İcra başçısının həbs olunan qardaşı oğlu azadlıq sorağında - İDDİA
Tarix: 24-04-2017, 08:27 | Çap et
Ötən ilin sonlarında Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin qardaşı oğlunun həbs olunması haqda mediada xəbər yayılmışdı. Bu barədə vəkil Adəm Məmmədov özünün facebook səhifəsində yazaraq bildirmişdi ki, Yalçın Abdullayev dələduzluq ittihamı ilə həbs edilib. Həmin məlumatı cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “Sentyabr ayında hüquqlarını müdafiə etdiyim M.Saitqızı, Əziz Əliyev, Əyyub Hüseynov və digər şəxsləri aldadaraq, iki milyonluq əmlakların ələ keçirilməsi faktı barədə açıqlama vermişdim. Hazırda həmin fırıldaqçı qrupun başında duran Yalçın Sabir oğlu Abdullayev haqqında kifayət qədər faktlara əsaslanmış və özünün birbaşa iştirakı ilə törədilmiş elə bir fırıldaqçı əməliyyat var ki, mən bir an belə düşünmədən müvafiq təhqiqat və istintaq orqanlarına müraciət etmək məcburiyyətində qaldım. Yalçın Abdullayev Rauf Kərimov adlı bir iş adamı ilə “dostluğa” çevrilən yoldaşlıq münasibəti qurur. 2013-cü ilin əvvəllərində Rauf Kərimovdan 300 min ABŞ dolları məbləğində nisyə avtomobillər götürür. Rauf Kərimov artıq dostluq münasibətlərinin yarandığına inandığı Yalçın Abdullayevə Nərimanov rayonu ərazisində yerləşən “Kral Mebel”i səmərili şərtlərlə uzun müddətə icarəyə verir. Təsadüf elə gətirir ki, Rauf Kərimov kredit götürdüyü bankla yaranmış problemi ilə əlaqədar həmin dövrdə həbs edilir. Bundan istifadə edən Yalçın Abdullayev, el dili ilə desək, faiz “şotçikini” işə salıb və müxtəlif formada təhdidlər edərək, sonda 2 milyon 880 min ABŞ dollarlıq daşınmaz əmlakları ələ keçirir”. Vəkilin sözlərinə görə, təxminən 2 ay bundan qabaq digər epizodlarla əlaqədar məsələ qaldırdıqdan sonra Yalçın Abdullayevin əmisi oğlu Yunis Abdullayev də Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən dələduzluq maddəsi ilə həbs olunub. Bu xəbər yayıldıqdan sonra Beyləqan rayon icra başçısı Vaqif Abdullayevin qardaşı oğlanları – Yunis Abdullayevin həbs olunması, Yalçın Abdullayevin isə dələduzluqda ittiham edilərək barəsində cinayət işi açılması xəbərinə qarşı tərəfdən də reaksiya göstərilmişdi. Belə ki, o zaman Yalçın Abdullayev “Qafqazinfo”ya açıqlamasında bildirmişdi ki, bu işdə əslində zərərçəkən onun özüdür: “Yazılıb ki, guya mən istintaq altındayam, bu da mən, canlı olaraq burdayam. Mənim haqqımda heç bir cinayət işi yoxdur, heç kimin də haqqını yeməmişəm. Yunis Abdullayev mənim əmimoğludur, onun bu işlərə heç bir aidiyyəti yoxdur. Özü də həbs olunmayıb, hazırda evindədir. Əmim Vaqif Abdullayevin mənə nə aidiyyəti var? 25 ildir bizneslə məşğulam, bu illər ərzində cəmi bir VÖEN-im olub. Əslində, hadisə belə olub. 2014-cü ildə Xəyyam Balayevlə iş qurmaq üçün bankdan 965 min dollar kredit götürüb, ona vermişəm. O da xalası oğlu Eyyub Hüseynovun və qardaşı İlqarın şirkətini işlədərək onlara faiz verib. Bir müddət sonra öyrəndim ki, Xəyyam dələduzdur, verdiyim pulu tələb etdim, o da aprelin 30-na kimi məndən vaxt istədi. Sonra təklif etdi ki, xalasıoğlu Eyyubun, onun sevgilisi Mahirənin və tanışı Əziz Əliyevin əmlaklarını mənə olan borcu müqabilində adıma keçirsinlər, razılaşdım. Bu adamların hər birinə zəng edib soruşdum ki, Xəyyam belə bir fikir deyib. Onlar da dedilər ki, biz də razıyıq, “Xəyyama hər şey qurbandı”. Bundan sonra hər biri notariusa gələrək, imza atdılar və 410 min dollar dəyərində mənzilləri mənə verdilər. Mahirə isə 300 min dollar nağd verməyi öz öhdəsinə götürdü, sonra isə pulu ödəmədən ölkədən qaçdı. Hazırda “İnterpol” xətti ilə axtarışdadır, onun barəsində cinayət işi açılıb və Nərimanov Rayon Polis İdarəsində bununla bağlı istintaq aparılır. Sonradan bəlli oldu ki, pulları ölkədən çıxarıb Dubaya köçürüblər. Hazırda onların mənə 550 min dollar borcu var. Borcun etirafına dair də müqavilə imzalayıblar. Bizlə işlədiyi dövrdə Xəyyamın Mahirə ilə davamlı olaraq ölkəni tərk etdikləri, yəni Dubaya, Türkiyəyə səfər etmələri Dövlət Sərhəd Xidməti tərəfindən təsdiqlənib”. Y.Abdullayev “MTN qruplaşması”nın qurbanı olduğunu, Mahirə Süleymanovanın sifarişi ilə Anti-terror Mərkəzinin keçmiş rəisi Elçin Quliyev tərəfindən təhdid olunduğunu deyib: “Mahirə Elçinlə əlbir olmuşdu. 2015-cü ilin oktyabrın 8-də məni MTN-ə aparıb 11 saat saxladılar. “İŞİD”çisən, təriqət üzvüsən deyərək təhdid edib, tələblər irəli sürdülər. Elçin Quliyev məndən tələb etdi ki, Mahirənin borc müqabilində mənə verdiyi 2 mənzili və maşını geri qaytarım. Mən evlərin sənədlərini Mahirənin özünə verdim, Elçin Quliyevin şifahi göstərişi əsasında maşını Binəqədi rayon məhkəməsinin icraçısı Səbuhiyə təhvil verdim. Orada rəhmətlik İlqar Əliyev mənə dedi ki, Mahirə Elçinə yaxın adamdır. Mən Elçin Quliyevə qarşı açılan cinayət işində də zərərçəkmiş şəxs kimi tanınmışam. Hazırda Baş Prokurorluqda araşdırma aparılır”. İş adamı Yalçın Abdullayev “Kral Mebel”lə bağlı epizod üzrə olan iddiaya da aydınlıq gətirib: “Həmin mağazanı Rauf Kərimov mənə müqavilə əsasında icarəyə verib, hər ay da pulunu ödəmişik, qəbzlərimiz da var. Biz həmin mağazanı işlədəndə Adəm Məmmədov mənim vəkilim olub. İndi isə qarşı tərəfin vəkilidir. O mağaza da sonradan Rauf Kərimov tərəfindən başqa bir holdinqə satıldı. Avtomobillər məsələsi isə yazılanın tamam başqa cür olub. Biz Raufdan yox, Rauf bizdən 300 minlik maşın götürüb, pulunu hələ də ödəməyib. Bizə atılan böhtanla, guya, həbs olunmağımızla və vəzifəli şəxslərin adından Adəm Məmmədovun yaydığı məlumatla bağlı hüquq çərçivəsində addım atacağıq”. Y.Abdullayev mənzillərin alqı-satqısı və borcun etirafına dair müqavilələri təqdim edib. Üzərindən aylar keçən bu olaya yenidən qayıtmağımıza səbəb etibarlı mənbədən cumhuriyyet.az-a daxil olan məlumatlarla bağlıdır. Belə ki, bizi bilgiləndirən mənbənin iddiasına görə icra başçısının qardaşı oğlunun hansısa yolla azadlığa çıxarılmasına hazırlıq görülür. Bu isə prosesdə zərərçəkən tərəfləri ciddi narahat edir… Mövzunu diqqətdə saxlayacağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12 |
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
|