Saleh Məmmədovun qudası nə vaxtdan yol tikinti mütəxəssisi olub? - İLGİNC
Tarix: 6-08-2020, 09:09 | Çap et
...Bir neçə gün öncə dövrü mətbuatda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevə məxsus olduğu iddia edilən çoxmilyonluq varidatın siyahısı yayılmışdı. Qeyd edək ki, Əvəz Qocayevin var dövləti barədə elektron kütləvi informasiya vasitələrində kifayət qədər məlumat tapmaq olar. Yəni, demək istəyirik ki, bu bir yenilik deyil. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində yüksək vəzifə tutan, rəhbər heyətdə çalışanların hansı bu kimi imkanlara malik deyil?
Məsələ Əvəz Qocayevin malik olduğu sərvətdə deyil, qurumun rəsmi şəxsləri arasında baş verən və baş verməkdə davam edən soyuq müharibənin artıq mətbuat müstəvisinə çıxarılmasındadır. Burada çox maraqlı bir sual yaranır - niyə AAYDA sədri Saleh Məmmədovun deyil, məhz onun birinci müavininin varidatının çox olduğu xüsusilə gündəmə gətirilir? Var dövlətə gəldikdə Əvəz Qocayev ömrü boyu müavin vəzifəsində olub. Saleh Məmmədov isə 1995-ci ildə 2015-ci ilə “Azəryolservis”ASC də ayrı-ayrı Yol İstismar İdarələrinin rəisi işləyib və Cavid Qurbanovu əvəz edərək artıq 5-ci ildir ki, böyük bir dövlət qurumunun sədri vəzifəsini daşıyır. Çalışdıqları vəzifələrə baxdıqda, kimin daha çox var-dövləti olar? Sədrin isə Əvəz Qocayev kimi bir yox, bir neçə müavini olur. Doğrudanmı, AAYDA sədri və onun digər müavinləri Əvəz Qocayevə baxanda çox “kasıb”dırlar?
Əslində bu gün AAYDA-da nələrin baş verdiyini, burada hansı intiqraların getdiyini heç kim bilmir. Saleh Məmmədov agentliyə sədr təyin olunanadan hər şeyə müxtəlif vəzifələrə yerləşdirdiyi yaxın adamlarının vasitəsi ilə nəzarət edir. AAYDA-da bu gün yol infrastrukturunun yaxşılaşdırılması məqsədi ilə ayrılan dövlət vəsaitlərinin bölüşdürülməsi üstündə əsl mübarizə gedir. Saleh Məmmədov təmirə, yenidənqurmaya ehtiyacı olan yollara həmən pul ayırmır. Qeyd edək ki, burada dövlət vəsaitinə qənaətdən söhbət getmir. Söhbət Saleh Məmmədova yaxın adamların asanlıqla dövlət sifarişləri ala bilmələrindən gedir. Məsələn, AAYDA-da struktur dəyişikləri edildikdən sonra tabeliyində 100-dən çox MMC yaradılıb. Bu gün bu MMC-lərin böyük əksəriyyəti işsiz kimi qalaraq, ancaq dövlət vəsaitləri hesabına yerli əhəmiyyətli yolları süpürürlər. Amma burada Saleh Məmmədovun yaxın adamlarına yolların çəkilməsində iştirak etməyə, şərikinə pul qazanmağa işlər kifayət qədərdir.
Sual olunur: rayonlarda çəkilən yollar nə üçün bütün rayon Yol İstismar İdarələrinə şamil edilmir? Nə üçün Saleh Məmmədova yaxınlığı ilə tanınan, daim sifariş alan bir neçə Yol İstismar İdarələrindən başqa digər qurumlara da bu şərait yaradılmır?
Saleh Məmmədovun qudasının yol tikintisi...
Bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Saleh Məmmədova yaxın adamların əli ilə idarə olunur. AAYDA Avtomobil Yollarının Təmiri və İstismarı İdarəsinin rəisi Əflatun Qasımov sədr Saleh Məmmədovun qudasıdır. Saleh Məmmədov bir çox böyük layihələrə rəhbərliyi məhz Əflatun Qasımova həvalə edir. Niyə? Təkcə onu demək kifayət edir ki, Əflatun Qasımov son 5 ildə Bibiheybət yolunun 3 dəfə üçması nəticəsində milyonlarla manat dövlət vəsaitini təyinatından kənarlaşdırıb. Kənarlaşdırmayıbsa, onda bu yol niyə uçub? Və hələ də uçur?...
AAYDA-nın Aparat rəhbəri Tariyel Pənahov da bu qurumda aparıcı şəxslərdəndir... Daha doğrusu, Saleh Məmmədova ən yaxın şəxslərdən biridir. Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev də AAYDA sədrinə lap yaxınlığı ilə tanınan şəxslərdəndir. Onu xüsusilə qeyd etmək lazımdır ki, qurumda adıçəkilən hər bir aparıcı şəxsin öz gəlir mənbəyi var. Amma bizə verilən məlumatlara görə, hətta ən aparıcı şəxslər belə, bu gün agentlikdə Müseyib Həmzəyevin əlinə baxır.
Bəs Müseyib Həmzəyev əslində kimdir?
Müseyib Həmzəyev sədr Saleh Məmmədovun bütün maliyyə sövdələşmələrini, xarici ölkələrə transferlərini həyata keçirən bir şəxsdir. Məlumatlara görə bu təcrübəyə o, vaxtı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də Maliyyə İdarəsinin müdiri işləyərkən yiyələnib. Məlumatlara görə onun ofşorlarda yaxşı əlaqələri var və lazımi pulları xarici ölkələrdə leqallaşdıra biləcək 3-5 nəfərdən biridir. Adətən hər yeni təyin olan nazir özünə komanda toplayır və maliyyə işini də öz yaxınına etibar etdiyi şəxsə həvalə edir. Bəs Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kimi bir qurumun maliyyə məsələlərini Müseyib Həmzəyevə necə və niyə həvalə edə bilib? Bu gün onun Saleh Məmmədovun yanında yer almasının birinci səbəbi məhz yaxşı pul silə bilmək qabiliyyətinin olmasıdır.
AAYDA-nın milyonçu rəhbərlərinin var-dövləti, xarici ölkələrdəki sərvətləri barədə problemlər yazılanda Müseyib Həmzəyevin adı nədən heç yerdə hallanmır? Təbii ki, hər yerdə birinci şəxsin adı çəkilir. Amma bu birinci şəxslə bərabər bütün maliyyə sənədlərinə imza atan ikinci şəxs, məhz maliyyə idarələrinin rəisləri olur ki... Məlumat üçün qeyd etmək istərdik ki, Müseyib Həmzəyev AAYDA-da fəaliyyətə başlayandan bu günə kimi audit yoxlamalarından yüksək rəylər alıb. Kimin sayəsində? Yəni, sözügedən qurumun maliyyə-təsərrüfat işlərində il ərzində heç bir qanunsuzluğa yol verilmədiyi, hər şeyin şəffaf, tər-təmiz olması barədə hüquqi sənəd. Amma qurumdan bizə də verilən məlumatlara görə Müseyib Həmzəyev AAYDA-nın strukturuna daxıl olan 104 idarə və müəssisələrin rəhbərlərindən əmək haqqlarının 15% -ni (buna “otkat” deyilir) geri alır. Bu Müseyib Həmzəyevin təkcə fəhlələrin əmək haqlarından əldə etdiyi gəlirlərdir. Bəs görəsən rayonlarda yol çəkilişlərinə ayrılan milyonlarla dövlət vəsaitlərinin neçə faizi “otkat”kimi Müseyib Həmzəyevin özünə qayıdır? Bu artıq, nə jurnalist, nə ekspert, nə də iqtisadçı işidir. Bu, qudalıqdan gələn işdir...
***
Bəs AAYDA rəhbərlərinin problemləri barədə informasiyaların mətbuat müstəvisinə çıxarılması nə ilə bağlıdır? Agentliklə bağlı yayılan məlumatlarda nədən ancaq sədr Saleh Məmmədovun adı yer alır, Əvəz Qocayevi isə yada salan yoxdur? Bu onunla əlaqələndirilir ki, güya sədr haqqında yazılanları mətbuata Əvəz Qocayev ötürür. Biz burada heç də Əvəz Qocayevi müdafiə etmirik. Sadəcə, ictimaiyyətin diqqətinə bir dövlət qurumunun koridorlarında nə kimi oyunların baş verdiyini, bir-birinin var dövləti ilə bağlı məlumatları mətbuat səhifələrinə çıxartmaqla nələrə nail olmaq istədiklərini çatdırmaq istəyirik. Son vaxtlar Saleh Məmmədov və onun tabeliyində işləyən qohum-əqrəbalarının adları indiki ağır iqtisadi-siyası bir dönəmdə mediada çox hallanmağa başlayıb. Yol infrastrukturlarının açılışında xüsusi təqdimatla Prezident İlham Əliyevə məruzə edən agentlik sədrinin komandası heç də nüfuzuna və çəkisinə görə zəif fiqur olmayan Əvəz Qocayevə media vasitəsilə bəzi xatırlamaları edirsə, düşünməyə dəyər. Əvəz Qocayevin tez-tez Ziya Məmmədovla görüşməsi və gizli məsələləri müzakirə etməsi barədə yayılan məlumatlarda isə sabiq nazirın öz kadrını yenidən Saleh Məmmədovun yerində görmək istədiyi iddia olunur. Ziya Məmmədova yaxın olan media qurumlarının Saleh Məmmədovu mənfi obrazda tez-tez gündəmə gətirmələri Əvəz Qocayevlə sabiq nazirin “BÖYÜK PLAN”larının bir hissəsi kimi vurğulanır. Hətta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin dəhlizlərində davamlı olaraq yaxınlarda Saleh Məmmədovun vəzifədən gedəcəyi ilə bağlı şaiyələrin yayılması da buna xidmət edir.
***
AAYDA içindəki məlumatlı mənbənin verdiyi məlumatda isə vurğulanır ki, Əvəz Qocayev Saleh Məmmədovu devirmək planına Ziya Məmmədovla birlikdə həmyerlisi, DYP rəisi general Ramiz Zeynalovu da qoşub. Görünür Əvəz Qocayev arzusunda olduğu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri vəzifəsi uğrunda çox ciddi mübarizəyə girişib və buna görə də yaxın həftələrdə Saleh Məmmədovla aralarında mübarizə açıq müstəviyə keçəcək. (“Qaynarinfo.az”)
***
“Təzadlar”ın Araşdırma Qrupu xatırladır ki, redaksiyaya daxil olmuş bu yazı-şərh iki həftədir tərəfimizdən detallarınadək araşdırılır, qarşı tərəflərə elektron müraciətlər də edilib. Səs çıxmır... Yəni, mövqe yoxdur. Biz jurnalist borcumuzu sonadək icra etdik. Araşdırmamız isə tenderlərlə bağlı davam edəcək. Bura istismar müddəti bitməyən yollarımızın dağıntıları barədə olacaq... //tezadlar.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasətini ABŞ da öz qonşularına qarşı tətbiq edəcək? - NƏ BAŞ VERİR?
Bu gün, 10:29 |
|
|
|
• SOCAR-ın baş rəhbərliyinin rəsmi qazancında ARTIM OLUB - Sıravi işçilər isə...
Bu gün, 10:26 |
|
|
|
• Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19 |
|
|
|
• ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15 |
|
|
|
• Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
|