Rəcəb Babaşovun səhvi bir insanın həyatına son qoydu - ARAŞDIRMA
Tarix: 3-05-2017, 08:34 | Çap et
Xatırladım ki 18 aprel 2017-ci il tarixində gecə saatlarında icra hakimiyyətinin 20 metrliyində və düz icra nümayəndəliyinin qarşısında ölümlə nəticələnən avtoqəza baş verdi. Şahidlərin məlumatına görə Mitsubishi cip markalı avtomobilin sürücüsü, icra hakimiyyətinin yolu kəsmək üçün avtomobil yolunun üzərinə uzadılmış beton işıq dirəyinə çırpılaraq, idarəetməni itirib içində sərnişin olan opel markalı avtomobillə toqquşdu. Nəticədə 1 nəfər qadın həyatını itirdi 1 azyaşlı uşaq və yaşlı bir qadın ağır yaralandı. Qəza törədən ovtomobildə isə bizi qoruyan 3 əsgər döyüşçü qardaşımız yaralandı. Sükanın arxasında olan sürücü isə təbii ki cinayət məsuliyyətinə cəlb olunacaq. Göründüyü kimi itkimiz böyükdür. Ən böyük bəla odur ki bu həmin yerdə baş vermiş 2-ci avtoqəzadı. Bir müddət əvvəl baş vermiş 1-ci avtoqəza ölümsüz ötüşsədə, 2 nəfər ağır yaralanmışdı və avtomobil yararsız hala düşmüşdü. Bu hər iki qəzanın əsl səbəbi nədir? Kimdir günahgar? Şahidlərin dediyinə görə qəza törədən avtomobilin arxasınca dövlət yol polisi əməkdaşları qovurmuş. Sürücü isə ələ keçməmək üçün və cərimədən yayınmaq üçün qaçmağa cəhd edib. Qəzadan sonra məlum olub ki sürücü içkili vəziyyətdə imiş. Bəli! Biz durub yol polisi işçisini maşın qovmaqda, sürücünü isə içkili olmaqda və yol polisinin saxla əmrinə tabe olmamaqda ittiham edə bilərik. Lakin yol polisi öz xidməti işini görür, sürücü isə ən pis halda içkili və avtoxuliqanlıq maddəsiylə cərimə olunacaqdı. Lakin biz hesab edirik ki, bu qəzada əsl günahgar yolu primitiv və təhlükəli üsulla kəsmiş icra hakimiyyəti bu işdə bir başa günahkar hesab olunmalıdır. Çünki yerə uzadılmış 4 künc iti bucaqlı, beton işıq dirəyini nəzərə alsaq ki, yer səttindən 20 sm hündürdədir və rəngi asvalt rəngində olduğu üçün onu gecə vaxtı görmək qeyri mümkündür. Onuda nəzərə alsaq ki, həmin qəzanı törədən avtomobil aşağı sedan tipli yox, hündür mitsubishi cip avtomobili olub, bu zaman yerdəki 20 sm tramplinə oxşar və üzərində işığı əks etdirən heç bir vasitənin olmaması, həmin maneənin sürücü üçün görünməz bir vasitə olduğu qənaətinə gəlmək olur. Ən azından beton dirəyinin sarı - ağ boya ilə rəngləmək və ya üzərində bir işıq əks etdirici vurmaq olardı. Dirəyi bura yerləşdirənlər bunu etməliydi, amma nədənsə etməyiblər. Maraqlısı odur ki həmin yolda qadağan edici “Giriş qadağandır” yol işarəsidə yoxdur. 1-ci qəza oldu, 2-ci qəza da baş verdi, Allah növbəti qəzadan saxlasın. Maraqlıdır ki, bəs bizim hər şeydə qüsur axtarışında olan icra başçısı Rəcəb Babaşov hər gün ora işə gedərkən o qüsuru niyə görməyib? Əvvəllər nəzərindən qaçıbsa belə qəzadan sonra həmin primitiv maneənin aradan qaldırılması ilə bağlı niyə göstəriş verməyib? O işıq dirəyi hələ də oradadır. Növbəti qurban kim olacaq? Hörmətli icra strukturu, insanların həyatı və taleyi sizin üçün bu qədərmi ucuzdur? Allah etməsin 3-cü qəzanımı gözləyirsiniz? Hanı bizim dövlət məmurlarının ən ali icra orqanının məntiqi? Niyə dərhal o primitiv və yol hərəkət qanunlarına uyğun olmayan işıq stolbasını normal standarta uyğun bir vasitəylə əvəz etmirsiniz? Misal üçün “şlaqbaumla”! Bu qəzanın nə səbəbdən baş verdiyini anlamaq və dərhal zəruri tədbir görmək o qədərmi çətindir? Yoxsa Qazax icra məmurlarının başı daha vacib işlərə qarışıb? Bəlkə başınız rayonda məntiqsiz qüsur axtarışlarına qarışıb? Dostlar, bir az məntiqiniz olsun... Bir rayonun icra hakimiyyətinin düz qarşısında belə bir kobud və ölümlə nəticələnən səhvə yol verməyə haqqı yoxdur! Ona görə də biz hesab edirik ki, bu avtoqəzada nə sürücüdə nədə ki, yol polisində günah yoxdur. Baş vermiş ölümün məsuliyyəti bir başa yolu məntiqsiz kəsmiş və buna məsuliyyətsiz yanaşan icra hakimiyyəti orqanıdır. Buna görə də icra hakimiyyəti bu xətaya görə cavab verməlidir və zərər çəkmiş şəxslərə təzminat ödəməlidir.“Gündəm Xəbər” qəzeti
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14 |
|
|
|
• Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12 |
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
|