Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat - İDDİA
Tarix: 29-03-2017, 09:25 | Çap et
2014-cü ildə təhsil naziri Mikayıl Cabbarov Samir Vəliyevi özünə müşavir təyin edəndə media belə yazmışdı: “Samir Vəliyevi yaxşı tanıyanlar bilir ki, o nazirə başucalığı gətirməyəcək”.
“Biznes sirlərinin” öyrənilməsi
Samir Vəliyev vaxtilə Odlar Yurdu Universitetində prorektor vəzifəsində çalışırdı. Bu universitet Vəliyevlər ailəsinə məxsus təhsil ocağıdır. Universitetin rektoru iki dönəm Milli Məclisin üzvü olan Əhməd Vəliyev idi. 2015-ci il parlament seçkilərində isə Vəliyev qanunverici orqana seçilmədi. Vəliyevlərin təhsil üzərində qurduqları biznes şəbəkəsi məşhurdur. Misal üçün, vaxtilə adı it dəftərində belə olmayan “San Marino”, “Diplomatiya Universiteti” kimi təhsil müəssisələri yaradaraq, TQDK-nın (indiki Dövlət İmtahan Mərkəzi-red) qəbul imtahanlarından keçə bilməyən abutiriyentlərə pul qarşılığında “diplom” verirdi. Hansı ki, bu diplomlar nəinki Təhsil Nazirliyi tərəfindən, ümumiyyətlə heç bir yerdə qəbul edilmirdi. “Odlar Yurdu” Universiteti bu şəbəkənin sonuncu və ən “uğurlu” layihəsi hesab oluna bilər. Bu xatırlatmanı verməyimizdə məqsədimi məhz Samir Vəliyevin “diplom biznesi”ni necə mənimsəməsini aydınlaşdırmaqdır.
Ailə universitetindən Təhsil Nazirliyinə – MÜƏMALI YÜKSƏLİŞ
Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat Əhməd Vəliyev oğlunu “Odlar Yurdu” Universitetində prorektor, hətta rektor əvəzi vəzifəsinə qədər yüksəltdi. Daha sonra qısa müddət ərzində S.Vəliyev doktorluq işini müdafiə edərək, professor oldu. Hətta bələdiyyə seçkilərində Nərimanov dairəsindən namizədliyini də irəli sürmüşdü. Ən böyük vəzifəsi atasının universitetində prorektor olan Samir Vəliyev günlərin birində Təhsil Nazirliyində məsul vəzifəyə təyin olunur. O, əvvəlcə təhsil nazirinin müşaviri vəzifəsini icra etdi, bir müddət sonra “peşə və orta ixtisas təhsili məktəbləri” üzrə sektor müdiri vəzifəsinə təyin olundu. Lakin bir müddət də keçdi və nazir onu özünə yenidən müşavir təyin etdi. Daha sonra Samir Vəliyev Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəis müavini vəzifəsinə təyin olundu. Hazırda o, bu idarədə rəis əvəzidir. Mediada yayılmış məlumatlara görə, Əhməd Vəliyev oğlunun yüksəlişi üçün bir çox adama minnətçi düşüb. Samir Vəliyevin Təhsil Nazirliyində hazırda tutduğu vəzifəsi fonunda “diplom biznesi” avtomatik olaraq yenidən ön plana çıxır.
Miq.Az-a daxil olan məlumatlar 2014-cü ildə medianın yazdığı kimi, Samir Vəliyevin təhsil naziri Mikayıl Cabbarova başucalığı gətirmədiyini təsdiq edir.
“Diplom biznesi”
Samir Vəliyev köhnə biznesini Təhsil Nazirliyində tutduğu vəzifə sayəsində daha da genişləndirib. Redaksiyamıza danışan mənbə bildirir ki, onun “diplom biznesinin” əsas mərkəzini nüfuzlu “Baku Oxford Shcool” təhsil ocağı təşkil edir. Belə ki, əsasən nazir və oliqarx nəvələrinin təhsil aldığı bu məktəbə hər il Dövlət İmtahan Mərkəzinin xətti ilə yalnız 5 faiz qəbul həyata keçirilir. Yerdə qalan 95 faiz yer isə qeyd etdiyimiz kimi nazir və varlı şəxslərin övladları, nəvələri üçündür. Məlumata görə, Samir Vəliyev bu məktəbdə təhsil alan varlı övladlarının böyük əksəriyyətini Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomlarını tanımadığı xarici universitetlərə yerləşdirir. Bu universitetlər nazirliyin rəsmi saytında adı olmayan təhsil ocaqlarıdır. (Bax:https://www.nostrifikasiya.edu.az/frontend/az/content/item/36-universitetl%C9%99rin-siyah%C4%B1s%C4%B1) .
30 günə baxılan məsələ 5 gün içində həll edlir
Mənbə qeyd edir ki, diplomların tanınması ilə bağlı bir çox hallarda problemlər meydana çıxır. Etiraz edənlərə isə Samir Vəliyev “onu elə mən özüm təsdiq etdirəcəm” deyə bildirir. Ən maraqlı məqam isə diplomların tanınması üçün müraciətlərə rəsmi qaydada 30 iş günü ərzində baxılsa da, Samir Vəliyev özünün yerləşdirdiyi universitetlərin diplomalarını cəmi 5 iş günü müddətinə təsdiq etdirir. (Bax: https://www.nostrifikasiya.edu.az/frontend/) . Və bütün bunların qarşılığında külli miqdarda pul əldə edir.
Redaksiyamıza daxil olan başqa bir məlumatda isə Samir Vəliyevin Heydər Əliyev Fondunun Rusiya filialı ilə əməkdaşlıq etmiş bir xanım əməkdaşının diplomunu hansı “şərtlərlə” tanıyacağı, nə qədər pul istənilməsi barədə də xəbər yer alıb. (Bu barədə növbəti yazımızda) Hazırda onlarla şəxs Samir Vəliyevdən mənimsədiyi pullarını tələb edir. Məlumatlara görə, onun yolu dəfələrlə Korrupsiya ilə Mübarizə İdarəsinə düşüb. Lakin öz əməllərini davam etdirməkdədir.
London zərgüzəştləri
Azərbaycan təhsili üzərindən qazanılan pullar hesabına Samir Vəliyevin ciddi maliyyə imkanları mövcuddur. Məlumatlara görə, o “Muğanbank”da böyük səhmə sahibdir. Həmçinin, tikinti biznesi yaradıb. Bütün bunlarla yanaşı, mənbə Samir Vəliyevin təhsil üzərindən qazandığı pulları ölkədən xaricə çıxartdığını, xüsusilə Londonda mülklər aldığını deyir.
“Azərbaycanın gələcəyi yoxdur” deyən Vəliyev
Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat
Bir müddət öncə Samir Vəliyevin oğluna Londonda iş tapmaq istiqamətində hərəkətə keçdiyi deyilir. Hətta ondan “Azərbaycanda bu qədər imkanın var, nə üçün oğluna burada iş qurmursan” deyə soruşanlara cavabı belə olur: “Bu ölkənin gələcəyi yoxdur”. Dəbdəbəli həyat: “Roys Royce” avtomobili və “Rolex” saatı
Samir Vəliyevin “diplom biznesi”, London mülkləri və dəbdəbəli həyat
Samir Vəliyev gələcəyinin olmadığını hesab etdiyi Azərbaycanda əldə etdiyi pullarla intensiv şəkildə xarici səfərlər edir. Ən çox baş çəkdiyi şəhər isə Londondur. Əldə etdiyimiz məlumata görə, o, Londonda icarə haqqı 1000-1500 dollar olan “Roys Royce” avtomobilini kirayələyir. Bu avtomobil dünyanın ən lüks və bahalı minik vasitələrindən biri hesab olunur. Samir Vəliyevin qolundakı saat isə onun dəbdəbəli həyatının nişanəsidir: “Rolex”. Məşhur İsveç markası olan bu saatın ən ucuzu 50 min dollardan bahadır.
Mövzuya dair araşdırmalarımız davam edəcək.
Qarşı tərəfin də mövqeyini yayımlamağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Baydendən QORXUNC anons: Benzinin qiyməti artacaq - ABŞ artıq tədarük görür...
Bu gün, 06:14 |
|
|
|
• Türkiyənin Azərbaycanda yeni səfiri təyin olunub
Bu gün, 06:12 |
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
|