DƏRSLİK RƏZALƏTİ SONA YAXINLAŞIR...
Tarix: 19-02-2013, 14:08 | Çap et
Əlövsət Osmanlı: “Bu gün təhsilimizdə fövqəladə vəziyyət elan olunmalı və bu böhrandan çıxış üçün yollar aranmalıdır”
DİA.AZ: - Xəbər verdiyimiz kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumtəhsil məktəblərinin 1-ci sinfi üçün dərsliklərin monitorinqini yekunlaşdırıb. Monitorinq nəticəsində bəlli olub ki, dərsliklərimiz, indiyədək bəzi təhsil mütəxəssislərinin də söylədiyi kimi, biabırçı gündədir. Xatırladırıq ki, “Azərbaycan dili-1” və “Riyaziyyat-1” dərslikləri haqqında TQDK-nın ekspert şurasının verdiyi son qərar həddən artıq sərt olub: “Bu dərsliklərin respublikanın ümumtəhsil məktəblərində istifadəsi məqsədəuyğun hesab edilmir və onlar yenidən hazırlanmalıdır”. Azərbaycan təhsilinin məzmunu ilə bağlı geniş və dərin tədqiqatları ilə hamımıza yaxşı tanış olan ekspert, riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı yaranmış acınacaqlı situasiya ilə bağlı DİA.AZ-a eksklüziv müsahibə verib. Onu oxucuların diqqətinə çatdırırıq.
– Əlövsət müəllim, neçə illərdir ki, ibtidai sinif dərsliklərinin yararsız olduğu barədə həyəcan təbili çalırdınız, amma kimsə bunu eşitmirdi. TQDK-nın monitorinqinin ilkin nəticəsi onu göstərdi ki, siz haqlısınız. İndi hansı hissləri keçirirsiniz? – Doğrusu, yaxşı hisslər keçirmirəm. İtirdiyimiz illərə, təhsillərinə haram qatılmış balalarımızın taleyinə görə çox heyifsilənirəm. Bir belə vaxtı itirib nəyinsə xatirinə yüz minlərlə şagirdin taleyi ilə oynamaqda, təfəkküründə qırıqlıq yaratmaqda, gələcəyini sual altına salmaqda məqsəd nə idi?! Görəsən, Təhsil Nazirliyində oturan bəzi üzdəniraq məmurlar tutduqları rəzil əməllərin nəticəsindən utanacaqlarmı? İndiyədək məni və digər həmkarlarımı qərəzçilikdə ittiham edənlər, haqqımızda hədyanlar yağdıranlar indi gedib papaqlarını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər ki, onların hikkələri, mənəm-mənəmlikləri dövlətə və millətə nəyə başa gəlib! Hesab edirəm ki, həmin adamların bu yaramaz əməlləri millətin genofonduna böyük zərbədir. Faciəyə baxın, 1-ci sinif üçün bir “Riyaziyyat” və bir “Azərbaycan dili” dərsliyi var, onlar da urvatsız gündə, el dili ilə desək, “kasıbın bir atı var, o da ayqır”. İnandırım sizi, başqa bir dövlətdə belə bir hadisə baş versəydi, oranın təhsil naziri çoxdan istefa vermişdi.
– “Məmurlar” deyirsiniz, bu işdə ən böyük suçu olanlar kimlərdir? – Bu adlar gizli deyil ki! Onlar haqqında az qala hər gün qəzetlərdə və saytlarda tənqidi yazılar dərc olunur. Bu rəzalətin “müəllifləri” ilk növbədə nazir Misir Mərdanov, dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, Dərslikləri Qiymətləndirmə Şurasının (DQŞ) sədri Elmina Kazımzadə, eləcə də həmin şuranın üzvləri və ekspertləridir. Amma onların əməllərini, sadəcə olaraq, “suç” sözü ilə ifadə etməyinizi qəbul edə bilmərəm. Fikrimcə, bu söz “xəyanət”, “cinayət”, “dövlətə və millətə qarşı düşmənçilik” ifadələri ilə əvəz olunsa, daha doğru olar. Əlbəttə, bu ifadələri ancaq ölkənin hüquq-mühafizə orqanları və məhkəmələri deyə bilərlər. Ona görə də gəlin gözləyək, yəqin ki, yaxın zamanlarda sular durulacaq...
– Daha kimləri günahkar hesab edirsiniz? – Təhsil Problemləri İnstitutunun direktoru Abdulla Mehrabovu və Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasovu.
– Onların günahı nədir? – Dərslik məsələsində Abdulla Mehrabovun hərəkəti, daha doğrusu, hərəkətsizliyi heç cür bağışlana bilməz. Çünki onun rəhbərlik etdiyi institut respublikamızda təhsilin məzmununun keşiyində duran əsas qurumdur. Bu mənada TPİ-ni Təhsil Nazirliyinin “beyin mərkəzi” də hesab etmək olar. Dərsliklərin urvatsız vəziyyətdə olduğunu məgər Abdulla Mehrabov görmürdü?! Nədən o, sinəsini qabağa verib demirdi: Ay qardaşlar, niyə təhsilimizin məzmununu eybəcərləşdirirsiniz, niyə onun kökünü qazıyırsınız, niyə yararsız dərsliklərlə fidan balalarımızın zehniyyətini korlayırsınız?! Halbuki bunları açıq və sərt şəkildə demək Mehrabovun vəzifə borcu idi. Ənvər Abbasovun günahı isə lap çoxdur. Bu acınacaqlı durumun yaranmasının əsas baiskarlarından biri də odur desəm, yəqin ki, yanılmaram. Çünki haqqında söhbət gedən yaramaz dərsliklər Ənvər Abbasov və uzun illərdir nazirlikdə lövbər salmış Aydın Əhmədovun kurikulum adı ilə millətə sırıdıqları sınıq-salxaq fənn standartları əsasında hazırlanıb. Standartların büyük bir hissəsi dərsliklərdə öz əksini tapmadığı halda, bu gün Ənvər Abbasov və onun bəzi əməkdaşları “təfsirçiliklə”, daha doğrusu, dərsliklərə “kurikuluma uyğunluq” donu geyindirməklə məşğuldurlar. Daha demirlər ki, ay balam, alayarımçıq kurikuluma “uyğun” dərsliklər başqa cür ola bilməz, belə də olmalıdır. Bu gün sizə deyirəm: Vaxt gələcək ki, Ənvər Abbasov və Aydın Əhmədovun “hay-küylü” kurikulumları da dərsliklər kimi təftiş olunacaq və onda görəcəyik ki, bu adamlar təhsilimizin başına hansı corabı hörüblər. Bu, çox da uzaqda deyil...
– Müəlliflərin adlarını çəkmədiniz, bu dərəcədə dəhşətli hadisəyə görə bəs onlar məsuliyyət daşımırlarmı? – İndiyədək adını çəkdiyim şəxslər törətdikləri əmələ görə hüquqi məsuliyyət daşıyırlar. Təbii ki, burada müəlliflərin də böyük günah payı var. Amma onlar hüquqi yox, mənəvi məsuliyyət daşıyırlar. Başqa sözlə, bu adamlar ancaq və ancaq cəmiyyət tərəfindən qınaq taxtasına oturdulmaqla cəzalandırıla bilərlər. Bilirsinizmi, hər kəs “dərslik” adında nəsə yaza bilər. Hətta müsabiqəyə “dərslik” əvəzinə boş qovluq da təqdim edə bilər. Bu, onun hüququdur. Biabırçı nəsnənin “dərslik” adı ilə çapına icazə vermək isə böyük bir cinayətdir. Ona görə də hesab edirəm ki, bu məsələdə müəlliflərin üzərinə çox getməyin anlamı yoxdur...
– Əlövsət müəllim, deyə bilərsinizmi, dərsliklərlə bağlı bu hadisələr nə vaxt və nədən başlayıb? – Bu hadisələrin tarixi Misir Mərdanovun təhsil naziri təyin olunduğu gündən başlayır. Ondan əvvəlki nazirlərdən hansı biri təhsilin məzmununa haram qatıb?! – Heç biri. Mərdanovdan sonra bu məsələ tamamilə qarışdı, çoxlu sayda dərslik dəllalları peyda oldu, elmdən və təhsildən uzaq bir çox insanlar dərslik müəlliflərinə çevrildilər. Hətta iş o həddə çatdı ki, Mərdanovun özü “dərsliklər kralı olmaq” sevdasına düşdü. Bu adamın hərisliyini bilən bəzi naşirlər və yazarlar hərəkətə gəldilər, öz işlərini irəli itələmək üçün onun adını dərsliklərə birinci müəllif kimi yazdılar. Mərdanovsa “əl əli yuyar, əl də üzü” prinsipilə bunun müqabilində onların “dərsliklərinə” yaşıl işıq yandırdı və özünü elə apardı ki, sanki bu, onun halal haqqıdır. Düşünmədi ki, bununla o, ölkəmizdə dərslik yazmaq ənənəsi yaratmaq əvəzinə, olan-qalanı da vurub dağıdır. Bu minvalla nazirimiz bütün sınırları aşaraq mizan-tərəzini pozdu, haqq-ədaləti gözləmədi, bütün ölçü-biçiləri itirdi. Hətta iş o dərəcəyə çatdı ki, o, “müəllifi” olduğu dərsliklərin adlarını və sayını unutdu...
– Bəlkə fikrinizə bir az aydınlıq gətirəsiniz... – Hamıya bəllidir ki, Mərdanov 3 sinfin – 1-ci, 5-ci və 6-cı siniflərin informatika dərsliklərinin müəllifi olub. Di gəl o, İTV-nin “Açıq dərs” proqramındakı məlum debat zamanı millətin gözü qarşısında israrla dedi: “Mən heç bir informatika dərsliyinin müəllifi deyiləm və heç zaman olmamışam”. Sözümə inanmırsınızsa, zəhmət çəkib internetdə yerləşdirilmiş videoçarxa baxın. Orada hər şeyi canlı görə və Mərdanovun öz dilindən eşidə bilərsiniz. (YouTube: Misir Mərdanov və Əlövsət Osmanlının çəkişməsi). Bu gün nə az, nə çox, düz 14 dərsliyin üzərində Misir Mərdanovun adı gedir. Yəqin ki, bu, dünya rekordudur. Şəxsən mən inana bilmərəm ki, kimsə bu qədər dərsliyin (!) müəllifi olsun. Ola bilməz, dünyada ikinci təhsil naziri tapılsın ki, 14 demirəm, bircə dərsliyin müəllifi olsun?! Təbii ki, burada söhbət nazir olarkən dərslik yazmaq mərəzindən gedir. Misir Mərdanov 2007-ci ildə nazirliyin tabeçiliyində DQŞ deyilən qondarma bir qurum yaratdı və cəmiyyət arasında belə fikir formalaşdırmağa çalışdı ki, guya bu qurum müstəqildir və ən yaxşı dərslikləri seçəcək. Sən demə, “DQŞ” oyununun arxasında bəzi bədəməllərin şəxsi maraqları dayanırmış. Bu gün dərsliklərin “seçimi” 11 üzvdən ibarət yedək qurum – DQŞ vasitəsilə həyata keçirilir. Xatırladıram ki, DQŞ-də “mən sənə, sən mənə” prinsipilə çalışan bu insanların bir çoxu dərslik müəllifidir... Görün, Mərdanovdan sonra müəlliflər siyahısına daha kimlər daxil oldu: nazirliyin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı, onun övladı Könül Faiq qızı Mahmudova, təhsilin idarəolunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov və b. Bugünkü dərslik müəlliflərimiz təhsil naziri, DQŞ üzvləri, nazirliyin şöbə müdirləri, onların dost-tanışları, qohum-əqrəbaları və övladlarıdır. İndi gəlin, düşünək: Bu müəllif heyətilə dərslik sahəsində yaxşı nəyəsə nail olmaq mümkündürmü?!
– Qayıdaq “Azərbaycan dili-1” və “Riyaziyyat-1” dərsliklərinə. TQDK-nın ekspert şurasının çıxardığı “Bu dərsliklərin istifadəsi məqsədəuyğun hesab edilmir” qərarı nə anlam daşıyır? Prosedur bundan sonra necə aparılacaq? – Bu haqda dəqiq bir söz deyə bilmərəm. Yəqin ki, son qərarı yuxarı instansiyalar verəcək. Hər halda, onu da nəzərə almaq lazımdır ki, TQDK hansısa bir ictimai qurum yox, nüfuzlu dövlət orqanıdır və o, ölkə rəhbərinin tapşırığı ilə monitorinqlərə başlayıb. Dərslik sahəsində düşdüyümüz acınacaqlı durumun bircə adı var: təhsildə böhran. Hesab edirəm ki, bu gün təhsilimizdə fövqəladə vəziyyət elan olunmalı və bu böhrandan çıxış üçün yollar aranmalıdır. Yoxsa, sabah vəziyyət daha da pis olacaq...
– Necə fikirləşirsiniz: TQDK-nın monitorinqi ilə Təhsil Nazirliyinin qiymətləndirməsi arasında, doğurdanmı, bu qədər diametral tərslik var? – Neçə illərdir açıq şəkildə söyləyir və yazıram ki, Təhsil Nazirliyində dərsliklər qiymətləndirilmir, sadəcə olaraq, qiymətləndirmə görsənişi yaradılır. Əgər doğrudan da qiymətləndirmə aparılırdısa, onda bir ildə dörd-beş dərslikdə Azərbaycanın Dövlət Bayrağının baş-ayaq, təhqiramiz şəkildə çapını niyə görən olmayıb?! Görüb tədbir qılmayıblarsa, onda cinayət törədiblər. – Əlövsət müəllim, digər dərsliklər necədir? TQDK-nın ekspert şurasının onlarla bağlı çıxardığı qərarlarla razısınızmı? – Doğrusu, onlar haqqında o qədər də məlumatlı deyiləm. Digər dərsliklər və onlarla bağlı rəy və qərarlarla tanış olduqdan sonra bu haqda söz deyə bilərəm...
– Son olaraq nazirliyin şöbə müdiri Faiq Şahbazlının “bu dərsliklərlə bağlı TQDK-nın qərarı qərəzlidir”fikrinə də münasibət bildirərdiniz... – Şahbazlı heç bir mənəvi diskomfort keçirmədən bu sözləri deyibsə, hesab edirəm ki, onun ciddi müayinəyə ehtiyacı var. Əgər bir adamda xəcalət hissi yoxdursa, ondan nə desən gözləmək olar. Mənə görə, bu gün Faiq Şahbazlının yeri Təhsil Nazirliyi deyil, tamam başqa yerdir. Yəqin ki, həmin yeri yaxın zamanlarda ona göstərəcəklər...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu münasibətlər zamanın sınağından keçib" - Razi Nurullayev
Bu gün, 11:38 |
|
|
|
• Palata UNEC-də yoxlama apardı - Nəticələr AÇIQLANDI
Bu gün, 11:33 |
|
|
|
• İrəvandan açıqlama: Zəngəzur dəhlizinə nəzarət... - KİV
Bu gün, 11:30 |
|
|
|
• KAPİTAL BANK-dan total narazılıq olsa da... - Nə dinləyən var... nə də həll edən...
Bu gün, 11:26 |
|
|
|
• Rusiya 2024-cü ildə İspaniyanın ikinci ən böyük qaz tədarükçüsü olub - “Enagás”
Bu gün, 11:09 |
|
|
|
• Prokuror gənc sevgilisini öldürən qadına AĞIR CƏZA İSTƏDİ
Bu gün, 11:04 |
|
|
|
• Yüz and iç ki, Azərbaycana qarşı ərazi iddiamız yoxdur... - FAKT... FAKTDIR!
Bu gün, 11:00 |
|
|
|
• “Veysəloğlu” 30 illik fəaliyyətini əks etdirən imic videosunu təqdim etdi - VİDEO
Bu gün, 10:56 |
|
|
|
• Tiktoker Müjgan Məmmədzadə polisə çağırılıb - "Guya ki..."
Bu gün, 10:54 |
|
|
|
• Putin nədən təyyarə faciəsinə görə Azərbaycan xalqından görüntülü üzr istəmədi?.. - ŞOK İDDİALAR...
Bu gün, 10:50 |
|
|
|
• ADNSU ilə bağlı qalmaqal davam edir - "Cümlə qura bilmir..."
Bu gün, 10:49 |
|
|
|
• İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sazişi 47 maddədən ibarətdir
Bu gün, 10:45 |
|
|
|
• Trampın keçmiş müşaviri Maskı Ağ Evdən qovacağını deyib
Bu gün, 10:41 |
|
|
|
• Azərbaycanlı Ukraynada itkin düşdü - FOTO
Bu gün, 10:39 |
|
|
|
• Elmar Məmmədyarovu səfir göndərmək istəyiblər: "Amma alınmadı” - özü AÇIQLADI
Bu gün, 10:37 |
|
|
|
• Samir Şərifovu Bayramovun qardaşı əvəzlədi - BUNDAN SONRA...
Bu gün, 10:34 |
|
|
|
• Putinə daha bir zərbə: bu ölkə Rusiyanı "satdı" - Müqavilələr LƏĞV EDİLİR
Bu gün, 10:32 |
|
|
|
• Nəzrinin ölümü ilə bağlı ŞOK DETALLAR üzə çıxdı - TƏFƏRRÜAT
Bu gün, 10:23 |
|
|
|
• Məhkəmə hakimi NECƏ GƏRGİNLİK YARADIR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 10:15 |
|
|
|
• Los-Ancelesdə Paşinyan və Alen Simonyanın da villaları yandı?.. - Erməni KİV
Bu gün, 10:11 |
|
|
|
• Rüşvət alan keçmiş məmur azadlığa çıxmaq istəyir - MƏHKƏMƏ
Bu gün, 10:09 |
|
|
|
• DAHA BİR OLAY: Həkimlərimizin BAŞI QAÇIB? - FOTOFAKT
Bu gün, 10:04 |
|
|
|
• Laçının 2 kəndinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Bu gün, 09:56 |
|
|
|
• İran parlamentinin nümayəndə heyəti İrəvandadır - KİV
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda qanun-manun hərləyən yoxdur... - ŞOK İTTİHAM
Bu gün, 09:45 |
|
|
|
• `GÖZƏGÖRÜNMƏZLƏR` `QEYB`DƏN QAYIDIR? - "...əsl konsert onda olardı"
Bu gün, 09:38 |
|
|
|
• Daha bir şirkət ölkədən pul çıxarıb - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Tramp Putinlə nə vaxt görüşəcək? - Vaşinqtondan açıqlama
Bu gün, 09:19 |
|
|
|
• Erməni səngərindən ağlasığmaz görüntü: bunu da etdilər - VİDEO
Bu gün, 09:14 |
|
|
|
• İlyas İsmayılovdan ağsaqqal məsləhəti... - "Lax yumurtalarla uğraşma!"
Bu gün, 09:12 |
|
|
|
• Rusiyadan bu torpaqları geri almaq mümkün deyil - ABŞ
Bu gün, 09:08 |
|
|
|
• “Rabitəbank”ın səhmdarlarına dividend, rəhbərliyinə mükafat ödəniləcək - TOPLANTI
Bu gün, 09:02 |
|
|
|
• Dəniz üzü görməyənlər niyə dəniz əmsalı ilə MAAŞ ALIR Kİ? - ETİRAZ VAR...
Bu gün, 08:57 |
|
|
|
• Bu halda işçilərin əmək hüquqları pozulur... - Ekspert danışır...
Bu gün, 08:38 |
|
|
|
• Müstəqillik tariximizin 20 Yanvar faciəsi - MƏQALƏ
Bu gün, 08:34 |
|
|
|
• Xalqımızın qan yaddaşı: 20 Yanvar... - İsrafil Kərimovun yazısı
Bu gün, 08:32 |
|
|
|
• Naxçıvanda kredit-mredit OYUNU - Bunun başqa ADI YOXDUR...
Bu gün, 08:30 |
|
|
|
• Ali Məhkəmənin Plenumundakı təlimatların məqsədi nədir? - BUNDAN SONRA...
Bu gün, 07:18 |
|
|
|
• Bu gün Köhnə Yeni ildir: - hansı ölkələr qeyd edir?
Bu gün, 07:08 |
|
|
|
• “Onlar özlərini dövlət kimi yox, quldur dəstəsi kimi aparırlar” - keçmiş nazir
Bu gün, 07:04 |
|
|
|
• Bu həftə onun da 'ulduzu sönəcək'... - İDDİA
Bu gün, 07:01 |
|
|
|
• Naxçıvanda mühüm posta TƏYİNAT GÖZLƏNİLİR...
Bu gün, 06:51 |
|
|
|
• Putin üçün həyəcan siqnalı... - səmimi xristianların qəzəbi püskürə bilər
Bu gün, 06:40 |
|
|
|
• "İstəyənin bir, verməyənin iki üzü qara... - Onsuz da verəcəm..."
Bu gün, 06:30 |
|
|
|
• Ermənistandakı silahlar kimə tuşlanacaq? - AKTUAL
Bu gün, 06:26 |
|
|
|
• İrəvan hərəkətə keçdi, Babayan qəzəbləndi - “Müharibə vaxtı NATO…”
Bu gün, 06:24 |
|
|
|
• Bakıda piyadanı maşınla vuran Nail Abdullayev vəzifəli şəxs imiş - TƏFƏRRÜAT
Bu gün, 06:21 |
|
|
|
• Yeni virusa yoluxanların 43 faizi ölür? - Professordan dünyanın gözlədiyi açıqlama
Bu gün, 00:25 |
|
|
|
• “Terrorsuz Türkiyə” və ya Suriyanın PKK-dan "təmizlənməsi" - NƏ BAŞ VERİR?
Bu gün, 00:19 |
|
|
|
• "Mən sənətdə olanda sən yox idin" - Efirdə mübahisə
Bu gün, 00:16 |
|
|
|
|