, 2.4 milyon əmək qabiliyyətli insan faktiki işsizdir, nədən danışmaq olar? Bir ölkənin ki, 2.6 milyon uşağı uşaqpulundan, 200 mindən artıq əlili əlillik müavinətindən, 200 mindən artıq təqaüdçüsü pensiyadan məhrum edilib, ildən-ilə pensiya yaşı artırılır, qəhrəman qaziləri çarəsizlikdən kütləvi intihar edir, o halda nazirlərin, yeniləşən komandanın prezidentə hansı islahatlar paketi təqdim etdiyi sualını vermək lazımdır. Ölkənin İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Təhsil, Kənd Təsərrüfatı və bütün digər nazirləri, komitə rəhbərləri dəfələrlə dəyişməyibmi? Bəs bu kadr dəyişiklikləri ölkədəki vəziyyəti necə, yaxşılaşdırıbmı? Ölkədə ildən-ilə əhalinin həyat səviyyəsi daha da ağırlaşır. Ona görə iddia edə bilmirlər ki, hansısa nazirin işdən çıxarılması ölkədə köklü islahata səbəb olacaq, hansısa generalların, icra başçılarının həbsi isə doğrudan da korrupsiya ilə mübarizə məqsədilə həyata keçirilir. Anaxeber.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Lixtenşteyn və San Marino vətəndaşlarına həsəd apara bilərik - MALƏSƏF...
Bu gün, 00:08 |
|
|
|
• Binəqədinin hərbi komissarı orduya yararsız gənci zorla xidmətə yollayır - BU NƏDİ BELƏ?
Bu gün, 00:02 |
|
|
|
• Baydendən vida və: görülən işlər, təhdidlərin ünvanı, təkliflər... - NƏ BAŞ VERİR?
Bu gün, 00:00 |
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Dünən, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Dünən, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Dünən, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Dünən, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Dünən, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Dünən, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Dünən, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Dünən, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Dünən, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Dünən, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Dünən, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Dünən, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Dünən, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Dünən, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Dünən, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Dünən, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Dünən, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Dünən, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Dünən, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Dünən, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Dünən, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Dünən, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Dünən, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Dünən, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Dünən, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Dünən, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Dünən, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Dünən, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Dünən, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Dünən, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Dünən, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Dünən, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Dünən, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Dünən, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Dünən, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Dünən, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Dünən, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Dünən, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Dünən, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Dünən, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Dünən, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Dünən, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Dünən, 15:41 |
|
|
|
|