"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu .....                     PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı .....                     DSMF sədrinə yeni müşavir təyin edildi .....                     Bəysiz toy edən müğənniyə SƏRT İRAD: .....                     Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu .....                     İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır .....                     "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi .....                     Dövlət qurumunun avtobusu qəzaya uğradı .....                     Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir .....                     Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb .....                     “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR .....                     Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər .....                     Zaurla Günayın ATV-dən getməsi barədə .....                     Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: .....                     “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” .....                     Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: .....                     Azər Qasımovdan yarım milyonluq borc məsələsinə .....                     Biz istəyirik ki, hər kəs əfv olunsun .....                     "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... .....                     Elşad Miridən şok açıqlama: .....                     AHİK-lə bağlı İLGİNC İDDİALAR .....                     Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? .....                     Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib .....                     “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb .....                     Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir .....                     Mərdəkanda çirkab suları evlərə dolur .....                     “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun” .....                     “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” .....                     PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür .....                     Ermənistan atəşkəsi pozur: .....                     “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib .....                     Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş .....                     Nikol Paşinyanın partiyası: .....                     “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək .....                     Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək .....                     Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi .....                     Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ .....                     "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" .....                     Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı .....                 

“UNİBANK” ƏHALİNİN ƏMLAKINI NECƏ TALAN EDİR?
Tarix: 27-03-2013, 15:54 | Çap et
“UNİBANK” ƏHALİNİN ƏMLAKINI NECƏ TALAN EDİR?
“Əmlak İstisaslaşdırılmış Hərrac Mərkəzi” 75 min qiyməti olan evi 26 minə mənimsəmək istəyib

DİA.AZ: - Cəlilabad şəhəri, Tomrus küçəsi, ev 17 ünvanında yaşayan Adıgözəlova Gülşənin adından DİA.AZ-a yeni şikayət məktubu ünvanlanıb. Həmin məktubu olduğu kimi diqqətinizə təqdim edirik:

“Yazıb sizə bildirirəm ki, “Əmlak İstisaslaşdırılmış Hərrac Mərkəzi” adlı qondarma Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) bizim iştirakımız olmadan evimizi hərraca qoyaraq 3 qat aşağı qiymətə satışa çıxarmışdır. Həmin sənədi sizə, dövlət orqanlarına göndəririk ki, araşdırasınız, görəsiniz ki, Azərbaycanda hansı oyunlar gedir, əhalinin başına nə müsibətlər gətirirlər, zor-xoş evini əlindən alıb sahiblənmək istəyənlər kimlərdir. 9 nəfər adamın, ailə-uşağın qeydiyyatda olduğu dədə-baba evi onlardan xəbərsiz hansısa küçədənkeçmə bir MMC tərəfindən hərraca çıxarılır, heç birinin qolu-imzası olmadan guya satılır.
Bu saxta kağız ilə bizə psixoloji təsir göstərmək istəyirlər ki evimizdən xoşluqla əl çəkək, çünki Unibankda evimiz girovdadır, bu bank bizə 50 faizlik (!) kredit verib, reketsayağı sayğac qoşaraq ödədiyimiz pulları da faizə çıxıb. Unibank adlı ASC çalışır ki, 75 min qiyməti olan evimizi 26700 qiymətilə öz ixtiyarına keçsin. Yüzlərlə evi “Unibank” bu yollarla ələ keçirdib, heç bir qanuni əsası olmadan kimsəsiz-adamsız ailələri küçəyə töküb.
Mən indi sizə yazılı elektron müraciət edirəm, 25 yanvar 2013-cü il tarixdə qondarma protokolu isə araşdırmaq üçün sizə poçtla və ərizəmlə göndərirəm. Xahiş edirəm ki, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC-nın Hərracın yekunları barədə saxta Y-875 nömrəli protokolunu araşdırın. Niyə görə qanunsuz olaraq bu MMC bizim iştirakımız olmadan hərrac keçirib? “Unibank”ın nümayəndələri yalandan deyəcək ki, guya bizə çağırış vərəqəsi göndərilib, guya biz, yəni o evdə pasport qeydiyyatında olan vətəndaşlar gəlməmişik. Amma hamısı yalandır. Qanunla 3 dəfə çağırış vərəqəsi göndərilməliydi, əgər gəlməsəydik hansısa tədbiri keçirmək olardı. Gətirsinlər, poçt kağızlarını göstərsinlər, hara biz qol çəkmişik. Bu adamlar elə özlərinə arxayındırlar ki, hətta çağırış vərəqələrini də saxtalaşdıra bilərlər. Amma bir iş var ki, orda bizim imzalarımızı saxtalaşdıra bilməzlər. Hərrac guya 14 may 2012-ci il, saat 11-də keçirilib, amma necə olur ki, biz o hərracın yekunları barədə 2013-cü ilin 14 yanvarında xəbər tuturuq? Çox qəribədir. Əslində isə 14 may 2012-ci ildə heç bir hərrac-zad keçirilməyib, sadəcə Unibank bizim onlarda girov olan evimizi ələ keçirə bilmədiyini görüb bu cür ucuz yola əl atıb. Onlar bilməlidirlər ki, biz öz evimizdən əl çəkməyəcəyik, dəbə-baba evimizi onlara vermək fikrimiz yoxdur, bizi başqaları ilə qarışdırmasınlar. Əgər dövlət orqanlarını pulla almaqlarını düşünürlərsə, xarici dövlətlərə müraciət edəcəyik, daha adekvat addımlara gedəcəyik. Təəssüf edirik ki, Suraxanı rayon Məhkəməsinin İcra Şöbəsi onlara dəstək olur. Suraxanı rayon Məhkəməsinin İcra şöbəsinin nə haqla, hansı əsasla bu protokolda adı hallandırılıb? Sadəcə “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC Unibank ASC-nin öz qondarma bufer zonasıdır, bu təşkilatın saxta kağızları ilə vətəndaşların onlarla evini əlindən alıblar. Bu cür çirkin oyunlara son qoymaq lazımdır. M.Müşfiq küçəsi, №2A ünvanda yerləşən həmin MMC-nin fəaliyyəti araşdırılmalıdır. Sizə göndərilən bu sənədlərdə heç bir dövlət idarəsinin möhürü, peçatı yoxdur. Hamısı MMC, ASC kimi xırda QHT peçatlarıdır. Məgər Dövlət orqanlarının möhürü olmadan hansısa vətəndaşın evi əlindən alına bilərmi? Azərbaycanin yarısı özünə QHT açıb, onda gərək hərə əlinə bir peçat götürüb xalqın mal-mülkünün müsadirəsinə başlasın. Orta əstlərdə qaçaq-quldurlar tüfəng-bıçaqla əhalinin malını əlindən alırdı, indiki zəmanədə isə Unibank kimi ASC-lər öz peçatları ilə xalq qorxuzub malını mənimsəyirlər. Ayıbdır, belə hallar ancaq Azərbaycanda baş verə bilər. Oyuncaq qurumlar əlbir olub xalqa min cür kombinasiyalar qurur, belə neqativ hallara qarşı reaksiya vermək lazımdır. Bizə tələb edirik ki, dövlət sələmçi başkəsənləri yox, bizi müdafiə etsin.
“Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC M.Müşfiq küçəsi, №2A ünvanda yerləşir. Bu MMC vasitəsilə Unibank çoxlu evləri qanunsuz olaraq ələ keçirib. Unibank-ın Problemli Məsələlər üzrə Şöbəsinin işçilərinin hərəsinin 10-a yaxın evi və maşını var. Xahiş edirəm ki, Milli Təhlükəsizlik Nazirliyi bu məsələni araşdırsın. Kütləvi şəkildə xalqın evlərini əlindən almaqla məşğuldurlar, niyə bu genosidi dayandırmırsınız? Rusların, Sovetlərin bizə verdiyi evlər Amerikan bankçılığı tərəfindən yenidən əlimizdən alınır. Azərbaycan tarixinin ən qara səhifələri yazılır, xalq qara günlər yaşayır. 75 min qiyməti olan ev necə 26 minə adamın əlindən alına bilər?
Xahiş edirik ki, Hüquq-mühafizə orqanları sənədə hüquqi qiymət versinlər. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC kimdir ki, hərrac keçirsin və vətəndaşın iştirakı olmadan evini tutub əlindən alsın? Hansı qanunvericilikdə bu yazılıb? Dövlət qanunları bəyəm bunlarçün deyil? Öz aləmlərində yaşayırlar, amma başa düşmürlər ki, pul hər şeyi həll etmir. Bu sənədi xahiş edirik araşdırın, niyə evdə 9 nəfər vətəndaş yaşaya-yaşaya, heç birinin iştirakı, razılığı, imzası olmadan 75 minlik ev hərraca çıxarılır, 26 minə satılır? Sonra da bu sənədi gözümüzə soxub deyirlər ki, vəssalam, ev artıq bizimdir! Azərbaycan Qanunvericiliyinə görə, vətəndaşın özü olmaya-olmaya onun evi hərraca çıxarıla bilməz. Xahiş edirik ki, cinayət işi açılsın və MMC M.Müşfiq küçəsi, №2A ünvanla yerləşən “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” adlı MMC-nin bu və digər saxta əməlləri araşdırılsın”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44
PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40
DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35
Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33
Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32
İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30
"Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27
Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26
Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24
Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22
Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19
“Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14
Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07
Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05
Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00
“Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59
Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58
Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42
Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39
"Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37
Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36
AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31
Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26
Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25
“Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17
Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16
Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14
“Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08
“Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47
PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02
Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00
“Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58
Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06
Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03
“Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59
Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57
Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56
Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50
"Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40
Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39
Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37
Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:31
Erməni Prezident: ”Azərbaycanla danışıqlara hazıram” - VİDEO
Bu gün, 12:22
Əmək hüququ sahəsində AYRISEÇKİLİK NƏDİR? - Ekspert danışır...
Bu gün, 12:15
“Yaşar Nuri mənə dəfələrlə xəyanət edib, bağışlamışam, kişidir də, bir yeməyi nə qədər yemək olar?”
Bu gün, 12:12
Vardanyanın məsuliyyəti digər şəxslərlə eyniləşdirilə bilməz - ÇÜNKİ...
Bu gün, 12:08
Səudiyyə Ərəbistanı statusunu gücləndirdi - İNCƏLƏMƏ
Bu gün, 12:06
Təxribatlar fonunda sülh bəyanatları: “Güllə atılan yerdə barış mümkün deyil” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:03
Bu mağazaların “Qızıl zəmanət”inə İNANMAYIN! – Mütəxəssisdən ŞOK FAKTLAR
Bu gün, 12:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru