“Azəravtoyol” sədrinin müdhiş dosyesi - Təfsilat
Tarix: 6-03-2017, 08:34 | Çap et
“Azəravtoyol” ASC sədri Saleh Məmmədov gündəmin əsas personajlarından biridir. Onun göstərişi ilə nakam şair Mikayıl Müşviqin abidəsinin dağıdılması ayrı-ayrı faktları da ortaya çıxarıb.
“Günah keçisi” iş icraçısı və...
“Gündəm-Xəbər”in media üzərindən araşdırması zamanı bir sıra nüanslar meydana çıxıb ki, hər birində S.Məmmədovun adı hallanır. Həmin faktları qeyd etməzdən əvvəl deməliyik ki, ASC sədri Dəmir Yolları QSC sədri Cavid Qurbanovun kadrıdır. Ona görə də ən yüksək səviyyədə hiddə doğuran abidənin götürülməsi olayı C.Qurbanovun da başını ağradıb. Ölkə rəhbərliyi tərəfindən cəza əmri verilən günahkar şəxslər hələ ki, iş icraçısı səviyyəsində cəzalandırılıb “Azəravtoyol” bəyan etdi ki, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraşısı "Azəravtoyol" ASC-nin rəhbərliyinə və çalışdığı MMC-nin direktoruna məlumat vermədən görkəmli şair Mikayıl Müşfiqin ərazidə yerləşən büstünü götürüb. Buna görə də öz üzərinə düşən əmək funksiyasını lazımi qaydada yerinə yetirməyərək kobud şəkildə qanun pozuntusuna yol verdiyinə görə, “8 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin iş icraçısı Rəhimov Ramiz Tapdıq oğlu tutduğu vəzifədən azad edilərək işdən çıxarılıb. Həmin MMC-nin direktoru Şirinov Əliheybət Balakişi oğluna xəbərdarlıq edilib, MMC-nin baş mühəndisi Hüseynov Yuris Xələf oğluna isə töhmət verilib. Lakin “Azəravtoyol” ASC-nin ləğvi və S.Məmmədovun vəzifəsiz qalacağı ehtimalı da böyükdür. Yəni, ən yüksək səviyyədə cəza yaxın aylarda gözlənilir.
Sədrin “kassir”i kimdir?
“Gündəm-Xəbər”in media üzərindən araşdırması zamanı Saleh Məmmədovun əsas pul kisəsi 1-ci müavini Əvəz Qocayevdir. İddialara görə, Ə.Qocayevin Bakının 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində 20-yə yaxın obyekti olduğu bildirilir. Birinci müavin sədrin “kassir”i kimi tanınır və idarədə möhkəm mövqeyi var. Azəravtoyol ASC sədr müavini Əvəz Qocayevin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb, fəaliyyətinə dair tənqidi xarakterli məqalələr yayımlanıb. Onun sabiq nəqliyyat nazirinin yaxın adamı kimi xarakterizə edirlər. Əvəz Qocayev Ziya Məmmədovun sayəsində bu posta gətirilib. İndi S.Məmmədovun “sağ əli” kimi tanınır. Əvəz Qocayev bir müddət əvvəl Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı postu uğrunda gedən mübarizəyə qatılmışdı. Deyilənlərə görə, həmin vaxt Nəqliyyat Nazirliyinin yetkili şəxslərindən biri Əvəz Qocayevin Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətərilməsindən ötrü bir xeyli çaba sərf etsə də, sonda uğursuzluğa düçar olub. Mətbuatda gedən iddialara görə, sabiq nazir müavini Arif Əsgərovun da adının hallandığı, 50-yə yaxın sahibkar zərər çəkdiyi 48 milyon manatlıq mənimsəmədə Əvəz Qocayevin də adı keçir.
Kürəkən necə azadlığa çıxıb?
Belə ki, bu maliyyə maxinasiyası ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunan adıçəkilən QSC-nin marketinq şöbəsinin rəisi Rahib Hüseynovun Əvəz Qocayevin kürəkəni olduğu bildirilir. Həmçinin o da qeyd olunur ki, Rahib Hüseynovun azadlığa çıxmasında əsas səbəbkar qayınatası Əvəz Qocayevdir. Deyilənlərə görə, o, kürəkəninin azadlığa çıxa bilməsi üçün bəzi nüfuzlu şəxslərə minnətçi düşüb. O dövrdə Əvəz Qocayev “Azəryolservis”in “ən strateji” departamentinin rəhbəri olmaqla yanaşı Cavid Qurbanovun seçki qərargahına da rəhbərlik edib. Onu da deyək ki, 8 saylı Yol Yaşıllaşdırma İdarəsində qanun pozuntuları adi hal alıb. Rəis Vasif Məmmədovun işindəki əyrinti halları idarənin səlahiyyətlərinə aid olan işlərin lazımi səviyyədə icra edilməsinə imkan yaratmır. Vasif Məmmədovu “Azəravtoyol” ASC-də birbaşa himayə edən şəxs, qurumun sədr müavini- Avtomobil yollarının istismarı idarəsinin rəisi Əvəz Qocayevdir. Qeyd edək ki, bu məmurların hər ikisi əslən Tovuz rayonundandır. Buna görə də aralarında kifayət qədər yaxın münasibətlər mövcuddur. Eyni zamanda da, iddialara görə, Əvəz Qocayev idarə müdirini himayə etməklə, onun müxtəlif maxinasiyalardan əldə etdiyi külli miqdarda gəlirlərə də şərik olur.
Heykəlin verdiyi ibrət
Ümumiyyətlə, “Azəravtoyol” ASC hamıdan xəbərsiz şəkildə Mikayıl Müşfiqin heykəlini götürdü. Sonra da buna nə formadasa haqq qazandırmağa çalışdı. Amma ən yuxarı səviyyədə ciddi reaksiyalara səbəb oldu. Yəni cəzalananlar yenə olacaq. Amma bu həm də digərlərinə bir dərs olmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti də belədir. Ağlına nə gəldi edir, yolu qazır, yol polisinə xəbər vermir, kanalizasiya xəttini kəsir, su borusunu dağıdır, Azərsu-ya xəbər vermir, qısacası, heç kimi saymır, bildiyini edir. Bu baxımdan, başqa qurumlar yolda bir iş görəndə özlərindən yuxarıdakılarla məsləhət etməlidirlər. Əslində, elə qanunlar da bunu tələb edir. Amma məmurlar nə qanunları sayır, nə də bir iş görəndə qonşu qurumları məlumatlandırır. Bakını xaosa çevirən “Azərsu” ASC, “Azəravtoyol” ASC, BŞİH olur. Haranı gəldi qazırlar, tökürlər, sürücülərə zülm edirlər, şəhərin altını üstünə çevirirlər. Bakının küçələri yenə qazıq-qazıq olunur. Şəhərin müxtəlif istiqamətlərində qazıntı işlərinin aparıldığını görmək olar. Bu vəziyyət də tıxacların yaranmasına gətirib çıxarır. Prezident xətaya yol verən məmuru cəzasız qoymur və ictimaiyyətin də bu cəzadan xəbəri olur. Prezident son dərəcə həssaslıq nümayiş etdirir və insanların heysiyyatına toxunan əməlləri görə məmurlarla bağlı ölçü götürür. İstər xalqa “otxod” demiş deputat ola, istər nakam şairin abidəsinə vandal münasibət. Hansı sahəyə rəhbər təyin edilmiş insanlar o sahəni inkişaf etdirə bilmirsə, o sahənin öhdəsindən gələ bilmirsə, əlbəttə ki, orada kadr islahatlar davam edəcək.
Silinən pullar və işbirliyi
Yeri gəlmişkən, Torpaq və Xəritəçəkmə Komitəsi kimi adıçəkilən bu qurumların da ləğvi gündəmdədir. “Azəravtoyol” ASC-nin də ayrılıqda fəaliyyəti mənasızdır. Azərbaycanda Açıq Səhmdar Cəmiyyətlərinin fəaliyyəti heç də ürəkaçan deyil. Bu qurumları daha çox pulsilən dəzgahlara bənzətmək olar. Onlara rəhbərlik edən şəxslərin əksəriyyəti tenderlərdə pul udur, maxinasiyalara yol verir, büdcə pullarını çırpışdırır. Bu ASC-lərə ötən 10-12 il ərzində həm dövlət büdcəsindən, həm xarici kreditlər hesabına milyardlarla dollar investisiya yönəldilsə əsasən pis menecment ucbatından onların maliyyə səmərəliliyi çox aşağıdır. Bu ASClərin dövlət büdcəsi qarşısında milyardlarla manat vergi borcları yığılıb qalıb. Xatırladaq ki, prezident sərəncamı ilə “Azəravtoyol”a ayrı-ayrı rayonlarda çəkiləcək yolların tikintisi üçün ayrılan vəsaitə Saleh Məmmədov özünə yaxın MMC-ləri də ortaq edir. “Azəravtoyol”un tabeliyində demək olar ki, hər rayonda yol-istismar idarələri olsa da, bu idarələr bir kənarda saxlanılır, əvəzində isə böyük maliyyə imkanlarına sahib olan şəxslərin nəzarətindəki MMC-lər respublikadaxili strateji yolların tikintisinə cəlb olunurlar. Amma həmin MMC-lərin çoxunun nə yol tikintisində təcürbəsi var, nə də müvafiq texnikaları. Texnikaların çoxu icarəyə götürülərək, layihədə istifadə olunur ki, bu da əlavə vəsait sərfiyyatı deməkdir. Bu isə büdcə pullarının yayındırılmasına imkan yaratmaqla yanaşı işin keyfiyyətinə də mənfi təsir edir. Məlumatlı şəxs deyib ki, Saleh Məmmədov İmişlidə “OREN MMC” adlı bir şirkətin sahibi olan Astan Şükürovu ASC-nin regional idarəsinin rəhbəri vəzifəsinə təyin edib. Bu MMC ilə pullar silinib. Qeyd edək ki, Məmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “Sənaye və mülki tikinti” fakültəsini bitirib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Azərsun Holdinq" şəhid atasının torpağını əlindən alıb - AÇIQLAMA
Bu gün, 00:35 |
|
|
|
• Eyni dərmanlar apteklərdə fərqli qiymətə satılır – Bu, qanun pozuntusudur
Bu gün, 00:29 |
|
|
|
• Saxladığı qadına karxana bağışlayan keçmiş başçıdan AÇIQLAMA - "Biri mənim anadan olduğum tarix..."
Bu gün, 00:28 |
|
|
|
• Ukrayna və Rusiya hələlik sülh danışıqlarına hazır deyil - Ağ Ev
Bu gün, 00:23 |
|
|
|
• Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
Bu gün, 00:05 |
|
|
|
• Bakıda yeni tikinti şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• “Bundan başqa Ermənistanın heç bir variantı yoxdur, Qərb isə…” – Boşyan
Dünən, 23:48 |
|
|
|
• Xose Bernardo narkotik aludəçisidir? - VİDEO
Dünən, 23:44 |
|
|
|
• Azərbaycanlı jurnalist ürəktutmadan vəfat etdi
Dünən, 23:40 |
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Dünən, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Dünən, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Dünən, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Dünən, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Dünən, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Dünən, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Dünən, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Dünən, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Dünən, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Dünən, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Dünən, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Dünən, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Dünən, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Dünən, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Dünən, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Dünən, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Dünən, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Dünən, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Dünən, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Dünən, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Dünən, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Dünən, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Dünən, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Dünən, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Dünən, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Dünən, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Dünən, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Dünən, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Dünən, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Dünən, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Dünən, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Dünən, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Dünən, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Dünən, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Dünən, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Dünən, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Dünən, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Dünən, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Dünən, 15:42 |
|
|
|
|