Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI .....                     ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq .....                     Zəngəzur uğrunda SAVAŞ... .....                     “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI .....                     ABŞ çətiri altında əzələ nümayişi? .....                     "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar" .....                     Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... .....                     `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... .....                     “Azsığorta”nın rəhbərliyində təyinat olub .....                     Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər .....                     Təhlükə var: İran ordusunu çağırmalıyıq .....                     Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... .....                     200 min dollara Bakıda kimi öldürmək istəyiblər? .....                     Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək .....                     ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır .....                     İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur .....                     Şəhid anası icra hakimiyyətindən narazıdır .....                     “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR .....                     “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                 

"Komissiyanın qarşısında od vurub özümü yandıracam..." - Zaqatala sakini FƏRYAD ÇƏKİR
Tarix: 10-07-2020, 09:44 | Çap et
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."
Zaqatala şəhəri, Nizami küçəsi, döngə — 2, ev – 37 ünvanda yaşayan, 1978-ci il təvəllüdlü vətəndaş Bilalov Elxan Murad oğlu redaksiyamıza zəng vuraraq, qəzetimizin ünvanına internetdə rast gəldiyini, problemlər məngənəsində sıxıldığını, özünü öldürməzdən qabaq yeganə və son ümid yeri kimi dərdini KİV-də ictimailəşdirməyi qərara aldığını bildirmişdir. Səsindən duyulan həyəcan onun həqiqətən iztirab çəkdiyini, necə deyərlər, “boğulmamaq üçün yapışmağa saman çöpü axtardığını” büruzə verirdi.

Vətəndaş, bəli, məhz vətəndaş Bilalov artıq çoxdan bu qənaətə gəlib ki, Azərbaycanda pulu, adamı olmayan Vətəndaşın bir qara qəpik qədər qiyməti yoxdur. Onun başına gələnlərin tükürpədici tarixçəsini öz dilindən dinlədik. Deyir ki, xeyli qabaq dəri-zöhrəvi xəstəliyinə düçar olub. İlk əvvəl özünü o qədər də piss hiss etmədiyindən, vəziyyəti ciddiyə almayıb. Sınıq qol kimi dövlətin, cəmiyyətin boynundan asılmaq istəmədiyindən, əlillik statusu və başqa sosial güzəşt və imtiyazlara nail olmağa can atmayıb. Halbuki, həkimlər ona xəbərdarlıq ediblərmiş ki, canının qədrini bilməsə, vaxtında üstünə düşməsə, bütün bədənini yara-xora saracaq, orqanizminin başqa üzvləri də tədricən sıradan çıxacaq, yataq xəstəsinə çevriləcək.

Necə deyiblərsə, elə də olub: İllər keçdikcə, xəstəlik bütün bədəninə yayılıb. Üstəlik, daha bir neçə yanaşı xəstəlikləri üzə çıxıb – ürək və böyrək çatışmazlığı, xroniki astma, qan təzyiqi…

“Artıq üç-dörd ildir, yataqdayam. Sağalmayacağı bəlli olan dəri xəstəliyindən əlavə bir neçə xəstəlikdən əziyyət çəkirəm. Ağrılardan daha taqətim qalmayıb, dözə bilmirəm. Ayaqlarımın altı yanır. İnsan nə qədər işgəncə yaşayar, nə qədər gecələr yuxusuz qalar, səhəri dirigözlü açar? İnanın, gündəlik bir neçə tablet “qırmızı reseptlə” satılan dərmanlar qəbul etməliyəm, “maşın kraskası” ilə yuyunmalıyam ki, sabaha çıxa bilim” – ağlaya-ağlaya danışır zavallı Elxan.

Bilalov nəhayət əlil statusu almaq qərarına gəlib ki, təyin olunacaq pensiya ilə dərmanlarının heç olmasa bir qismini ala bilsin: “Çünki əlil kimi uçotda olmadığıma görə havayı dərman verən yoxdur. Tibbi sığorta məsələsi ortaya çıxandan sonra da mənim kimiləri başdan eləmək üçün əllərinə daha bir bəhanə keçib”.

Yerli poliklinika və mərkəzi xəstəxanada müəyyən prosedurlardan keçib. Sənədləri Respublika Tibbi Sosial Ekspert Komissiyasına göndərilib. Ancaq məyusedici cavab gəlib. Ona bildirilib ki, müalicə üçün lazımi qədər tibb müəssisəsində yatmadığına görə imtina olunub. Halbuki, onun sözlərinə görə, təkcə bu ilin ötən dövrü ərzində üç dəfə — yanvar, fevral, mart aylarında xəstəxanada yatıb: “Üstümə dəfələrlə təcili tibbi yardım çağırılıb. Aparıb yalnız ağrıkəsici dərman verib özümə gətiriblər. Sonra da müalicə etmək əvəzinə zorla evə qaytarıblar. Qanunvericilikdə təsbit olunub ki, bir il ərzində iki dəfə xəstəxanada yatsan, yetərlidir. Amma hər dəfə məni aldadırlar. Yerli komissiya sədri də, baş həkim də üzbəüz səmimi söhbətlərində etiraf edirlər ki, mənə II qrup əlillik dərəcəsi düşür, hərçənd, köməklik göstərən yoxdur. Ölkə başçısı televiziyada çıxış edib deyir ki, dövlət üçün vətəndaşların sağlamlığından daha vacib heç nə yoxdur. Səhiyyəyə, sosial müdafiəyə ehtiyacı olanlara kifayət qədər pul ayırılır. Bu qədər də allahsızlıq olar? Neçə adam tanıyıram, sağlam ola-ola rüşvət verib əlillik dərcəsi alıb, pensiyaya çıxıb. Gerçəkdən xəstə olanın isə müraciətinə baxan yoxdur. Pulu olmayanı insan yerinə qoymurlar. Pulum yoxdu deyə vəkil də tuta blmirəm ki, bu rüşətxorları məhkəməyə verəm”.

Bilalov deyir ki, məmurların laqeydliyi onu intihar həddinə gətirib: “Bir dəfə xəstəxanada ikən gecəyarısı özümü asmağa cəhd etmişəm, təsadüfən hadisə yerinə gəlib çıxan gözətçi həyatımı xilas edib. Gecə ikən şöbə müdiri Eibar doktor, həkimim Afaq tökülüşüb gəliblər, məni dilə tutublar. Burnu qanayan xəstəxanaya gətiriləndə polisin, prokurorluğun xəbəri olur, amma mənim intihar cəhdimi ört-basdır elədilər. Niyə? – çünki məni özünəqəsd halına çatdıran elə həkimlər özləriydi. Qan təzyiqim 220-yə yüksəldiyi halda bilərəkdən aşağı həddə yazırdılar ki, səhhət durumumun kritik olduğu sənədlərdə göstərilməsin. Belə davam etsə, Komissiyanın qarşısında od vurub özümü yandıracağam!”

Redaksiya olaraq üzərimizə düşən işi – vətəndaşın harayını oxucu auditoriyamıza və aidiyyati instansiyalara çatırmaq vəzifəmizi yerinə yetirməyə çalışacağıq. Bilalova isə təpərli olmağı, ən başlıcası isə canına qəsd etmək fikrindən daşınmağı, apardığı mübarizənin uğurlu nəticəsini görmək üçün bu ərəfələr geniş yayılan koronavirusdan qorunmağı tövsiyə edirik. Bu dünya sahibsiz deyildir – Yeri-göyü yaradan Allahımız var, rəhmi də var! Bu ölkə yiyəsiz deyildir – xalqın seçdiyi, özü verdiyi qərarların icrasına özü nəzarət edən Prezidentimiz var! Azərbaycan yaxşı insanlardan xali deyildir — Qızıl ürəkli, bütün dünyada xeyirxahlıq mücəssəməsi sayılan vitse-prezidentimiz var!

P.S. Müraciətlə bağlı Zaqatala rayon Səhiyyə İdarəsinin müdiri Məcid Əliyevə müraciət etdik. O,kobud formada «Biz korovirusa qarşı mübarizə aparırıq, Elxan kimilərə baş qoşmağa vaxtımız yoxdur. Əgər nədənsə narazıdırsa getsin versin məhkəməyə» deyib telefona odboy verdi.

Bu da məmur harınlığının bir forması.
//deryaz.az//



"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."
"Komissiyanın qarşısında od vurub özümü yandıracam..."










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Maliyyə nazirinin gec təyin olunmasının ölkəmizə FƏSADLARI - ARAŞDIRMA
Bu gün, 10:19
ATƏT-in sədri kimi Bakı və İrəvan arasında dialoqu gücləndirməyə hazırıq - Finlandiya XİN
Bu gün, 10:15
Zəngəzur uğrunda SAVAŞ... - Bakının marağında deyil, amma...
Bu gün, 10:07
“Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57
ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45
"Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43
Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37
`Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28
“Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22
Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20
Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19
Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17
200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11
Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10
ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08
İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06
Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04
“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru