Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə .....                     Məktəblərdə istilik problemi varmı? .....                     Suriyanın “açarı” kimdədir? .....                     MİDA hamını BOĞAZA YIĞIB... .....                     "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - .....                     'Expargo' karqoları BELƏ GECİKDİRİR .....                     Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi .....                     Azərbaycanda 24 illik şirkət .....                     Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb .....                     ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi .....                     Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, .....                     Paşinyanın “təkliflər oyunu" .....                     Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək .....                     ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: .....                     Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib .....                     Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir .....                     Sülh müqaviləsi şübhə altında .....                     Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu .....                     Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? .....                     "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri .....                     Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi .....                     Zəngəzur dəhlizi olmayacaqsa, .....                     "Yelo Bank"ın kritik maliyyə hesabatları .....                     Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... .....                     Azərbaycan Qətərə yeni səfir .....                     Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi .....                     Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib .....                     Azərbaycan İndoneziyaya yeni səfir .....                     Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb .....                     “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” .....                     Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib .....                     Bakıda həbsxanada .....                     Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi .....                     Dəməşqdə mitinq .....                     AYNA bir “texniki" nasazlığın əlində qalıb .....                     Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir .....                     “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri .....                     Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? .....                     Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi .....                 

RAMİZ MEHDİYEVƏ TƏBRİK ƏVƏZİ
Tarix: 16-04-2013, 10:51 | Çap et
RAMİZ MEHDİYEVƏ TƏBRİK ƏVƏZİ
SABAH ONUN DOĞUM GÜNÜDÜR

Azərbaycanın əsas siyasi personajlarından biri, hakimiyyət sistemində dövlət başçısından sonra ikinci şəxs olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 17 apreldə 75 yaşını qeyd edir.

“Boz kardinal” kimi tanınan Mehdiyev bu yaşa iki ciddi problemlə gəlib: şəxsi və dövlət xarakterli. Ötən il sentyabrın sonunda ABU-nun keçmiş rektoru Elşad Abdullayev bu qoca siyasi qrossmeysterin reputasiyasını korrupsiya və kriminal sprut kompromatları seriyası ilə korladı.

Rejimin sütununa nöqtəvi zərbələr prezident Əliyevi təcili olaraq hakimiyyətin dayaqlarını möhkəmləndirmək üçün preventiv tədbirlər görməyə məcbur etdi. O, Prezident Administrasiyasının rəhbərinə fövqəladə situasiyada idarəetmə ixtiyarını üzərinə götürə biləcək yeni 4 müavin vəzifəsi təsis etdi.

Mehdiyevə qarşı kompromatlar elə güclü olub ki, KİV-in məlumatına görə, o, xarici klinikalarda müalicə üçün Almaniyaya gedib.

Abdullayevin cəmiyyəti şoka salan “Gülərqeyt” kod adlı ifşaları, həmçinin nüfuzlu ziyalıların hücumları Mehdiyevin siyasi şahmat oyununda yaranan problemlərdən xəbər verirdi.

Akademik Çapay Sultanov "Şahmat prizmasından..." kitabında Mehdiyevin şahmat üslubunu xarakterizə edib: "Mehdiyev öz «şahmat sistemini» işə saldı – şahmat terminologiyası ilə desək, müxalifət düşərgəsində «zəiflik» və «izolyasiya edilmiş piyadalar» yaratdı...

Öz “şahmat sistemində” «boz kardinal» kibernetikada “qara qutu” adlanan taktiki metodu tətbiq etdi. Bu zaman giriş və çıxış parametrləri məlum olur, “qara qutu”da nə baş verdiyi isə bilinmir. Biz “qara qutu”da nə baş verdiyini bilmirik, - deputatlıq vədləri, vəzifələr və daha nələr, amma “qara qutu”dan çıxış parametrləri yaxşı məlumdur – ehtimal 99,99%-dir."

Müəllif yazır ki, Mehdiyevin «elə bir partiyası olmayıb ki, şaha hücumla qalib gəlsin – mühasirəyə alıb, sıxıb, sıxıb, bundan sonra onun qıcıqlanan rəqiblərinin mövqeləri sadəcə parçalanıb!»

Məhz Mehdiyevi indiki “qorxu cəmiyyəti” siyasi sisteminin arxitektoru sayırlar – burda əzilmiş müxalifət, satılmış KİV və QHT-lər, dəqiq qurulmuş repressiya aparatı var. Uzun illər üçün hesablanan bu sistem Abdullayevin ifşalarından daha çox yeni dünya cərəyanları nəticəsində sarsıldı. Köhnə sovet ideoloqu bunları mülahizə etmir, öncədən görmürdü.

Hələ 5 il əvvəl özünün 70 illik yubileyinə Mehdiyev o illərdə dəbdə olan «Kreml modernləşməsi» konsepsiyasını xatırladan Azərbaycanın gələcəyinə dair öz konsepsiyasını ortaya qoyub.

«Gələcəyin strategiyasını müəyyən edərkən: moderləşmə yolu» məqaləsində Prezident Administrasiyasının rəhbəri Azərbaycanın yeni strategiyasını formalaşdırır, elmi analiz normalarını təhrif edərək müasir demokratiyanın problematik mahiyyətini (Hantinqtonun «üçüncü dalğası»), modernləşmə və qloballaşma çağırışlarını olduqca ekzotik şəkildə təqdim edir.

90%-i sitatlardan ibarət və prezident İlham Əliyevin sitatları ilə bol olan məqalədə Mehdiyev «iqtisadi inkişafın» prioritet planını önə çəkərək «gələcəyə təxirə salınan demokratiya» ilə gələcək versiyasını əsaslandırmağa çalışır. O, müvəqqəti modernləşməyə görə demokratiyanı «yığışdırmağı» təklif edir. Mehdiyevi Azərbaycanda həqiqi modernləşmənin reallaşdırılması deyil, qeyri-müəyyən müddətə təxirə salınması maraqlandırır. Müvəqqəti çərçivəni isə göstərmir, modernləşmə başa çatana qədər demokratiyanın sürətləndirilməsindən imtinanın zəruriliyinə bəraət qazandırmaq istəyir.

Sonrakı illərdə rejimin baş ideoloqu modernləşmə bəhanəsilə hakim elitanın oliqarxik maraqlarına (xüsusən də neft dollarının aramsız artımı şəraitində) cavab verməyən demokratikləşmə prosesini təxirə salmaq üçün mümkün olan hər şeyi edirdi.

Ancaq dünyada «ərəb baharı» adını alan proseslərin başlaması qrossmeysteri 2012-ci ilin may ayında «Azərbaycan 2020: gələcəyə baxış» adlı yeni konsepsiyanı formalaşdırmağa məcbur edir. Bu dəfə kardinal dünya birliyini inandırmağa çalışır ki, mövcud rejim 20-ci ilə qalacağı təqdirdə Azərbaycan müasir demokratik dövlətin yaradılması istiqamətində qətiyyətli addımlar atacaq.

Bu dövlət konsepsiyasında Mehdiyev prezident Əliyevin yaxın pesrpektivə 4 məqsədini (oxu vədini) ortaya qoyur: 1) Azərbaycanı hərtərəfli inkişaf etdirmək, 2) onu müasir dövlətə çevirmək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq etmək, 3) vətəndaşların bütün azadlıqlarını təmin etmək, 4) hüquqi dövlətin qurulması işində daha böyük addımlar atmaq. Növbəti səkkiz il müddətində konsepsiya siyasi sahədə demokratik və hüquqi islahatları davam etdirməyi, demokratik institutların və vətəndaş cəmiyyəti institutlarının rolunu gücləndirməyi, insan hüquq və azadlıqlarının və qanunun aliliyi prinsipinin tam təsdiqini vəd edirdi.

Sosial-iqtisadi sahədə iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun güclənməsi hesabına dayanıqlı və sabit iqtisadi inkişafına nail olunması, əhalinin etibarlı sosial müdafiəsinin təşkili və onun maddi və mənəvi rifahının dayanmadan yaxşılaşdırılması, bütün vasitələrlə əhalinin orta təbəqəsinin genişlənməsi və onun cəmiyyətdəki rolununu artırılması vəd edilirdi.

Beynəlxalq ictimaiyyətə bu gecikmiş mesaj inandırıcı və səmimi görünmədi, bu, Qərbin islahatların sürətləndirilməsi və demokratikləşmə prosesinə başlanması haqda sərtləşən tələblərindən görünürdü. Bu gediş göstərirdi ki, çoxgedişli şahmat kombinasiyalarlının vaxtı bitib.

Strategiya -2020-nin, eləcə də modernləşmənin qeyri-səmimiliyi özünü çox gözlətmədi. Strategiyanın ilk ili reqressiv situasiya – demokratiyadan geri çəkilmə, insan haqlarının pozulmasının güclənməsi, siyasi və iqtisadi islahatların qarşısının alınması ilə yadda qaldı.

Mehdiyevin bu yeni reqressiv siyasəti növbəti şahmat gedişində özünü dəqiq göstərdi. Martın ortalarında Azərtac-a müsahibdəsində Mehdiyev məqsədli şəkildə beynəlxalq qeyri-hökumət təşkilatlarına (oxu – Qərb camiəsi) hücuma keçdi, onları Azərbaycanın daxili işlərinə qarışmaqda və ölkədə inqilab etməyə cəhddə suçladı.

Prezident Administrasiyasının rəhbərinin müxalifətə, müstəqil QHT və KİV-lərə və Qərb demokratiyasına aşkar nifrətlə dolu ritorikası daxili və xarici reallıqların qavranılmasında ciddi problem olmasını və siyasi qarşıdurma xəttinin götürüldüyünü göstərirdi.

Şahmatda qarşıdurmalı gedişlər heç də ən yaxşı oyun variantı deyil, xüsusən “qara qutu” metodunu indi dünya qrossmeysterləri Əliyev komandasının ən əsas fiquruna – vəzirə qarşı oynayırlar. Azərbaycan siyasətinin 75 yaşlı şahmat fiqurunun gedişinin nə olacağını zaman göstərəcək. Bu faktdır ki, manevr üçün zaman və imkan daralıb.

Turan Analitik Xidməti









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11
Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09
Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06
MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04
"Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59
'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55
Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51
Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05
Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02
ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24
Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00
Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58
ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00
Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26
Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23
Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19
Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17
Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14
"Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04
Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00
Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58
"Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42
Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37
Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35
Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34
Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32
Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31
Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29
“Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23
Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17
Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13
Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12
Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06
AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02
Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59
“Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57
Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50
Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47
Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41
32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37
Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Dünən, 15:35
İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Dünən, 15:06
Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Dünən, 15:03
Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Dünən, 15:01
Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Dünən, 14:58
BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 14:56
Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Dünən, 14:52
Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Dünən, 14:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru