İKİ NAZİRİN ADINDAN İSTİFADƏ EDƏN “BİZNESMEN”
Tarix: 13-03-2013, 09:17 | Çap et
BADAMDAR SAKİNLƏRİNƏ QAN UDDURAN SİYAVUŞ HEYDƏROV KİMDİR?
DİA.AZ: - Bakının mərkəzində bir qrup sakin ölümlə üz-üzə qalıb. Bu barədə redaksiyamıza həmin binanın sakinləri məlumat verib. Təhlükəli bina Bakının Səbael rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsi 3 ünvanında yerləşir. Redaksiyamıza müraciət edən bina sakinləri bildirirlər ki, sözügedən bina o qədər də təhlükəli vəziyyətdə olmayıb. Amma, keçən ilin axırlarında bina özünü məmur kimi təqdim edən bir nəfər tərəfindən qəzalı vəziyyətə salınıb və sakinlər ölümlə üz-üzə qalıb.
DİA.AZ bildirir ki, aidiyyəti qurumların müdaxiləsinə baxmayaraq həmin şəxs gizli yolla binada qanunsuz rekonstruksiya həyata keçirib. Nəticədə 15 nəfərdən artıq ailənin həyatı real təhlükədə qalıb. Sakinlər deyirlər ki, ikimərtəbəli taxta konstruksiyadan ibarət olan bu bina 50-60 il əvvəl inşa olunub. Binada sovetlər dönəmindən sonra sakinlərin şəxsi vəsaiti hesabına cari təmirlər aparılıb. Amma, bina əsaslı təmir edilmədiyindən taxta konstruksiyalı bina o qədər də yararlı deyil. Lakin, çarəsiz qalan sakinlər binanın uçmaması üçün şəxsi vəsaitləri ilə hər il cari təmir aparmaqla mənzillərində yaşayır. Bütün bunlar azmış kimi bina bir nəfər naməlum şəxs tərəfindən də dağıdılır. Belə ki, sakinlərin dediyinə görə, binanın 9 saylı mənzilinin qeyri-rəsmi sahibi olan Siyavuş Heydərov adlı şəxs ötən ilin dekabr ayından etibarən mənzilin hər tərəfində qanunsuz tikinti aparmağa başlayıb. Belə ki, taxta konstruksiyadan ibarət olan binanın birinci mərtəbəsində qanunsuz olaraq layihədən kənar tikintilər aparılıb, binanın ikinci mərtəbəsinin birləşdirildiyi istinad divarlar birinci mərtəbədən, yəni, 9 saylı mənzildən özbaşına sökülüb, əvəzinə mənzilin başqa istiqamətində ikinci mərtəbə ilə heç bir bağlılığı olmayan istinadən divarlar çəkilib. Bir sözlə, mənzilin qeyri-rəsmi sahibi olan bu şəxs ikimərtəbəli 15 ailəlik binanı tam təhlükəli vəziyyətə gətirib.
Qanunsuz tikili sakinləri ölümlə üz-üzə qoyub
Sakinlər deyir ki, Siyaviş Heydərov adlı şəxs bundan başqa digər özbaşınalıqlar da edib. Belə ki, o layihədən kənara çıxaraq binanın həyətyanı sahəsini də zəbt edib. Bu şəxs həmin ərazini hasarlayaraq mənzilinə bitişik əlavə iki otaq da tikib. Bununla da o binanın həyətini özününküləşdirib. Hazırda bina sakinləri nə həyətə düşə bilir, nə də asudə vaxtlarını keçirmək üçün yer tapır. Siyavuş Heydərov adlı şəxs binanın bütün həyətini hasarlayıb orada mənzil tikib: “Binanın həyətini özümüz təmizləyib ağaclar, güllər əkmişik . Badamdar qəsəbəsi hamı bilir ki, şürüşməyə meylli ərazidir. Bizim binamız da taxta konstruksiyalı olduğundan daha tez sürüşən bina hesab edilir. Buna görə, həyətdə ağaclar əkib abadlaşma aparırdıq ki, həm təhlükənin qarşısı nisbətən alınsın, həm də uşaqlarımızın asudə vaxtlarını keçirməyə yer olsun. Amma, Siyavuş Heydərov buranı bizim əlimizdən almaq istəyir, bizim həyatımızı təhlükəyə atır.
Təhlükəli vəziyyətə salınan binanın qəza çıxışları da bağlanıb
Sakinlər binadakı daha bir acınacaqlı vəziyyətdən danışır. Onların dediyinə görə, Siyavuş Heydərovun özbaşınalığının nəticəsi olaraq artıq bir ildir ki, onların binadan təcili çıxışı mümkün deyil. Belə ki, Siyavuş Heydərov binanın yanğın çıxışlarınnı da bağlayıb. Bu da həm bina üçün, həm də sakinlər üçün real təhlükə yaradıb: “Binanın yanğın çıxışları tam bağlanıb. Sabah binada hansısa bir yanğın hadisəsi və ya digər təhlükəli vəziyyət yaransa, binadan bir nəfər də çıxa bilməyəcək. Bütün ailələr binada qalıb öləcəklər. Binanın yanğın çıxışları bağlandığından bura yanğınsöndürən maşınların da girişi mümkün deyil. Belə çıxır ki, bu şəxs bizim binanın bütün ailələrini qırmaq istəyir. Binanın bütün mənzillərinin su, qaz və işıq sayğacları quraşdırılan ərazi də Siyavuş Heydərov tərəfindən tutulub. Buna görə də, biz aylarla heç bir kommunal xərcləri ödəyə bilmirik. Bilmirik sayğaclarımız hardadı, bəlkə də sayğacları da oğurlayıblar. Xəbərimiz yoxdu, çünki, həmin sayğaclar quraşdırılan yerlər Siyavuş Heydərov tərəfindən zəbt olunub. Belə biabırçılıq olmaz. O bina sakinlərini hər dəfə bir adla təhdid edir, hədələyir, bina sakinlərini öldürəcəyini deyir”.
15 ailə hər gün amansız təhqir edilir
Sakinlər deyirlər ki, Siyavuş Heydərov hər dəfə sakinləri küçə söyüşləri ilə də təhqir edir. Əvvəlcə mənzildə özbaşına rekonstuksiya işləri aparan bu şəxs mənzildən ev kimi istifadə edəcəyini bildirsə də, sonradan məlum olub ki, o həmin mənzili və ona bitişik özbaşına tikilini obyekt kimi istifadə etmək niyyətindədir. Sakinlər də buna etiraz edib və ikimərtəbəli, taxta binada obyekt işləməsinə narazılıq edib. Siyavuş Heydərov isə bundan sonra bina sakinlərini küçə söyüşləri ilə təhqir etməyə başlayıb. Hətta o, bir müddət əvvəl binanın Zoya adlı sakinini də biabırçı vəziyyətdə təhqir edib, ona hədə-qorxular gəlib: “Hansı sakin etiraz edirsə, onu təhqir edir, döyür, qadın-uşaq bilmir, kim gəldi küçə söyüşləri işlədir. Bu şəxsin özbaşınalığının qarşısını almaq olmur”.
Qanunsuzluq edən şəxs MTN və DİN adından istifadə edir
Sakinlər deyirlər ki, həmin şəxs hətta bu işdə yüksək qurumların adından da sui-istifadə edir: “Siyavuş Heydərov gah deyir ki, polis işçisidir, gah deyir Milli Təhlükəsizlik Nazirliyində işləyir. Amma, biz araşdırmışıq ki o heç bir yerdə işləmir. Sadəcə istədiyi özbaşınalığı etmək üçün bu qurumların adından istifadə edir. Biz qəzet vasitəsilə milli təhlükəsizlik naziri Eldar Mahmudovdan və daxili işlər naziri Ramil Usubovdan xahiş edirik. Hər iki nazirə böyük hörmətimiz var. Xahiş edirik ki, bu barədə lazımı araşdırma aparılsın, Siyavuş Heydərovun bu qurumların adından hansı əsaslarla sui-istifadə etməsi müəyyənləşdirilsin və bu şəxs barədə tədbir görülsün”.
İcra hakimiyyəti tikilini dayandırır, Siyavuş Heydərov isə davam etdirir
Sakinlər deyirlər ki, məsələ ilə bağlı onlar Səbail rayonunun Badamdar qəsəbə icra nümayəndəsinə, aidiyyəti Mənzil-İstismar Sahəsinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətdən sonra Bakı şəhər İcra Hakimiyyətinin əməkdaşları gəlib tikintini dayandırıb və həmin şəxsə xəbərdarlıq edilib. Amma, buna baxmayaraq Siyavuş Heydərov gecə vaxtı ustalar çağıraraq tikinti işlərini davam etdirir. Siyavuş Heydərovun özbaşınalığına dözməyən sakinlər məsələ ilə bağlı prezident İlham Əliyevə, fövqəladə hallar naziri Kəmaləddin Heydərova müraciət hazırlayıb, həmin şəxsin özbaşınalığına son qoyulmasını və onların təhlükəsizliyinin təmin edilməsini xahiş ediblər. Sakinlər həmçinin yaxın günlərdə Badamdar qəsəbəsində etiraz aksiyasına başlamaq barədə də qərar qəbul ediblər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Bu gün, 12:26 |
|
|
|
• Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Bu gün, 12:22 |
|
|
|
• Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Bu gün, 12:12 |
|
|
|
• Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Bu gün, 12:07 |
|
|
|
• Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Bu gün, 12:03 |
|
|
|
• "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Bu gün, 11:48 |
|
|
|
• Axşam.az 12 yaşında!
Bu gün, 11:47 |
|
|
|
• 27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Bu gün, 11:42 |
|
|
|
• “LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Bu gün, 11:34 |
|
|
|
• Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Bu gün, 11:27 |
|
|
|
• İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Bu gün, 11:25 |
|
|
|
• Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Bu gün, 11:20 |
|
|
|
• Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Bu gün, 11:02 |
|
|
|
• ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Bu gün, 11:00 |
|
|
|
• Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Bu gün, 10:48 |
|
|
|
• Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Bu gün, 10:38 |
|
|
|
• `Azəriqaz` yanvarın borcunu indidən yazır? - AXI NİYƏ?..
Bu gün, 10:37 |
|
|
|
• AMXM-da "Füzuli eşqi" adlı tədbir keçirilib - FOTO
Bu gün, 10:18 |
|
|
|
• Həmin direktorun diplomu saxta imiş - 98 minlik dələduzluq
Bu gün, 10:10 |
|
|
|
• Bu ölkələr Ermənistanı SAVAŞA HAZIRLAYIR - NƏ ETMƏLİ?
Bu gün, 10:08 |
|
|
|
• "Bizə heç nə demirlər, sadəcə deyirlər ki, yanvarın 1-də çıxmalısız" - NARAZILIQ VAR...
Bu gün, 10:06 |
|
|
|
• Amerikadan Azərbaycana görünməmiş ŞANTAJ - BU NƏDİ BELƏ?..
Bu gün, 10:03 |
|
|
|
• Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edib - FOTO
Bu gün, 09:59 |
|
|
|
• Dillər Universitetinin SEÇKİ-MEÇKİ ŞOUSU... - ÖZBAŞINA QALIB...
Bu gün, 09:52 |
|
|
|
• Avropa Parlamentindən Bakıya növbəti hücum - Sanksiya şantajının görünməyən tərəfləri
Bu gün, 09:44 |
|
|
|
• Sülh sazişinin vaxtı açıqlandı: Bu ölkədə imzalanacaq - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• Dövlətin verdiyi mal-qara KÜTLƏVİ ŞƏKİLDƏ QIRILIR - NAZİRİN NƏZƏRİNƏ!
Bu gün, 09:18 |
|
|
|
• Bayram günlərində hotellərinqiyməti fantastik həddə - “O qiymətə Avropada istirahət etmək olar”
Bu gün, 09:07 |
|
|
|
• Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov
Bu gün, 09:06 |
|
|
|
• İrəvan “Zəngəzur dəhlizi olmayacaq” deyir, amma olacaq, çünki... - "...MƏCBUR OLACAQ"
Bu gün, 09:00 |
|
|
|
• 4 milyon manat necə ələ keçirilib? - Zeynal Usubovun da pulu gedib
Bu gün, 08:58 |
|
|
|
• Güzəştli şərtlərlə yaranan pensiya hüququ... - Ekspert danışır...
Bu gün, 08:52 |
|
|
|
• İxtisar etmək istəyirlərsə, yuxarı maaş alan müavinləri ixtisara salsınlar... - ETİRAZ VAR...
Bu gün, 08:49 |
|
|
|
• Deputatımızın bahalı obyekti XARABA GÜNƏ QALDI - FOTO
Bu gün, 08:36 |
|
|
|
• Naxçıvanda ÜÇ DƏFƏ AZ pərakəndə ticarət dövriyyəsi... - Rəqəmlər düz gəlmir, cənab Nəcəfli...
Bu gün, 08:30 |
|
|
|
• Azərbaycanda aktyor vəfat edib
Bu gün, 08:27 |
|
|
|
• Qərb Azərbaycanın müstəqil siyasət həyata keçirməsinə mane olmağa çalışır - deputat
Bu gün, 07:32 |
|
|
|
• Zaur Hüseynov niyə işdən çıxarıldı? - İLGİNC DETALLAR
Bu gün, 07:27 |
|
|
|
• İllər öncə sənətə gəlsə də...
Bu gün, 07:24 |
|
|
|
• Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt” - BU NƏDİ BELƏ?
Bu gün, 07:20 |
|
|
|
• Qərb Moskvaya qarşı bu “silahı” işə salır – “Rusiyanı çökdürmək… “
Bu gün, 07:18 |
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
|