ŞOK: ƏLİ HƏSƏNOV MEDİANI NECƏ YÖNƏLDİR
Tarix: 22-02-2013, 16:01 | Çap et
DİA.AZ: - Redaksiyamıza zamanında iqtidar mətbuatında külüng vurmuş, lakin sonradan iqtidar düşərgəsindən ayrılmış bir yazarın adından maraqlı bir məqalı daxil olub. DİA.AZ-ın elektron ünvanına göndərilən həmin məqaləni olduğu kimi diqqətinizə təqdim edirik:
“2013-cü il prezident seçkiləri ərəfəsində ictimai-siyasi hadisələrə cəmiyyətin marağının artması, siyasi proseslərə xarici-ideoloji müdaxilənin genişlənməsi yerli kütləvi informasiya vasitələrinin istiqamətləndirici rolunun, onların təbliğat imkanlarının əhəmiyyətini yüksəltmişdir. Bununla belə, aparılan təhlillərə əsasən, siyasi mübarizədə iqtidaryönlü «YeniAzərbaycan», «Kaspi», «Paritet», Palitra», «Səs», «AzadAzərbaycan», «Mövqe» və «İki sahil» qəzetləri zəif intellektual, yaradıcı və siyasi potensial nümayiş etdirməklə radikal müxalifət mövqeyində dayanan dövrü-nəşrlərdən xeyli geri qalmaqdadırlar.
Adı çəkilən dövrü-nəşrlərin rəqabətə davamlı olmaması və özünə oxucu auditoriyası toplaya bilməməsi aşağıdakı əsas səbəblərlə izah olunur:
1. Həmin qəzetlərin «iqtidaryönlü» mahiyyətinin əsasən formal xarakter daşıması, məhdud qrupun siyasi və şəxsi biznes maraqlarına xidmət etməsi.
2. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin və bu sahədə şəriki olan ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun iqtidaryönlü dövrü-nəşrləri və mətbuatla əlaqəli dövlət qurumlarını şəxsi nəzarətinə götürməklə təmsil etdiyi qrupun maddi və siyasi maraqlarının təminatına yönəltməsi.
3. Adıçəkilən qəzetlərin tərtibat, mövzu və material baxımından bir-birini təkrarlaması;
4. Bəzi qəzetlərin baş redaktorlarının, mətbuatla əlaqəli dövlət qurumları rəhbərlərinin jurnalistika sahəsində müəyyən təcrübəyə və sosial nüfuza malik olmaması, onların mənəvi-əxlaqi keyfiyyətlərinin, fəaliyyətlərinin ictimaiyyət arasında mənfi qarşılanması.
5. Ayrı-ayrı dövlət məmurlarının və onların nəzarətində olan nəşrlərin radikal müxalifətlə gizli sövdələşmələrdə və hakimiyyət nümayəndələri arasında ziddiyyətlərin yaradılmasında fəal iştirak etməsi.
Həmin nəşrlərin əhali arasında qeyri-populyarlığı onların maliyyə baxımından da qeyri-rentabelli olmasına təsir göstərmişdir. Məsələn, ilyarım öncə qəzet paylayan şirkətlərin tam olaraq Əli Həsənovun əlinə keçməmiş, verilən statistika belə idi – satış köşklərinə göndərilən «YeniAzərbaycan» qəzetinin (tiraj 6074 nüsxə) 78%-i, «Kaspi» qəzetinin (tiraj 5000 nüsxə) 96%-i, «Səs» qəzetinin (tiraj 4800 nüsxə) 45%-i, «İki sahil» qəzetinin (həmin dövrdə tirajı 6688 nüsxə) 61%-i alıcısı olmadığı üçün müntəzəm geri qaytarılır. Halbuki, rəsmi və iqtidaryönlü dövrü-nəşrlərlə müqayisədə ən yüksək tiraja malik olan «YeniMüsavat» qəzetinin (tiraj 13100 nüsxə) cəmi 32%-i satış şəbəkəsində realizə olunmamışdır.
Bu müqayisəli rəqəmlər aktuallığını bu gün də saxlamaqdadır, lakin bütün satış şirkətləri Ramiz Mehdiyev - Əli Həsənov cütlüyünə tabe edildiyi üçün bu gün bu rəqəmləri heç kəs dəqiq deyə bilməz.
Yaranmış vəziyyət həmin qəzetlərin əsasən icbari abunə yolu ilə dövlət qurumları və biznes strukturları arasında yayılmasının vacibliyini gündəmə gətirmiş, onların kənar maliyyə mənbələri, donor yardımları hesabına maliyyələşdirilməsinə və bu zəmində dövlət vəsaitinin mənimsənilməsi hallarının yaranmasına imkan vermişdir.
İqtidaryönlü qəzetlərin nəşri və yayılması ilə bağlı maliyyə maxinasiyaları PA-nın şöbə müdiri Əli Həsənovla yaxın münasibətdə olan Ağabəy Əsgərov («Azərbaycan» nəşriyyatının direktoru) və«Azərmətbuatyayımı» Açıq Səhmdar Cəmiyyətinin sədri Süleyman Salmanov (Ə.Həsənovun yerlisi və ali təhsilli kənd təsərrüfatı mütəxəssisidir. Əvvəllər «Kaspi» qəzetində yayım üzrə direktor vəzifəsində işləyib) vasitəsilə həyata keçirilir. Nəşriyyatdan alınan məlumata əsasən, «Kaspi», Paritet», Palitra», «Səs», «AzadAzərbaycan» və s. qəzetlərin satış şəbəkəsindən geri qaytarılması əmsalını süni şəkildə azaltmaq məqsədilə onlar sifarişdə nəzərdə tutulduğundan təqribən 10 dəfə az, cəmi bir neçə yüz nüsxə miqdarında çap olunur. Bir çox hallarda isə qəzet köşklərinə formal olaraq, cəmi bir neçə nüsxə qəzet göndərilir. Bakı şəhərində bunu yoxlamaq üçün bir saat ərzində 20-yə yaxın köşkə dəyib sorushmaq kifayyətdir.
Halbuki, həm «Azərbaycan» nəşriyyatının, həmdə «Azərmətbuatyayımı» Açıq Səhmdar Cəmiyyətinin maliyyə sənədlərində həmin qəzetlərin tam tirajla nəşr edildiyi göstərilir. Bu əməliyyat məlum qrupa il ərzində əlavə olaraq böyük miqdarda dövlət vəsaitini mənimsəməyə imkan vermişdir. Digər maliyyə fırıldaqları isə adıçəkilən qəzetlərin abunə kampaniyaları ilə əlaqəlidir. Belə ki, Prezident Administrasiyasından Ramiz Mehdiyevin imzası ilə yerli icra strukturlarına göndərilən illik təlimatlara əsasən, onlar və tabeliklərində olan dövlət təşkilatları adıçəkilən nəşrlərə icbari qaydada abunə yazıldıqları halda, həmin nəşrlər məhdud sayda çap olunduqları üçün rayonlardakı abunəçilərə göndərilmir.
Son illərin təhlillərinə əsasən, Ramiz Mehdiyevin razılığı ilə, Əli Həsənov Azərbaycanın iqtidaryönlü mətbuat vasitələrini və mətbuatla əlaqəli təşkilatları şəxsi nəzarətinə götürməklə ölkənin media maqnatlarından birinə çevrilməkdədir. Bir sıra qəzet redaksiyalarının, radio və televiziya kanallarının maddi imkanları və kadr potensialı, ictimaiyyətə yönəlik siyasəti onun şəxsi nəzarəti altındadır və təbliğatlarını Əli Həsənovun təlimatlarına əsasən qurmaqdadırlar. Prezident Administrasiyasının şöbə müdiri və onun ailə üzvləri eyni zamanda, müxtəlif nəşrlərin hüquqi sahibləridir. Məsələn, «Kaspi» qəzetinin təsisçisi Ə.Həsənovun həyat yoldaşı SonaVəliyevadır. PA-nın şöbə müdirinin ailəsinə aid edilən mətbuat vasitələrindən biri də«Xəzər» radiosudur. Geniş təbliğat imkanlarına malik olan, Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən həmin radiokanalının Əli Həsənovun oğluna məxsus olduğu bildirilir. Xatırladaq ki, Türkiyənin «Samanyolu» televiziyası Azərbaycanda fəaliyyətini dayandırdıqdan sonra onun kadr və texniki bazası üzərində «Xəzər» televiziyası və «Xəzər» radiosu (103 FM) yaradılmışdır. Milli Televiziya və Radio Şurasının 14 sentyabr 2007-ci il tarixli qərarı ilə «Xəzər» TV Məhdud Məsuliyyətli Cəmiyyətinə radio yayımı üçün 6 il müddətinə xüsusi razılıq (lisenziya) verilmişdir. Bundan başqa, təsdiqlənmiş məlumata əsasən, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Aışanov vəzifədə qalması məqsədilə himayədarı Əli Həsənova hər ay 50 000 manat məbləğində pul ödəməkdədir. Eyni zamanda, Ramiz Mehdiyevə da aylıq ödəmələr həyata keçirilir.
Əli Həsənovun dostu və biznes ortağı olan Vüqar Səfərli Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna icraçı direktorutəyinolunduqdansonrabuqurumhəmiqtidaryönlü, həmdə müxalifətjurnalistləriarasındaciddikorrupsiyamənbəyikimitanınmaqdadır.
Prezident Administrasiyasının şöbə müdirinin nəzarətində olan regional xarakterli iddiaları ilə seçilən «Səs» qəzetinin «Əlincə» Xeyriyyə Cəmiyyətinin «orqanı» kimi təqdim edilməsi, lakin Yeni Azərbaycan Partiyasının loqosu altında nəşr olunması ictimai-siyasi təşkilatların statusuna dair Azərbaycan qanunvericiliyinin tələblərinə ziddir və ictimai təşkilata məxsus qəzetin YAP-ın qeyri-rəsmi orqanı kimi fəaliyyət göstərməsindən xəbər verir. Qəzetin səhifələrində «Əlincə» Cəmiyyətinin üzvlərinə geniş yer verməsi YAP daxilində müəyyən siyasi qruplaşmaların mövcudluğundan xəbər verir.
Maraq doğuran məqamlardan biri Əli Həsənov «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında yaranmış mənafe birliyidir. Müxalifətyönlü kütləvi informasiya vasitələrindəki mənbələrdən alınan məlumata əsasən, «Yeni Müsavat» qəzetində Azərbaycan Respublikası Prezidenti, onun ailə üzvləri və yaxınlarının ictimai nüfuzdan salınması məqsədilə kəskin tənqid olunması həvəsləndirildiyi halda, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov barəsində hər hansı bir mənfi materialın dərc edilməsi qadağandır. Hətta, müxalifət funksionerlərinin onun barədə tənqidi fikirləri yalnız baş redaktor R.Arifoğlu tərəfindən ciddi «düzəliş» və ixtisar edildikdən sonra nəşr oluna bilər. Eyni zamanda, «Paritet», Palitra», «Azad Azərbaycan», Kaspi» qəzetlərində R.Arifoğlunun açıq tənqidinə də yasaq qoyulmuşdur. Müxalifət düşərgəsi Əli Həsənovun həvəslə «Yeni Müsavat» qəzetinə müsahibələr verməsini də onlar arasındakı siyasi və maliyyə birliyi ilə əlaqələndirirlər. Belə ki, təhlil zamanı«Yeni Müsavat» qəzetində Əli Həsənova dair siyasi qadağanın bəzi maliyyə səbəbləri müəyyən edilmişdir. Onun kurasiyasında olan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ayrı-ayrı qəzetlərə ayırdığı maliyyə yardımının məbləğinə görə, «Yeni Müsavat» qəzeti PA-nın şöbə müdirinin nəzarətində olan aparıcı iqtidaryönlü nəşrlərlə yanaşıdır və bu amil «qarşılıqlı faydalı əməkdaşlığa» dair şübhələrə aydınlıq gətirilməsini tələb edir. Məsələn:
2009-cu ildə qrant müsabiqəsinin qalibləri: «Səs» qəzeti; «Kaspi» qəzeti; «Palitra» qəzeti; «Paritet» qəzeti; «Yeni Azərbaycan» qəzeti; «Yeni Müsavat» qəzeti; «Azad Azərbaycan» qəzeti; «Səs» İnformasiya Agentliyi; «Azadinform» İnformasiya Agentliyi.
2009-cu ildə Milli Mətbuat günü ilə bağlı yardım (10 min manat məbləğində): «Azad Azərbaycan» qəzeti; «Yeni Azərbaycan» qəzeti; «Azadinform» İnformasiya Agentliyi; «Yeni Müsavat» qəzeti; «Kaspi» qəzeti; «Palitra» qəzeti; «Paritet» qəzeti; «Səs» qəzeti; «Səs» İnformasiya Agentliyi.
2010-cu il üçün yardım (qəzetlərə - 20 000 manat, agentliklərə – 10 000 manat məbləğində): «Azad Azərbaycan» qəzeti; «Azadinform» İnformasiya Agentliyi»; «Yeni Müsavat» qəzeti; «İki sahil» qəzeti; «Kaspi» qəzeti; «Palitra» qəzeti; «Paritet» qəzeti, «Səs» qəzeti; «Səs» İnformasiya Agentliyi; «Yeni Azərbaycan» qəzeti.
2011-ci ilin ikinci yarısı üçün yardımlar: «Yeni Azərbaycan» qəzeti - 40 000 manat; «Səs» qəzeti - 40 000 manat; «Kaspi» qəzeti - 40 000 manat; «Mövqe» qəzeti (təsisçisi Vüqar Səfərlidir) - 40 000 manat; «Yeni Musavat» qəzeti - 40 000 manat; «Palitra» qəzeti - 30 000 manat; «Paritet» qəzeti - 30 000 manat.
2012-ci ilin I yarısı üçün yardımlar: «Yeni Azərbaycan» qəzeti 50 000 manat; «Səs» qəzeti - 50 000 manat; «Kaspi» qəzeti - 50 000 manat; «Yeni Müsavat» qəzeti - 50 000 manat; «Paritet» qəzeti - 30 000 manat; «Palitra» qəzeti - 30 000 manat; «Azadlıq» qəzeti - 30 000 manat; «Azad Azərbaycan» qəzeti - 30 00 manat.
2012-ci ilin II yarısı üçün yardımlar: «Yeni Azərbaycan» qəzeti - 50 000 manat; «Səs» qəzeti - 50 000 manat; «Kaspi» qəzeti - 50 000 manat; «Yeni Müsavat» qəzeti – 50 000 manat; «Paritet» qəzeti - 30 000 manat; «Palitra» qəzeti - 30 000 manat; «Azadlıq» qəzeti - 30 000 manat; «Azad Azərbaycan» qəzeti - 30 000 manat.
Fondun formal tədqiqat mövzuları əsasında Ə.Həsənovun özünə yaxın bildiyi dövrü-nəşr və jurnalist təşkilatlarına saxta yardımları paylamasına dair digər faktlar da mövcuddur. 2010-cu ildə qəzet və jurnalist təşkilatları layihələrinin maliyyələşdirilməsi ilə bağlı keçirilən müsabiqənin nəticələrinəgörə, «Səs» qəzeti «Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında effektiv əməkdaşlığın qurulmasına informasiya dəstəyi» layihəsiüçün 12 000 manat; «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, erməni terrorizmi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması» istiqaməti üzrə müsabiqədə qalib çıxan, lakin xarici auditoriyaya çıxışı və əcnəbi dillərdə çap variantı olmayan «Paritet» qəzeti 12 000 manat; «Azad Azərbaycan» qəzeti «Jurnalist yaradıcılığında informasiya və kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqinə dəstək»üçün 7000 manat; «Azadinform» agentliyi «KİV-də ekoloji maarifçiliyinin dəstəklənməsi» üzrə fəaliyyətə görə 10 000 manat; «Yeni Azərbaycan» qəzeti «Ekologiya ili» çərçivəsində həyata keçiriləcək tədbirlərin icrasına informasiya dəstəyinə görə 12 000 manat; «Səs» İnformasiya Agentliyi «Azərbaycanın dövlətçilik tarixinin öyrənilməsi və təbliğinə kütləvi informasiya vasitələrinin dəstəyi» üçün 12 000 manat; «Kaspi» qəzeti «Azərbaycanın dövlətçilik tarixinin təbliği» üçün 12 000 manat; «Palitra» qəzeti «Elmin aktual problemlərinin müzakirəsi və işıqlandırılması» üçün 12 000 manat məbləğində maliyyə vəsaiti almışdır. Qeyd etmək lazımdır ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun indiyədək keçirdiyi müsabiqələrin daimi qaliblər isırasında Vüqar Səfərlinin təsisçiçi olduğu «Mövqe» qəzeti və onun əməkdaşları da vardır. Belə ki, fondun icraçı direktoru ictimai qınağa məhəl qoymadan oğlu Seymur Səfərlinin (hazırda «Mövqe» qəzetinin baş redaktorudur) «Nadir və nəsli kəsilmək təhlükəsində olan flora növlərinin mühafizəsi» məqaləsini AR Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi ilə birgə keçirilən müsabiqənin qalibi elan edərək pul mükafatına layiq görmüş və bu da jurnalistlər arasında ciddi narazılığa səbəb olmuşdur.
Maraqlıdır ki, siyahıda daimi yerini tutan «Yeni Müsavat» qəzetinin 12 000 manata dəyərləndirilən layihəsi Fond rəhbəliyi və himayədarlarının radikal müxalifət düşərgəsinin bəzi nümayəndələri arasında qapalı maddi və siyasi mənafe birliyinin olması barədə ehtimalları bir daha təsdiqləməkdədir. Belə ki, qəzetin baş redaktoru Rauf Arifoğlunun «Münaqişələrin kütləvi informasiya vasitələrində işıqlandırılması» (təqdim olunan sənəddə hansı münaqişələrin şərh olunacağı nədənsə göstərilməmişdir) mövzusun da layihəsi «Yeni Müsavat» qəzetinin ölkədaxili siyasi qarşıdurmaların, xüsusilə hakimiyyət təmsilçiləri arasında ziddiyyətlərin dərinləşdirilməsində ənənəvi fəaliyyətinin həvəsləndirilməsinə maliyyə dəstəyi vermişdir. Qeyd etmək lazımdır ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərlinin və təşkilatın kuratoru Əli Həsənovun «Yeni Müsavat» qəzeti ilə əlaqələri bununla kifayətlənmir. 2012-cü ilin noyabr ayının 19-dan 25-dək Fondun təşkilatçılığı və maliyyə dəstəyi ilə Türkiyəyə təşkil olunmuş işgüzar səfərdə (qrup rəhbəri V.Səfərli) ənənəvi heyətin tərkibində «Palitra», «Paritet», «Kaspi» qəzetlərinin rəhbərləri ilə yanaşı «Yeni Müsavat» qəzetinin baş redaktoru R.Arifoğlunun da daxil edilməsi «gözlənilməz» deyildir.
Vüqar Səfərlinin karyera yüksəlişi də maraqlı faktlarla zəngindir. 1981-ci ildə BDU-nun mexanika-riaziyyat fakultəsini bitirən, mədəniyyət və incəsənət sahəsində heç bir xidməti və ya iş təcrübəsi olmayan, əvvəllər «Azərmətbuatyayımı» Açıq Səhmdar Cəmiyyətinin rəhbəri vəzifəsində çalışanV.Səfərlinin «əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülməsi cəmiyyətdə birmənalı qarşılanmamış, onun Əli Həsənova göstərdiyi xidmətlərin - adıçəkilən səhmdar cəmiyyətinin PA-nın şöbə müdirinin şəxsi maliyyə maraqlarının ödənilməsinə verilməsinin əvəzi kimi dəyərləndirilmişdir. Onu da xatırladaq ki, V.Səfərli sabiq deputat Gülər Əhmədovanın məhkəmə qalmaqallarının da iştirakçılarından biridir. G.Əhmədovanın iddiası əsasında cinayət məsuliyyətinə cəlb olunmuş «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkəmə prosesində Fond rəhbəri zərərçəkmiş şəxs qismində iştirak etmişdir. Ə.Zeynallının qəzet səhifələrində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunu qeyri-qanuni maliyyə əməliyyatlarında, dövlət vəsaitini mənimsəmədə və saxta yaradıcılıq müsabiqələri keçirməkdə ittiham etdiyinə görə məhkəmə cavabdeh şəxsin 5000 manat məbləğində maddi təzminat ödəməsi barədə qərar çıxarmışdır.
Ramiz Mehdiyev və Əli Həsənovun bilavasitə nəzarətində olan və yarıtmaz fəaliyyəti ilə ictimai qınaq obyektinə çevrilən dövlət qurumlarından biri də Milli Televiziya və Radio Şurasıdır. Şuranın rəhbər heyəti (başda sədr olmaqla) Əli Həsənovun dostları və yaxın qohumlarından, biznes ortaqlarından ibarətdir. Belə ki, Şuranın 6 üzvündən 4-ü ona yaxın münasibətləri ilə seçilir. Məsələn:
Nuşirəvan Məhərrəmov: Əli Həsənovun tələbəlik dostudur. Moskva Dövlət Universitetinin tarix fakultəsində eyni vaxtda təhsil almışlar. Ə.Həsənov 1996-cıildə PA-ın ictimai-siyasi şöbəsinə müdir təyin olunduqdan sonra həmin struktura gətirilmiş, böyük referent, sektor müdiri vəzifələrində çalışmışdır. N.Məhərrəmli məhz Ə.Həsənovun yardımı ilə 2003-cü ildə Milli Televiziya və Radio Şurasına sədr təyin olunmasını gizlətmir.
Sona Vəliyeva: Əli Həsənovun həyat yoldaşıdır. İxtisasca mədəni-maarif işçisidir. 1995-1999-cuillərdə Əlincə Xeyriyyə Cəmiyyətinin «Səs» qəzetində müxbir işləmiş, 1999-cu ildən «Kaspi» qəzetinin təsisçisidir. 2005-ci ildə jurnalistika sahəsində fəaliyyətinə görə «Tərəqqi» medalına layiq görülmüşdür. 2007-ci ildən Milli Televiziya və Radio Şurasının üzvüdür.
Əlvan Ağayev: Ə.Həsənovun qohumu və biznes ortaqlarından biridir. Mətbuat, xüsusilə televiziya işində heç bir təcrübəsi yoxdur. Xalq Təsərrüfatı İnstitutunun əmtəşünaslıq fakultəsini bitirmiş, Şərur rayonunda tikinti sahəsində fəhlə, komisyon ticarəti idarəsində tədarükçü, ərzaq malları üzrə əmtəəşünas, təftişçi, baş əmtəəşünas vəzifələrində çalışmışdır. 1996-cı ildə Əli Həsənovun yardımı ilə «Azərkitab» Birliyinin baş direktoru vəzifəsinə təyin olunmuş və çalışdığı müddət ərzində Bakıda birliyin balansında olan kitab mağazaları binalarının qeyri-qanuni satışı və özəlləşdirilməsi ilə məşğul olmuşdur. Ə.Ağayev 2003-cü ildə Milli Televiziya və Radio Şurasına üzv təyin olunmuşdur. 2008-ci ildə «Tərəqqi» medalını almışdır.
Məmməd Cəfərov: Əli Həsənovun qohumudur. Biznes aləmində «Qara» ləqəbi ilə tanınır və Ə.Həsənovun şəxsi maliyyə işlərinə nəzarət edir. Qeyri-adi yüksəliş karyerasına malikdir. İxtisasca kitabxanaçı olsa da, 1999-2001-ci illərdə Bakının Xətai rayonunda mənzil istismarı sahəsinin rəisi, 2002-2003-cü illərdə AR Ekologiyavə Təbii Sərvətlər Nazirliyində müfəttiş vəzifəsində çalışmışdır. Cəmi bir il ərzində (2004-cü ildən 2005-ci ilə kimi) «Kaspi» qəzetində müxbir vəzifəsində işlədikdən dərhal sonra Ə.Həsənovun himayəsi ilə Milli Televiziya və Radio Şurasına üzv təyin edilmişdir.
Aslan Xəlilov: Ə.Həsənovun tələbəlik dostudur. Moskva Dövlət Universitetinin tarix fakultəsini bitirmişdir. Jurnalistika sahəsində fəaliyyət göstərməmişdir. 2003-cü ildən etibarən Milli Televiziya və Radio Şurasının üzvüdür.
Beləliklə, görsəndiyi kimi bu şəbəkə birbaşa Ramiz Mehdiyevin nəzarətindədir və Əli Həsənova tam olaraq sərbəstlik verilib. Bununla belə, bir tərəfdən lazımi maliyə ayrıldığı tərəfdən, digər tərəfdən bu pullar cütlük tərəfindən yağmalanır, nəticədə isə hakimiyyəti təbliğ edən qəzetlər sədəcə fantom olaraq qalır. Bu sıraya hələ jurnalistlər üçün tikilən evdən yazmıram, çünki bu məsələ hələ aydınlaşdırılmalıdır. Bu evdə olan mənzilləri bütün jurnalistləri diz çökmüş vəziyyətdə saxlanması üçün də istifadə edilir”.
Yazıda adları keçən bütün tərəfləri dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dezinformasiya ilə necə mübarizə aparaq? - AÇIQLAMA
Bu gün, 00:48 |
|
|
|
• Gürcüstan Prezidenti hakimiyyətə 1 HƏFTƏ VAXT VERDİ - "Sputnik Georgia"
Bu gün, 00:43 |
|
|
|
• İsrail və Türkiyə arasında MÜHARİBƏ riski artdı: Azərbaycan isə... - NƏ BAŞ VERİR?
Bu gün, 00:36 |
|
|
|
• Bəzi Qərb dairələrinin “qarın ağrısı” nədir? - COP29-a qarşı HİBRİD HÜCUMLAR
Dünən, 22:39 |
|
|
|
• "İçim parça parçadır"
Dünən, 22:34 |
|
|
|
• "Mahnını ilk eşidəndə oxumaq istəmədim..." - AUDİO
Dünən, 18:37 |
|
|
|
• Ukrayna xüsusi xidmət orqanları İsrail “Mossad”ından nümunə götürür - ARAŞDIRMA
Dünən, 18:35 |
|
|
|
• Doğrudanmı ruslar "əli qanlı" Stalinə pərəstiş edirlər? - “Möhkəm əl” axtarışı
Dünən, 18:33 |
|
|
|
• Qərb hərəkətə keçdi: 90-larda Bakını qarışdıran taktika işə düşür - NƏ BAŞ VERİR?
Dünən, 18:28 |
|
|
|
• Trampın Ukrayna ilə bağlı PLANI VAR - KİV
Dünən, 13:57 |
|
|
|
• Aqrar universitetdə rəsmən BAZAR AÇIBLAR... - "... əvvəlki rektorun ölənlərinə rəhmət oxuyurlar"
Dünən, 13:55 |
|
|
|
• Trampın gəlini ABŞ Senatına namizədliyini geri götürüb
Dünən, 13:22 |
|
|
|
• "Əməliyat etdirməyə gücümüz çatmır..." - Heydər Əliyev Fonduna MÜRACİƏT
Dünən, 13:19 |
|
|
|
• “Söz savaşına çıxsaydılar yaxşı olardı, xanımlara bunu yaraşdırmadım” - ETİRAZ
Dünən, 13:04 |
|
|
|
• Minimüharibə olacaq: ya məcburi, ya da… – Manukyan
Dünən, 12:39 |
|
|
|
• "Vörkşoplar regionlarda da gənclərin yararlanması üçün əlçatan olmalıdır" - deputat
Dünən, 12:37 |
|
|
|
• Azərbaycanın məşğulluq bazarında vəziyyət qadınların xeyrinə deyil - MALƏSƏF...
Dünən, 11:17 |
|
|
|
• Elə qəzəllər var idi ki, onları “oğurlayırdım”... - Xalq artisti ETİRAF ETDİ
Dünən, 11:15 |
|
|
|
• "Bizdə nə qədər problem olsa da... böyüklər heç vaxt bunu uşaqlara bildirməməlidir"
Dünən, 11:13 |
|
|
|
• Aişə əl-Dibs Azad Suriyanın ilk yüksək səviyyəli qadın məmur oldu
Dünən, 11:10 |
|
|
|
• Azərbaycan Prezidentinin bu səsini, çağırışlarını lazımınca qiymətləndirməyiblər - HƏQİQƏTƏN DƏ...
Dünən, 11:08 |
|
|
|
• Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Dünən, 09:25 |
|
|
|
• “Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Dünən, 09:19 |
|
|
|
• "Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Dünən, 09:09 |
|
|
|
• Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Dünən, 09:07 |
|
|
|
• Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Dünən, 09:03 |
|
|
|
• Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Dünən, 08:52 |
|
|
|
• “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Dünən, 08:47 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Dünən, 08:41 |
|
|
|
• Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Dünən, 08:37 |
|
|
|
• Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Dünən, 08:30 |
|
|
|
• Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Dünən, 08:28 |
|
|
|
• "Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Dünən, 08:23 |
|
|
|
• Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Dünən, 08:21 |
|
|
|
• Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Dünən, 08:19 |
|
|
|
• Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Dünən, 08:14 |
|
|
|
• “Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Dünən, 08:12 |
|
|
|
• Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Dünən, 08:09 |
|
|
|
• Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
21-12-2024, 20:22 |
|
|
|
• Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
21-12-2024, 20:19 |
|
|
|
• Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
21-12-2024, 18:00 |
|
|
|
• Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
21-12-2024, 17:56 |
|
|
|
• “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
21-12-2024, 17:53 |
|
|
|
• Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
21-12-2024, 17:48 |
|
|
|
• “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
21-12-2024, 17:46 |
|
|
|
• Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
21-12-2024, 17:43 |
|
|
|
• Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
21-12-2024, 17:43 |
|
|
|
• “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
21-12-2024, 16:31 |
|
|
|
• “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
21-12-2024, 15:10 |
|
|
|
• Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
21-12-2024, 15:02 |
|
|
|
|