“MƏNİ POLİS MƏMURLARI QARŞISINDA VURURDULAR”
Tarix: 8-12-2011, 15:44 | Çap et
“HƏMİN MƏMURLAR MƏNİ DÖYƏNLƏRƏ DEYİRDİLƏR KI, ELƏ VUR İZİ QALMASIN”
Dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşmiş Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Bakıya dönəndən sonra, dekabrın 8-də “Media forum” saytının suallarını cavablandırıb.
- Hadisə ilə bağlı son vəziyyət nə yerdədir?
- Olayla bağlı vəziyyəti araşdıran türkiyəli vəkillərdən birinə vəkalət verəcəm. Bu hadisənin araşdırılmasını davam etdirmək fikrindəyəm. Bu, bir ləyaqət məsələsidir, həm də ictimai hadisədir. Türkiyənin böyük aeroportunda, minlərlə insanın gözü qabağında belə bir hadisə olur, amma buna həmin an heç bir reaksiya verilmirsə, elə türkiyəli vəkillərdən birinin dediyi kimi, bu, Türkiyə vətəndaşının özü üçün də çox təhlükəlidir. Bu işin araşdırılmasında təkidliyəm. Eyni zamanda bu iki gündə verdikləri dəstəyə görə həmkarlarıma, Azərbaycan jurnalistlərinə təşəkkürümü bildirirəm.
- Sizə deportasiya olunmaqla bağlı nə deyildi? Ortada rəsmi sənəd varmı və bunu öz üzərinizdən götürtmək fikriniz varmı? - Deportasiya ilə bağlı mənə heç bir sənəd verilmədi. Sadəcə dedilər ki, deportasiya olunursan və mən buna etiraz elədim. Mənə dedilər ki, siz deportasiya olunma haqda qərarla razı deyilsinizsə, bir neçə gün Türkiyədə qalmalısınız, məsələ araşdırılmalı, məsələyə əcnəbilərlə iş üzrə qurumda baxılmalıdır.
Mən bu vəziyyətdə orada qalmağa və məsələnin araşdırılmasına razı olduğumu, amma deportasiya edilməyə razılaşmadığımı dedim. Onlara bildirdim ki, əlaqədar səlahiyyətli şəxslərə mənim etirazımı çatdırın. Onlar danışdılar, mənə elə gəldi ki, iş böyüdüyünə görə məndən can qurtarmaq qərarına gəldilər. Ona görə də dedilər ki, mütləq deportasiya olunmalısız. Amma sənəd təqdim etmədilər. Məni döyən adam bildirdi ki, sən 6 ay müddətinə deportasiya olundun, amma elə eləmə ki, bu, ömürlük olsun. Sonra məni döyən adamlar əllərindəki sənədi təyyarəyə minik zamanı qeydiyyat aparan Azərbaycanın xidməti işçisinə təqdim etdilər və dedilər ki, bu sənəd Azərbaycan polisinə təqdim olunmalıdır. Lakin qeydiyyat aparan azərbaycanlı sənədi qəbul etmədi və dedi ki, onu poçt vasitəsilə yollayın. Bu hadisənin ciddiliyi mənim Türkiyəyə gedib-gəlməyimdə yaratdığı məhdudiyyətdə deyil. Məsələnin əsas tərəfi ondadır ki, mən – Azərbaycan vətəndaşı, Azərbaycan hüquqçusu Türkiyədə böyük haqsızlıqla qarşılaşmışam və deportasiya da bu haqsızlığın bir hissəsidir. Tutulmağım, saxlanmağım, tutulma zamanı hüquqlarımın pozulması, mənim vəkillərlə görüşümə imkan verilməməsi, mənə qarşı zorakılıq edilməsi, döyülməyimlə bağlı halların hamısının sonuna qədər gedəcəm. Bunları qaldıracam.
Ona mat qaldım ki, mən vəkil olduğumu deyirəmsə, buna məhəl qoyan yoxdursa, gör indi başqa vətəndaşların başına nə gəlir? Onların özlərinə də dedim ki, belə hərəkətlərlə öz ölkənizi hara aparırsınız? - Bu hadisənin baş verməsində sizin azərbaycanlı olmağınızın, daha dəqiqi, türkiyəli polislərin sizin azərbaycanlı olduğunuzu bilməyin təsiri varmı? Yoxsa bu hadisə İstanbul aeroportunda ingilisin, fransızın, amerikalının da başına gələ bilərdi?
- Düşünmürəm ki, ingilisə, fransıza, amerikalıya belə münasibət göstərsinlər. Ən azından onların arxasında öz hökumətləri dayanar, Türkiyədə bunu yaxşı bilirlər. Ona görə də bu hadisənin baş verməsində azərbaycanlılara yuxarıdan aşağı baxılması amilinin iştirakını istisna eləmirəm. Burda müxtəlif amillər ola bilər. Amma ən azından bir nəfər özbaşınalıq edirsə, ətrafdakılar yaxınlaşmırsa, bu o deməkdir ki, ətrafdakılar, sistem həmin özbaşına olana dəstək verir. - Türkiyəli vəkil Xəlil Koçabaş “Azadlıq” radiosuna açıqlamasında qeyd edib ki, olay baş verəndə Türkiyə dövləti yardımçı olmadı: “Dövlət idarələri tərsinə hərəkət edib hüquqi prosedurları əngəllədi, hadisənin böyüməsinə səbəb oldu...”
- Bəli, ən qəribəsi də odur ki, hadisə ilə bağlı Türkiyə hökumətinə müraciət edilir, ATƏT-dən, “Freedom House” təşkilatından müraciətlər daxil olur, amma bundan sonra da mənim qollarımı yenə qandallayıb aeroportda minlərlə insanın arasından aparırlar və bir otağa salıb döyürlər. Eyni zamanda vəkillərin, müdafiəçilərin qabağına elə bir sistem çıxartmışdılar ki, mənimlə görüşə icazə verilmirdi. Hesab edirəm ki, mənim döyülməyim tək bir polisin işi deyil. Bu, bir dövlətin qonşu ölkənin vətəndaşına münasibəti idi. Amma bunun arxasında nə dayanır? Bunu anlamıram. Çünki yerli prokurorluq, baş prokurorluq bilirdi, beynəlxalq təşkilatlar onlara artıq məlumat vermişdilər. Bütün bunların müqabilində iki nəfər mülki geyimli şəxs hamının gözü qabağında məni qandallayır, döyür, ora-bura dartırdı və heç kim reaksiya vermirdi. Mən də hər dəfə onlara deyirdim ki, mən vəkiləm, advokatam. Bunu həm də ona görə edirdim ki, hər şey oradakı kameralara düşsün. Bu olayla bağlı mənim müdafiəmə qalxan vəkil Cem bəylə əlaqə saxladım. O dedi ki, burda bütün kanalları işə salıblar. Cem bəy deyir ki, həmin ərazi üzrə vali ilə də görüşüblər. Vali deyib ki, əgər bu deyilənlərin 10 faizi düzgün olsa, bundan böyük nəticələr çıxarılacaq.
- Bədəninizdə döyülmə əlamətləri, xəsarət izləri varmı?
- Məni polis məmurları qarşısında vururdular. Həmin məmurlar məni döyənlərə deyirdilər ki, elə vur izi qalmasın. Bu sözləri daim deyirdilər. Məni çox möhkəm döymüşdülər. Yerə yıxılmışdım, vururdular. Qarnımdan, böyrəyimdən, bədənimin hər yerindən zərbələr endirirdilər. Həmin anda mənə elə gəlirdi ki, üzüm, sifətim tamam dağılıb. Amma sonradan öz-özümə baxanda heyrətləndim. Həmin zərbələrin qarşılığında izlərin qalmaması özümə də çox təəccüblü gəldi. Həmkarım Anar Qasımlı ilə Bakıda polisdə olduq. Polis əməkdaşı da təsdiq etdi ki, onlar adamı haradan və necə vurmağı yaxşı bilirlər. Döyməyin xüsusi texnologiyası var. Belə başa düşdüm ki, məni döyən adamlar özlərini o cür aparırdılarsa, heç nə veclərinə deyildisə, deməli, çox peşəkar idilər.
- Həkim müayinəsindən geçdinizmi?
- Bakıya dönən kimi həkim müayinəsinə də getdim. Vəkillərin iştirakı ilə zədələr müayinə olundu, lakin heç bir sənəd verilmədi. Qeyd olundu ki, bununla bağlı polisə rəsmi qaydada ərizə ilə müraciət etmək lazımdır. Ola bilər ki, sonra o sənədi aldıq.
Aynur İMANOVA
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qazax RİH-də 2025-ci ilin ilk ümumi qəbulu keçirilib
Bu gün, 19:20 |
|
|
|
• Ermənistanın yersiz ambisiyası sülh müqaviləsinin perspektivlərinə mənfi təsir göstərir
Bu gün, 19:00 |
|
|
|
• Ermənistanda himn qalmaqalı: - Paşinyan təkid edir, daşnaqlar qarşı çıxır
Bu gün, 18:58 |
|
|
|
• “Ermənistan rəhbərliyinin “B planı” yoxdur” - Suren Sarkisyan
Bu gün, 18:04 |
|
|
|
• Tiktoker Fatimə ev dustaqlığına buraxıldı
Bu gün, 18:02 |
|
|
|
• Evi sökülən sakinə ev verilməlidir, yoxsa pul? - “Şirkətlər Bakıda bina tikmək istəmir”
Bu gün, 17:54 |
|
|
|
• Ermənistan Rusiyanı və İranı necə aldatdı?! - GƏLİŞMƏ...
Bu gün, 17:51 |
|
|
|
• Rövşən Rüstəmov məşhur polkovnikə vəzifə verdi - ƏMR
Bu gün, 17:48 |
|
|
|
• "Xozeyn" ləqəbli tiktoker HƏBS EDİLDİ
Bu gün, 17:46 |
|
|
|
• Tərtər şəhər Vüqar Tofiq oğlu Həsənov küçəsində də asfalt örtüyünün salınması işlərinə başlanılıb - FOTO
Bu gün, 17:44 |
|
|
|
• Əhmədian əslində Ermənistana mesaj ötürur - AMMA...
Bu gün, 17:31 |
|
|
|
• “ETN-nin son illərdə QHT-lərə verdiyi qrantlar əksər hallarda güzəştlə dost-tanışlara paylanılan hədiyyə olub...” - İTTİHAM VAR...
Bu gün, 17:29 |
|
|
|
• Polis Yasamal rayonunda narkotiklərə qarşı əməliyyatlar keçirib - VİDEO
Bu gün, 17:28 |
|
|
|
• İcra başçıları Bakıda bina tikə BİLMƏYƏCƏK - "Tikinti maqnatları"na qadağa
Bu gün, 17:15 |
|
|
|
• Əsgərlərimizi Qərbi Azərbaycanda qırğına verdiniz – Babacanyan
Bu gün, 17:12 |
|
|
|
• "German hospital”da yoxlama aparıldı, 4 nəfər cəzalandırıldı - AD GÜNÜ qalmaqalı...
Bu gün, 17:09 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Bu gün, 17:05 |
|
|
|
• "Üç gün əvvəl oğlum demişdi ki, yanğın baş verən ərazi uzaqdı"
Bu gün, 17:01 |
|
|
|
• Delimitasiyada 1920-ci illərin xəritələrinə istinad edilməlidir - HÜQUQİ ŞƏRH
Bu gün, 16:59 |
|
|
|
• Hesablama Palatası UNEC-də aşkarladığı maliyyə pozuntularını niyə ört-basdır edir? - YEYİNTİ İTTİHAMI
Bu gün, 16:58 |
|
|
|
• “2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram” - BU NƏDİ BELƏ?
Bu gün, 16:54 |
|
|
|
• BMU və İqlim Böhranına Cavab Layihə Qrupu arasında sənəd imzalanıb - FOTO
Bu gün, 16:51 |
|
|
|
• Ermənistan parlamentinin vitse-spikeri Aİ rəsmisi ilə Azərbaycanla normallaşma prosesini müzakirə edib
Bu gün, 16:49 |
|
|
|
• Direktor xaricdən Azərbaycana donor orqanların gətirilməsinin mümkünlüyündən danışıb
Bu gün, 16:47 |
|
|
|
• Ermənistan Avropa İttifaqına üzv ola bilərmi? - ŞƏRH
Bu gün, 16:20 |
|
|
|
• Gülzar Qurbanova virusa yoluxub
Bu gün, 16:17 |
|
|
|
• "Avropa İttifaqının Gürcüstan və Ukraynanı “qapıda gözlədərək”, Ermənistana qucaq açması inandırıcı deyil"
Bu gün, 16:16 |
|
|
|
• Müsavat Partiyası Sabir Rüstəmxanlıya CAVAB VERDİ
Bu gün, 16:14 |
|
|
|
• “Putini danışıqlara getmək fikrindən daşındırmağa çalışırlar” - ISW
Bu gün, 16:12 |
|
|
|
• Bakının 3 rayonunda binaların elektrik paylayıcı qutularından çoxsaylı oğurluqlar edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:08 |
|
|
|
• Paşinyan Putinlə vidalaşır – Rus liderin “sürprizi” nə olacaq?
Bu gün, 16:05 |
|
|
|
• İDDİA: Sahil Babayev yeni quruma rəhbərlik edəcək - Dövlət gəlirləri vahid quruma tapışırılır
Bu gün, 16:03 |
|
|
|
• Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
Bu gün, 16:00 |
|
|
|
• Avropa yenə burnunu Ermənistana SOXDU: - “1992-ci ildə...”
Bu gün, 15:59 |
|
|
|
• Deputatın 20 milyonluq əmlakı əlindən çıxdı - FOTO
Bu gün, 15:58 |
|
|
|
• Mərdan Əliyev vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 15:57 |
|
|
|
• Avropa İttifaqı Azərbaycan-Ermənistan sərhədində missiya müddətini uzatmaq istəyir
Bu gün, 15:53 |
|
|
|
• Mərasim evlərinin yas biznesi: "Gündən-günə artır" - deputatdan REAKSİYA
Bu gün, 15:49 |
|
|
|
• "Cənab Prezident mənə böyük etimad göstərib" - Samir Şərifovdan ilk açıqlama
Bu gün, 15:46 |
|
|
|
• Açıq mesajın şifrəsi - Hələlik 1:0
Bu gün, 15:44 |
|
|
|
• Xamenei Azərbaycandan üzr istəməlidir! – Tehran bizə qarşı heç vaxt səmimi olmayıb
Bu gün, 15:42 |
|
|
|
• Rusiyada azərbaycanlı vəkilin həbs müddəti uzadılır
Bu gün, 15:40 |
|
|
|
• “Partlayıcı döyüş sursatlarının zərərsizləşdirilməsi kursu”nun buraxılış mərasimi keçirilib
Bu gün, 15:39 |
|
|
|
• Kriminal avtoriteti həbsxanada döyüb öldürdülər
Bu gün, 15:24 |
|
|
|
• Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Bu gün, 15:22 |
|
|
|
• “Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - bunu uzun illər AMEA-ya rəhbərlik etmiş şəxs deyir...
Bu gün, 15:19 |
|
|
|
• Kabinetdə oturanlar 3-4 qat artıq maaş alır... - "Bizə də heç olmasa 1.5 mislini versinlər..."
Bu gün, 15:14 |
|
|
|
• İcra başçısının qalmaqallı sabiq müavini seçkidən geri çəkildi - YAP-ın namizədi idi...
Bu gün, 15:05 |
|
|
|
• Əsgər getməmək üçün özünü ülgüclə doğradı, sinəsinə “ATA” yazdırdı, amma... - İLGİNC TƏFƏRRÜAT
Bu gün, 15:03 |
|
|
|
• Süleyman Mikayılovun Puta qəsəbəsində səyyar qəbulu keçirilib - FOTO
Bu gün, 14:56 |
|
|
|
|