Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq .....                     Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub .....                     "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb .....                     Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır .....                     Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA .....                     Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil .....                     Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır .....                     Bakıda yeni tikinti şirkəti yaradılıb .....                     “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” .....                     Xose Bernardo narkotik aludəçisidir? .....                     Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi .....                     Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib .....                     Ermənistanın yersiz ambisiyası .....                     Ermənistanda himn qalmaqalı: .....                     “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” .....                     Tiktoker Fatimə ev dustaqlığına buraxıldı .....                     Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? .....                     Ermənistan Rusiyanı və İranı necə aldatdı?! .....                     Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi .....                     "Xozeyn" ləqəbli tiktoker .....                     Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb .....                     Əhmədian əslində Ermənistana mesaj ötürur .....                     “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” .....                     Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib .....                     İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK .....                     Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz .....                     "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı" .....                     Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir .....                     Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? .....                     “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” .....                     BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb .....                     Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə .....                     Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin .....                     Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? .....                     Gülzar Qurbanova virusa yoluxub .....                     "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, .....                     Müsavat Partiyası Sabir Rüstəmxanlıya .....                     “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” .....                 

"Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki..." - Şəkidən ŞİKAYƏT
Tarix: 7-04-2017, 10:02 | Çap et
"Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki..."
"Şəkidəki keçmiş "Sənətkarlar evi"ni də əlimizdən aldılar. Sənətkarların əksəriyyəti mənim kimi orda-burda öz hesabına dükan açıb işləyirlər"

Əvvəllər "gəlin sandıqsız olmaz" deyirdilər. Müasir dövrümüzdə tələbatın az olmasına baxmayaraq, hələ də sandıq düzəldən ustalar var. Sputnik Azərbaycan-ın həmsöhbəti Şəkinin məşhur sandıqçısı Sadəddin Xasıyevdir.
Sandıqçı Sadəddin Xasıyev Şəkililər arasında Sədi dayı kimi tanınan sənətkar, uzun müddətdir ki, bu işlə məşğuldur. Ona bu sənətin atasından miras qaldığını deyən Sadəddin dayı, əhali arasında sandıqçılığa marağın tamamilə öldüyünü bildirir. "Mənim atam bu işlə 1920-ci ildən məşğul olub. Atama sandıqçı Hüseyn deyərdilər. Mən ilk sandığımı dördüncü sinifdə oxuyanda düzəltmişdim. İnstitutu bitirdikdən sonra bir müddət mühəndis işləyib, sonra pensiyaya çıxdım. Pensiyamın azlığı ucbatından məcbur olub dədə-baba sənətini davam etdirdim. Düzdür, bu, gəlir gətirən bir sənət deyil. Ancaq ata yadigarı olan bu sənətə xüsusi marağım və sevgim var. İki oğluma da bu sənəti öyrətmişəm. Ancaq qiymət verən yoxdur" — deyir Sədi dayı. Müştəri azlığından gileylənən sənətkarın sözlərinə görə, əvvəllər sandıqları şəkililər alardı, indi heç onlar da almırlar. Əl əməyi ilə ərsəyə gətirdiyi bu qiymətli sənət incilərinə daha çox xarici ölkələrdən Şəkiyə təşrif buyuran turistlər dəyər verirlər. Sadəddin Xasıyev deyir ki, ancaq xaricilər sandıqçalarla maraqlanır və bir-iki dənə mücrü alırlar. Sandıq düzəltməyin çətin və səbr tələb edən bir sənət olduğunu vurğulayan Sədi dayı, bir sandığı düzəltməyə xeyli vaxt sərf etdiyini qeyd edir: "Balaca bir mücrünü hazırlamaq yeddi günə başa gəlir. Elə sandıq da var ki, üç aya hazırlanır. Sandıqları əvvəlcə taxtadan hazırlayır, sonra isə üstünü dəmirləyirəm. Daha sonra isə üstünə rəng vururam, xüsusi mismarla üzərini bəzəyir və ya hansısa söz yazıram". Həmsöhbətimiz sandıqçaların və onların üzərinə vurduğu naxışların öz təxəyyülünün məhsulu olduğunu diqqətə çatdırır: "Sandığın bir çox növlərini mən yaratmışam. Məsələn ovalvari, dördkünc və digərləri. "Çekanka" (metal üzərində döymə) sandıqlar da mənim icadımdır. Oval sandığa "çəlləkvari sandıq" da deyirlər. Keçmişdə bu cür sandıqlar olmayıb. Ancaq düzbucaqlı sandıqlar olub. Bu sandıq formalarını və üzərinə vurulan naxışları ikinci bir yerdə görə bilməzsiz. Bunları Şəkiyə mən gətirmişəm". Sədi dayı sandıqlara daha çox almanların maraq göstərdiklərini deyir: "Sandıqları yerli camaat demək olar ki, almır. Almanlar isə maraqlanır və alırlar". Sandıqların qiymətinə gəlincə: "Qiymətlər 20-500 manat arasında dəyişir. 2006-cı ildən bu günə qədər cəmi 3 ədəd bahalı sandıq satmışam. İndi sandığı ancaq turistlər alır, ümidimizi onlara bağlamışıq. İstəyərdim ki, qədim sənət növləri yaşasın. Bu sənətlərin yaşamasına şərait yaratsınlar, tariximizi, keçmişimizi öldürməsinlər". "Şəkidəki keçmiş "Sənətkarlar evi"ni də əlimizdən aldılar. Sənətkarların əksəriyyəti mənim kimi orda-burda öz hesabına dükan açıb işləyirlər. Mən özüm gördüyünüz bu balaca dükanı almışam. Elə vaxt olur ki, 6 ay bir qəpik də qazancım olmur. 174 manat "pensiya" alıram. Mən bu təqaüdlə işıq, qaz pulu verim, yoxsa ailə saxlayım?!" — deyir sənətkar. O, qeyd edir ki, qədim sənətkarlığa dövlət qayğısı olmalıdır: "Bu qayğı təkcə qədim sənətləri yaşatmaq üçün deyil, həm də Şəkiyə çoxsaylı turistləri cəlb etmək üçün vacibdir. Şəkiyə gələn turistləri buranın qədimliyi, ənənələri qoruyub saxlamağı, nadir sənətkarlığı cəlb edir. Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki, turistlər onların qara qaşına aşiq olub gəlmir. Onları cəlb edən bizim qədimliyimiz, Şəkinin özünəməxsusluğudur. Bu da olmayandan sonra, sənəti və sənətkarı öldürürsənsə, turist bura niyə gəlsin?" "Ona görə də, dövlət qurumları fikirləşməlidir ki, bahalı hotelləri tikməyə vəsait sərf etdikləri kimi, sənətkarlığı da yaşatmağa vəsait sərf etməlidirlər. Sənətkar yaxşı yaşayarsa, sənət də yaşayar, pul da gələr, güzəran da yaxşı olar, dövlət də varlanar" — Sədi dayı çıxış yolu göstərir.

"Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki..."
"Turizmdən pul qazanmaq istəyənlər bilməlidirlər ki..."









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14
Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12
"Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35
Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29
Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28
Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05
Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02
“Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48
Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44
Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40
Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20
Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00
Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58
“Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04
Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02
Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54
Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51
Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48
"Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46
Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44
Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31
“ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29
Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28
İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15
Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12
"German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05
"Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01
Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59
Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58
“2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54
BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51
Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49
Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47
Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20
Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17
"Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16
Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14
“Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12
Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08
Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05
İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03
Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00
Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59
Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58
Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57
Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53
Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49
"Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru