TALIŞ BİRLİYİNDƏN HAKİMİYYƏTƏ İTTİHAM
Tarix: 28-03-2013, 10:31 | Çap et
ERMƏNİLƏRİN TƏXRİBATINA FƏRQLİ YANAŞMAAzəri-Talış İctimai Birliyinin sədri Mehdibəy Səfərov “Media forum” saytına göndərdiyi açıqlamada Şuşadan “Tolışstoni sədo” radiosunun yayılmasına münasibət bildirib. O yazır: “Hiyləgər və tədbirli erməni ideoloqları Azərbaycanda sabitliyi pozmaq üçün zərbəni həssas nöqtələrdən birinə yönəldiblər. İşğal olunmuş Azərbaycan ərazisindən talış dilində radio verilişlərinin yayımlanması talışları qızışdırıb min illər qohumluq, dostluq ünsiyyəti ilə yaşamış, sevinci, kədəri bir olmuş türk qardaşları ilə üzbəüz qoymaq, bir-birindən rəncidə salmaq niyyəti güdür. Mən həm talış, həm Azəri-Talış İctimai Birliyinin sədri, həm də məmləkətin ərazi bütövlüyünə, dövlətçiliyinə böyük hörmət və həssaslıqla yanaşan sadə bir Azərbaycan vətəndaşı kimi işğal olunmuş Azərbaycan ərazilərindən talış dilində hər hansı radio, televiziya verilişinin yayımlanmasının xoş məramlı olmasına qətiyyən inanmıram”.
Mehdibəy Səfərov qeyd edir ki, radionun məhz Şuşa şəhərindən yayımlanmasının səbəbləri ilk baxışda göründüyündən daha qəlizdir: “Onun efirə çıxması, talış dilində laylalar, mahnı və musiqilər səsləndirməsi sadə talışın birbaşa təhtəlşüuruna yönəlmiş psixoloji təxribatdır: “Azərbaycanda sənin ana dilinə zaman-zaman yasaqlar qoyurlar, biz isə öz doğma dilində sənə ürəyin və ruhun istəyən çeşidli proqramlar ərməğan edirik”.
Azəri-Talış İctimai Birliyinin sədri daha sonra yazır ki, başçılıq etdiyi qurum 14 dekabr 2012-ci ildə Lənkəran şəhərində fəaliyyət göstərən CTV-də talış dilində radio və televiziya proqramlarının yayımlanması xahişi ilə prezident İlham Əliyevə, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə müraciət edib: “Müraciətimizdən 4 aya yaxın müddət keçməsinə baxmayaraq indiyə kimi bizə heç bir rəsmi və ya qeyri-rəsmi cavab verilməyib. Yalnız arada Prezident Administrasiyasının sektor müdiri Müzəffər Talıblı ilə telefon əlaqəsi qurmağa nail olduq. Məlum məzmunlu məktubla bağlı zəng etdiyimizi eşidən kimi qəzəbləndi: “Talışlar nə istəyirlər axı? Onlara talış dilində danışmağa kim mane olur ki? Nə qədər istəyirlər danışsınlar, oxuyub-oynasınlar. Qaldı radio və televiziyaya, biz bunları talışlara vermərik! Talışlara versək, onda gərək ləzgilərə də, kürdlərə də, tatlara da verək”.
Dedik ki, ay müəllim, axı ləzgi də, kürd də, tat da, avar da eyni ilə azəri türkləri kimi bu ölkənin övladları, vətəndaşlarıdır. Onlar gündə bir neçə saat ana dillərində proqramlar dinləsələr, verilişlərə baxsalar nə olar, dünya qara geyər?
Bu da nəticə! Özü də əvvəlcədən asanlıqla proqnozlaşdırılan nəticə, səriştəsizliyin, ciddi problemlərə məsuliyyətsiz yanaşmanın acı nəticəsi! Ermənilər Şuşadan “Tolışstoni sədo” radiosunu yayımladı!
Biz fəryad qoparırıq, müraciət, xahiş, tələb edirik ki, məmurlar tərəfindən insanların, o cümlədən milli azlıqların hüquqlarına etinasızlıqlara son qoyulsun. Biz rica, təvəqqe edib demişik ki, talışların kompakt yaşadıqları regionda fəaliyyət göstərən TV və radio kanalları talış dilində də verilişlər yayımlasın. Bunu sadə məntiq deyir, bunu ölkə konstitusiyası, milli azlıqlarla bağlı prezident fərmanı deyir. Nəhayət, bunu qoşulduğumuz, öhdəlik götürdüyümüz, imza atdığımız beynəlxalq konvensiyalar, sazişlər, müqavilələr, xartiyalar deyir”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Paşa Dönər"dən 30-a yaxın şikayət, 4 zəhərlənmə... - Cəzası nə olacaq?
Bu gün, 00:42 |
|
|
|
• Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38 |
|
|
|
• Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33 |
|
|
|
• Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31 |
|
|
|
• “Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24 |
|
|
|
• Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21 |
|
|
|
• Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18 |
|
|
|
• Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17 |
|
|
|
• Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13 |
|
|
|
• Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11 |
|
|
|
• 16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02 |
|
|
|
• Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56 |
|
|
|
• İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03 |
|
|
|
• Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57 |
|
|
|
• Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02 |
|
|
|
• Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58 |
|
|
|
• Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17 |
|
|
|
• "Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10 |
|
|
|
• “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06 |
|
|
|
• Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04 |
|
|
|
• Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01 |
|
|
|
• Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53 |
|
|
|
• Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51 |
|
|
|
• Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41 |
|
|
|
• Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36 |
|
|
|
• Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32 |
|
|
|
• Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25 |
|
|
|
• “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21 |
|
|
|
• İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19 |
|
|
|
• "Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12 |
|
|
|
• Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05 |
|
|
|
• 308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02 |
|
|
|
• Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00 |
|
|
|
• Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57 |
|
|
|
• Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49 |
|
|
|
• Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43 |
|
|
|
• Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34 |
|
|
|
• “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30 |
|
|
|
• Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23 |
|
|
|
• Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19 |
|
|
|
• Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15 |
|
|
|
• “TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14 |
|
|
|
• Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05 |
|
|
|
• “Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03 |
|
|
|
• İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56 |
|
|
|
• Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54 |
|
|
|
• “Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51 |
|
|
|
• Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46 |
|
|
|
|