İcra başçısı sakinlərlə görüşdə belə qızındı .....                     İrəvanın Aİ İDEYASI... .....                     Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi .....                     "Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" .....                     Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? .....                     Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır .....                     "Bərdədə biz kasıbların başına oyun açırlar..." .....                     Bankların kredit siyasətində ədalətsiz yanaşma... .....                     Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər .....                     ABŞ-Azərbaycan münasibətləri necə olacaq? .....                     Hollivud ulduzundan Aytənin şərhinə reaksiya .....                     Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib .....                     Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? .....                     Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... .....                     Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu .....                     “Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” .....                     Benziya niyə hələ də Azərbaycana qayıtmayıb? .....                     Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib .....                     Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib .....                     Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış .....                     Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir .....                     Ermənistan sürpriz edə bilər .....                     “Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq .....                     İcra başçısı vətəndaşların müraciətini dinləyib .....                     "Zümrüd hansısa insanların oyununun qurbanıdır..." .....                     Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət .....                     DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... .....                     Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb .....                     Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? .....                     İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti .....                     "Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında .....                     Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır .....                     Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub .....                     Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... .....                     Nə sən doymaq biləsən, nə səndən doyan ola... .....                     Nazirlikdən getdi, müşavir təyin edildi .....                     Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? .....                     Əməliyyat zamanı ad günü keçirilən klinika .....                     Yeni işğal planı açıqlandı, dünya təşvişdə: .....                     Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: .....                 

Hacıbala Abutalıbova qarşı yeyinti ittihamı - 10 milyonluq qalmaqal
Tarix: 19-05-2016, 08:55 | Çap et
Hacıbala Abutalıbova qarşı yeyinti ittihamı
Bakıda Sovet dövründə tikilmiş binaların lift problemi son illərin ən müzakirəli məsələlərindən birinə çevrilib. İstismara yararsız liftlərdə baş verən bədbəxt hadisələr ictimaiyyəti narahat etsə də, nədənsə aidiyyəti qurumları heç maraqlandırmır. Qeyd edək ki, 2008-ci ildə prezident şəhər və rayon mərkəzlərində olan binalarda lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, şəhər və rayon mərkəzlərində dövlət mənzil fonduna aid olan binalarda quraşdırılması məqsədi ilə yeni liftlərin mərkəzləşdirilmiş qaydada alınması və istismarda olanların bərpa edilməsi üçün Prezidentin Ehtiyat Fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat məbləğində vəsait ayrılıb. Lakin ayrılmış vəsaitin hansı şəkildə xərclənməsi bir qədər qaranlıq qalır. Çünki şəhərimizdə binaların liftlərinə diqqət yetirsək görərik ki, heç bir dəyişiklik yoxdur, əksinə, vəziyyət get-gedə daha da ağırlaşır. Gundelik-baku.com-un apardığı araşdırma nəticəsində aydın olur ki, köhnə binalardakı liftlərin çoxu baxımsız qalıb. Bakı Şəhər İcra Hakimiyyətinin «Lift-Təmir» İstehsalat Birliyinin (İB) əməkdaşları nasaz liftləri vaxtında təmir etmirlər. Buna görə də köhnəlmiş liftlər əhali üçün ölüm kabusuna çevrilib. Qanunla liftlər il ərzində bir neçə dəfə yoxlanılmalıdır. Əgər texniki şərtlərə cavab vermirlərsə, istismardan çıxarılmalıdır. Təəssüf ki, “Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürov bu məsələdə üzərinə düşən səlahiyyətləri lazımi səviyyədə icra edə bilmir. Texniki cəhətdən yararsız olan, insan həyatı üçün təhlükə yaradan liftlər hələ də istismardadır. «Qüdrət Şükürov birliyə baş direktor təyin olunandan sonra “Bakı Lift-Təmir” İstehsalat Birliyi böhran dövrünə qədəm qoyub. Şəhər meri Hacıbala Abutalıbovun kadrı sayılan birlik rəhbəri səlahiyyətindəki işlərə az vaxt ayırır. Quruma dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə sərf edilmir. Buna görə də paytaxtdakı liftlərin çoxu istifadəyə yararsız haldadır. Əslində, köhnə və nasaz liftlərlə bağlı problem ciddi məsələdir. Ölkəmizdə minlərlə doqquzmərtəbəli binanın olduğunu nəzərə aldıqda təhlükənin nə qədər yüksək olduğu ortaya çıxır. Rəsmi statistikaya əsasən Bakıda 5200-dən çox belə lift var və hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150 mindən çox ailənin hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə etdiyini anlamaq olar. Lift xarab olduqda müracət etməyə heç bir ünvan, telefon nömrəsi, çağırış düyməsi yoxdur, ümid yalnız pilləkənlə enib-qalxan adamların içəridən gələn haraylara göstərdiyi reaksiyaya qalıb», deyə məlumatda qeyd olunur. Bu vəzifəyə 2012-ci Hacıbala Abutalıbovun əmri ilə təyin olunan Qüdrət Şükürov qısa müddətdə şəxsi maliyyə durumunu yaxşılaşdırmağa nail olub. Yayılan məlumatlarda deyilir ki, bir yoxlama zamanı Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Departamenti tərkibindəki “Bakı Lift-Təmir” İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla bağlı heyrətamiz məlumatlar ortaya çıxıb. Məlum olub ki, baş direktorun özünün yox, sürücüsünün “adına” nə az-nə çox, düz 5 milyon manatlıq əmlak var! Özü də Bakının mərkəzindəki “Alov qüllələri” kompleksində! Deyilənə görə, bu məmurun həm “Alov qüllələri” kompleksində, həm də “Hilton” hotelində şəxsi mənzil üslubunda da yaşayış sahələri var və onlar yüksək qiymətlərə satılır. Onu da bildirək ki, 2010-cu ilin aprelində ona məxsus olan “Range Rover” markalı maşından şüşəni sındırmaq yolu ilə 100 min ABŞ dolları və 60 min manat oğurlanıb. Bundan başqa, Qüdrət Şükürovun öz katibəsinin adına bahalı avtomobil aldığı da yayılan məlumatlar arasındadır. İddialara əsasən, “Ferrari” markalı avtomobilin 350 min dollar qiyməti var. Doğrudur, həmin superkarın Qüdrət Şükürovun ailə üzvlərindən birinin ad günündə hədiyyə alındığı, diqqət çəkməmək üçün katibənin adına sənədləşdirildiyi də bildirilir. Lakin 350 min dolları nəğd şəkildə ödəmək də hər məmurun işi deyil. Bəs görəsən, sürücüsünün adına 5 milyonluq mənzil, katibəsinin adına 350 min dollarlıq avtomobil alan Q.Şükürov bununla gələcəkdə hər hansısa hadisə baş verərsə, o əmlaklarını bu yolla xilas edə bilərmi? Təkcə, Qüdrət Şükürov deyil, bu taktikadan istifadə edən hər hansısa şəxslər üçün də bu maraqlıdır. Çünki bu hal yeganə fakt deyil. Əksər məmurlar bu və ya digər mülkü alarkən adətən onu başqasının adına rəsmiləşdirirlər. Qüdrət Şükürovun Bakının lift probleminin həlli məqsədilə dövlət büdcəsindən ayrılan 10 milyon manatın böyük hissəsini tək yox, şəhər meri Hacıbala Abutalıbovla birlikdə xırıd etdiyi bildirilir. Bu barədə yaxın günlərdə ətraflı məlumat verməyə çalışacağıq. Bizi izləyin. Yazı ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı sakinlərlə görüşdə belə qızındı - İstini sevirmiş...
Bu gün, 08:06
İrəvanın Aİ İDEYASI... - NƏ QƏDƏR REALDIR?
Bu gün, 07:21
Paşinyanın son təklifi: Bakının bu tələbini qəbul etdi - ŞƏRH
Bu gün, 07:05
"Bələdiyyə sədri kimdir ki, icra başçısından icazəsiz bir qarış torpaq versin" - Qubada NƏ BAŞ VERİR?
Bu gün, 07:02
Departament müdiri niyə köməkçi vəzifəsini üstün sayıb? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:55
Sülh sazişinin imzalanmasını tezləşdirmək lazımdır - ÇAĞIRIŞ
Bu gün, 06:52
"Bərdədə biz kasıbların başına oyun açırlar..." - Prezidentə MÜRACİƏT
Bu gün, 06:47
Bankların kredit siyasətində ədalətsiz yanaşma... - Mərkəzi Bank bu duruma niyə müdaxilə etmir?
Bu gün, 06:41
Məsafədən dialoq: sülh üçün şərtlər və tələblər - GƏLİŞMƏ
Bu gün, 06:37
ABŞ-Azərbaycan münasibətləri necə olacaq? - Demokratların "basqı siyasəti"
Bu gün, 06:34
Hollivud ulduzundan Aytənin şərhinə reaksiya - FOTO
Bu gün, 06:32
Ermənistan Rusiyanın sanksiyalara məruz qalmasını qazanca çevirib - deputat
Bu gün, 06:29
Tehranın “qırmızı xətt” elan etdiyi məsələyə münasibəti niyə yumşaldı? - Zəngəzur üçün Suriya sürprizi
Bu gün, 06:27
Trampın Ukrayna ilə bağlı məqsədi: Putinə güzəştə getməyəcək, amma... - NƏ BAŞ VERİR?
Bu gün, 06:24
Paşinyan Əliyevin dediyi sözü ermənilərdən soruşdu – İlginc
Bu gün, 06:22
“Həmin sənətkarlar cinayətkardır, ona görə ki...” - 76 yaşlı xalq artisti
Bu gün, 01:43
Benziya niyə hələ də Azərbaycana qayıtmayıb?
Bu gün, 01:40
Trampın komandası hələ Ukrayna münaqişəsinin həlli ilə bağlı qərar verməyib - KİV
Bu gün, 01:35
Aİ Rusiya üzərində uçuşlarla bağlı tövsiyələri sərtləşdirib - BUNDAN SONRA...
Bu gün, 01:32
Azərbaycanda 3,1 milyon manat sərmayə ilə yaradılmış 4 aylıq şirkət LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda yeni yaradılmış 9.3 milyon manatlıq holdinq şirkəti ləğv edilir
Bu gün, 00:02
Ermənistan sürpriz edə bilər – Zəngəzur dəhlizinin açılması...
Dünən, 20:42
“Qara qutu”nu Türkiyə mütəxəssisləri də araşdıracaq - AÇIQLAMA
Dünən, 20:39
İcra başçısı vətəndaşların müraciətini dinləyib
Dünən, 20:37
"Zümrüd hansısa insanların oyununun qurbanıdır..."
Dünən, 20:01
Naxçıvanda 1 milyard 500 milyonluq rüşvət – İki məşhurun həbsi…
Dünən, 19:58
DTX əməkdaşları ONU HƏBS ETMƏSƏYDİ... - XAİN PLANI...
Dünən, 19:53
Xəzər rayonunda narkopriton aşkarlanıb, 12 nəfər saxlanılıb - FOTO
Dünən, 19:18
Bəs Təbrizin İMAM-CÜMƏSİ NECƏ DÜŞÜNÜR? - AKTUAL
Dünən, 19:02
İrəvanın tək çıxış yolu və: Zəngəzur dəhlizinə “hə” demək məcburiyyəti - GƏLİŞMƏ
Dünən, 19:00
"Zəngəzur dəhlizi açılacaq" bəyanatının arxasında Bakının öz iradəsi dayanır
Dünən, 18:58
Sosial şəbəkələrdə Bakıda baş verən tragikomik hadisədən danışılır - FOTO
Dünən, 18:55
Dövlətə xəyanətdə ittiham olunan şəxslərə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 18:53
Etiraz Rusiyanın hadisəyə gecikmiş münasibətinə və... prosesləri ört-basdır etməsinədir
Dünən, 18:10
Nə sən doymaq biləsən, nə səndən doyan ola... - ANIM
Dünən, 18:07
Nazirlikdən getdi, müşavir təyin edildi - ƏMR
Dünən, 18:01
Xalq artistinin qaydaları pozan qızını hansı cəza gözləyir? - VİDEO
Dünən, 17:58
Əməliyyat zamanı ad günü keçirilən klinika Ramiz Mehdiyevin ailə üzvlərinə məxsusdur
Dünən, 17:54
Yeni işğal planı açıqlandı, dünya təşvişdə: - 50 illik sənəd pozulur
Dünən, 17:49
Paşinyanın Bakı qarşısında götürdüyü 12 öhdəlik: - Sərkisyan açıqladı
Dünən, 17:45
Regional təhsil idarəsində kütləvi ixtisar... - NƏ BAŞ VERİR?
Dünən, 17:42
İKi şəxs “FinEx Kredit” BOKT-nin rəhbərliyini tərk edib - SİYAHI
Dünən, 17:39
Tiktoker "Xan" ilə bağlı YENİ MƏHKƏMƏ QƏRARI
Dünən, 17:33
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən KƏNARLAŞDIRILDI
Dünən, 17:31
Qurban Qurbanov Juninyonun transferinə münasibət bildirib
Dünən, 17:22
DSX-İDMANÇI toqquşmasında GÖMRÜK İZİ... - İLGİNC FAKTLAR...
Dünən, 17:21
Ayxan Hacızadə Paşinyana CAVAB VERDİ
Dünən, 17:03
Şamaxıda olay: "Arvadım dedi ki, bibin oğlu mənə əxlaqsız təklif edir..." - TƏFƏRRÜAT
Dünən, 17:02
Şirkətdən sifarişlə göndərilən Şaxta baba SAXTA çıxdı - Bakıda şagirdlərin tədbirində QALMAQAL
Dünən, 16:55
ADNSU-nun rektorundan daha bir alim şikayət etdi – Qanunsuz işdən çıxarılma….
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru