Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb .....                     Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... .....                     Türk şirkəti Azərbaycan bazarından gedir .....                     4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… .....                     “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” .....                     Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək .....                     Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı .....                     Dilarə “Cazibə”si ilə ərəb mediasında .....                     “Bakı” qəzetinin yaradılmasından 67 il ötür .....                     Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb .....                     Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR .....                     Sabir Rüstəmxanlı siyasətdən gedir? .....                     Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum .....                     "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib .....                     Tibb bacısı necə ginekoloq oldu? .....                     `Bank Respublika`nın qurbanı oldu və... .....                     Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər .....                     Azərbaycan İrandan artıq heç nə ummur .....                     Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları .....                     Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ .....                     İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... .....                     Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR .....                     "Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" .....                     Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! .....                     Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... .....                     Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... .....                     Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... .....                     Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü .....                     İran hər baxımdan "kritik durumda" .....                     Paşinyanın qəbuledilməz təklifləri... .....                     Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında .....                     "Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." .....                     "İcra başçısı evimizi ikinci dəfə dağıtdı" .....                     "Ermənistan dəhlizi xoşluqla açmasa,,," .....                     Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək .....                     Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq .....                     Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub .....                     "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb .....                     Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır .....                     Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA .....                 

Şamaxıda fermerlərin dizləri yerə gəlib... - ŞİKAYƏT
Tarix: 28-07-2017, 09:27 | Çap et
Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxının Keçməddin kəndinin sakinləri əlləri göydə Allaha yalvarırlar ki, bir də kəndə sel gəlməsin. Onların olan-qalan yurd yerlərini kəndin yolu kimi yuyub aparmasın, məşəqqətli həyatlarını viranə qoymasın. Ümidləri qəzetimizdə problemləri barəsində olan reportajın http://musavat.com/news/samaxinin-kecmeddin-kendinde-insanlar-allahin-umidine-buraxilib-reportaj-fotolar-video_456778.html Bakıdakı səlahiyyət sahiblərinin diqqətini çəkməsinədir...

Keçməddin kəndindən 12 kilometr aralıda, yolun var olduğu ərazilərdə - Məlhəm, Çuxuryurd, Qızmeydan, Qaleybuğurd, Sis və s. kəndlərin sakinlərinin də əli göydədir. Kimsə kombaynın, kimsə traktorun xarab olub onları xərcə salmaması üçün dualar edir. Söhbətləşdiyimiz taxıl əkən kəndlilər deyir ki, 2-3 il əvvəl min bir əziyyətlə yetişdirdikləri məhsulun məhv olmasına tamaşa etməyə məcbur idilər, taxılı biçməyə kombayn tapmırdılar. İndi isə kombayn qıtlığı yoxdur, əvəzində kombaynı sahəyə gətizdirib işlətmək, kombayn sahibləri isə texnikanı saz vəziyyətdə saxlamaq kimi ağır, məsrəf tələb edən problemlərlə üz-üzədirlər.

Taxıl kimi strateji məhsulun yetişdirilməsi bir çətinlikdirsə, yığılıb hazır dənli bitki şəklində xırmana aparılması da ona qədərki proses qədər çətindir.

Sahibkarlar bu çətinliklərə qatlaşırlar. Deyirlər ki, əllərini yanlarına salıb oturmaqdansa, çətin də olsa taxıl əkib-biçməklə ailələrini dolandırmağa çalışırlar. Ağır əməyin qarşısında isə qazandıqları elə də böyük pullar deyil. Əkin-biçinlə məşğul olan sahibkarların həyəcanının səbəblərindən biri də il ərzində yetişdirdikləri buğda və arpanın vaxtında biçilməsidir.
Deyirlər ki, biçim gec olsa əziyyətləri heçə gedər. Ona görə də hər kəs tələsik əkdiyi buğda hasilə gələr-gəlməz kombayn axtarmağa, sahəni qısa zamanda biçdirməyə tələsir.

“Dövlət hər hektara görə 90 manat pul ödəyir. Əkirik, biçəndən sonra bizə həmin pulu ödəyirlər. Əvvəllər kombayn problemi vardı. İndi isə kombayn çoxdur, nə qədər desəz var. Sadəcə, işlətmək bahadır. Elə zəmi var ki, orada kombayn 1 hektarı 40 manata, elə yer də var ki, 80 manata biçir. Bu yerin quruluşundan asılıdır. Dərə-təpəsi çox olan sahələrdə yanacaq çox gedir, kombaynın sıradan çıxmaq, xarab olmaq ehtimalı çoxdur. Ehtiyat hissələri də elə bahadır ki, heç yaxın düşmək olmur. Kombayn sahiblərini də qınamaq olmur. Bir ətək pul verib texnika alıblar, xarab olanda günləri qara olur” - deyə Asif adlı kəndli bildirir.

O deyir ki, Allah versə, yaxşı məhsuldar buğda əksən 1 hektardan 4-5 ton məhsul götürə bilərsən: “Bu il Allaha çox şükür ki, məhsul boldur. Hektardan 3-4 ton məhsul yığa bilmişik. Buğdanın tonunu 300 manata alırlar. 10 hektardan 3-4 min manat qazana bilirik. O qədər dərd-sər var ki. Toxumluq buğdanı almaq, torpağa qulluq edib gəmiricilərə qarşı dərmanlar vurmaq və s. İş çox, pul da ki, qəhətə çıxıb, yoxdur. Elə il də olur ki, hektardan 500 kilo məhsul yığılır, bu da heç əziyyətimizə dəymir”.

Taxıl əkib-biçən kəndlilər deyir ki, gəlirləri elə də böyük olmadığından kombayn almaq haqda heç düşünmürlər: “Adam var, böyük sahəsi var, amma əkmir, becərmir. Sahələr qalıb ağzı günə. Bizim hərəmizin 10 hektar əkin sahəmiz var. 10 hektardan ötrü 70-80 min manat verib kombayn almaq sərf eləmir. Texniki xidmət, ehtiyat hissəsi də çox bahadır. Düzdür, dövlət kombaynı, texnikanı güzəştli şərtlərlə satır. Amma yenə də ala bilmirik. Çox çətin, müşkül məsələdir biz sadə kəndlilər üçün”.

Kəndlilər gileylənirlər ki, buğda biçinindən sonra sahələrdə qalan taxılın samanını toplayıb presləyən texnikanın da ehtiyat hissələri, təmir xərcləri çox bahadır. Demələrinə görə, həmin bahalı texnikanın gətirdiyi gəlir də xərclərinin qarşısında çox azdır.

“Traktora görə ”kvartalnı" 300 manat ödəyirik. İldə 1200 manat icarə haqqı veririk. Əvvəllər 5 manata olan ehtiyat hissə hazırda 25 manatadır. Sahibkar çağırır ki, gəl sahədən samanı, otu-alafı yığ, preslə ver. Presin birini yığıb sahibinə təhvil verməyə görə 20 qəpik alırıq. Ən yaxşı halda 1 hektardan 8 manat qazana bilirik. Pres üçün ip əvvəl 15 manat idi, indi 40 manatadır. İşləməsək olmur, işləyəndə də qazandığımız elə xərcləri qarşılamağa gedir. Ümidimiz odur ki, 4-5 ilə icarə haqqı bitər, biz də 3-5 manat sahibi olarıq" - deyə, traktor sürücüsü bildirir.

Kəndlilər söyləyir ki, bahalaşma öz sözünü deməkdədir: “Keçən ilə qədər bir bağlama yonca 2 manata idi. İndi yonca presi 5 manatdır. 5 manata yoncanı alan mal-heyvan sahibi əti, südü, pendiri neçəyə satacaq? İşimiz Allaha qalıb. Bahalaşma son qəpiyimizi də əlimizdən alır. Saman bağı burada zəmidə 2 manat 50 qəpiyə, 3 manatadır. Qışda qiymət ”ceyran belində" olacaq. Hər şey bahalaşır, təkcə kəndlinin əməyinin qiymətindən başqa. Qazanıb banklara borc verməkdən, Əlinin papağını Vəlinin başına qoymaqdan bezmişik".

Ölkəyə kənd təsərrüfatı texnikasının gətirilməsi ilə məşğul olan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində ölkədə kombayn çatışmazlığı problemi olmadığını, problemin çözüldüyünü deyirlər. Bildirirlər ki, Azərbaycan dövlətinin tətbiq etdiyi güzəşt sistemi kənd təsərüfatı texnikasının yerli sahibkarlar tərəfindən çətinlik olmadan alınmasına böyük dəstəkdir. Ölkəyə ASC xətti ilə Almaniya, Belçika, Hollandiya istehsalı olan kənd təsərrüfatı texnikaları gətirilir. Gətirilən texnikanın 40 faizini dövlət ödəyir, 20 faizini texnikanı alan sahibkar nağd şəkildə, yerdə qalan hissəni isə 9 il müddətində hissə-hissə ödəməlidir.
Məsələn, traktorun qiyməti 50 min manatdırsa, 20 min manatını dövlət ödəyir. 30 min manatın 10 min manatını sahibkar nağd şəkildə ödəyir. Yerdə qalan 20 min manatı isə sahibkar hissə-hissə ödəməlidir. Üstəlik, 2 illik zəmanətli istismar müddəti nəzərdə tutulur, texnikalar sığortalanır.

ASC-də deyirlər ki, ölkəyə gətirilən gübrələr də sahibkarlara böyük güzəştlər edilməklə satılır. Sahibkarlar satın aldıqları gübrənin 30 faizinin pulunu ödəyir, yerdə qalan 70 faizinin pulunu isə dövlət ödəyir. Qalır işləmək, əziyyətə qatlaşıb məhsul yetişdirmək və yaxşı qiymətə alınan bazar tapmaq. Bu isə sadə kəndlilər üçün elə də asan deyil. Problemlərini başında dayanan əsas amil bazardır. Məhsulu su qiymətinə alıb qızıl qiymətinə satırlar. Əziyyət çəkənin, məhsulu hasilə gətirənin qazancı satanın qazancından qat-qat az olur.

Rəsmi məlumata görə, respublikada 3 min ədəd kombayn var. Kombaynların yarıya qədəri “Aqrolizinq” ASC-nin xətti ilə, qalanları isə müxtəlif qrantlar hesabına və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən alınıb.
\\musavat.com\\

Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxıda fermerlərin dizləri yerə gəlib...
Şamaxıda fermerlərin dizləri yerə gəlib...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42
Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39
Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31
4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26
“Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23
Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05
Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03
Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56
“Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46
Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40
Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38
Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19
Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14
"Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07
Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58
`Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56
Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51
Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49
Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47
Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45
İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43
Sahibkar Prezidentdən KÖMƏK İSTƏYİR - gömrükdəki ÖZBAŞINALIQLA bağlı...
Bu gün, 08:38
"Trampın Türkiyə rəhbərliyi ilə də sıx münasibətlərini diqqətdən qaçırmaq olmaz" - deputat
Bu gün, 08:33
Binəqədi-Novxanı yolunun üstündə TƏHLÜKƏ! - BU NƏDİ BELƏ?..
Bu gün, 08:27
Haça-paça qalan İrəvan üçün SEÇİM ANI... - AKTUAL
Bu gün, 08:22
Şəhərsalma və Memarlıq Dövlət Komitəsində şok korrupsiya... - Nəzarət orqanının rəhbərinə layihələr verilir
Bu gün, 07:14
Yerin altında gizlədilməyə çalışılan 'KARYERA YÜKSƏLİŞİ "... - İLGİNC FAKTLAR
Bu gün, 07:06
Əhmədian İrəvana səfərlə bu mesajı ötürdü - Manqasaryan
Bu gün, 07:02
İran hər baxımdan "kritik durumda" - GƏLİŞMƏ
Bu gün, 06:56
Paşinyanın qəbuledilməz təklifləri... - Bəndlər üzrə İNCƏLƏMƏ
Bu gün, 06:53
Cənubi Qafqaz: Qlobal fırtınalar və ortaq gələcək ümidi arasında - “Xəyali icma”nın gerçək təsviri
Bu gün, 06:47
"Xalq yazıçısı Anar pis idi, yaşlandıqca daha da pis oldu..." - Orxan Saffari
Bu gün, 06:41
"İcra başçısı evimizi ikinci dəfə dağıtdı" - Gəncə terrorunda valideynlərini itirən şəxs FƏRYAD EDİR
Bu gün, 06:37
"Ermənistan dəhlizi xoşluqla açmasa,,," - deputat
Bu gün, 06:27
Dünya xəritəsi yenidən cızılır: Ermənistan belə yerləşəcək - İLGİNC
Bu gün, 06:22
Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru