BU NƏDİ BELƏ: Bura məktəb deməyə adamın dili də gəlmir... - NAZİRİN NƏZƏRİNƏ...
Tarix: 21-05-2022, 09:14 | Çap et
Bu günlərdə “Aktualxeber.az” saytında Nəsimi rayon şəhid Rövşən Nəsirovun adını daşıyan 111 nömrəli tam orta məktəbin müəllimi Şahvələdova Aynur Mahmud qızının şantajçı əməllərindən və onu müdafiə edən direktor Jalə Hacıyevanın qanunsuz əməlləri barədə məqalə dərc edildi. Məqalədə müqəddəs müəllim peşəsinin üz qarası olan Aynur Şahvələdovanın 2017-ci ildə sinif rəhbəri olduğu Şəhriyar adlı şagirdinin anasının başına gətirdiyi oyunlardan bəhs etmişdik. Belə ki, o, 2017-ci ildə Şəhriyarın sinif yoldaşı ilə mübahisə etməyini bəhanə gətirib, uşağın anası Təranə Kəlbalıyevaya zəng edib ki, bu mübahisə polisə düşməsin deyə təcili 500 manat pul verməldir. Həyat yoldaşı rəhmətə gedən valideyn də qaynanası ilə evdə münaqişə yaranmasın deyə razılaşır ki, bu pulu müəllimə özündən versin və sonra o borc tapıb qaytarar. Elə həmin gün axşam müəllimə zəng edib deyir ki, bu məsələni 700 manata həll edib və bu pul ona çatmalıdı. Bu pulu tapıb qaytara bilmədiyinə görə valideynlə A.Şahvələdova belə razılığa gəliblər ki, yaxınlıqda yerləşən Seyid adlı şəxsin ərzaq mağazasından müəllimə həmin məbləğdə nisyə ərzaq alsın. Həmin gündən başlayaraq müəllimə mağazadan bir ay ərzində 1200 manatlıq ərzaq alır və borcu da valideynin adına yazdırır. Əsil həngamə də bundan sonra başlayır. Valideynin çarəsizliyindən və hadisəni qaynanasından gizlətdiyindən istifadə edən müəllimə bu işə həyat yoldaşı İlqarı da qoşaraq şantaja əl atır. Onlar bildirirlər ki, bu ərzaq almaq hər ay davam etməlidi və əks halda oğlunu polisə verib tutduracaqlar, həm də qaynanasına bu hadisəni gizlətdiyini deyəcəklər. Köməksiz və çarəsiz qalan valideyn də evdə olan qızıllarının bir hissəsini satıb, digərlərini də lombarda qoyaraq Seyidin mağazasına olan borcu bağlamağa çalışıb. Amma borc hər ay artdığından və lombarda da faizlər yığıldığından valideyn məsələni açıb anasına danışır. Anası və qardaşı bu baş verənləri araşdıranda məlum olur ki, hələ dükana 5400 manat borc var və 4 il ərzində şantaj yolu ilə müəllimə valideyndən 50.000 manata yaxın pul alıbdır. 111 saylı orta məktəbin direktoru Jalə Hacılyeva bu cinayət tərkibli əməllərinin qarşısını almaq əvəzinə, onlarla əlbir olub. Aynur Şahvələdova Təranənin adına nisyə götürdüyü ərzaqları aparıb müəllim yoldaşlarına satırmış. Bundan başqa Təranədən aldığı qızılları və bjuteriya mallarını məktəbdə satdığına görə direktor Jalə Hacıyevaya “görüm baxım” edirmiş. Ona görə də, direktor onu özünə müavin götürməyə söz verib. Məqalə saytda dərc ediləndən sonra Aynur Şahvələdova saytımızın redaksiyasına hücum edib kollektivimizi söyüb təhqir etdi. Bizi müəllim adına yaraşmayan üslubda söyüb təhqir edən Aynur Şahvalədovanın bu hərəkətinin səbəbini də anlayırıq. Çünki məqalə dərc ediləndən sonra Təhsil Nazirliyinin nümayədəsi tərəfindən danlanılan və işdən çıxarılma barədə xabərdarlıq alan direktor Jalə Hacıyeva ona get “zibillərini özün təmizlə” deyib. Məsələ bundadılr ki, direktor bir tərəfdən də Aynur Şahvalədovadan çəkinir. Zərərçəkmiş Təranə xanımın qardaşı ilə söhbətində direktor dəfələrlə bildirib ki, Aynur Şahvələdovanın Bakı Şəhər Təhsil İdarəsində və Təhsl Nazirliyində güclü “daydayları” var. Direktor onlardan çəkindiyi üçün bu şantajçı müəlliməyə söz deyə bilmir. Həm də Jalə Hacıyevanın özü də əməli-saleh biri deyil. Hər bayramda müəllimlərdən ona 100 manat verməyi tələb edir. Bundan başqa sinif rəhbərlərini də məcbur edir ki, bayramlarda şagirdlərdən pul yığıb ona versinlər. O da guya dediyinə görə, həmin pulu “yuxarılara” verir. Öz ayıbına utanmaq əvəzinə müqəddəs müəllim adına ləkə gətirən Aynur Şahvələdova daha da harınlaşaraq hirsini mətbuatdan çıxmağa çalışır. Hətta vəkili vasitəsilə bizə hədə-qorxu gəlir. Deyəsən, “soğan yediyinə görə içi göynəyir”… Və qəribədir ki, təhsil naziri Emin Əmrullayev müqəddəs məkan olan məktəblərdə belə rüşvətxor, şantajçı ünsirlərin olmasına göz yumur. Çünki onun məktəbləri yoxlamaq üçün göndərdiyi “revizorlar”, nöqsanlarla yerindəcə tanış olub, nazirə dəqiq məlumat vermək əvəzinə Jalə Hacıyeva kimi direktorların “cibləri” ilə tanış olub, məsələni yerində “həll edirlər”. Ümid edirik ki, təhsil naziri bütün bu nöqsanları bir daha özü şəxsən araşdıracaq.
Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq. //Aktualxeber.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Trampın Bakı səfəri baş tuta bilər... - AÇIQLAMA
Bu gün, 22:47 |
|
|
|
• Fevralın 9-u başlayacaq - İTV-də...
Bu gün, 22:37 |
|
|
|
• Qəbul imtahanları elektron olacaq - Nəticələrə necə təsir edəcək?
Bu gün, 22:01 |
|
|
|
• Qovulması xəbərini alarkən nazir YANINDA OLUB... - TƏFƏRRÜAT
Bu gün, 21:57 |
|
|
|
• ABŞ-ın Qafqaz planı təsdiqləndi: Tiflisdən sonra növbə İrəvandadır - GƏLİŞMƏ
Bu gün, 20:52 |
|
|
|
• "Yenə mənim adımdan pul dilənir" - FOTOFAKT
Bu gün, 20:49 |
|
|
|
• Tanınmış iş adamı ağır qəzaya düşdü - TƏFƏRRÜAT
Bu gün, 20:46 |
|
|
|
• NƏ BAŞA DÜŞƏK: Nazir işdən çıxarılan müavini ilə selfi paylaşdı - FOTO
Bu gün, 20:43 |
|
|
|
• 'Aİ-95' benzinin qiyməti artacaq? - AÇIQLAMA
Bu gün, 20:40 |
|
|
|
• Cənubi Qafqaz uğrunda açıq savaş: Vaşinqton İrəvanı seçdi - AKTUAL
Bu gün, 19:02 |
|
|
|
• "Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmır, digər tərəfdən Avropa İttifaqına üzvlüyə can atır"
Bu gün, 19:00 |
|
|
|
• “Yapı Kredi Bank”ın gəliri - AZALIB
Bu gün, 18:58 |
|
|
|
• Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
Bu gün, 18:22 |
|
|
|
• Şimali Koreya sərhədini əcnəbi turistlər üçün açdı
Bu gün, 18:20 |
|
|
|
• Hindistanlı generala İrəvanda medal verildi
Bu gün, 18:10 |
|
|
|
• Azərbaycan-Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşü keçirilib
Bu gün, 18:08 |
|
|
|
• Estetik əməliyyatlar məhdudlaşdırılacaq? - AKTUAL
Bu gün, 18:07 |
|
|
|
• Məhkəmə Mərkəzi Bankın şirkətə qarşı cəriməsini LƏĞV ETDİ
Bu gün, 18:01 |
|
|
|
• Bakıda yeni park salınır - 37,2 MİLYON MANATLIQ TENDER UDULDU
Bu gün, 17:57 |
|
|
|
• İcra başçılarına qadağa: - Evləri ucuzlaşdıracaq, yoxsa?
Bu gün, 17:53 |
|
|
|
• "Boşanmışdıq, uşağımı görə bilmirdim" - Keçmiş arvadını öldürmək istəyən iranlı
Bu gün, 17:52 |
|
|
|
• Saatlar ABŞ vaxtı ilə qurulur: - Region daha böyük gərginliyin astanasındadır
Bu gün, 17:49 |
|
|
|
• Prokuror iki vəzifəli şəxsin həbsini tələb edir - Bəraət almışdılar
Bu gün, 17:41 |
|
|
|
• Müştərilər “Premium Bank”dakı pullarını geri götürür - TƏFƏRRÜAT
Bu gün, 17:33 |
|
|
|
• Elmin İnkişafı Fondunun direktoru cərimələnir - BUNA GÖRƏ...
Bu gün, 17:31 |
|
|
|
• Xəstəxana həyətində həkimi maşın vurdu - Ağır xəsarət aldı
Bu gün, 17:30 |
|
|
|
• "Evimdə 2 övladım böyüyür, elə paylaşımlar edən insanın dəfnində nə işim var?" - Rövşən İsax
Bu gün, 17:24 |
|
|
|
• “Bank of Baku” bütün depozitlərini sıfırlayıb
Bu gün, 17:22 |
|
|
|
• Nazir müdiri işdən çıxardı - ƏMR
Bu gün, 17:18 |
|
|
|
• Atdığım baltanın ölçüsü nə qədər idi? - Ağadadaş Ağayev məhkəmədə hiddətlənib
Bu gün, 17:15 |
|
|
|
• Dövlət qurumlarının ötür-ötür oyunu: Gecəqondu məktəblə sakinlər arasında qarşıdurma davam edir - VİDEO
Bu gün, 17:10 |
|
|
|
• "O, qurumun vitse-prezidenti deyil" - Rafael Ağayevlə bağlı AKF-dən AÇIQLAMA
Bu gün, 17:03 |
|
|
|
• Azərbaycan təyyarəsinin qəzaya uğraması ilə bağlı hamıya həqiqət lazımdır - Zaxarova
Bu gün, 17:02 |
|
|
|
• “ABŞ-Ermənistan sazişi Rusiyaya təhdiddir” - Sobolev
Bu gün, 16:49 |
|
|
|
• 7 saylı həbsxanada məhkum özünü asdı - PENİTENSİAR XİDMƏT İŞGƏNCƏ İDDİALARINI TƏKZİB EDİR
Bu gün, 16:46 |
|
|
|
• Şagirdlərə mobil telefon qadağası – Nələrə səbəb olar?
Bu gün, 16:43 |
|
|
|
• Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu – İfadə verə bilmədi
Bu gün, 16:41 |
|
|
|
• Bu icra başçıları özlərinə köməkçi axtarır - ADLAR
Bu gün, 16:38 |
|
|
|
• Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır? - Rəsmi Moskva
Bu gün, 16:33 |
|
|
|
• "Yutubla əməkdaşlıq edən şirkətlər saxtakarlıqla məşğuldur" - VİDEO
Bu gün, 16:30 |
|
|
|
• Müştərinin hesabındakı pul ondan xəbərsiz Türkiyədə otelə necə köçürülüb? - BU NƏDİ BELƏ?..
Bu gün, 16:16 |
|
|
|
• Elm və Təhsil Nazirliyi körpələrimizin qidalanmasını kimə etibar etdi – Tanıyan varmı?
Bu gün, 16:11 |
|
|
|
• Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır... - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Goranboyda evlənmək məqsədilə qaçırılan 10-cu sinif şagirdi ata evinə qaytarılıb - TƏFƏRRÜAT
Bu gün, 15:50 |
|
|
|
• "Su Meliorasiya Xidməti"nin 770 minlik tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 15:49 |
|
|
|
• "Təcili Tibbi Yardımı 7 il gözləməliyik?!" - İlqar Mikayıloğlu
Bu gün, 15:44 |
|
|
|
• İstəsəydim icra başçısı, nazir olardım - Elza Seyidcahanla MÜSAHİBƏ
Bu gün, 15:41 |
|
|
|
• Rusiya XİN Ermənistanın Zəngəzur dəhlizinə reaksiyasını anlaşılmaz sayır
Bu gün, 15:36 |
|
|
|
• Müsadirə olunmuş Bakı Oksford Məktəbini icarəyə götürdülər - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Orduda qadınların potensialından istifadə etməliyik - Paşinyan
Bu gün, 15:28 |
|
|
|
|