ELŞAD ABDULLAYEVİN SON MÜRACİƏTİNƏ SƏRT REAKSİYA
Tarix: 25-03-2013, 10:52 | Çap et
ABU-nun sabiq rektoru, bir müddətdir Fransada müvəqqəti məskunlaşmış Elşad Abdullayev növbəti dəfə “Yeni Müsavat”a müraciət göndərib. Qəzetin saytının martın 23-ü buraxılışında yer alan həmin müraciətdə təzə mətləblərə toxunan sabiq rektor guya MTN zabiti Mahir Abdullayevin oğurlanması cinayəti ilə əlaqədar hansısa «mütəşəkkil cinayətkar təşkilatın tapşırığı ilə» bir sıra saxta müdafiə komitələri yaradıldığına toxunur, sonra isə o, PA rəhbəri Ramiz Mehdiyevin və Baş prokuror Zakir Qaralovun rəhbərliyi ilə «Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə» yaradılan ABU Tələbələrinin Müdafiə Komitəsindən danışır. Hətta bu barədə bəhs edəndə tanınmış vəkil Ramiz Zeynalovu ittiham edir, həmçinin bu Komitənin rəhbərlərindən biri kimi «Təzadlar»ın baş redaktorunun adını çəkir və s.
E.Abdullayevin bu açıqlamalarına tanınmış hüquqşünas, Azərbaycanda «advokat Terrazini» kimi tanınan Ramiz Zeynalovdan sərt cavab gəldi:
-Ramiz müəllim, Elşad Abdullayev, açığı, bu dəfə də hər şeyi qatıb-qarışdırıb, sizə qarşı daha sərt ittihamlar səsləndirib…
-Bilirsiniz, mən iş-güc adamıyam… Elşad isə bekar adamdır və elə sizin saytın yazdığına görə, dünən (martın 23-də.Red) Fransada pulu qurtardığı üçün Moskvaya gəlib… Ona görə də o, danışmağa mövzu, danışdırmağa isə adam axtarır. Amma bəzi yalanları var ki, ona mütləq cavab vermək lazımdır. Məsələn, bu dələduz, video-şantajçı, reketçilikdə ad çıxarmış, videolarının anonsunu verərək bəzi qorxaqlardan pul çırpışdıran Elşad Abdullayev son açıqlamasında rəhbəri olduğum Komitənin fəaliyyətinə toxunur və bildirir ki, ”Artıq belə saxta Müdafiə Komitələri bizim tərəfimizdən ifşa olunmuşdur». Mən başa düşmədim, sən- hər gün neçə-neçə saxta əməlləri ifşa olunan Elşad Abdullayev nəyi ifşa etmisən ki, heç kimin xəbəri yoxdur? Yazırsan ki, 3 mart 2013 il tarixində bir vaxtlar üstünə tapança çəkdiyi ittihamı ilə həbs etdirdiyin «…Azad Mürsəliyevin rəhbərliyi ilə Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi yaradılmışdır. Bu müdafiə komitəsi həm də ABU-nun Hüquqlarının Müdafiə Komitəsidir. Bu, həm də, tələbələrin və müəllimlərin pozulmuş hüquqlarının bərpa olunması uğrunda mübarizə aparan obyektiv və qərəzsiz Müdafiə Komitəsidir». Bişmiş toyuğun da gülməyi gələn bir cəfəng, məntiqsiz söz yığnağı… Sən indiyədək on minlərlə tələbəni şikəst etmiş, valideynlərini gözü yaşlı qoymuş, onların son qəpiyini belə özün və qohum-əqrabaların vasitəsi ilə ələ keçirən bir dələduz, indi hansı tələbə və valideynin hüquqlarını müdafiə etmək istəyirsən? Məşədi İbad demiş, «Mənə meymun deməyin bəs deyil, hələ bir əl də uzadırsan?» Utanıb-qızarmırsan? Sən hansı tələbə və validyenin hüquqlarının müdafiəsindən danışırsan? Danasını və keçisini, toyuq-cücəsini satdırıb pulunu dələduzluq yolu ilə ələ keçirdiyin, saxta tələbə bileti verdiyin, aldadıb diplom verəcəyini bildirdiyin və evini, torpaq sahəsini, əyin-başını satdırdığın valideynlərin? Bəlkə on minlərlə tələbə və valideynləri aldadan və sənin cinayətkar fəaliyyətinə şərik etdiyin, 2008-ci ildə bir dəstəsinin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmış, bir çoxu həbs olunmuş, bir çoxu isə hələ də istintaq orqanının onları nə vaxt çağırıb həbs edəcəyini gözləyən bir qrup binəva müəllimləri deyirsən? Narahat olma, artıq rəhbəri olduğum ABU Tələbələrinin Hüquqlarını Müdafiə Komitəsinə indiyədək 400-dən çox müraciət daxil olub və şikayətçilərin tük ürpədən izahatlarını nəzərdən keçirəndə, hər dəfə onların göz yaşı içində ərizələrini oxuyub özlərini dinləyəndə ürəyim ağrıyır. Onların bəziləri vaxtilə bankdan kredit götürüb sənə və rəhbərlik etdiyin, uzun illər ABU-da fəaliyyət göstərmiş mütəşəkkil cinayətkar dəstənin üzvləri olan qohum-əqrabalarına verdikləri pulların faizini hələ də banka verirlər… Bəziləri banka qoyduğu girov evini və digər əmlakını itirib, bəzilərinin isə evi hələ də girovdur, üzərinə həbs qoyulub. İndii sən onların hansı hüququnu müdafiə etməkdən danışırsan? Zəlil günə saldığın bu on minlərlə insanın düşməncəsinə pozduğun hüquqlarınımı deyirsən??? İndi sənin özünün cinayət əməllərini hansısa yolla müdafiə etmək şansın da yoxdur, nəinki kiminsə hüququnu müdafiə etməkdən dəm vurasan? Sən uşaq başı aldadırsan, yoxsa özünü axmaq yerinə qoymusan??? Mənim sənə hələ çox suallarım var. Cavabını isə səndən Kürdəxanı İstintaq Təcridxanasında sənə baş çəkəndə istəyəcəyəm. Onda kamerada əgər hansısa hüququn pozularsa, söz verirəm, səni müdafiə edəcəyəm. Buna əmin ola bilərsən! Amma əvvəlcə sən indiyədək törətdiyin çoxsaylı cinayətlərdən danış, etiraf et. Həm də necə qardaş qatili olmağını, sənə Kürdəmir polisində Mahiri oğurlamış və qətlə yetirmiş cinayətkar kimi təhvil verilən qardaşın Aslanın oğlu Mübarizin sonradan necə yoxa çıxmasını və sənin tərəfindən bu illər ərzində onun niyə axtarılmamasını söylə… İstəyirsən mən sənə deyim ki, DİN nazirinin 1-ci müavini Zahid Dünyamalıyevə qarşı kin və düşmənçiliyinin kökündə nə dayanır… \ tezadlar \
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Dünən, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Dünən, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Dünən, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Dünən, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Dünən, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Dünən, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Dünən, 14:48 |
|
|
|
• Nikolun söz oyunu arxasındakı İLGİNC səbəb
Dünən, 14:45 |
|
|
|
• Müharibə tezliklə bitməyəcək – Yeni ərazi iddiaları var
Dünən, 14:02 |
|
|
|
• Fransanın Azərbaycana batırmaq istədiyi dişləri artıq sınıb - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• Siyasətçilər Yeni ili harada qarşılayacaq? - "Onlar Dubaya getsin, mənim yolka almağa pulum yoxdur..."
Dünən, 13:58 |
|
|
|
• “Doğru xəbərlə dezinformasiyanı ayırd etmək səbir, tənqidi yanaşma və məlumatlılıq tələb edir” - Vüqar Zifəroğlu
Dünən, 13:10 |
|
|
|
• Azərbaycanda 10 manat sərmayə ilə daha bir audit şirkəti - FƏALİYYƏTƏ BAŞLAYIB
Dünən, 13:08 |
|
|
|
• “Sosial şəbəkədə hamı məni söyür"
Dünən, 13:06 |
|
|
|
|