Əsəddən sonra Suriyanı nələr gözləyir? .....                     “Qanunla qadağandır, müraciət etsinlər” .....                     "Yaşamaq istəyirdi, amma..." .....                     Bu necə olur, Məmməd Abbasbəyli? .....                     Nazir xəstə heyvan məsələsindən necə yayınır? .....                     Göyçay sakini dərdini KİMƏ DESİN? .....                     “Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı .....                     Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə .....                     Estetik əməliyyatlar epidemiya şəklini alıb .....                     Azərbaycanda şirkət açmağın xərci nə qədərdir? .....                     Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? .....                     "Xoşbəxtəmsə, söhbət bağlanıb..." .....                     Pentaqon silahlanır .....                     Avtomobil bazarında bu maşına tələbat artdı... .....                     Xankəndidə “cızılan plan” Tiflisə yönəldi .....                     “Bunsuz sülh olmayacaq!” .....                     Makronun təşəbbüsü keçmədi .....                     Sülh heç üfüqdə də görünmür .....                     Üçtərəfli görüşdə fiasko: .....                     Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil .....                     Milli kimliyimizə təhlükə: .....                     “Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” .....                     Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək .....                     “4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” .....                     Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... .....                     Xaçmaza yeni polis rəisi təyin olunub .....                     “Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” .....                     “Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” .....                     Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər .....                     “Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” .....                     Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı .....                     Bəşər Əsədin həyat yoldaşının .....                     MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! .....                     Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur .....                     “Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” .....                     Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur .....                     Sement ixracı bu il Azərbaycana 48 milyon dollar .....                     Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi .....                     Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib .....                     "Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..." .....                 

KƏND İCRA NÜMAYƏNDƏSİNİN NAZİRYANA TALANI
Tarix: 15-01-2013, 09:52 | Çap et
KƏND İCRA NÜMAYƏNDƏSİNİN NAZİRYANA TALANI
BİLƏSUVARLI MÜƏLLİM BİR XIRDA MƏMURUN RÜŞVƏT DOSYASINI HAZIRLAYIB

DİA.AZ: - Biləsuvar rayon Ovçubərə kənd sakini , Ovçubərə kənd tam orta məktəbinin müəllimi, 2004-cü ildən Yeni Azərbaycan partiyasının üzvi Əmirov Rasim Əmirxan oğlu tərəfindən redaksiyamıza şikayət məktubu ünvanlanıb. Eyni zamanda dövlət başçısına və YAP rəhbərliyinə göndərilən məktubda yerli məmur özbaşınalığından giley-güzar edilir.

Təbii ki, biz redaksiya olaraq şikayətçilərin marağından çıxış edirik, amma qarşı tərəfin də mövqeyini ifadə haqqına da hörmətliyik. Amma bu məktubda bir maraqlı məqam xüsusi olaraq diqqətimizi çəkdi. Narazı vətəndaş bir icra məmurundan az qala bir korrupsioner məmur haqqında tutula biləcək dosya hazırlayıb. Bu da bizdə maraq oyatdı. Deməli, yeyinti üçün vəzifənin böyük və ya kiçik olması, mənimsəyəcəyin pulun miqdarı heç də əkəmiyyətli deyilmiş. DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir:

“Sizə bu məktubu yazmağa vadar edən səbəb yerli məmurların özbaşnalığı və dövlətə qarşı, partiyamıza qarşı onların qanunsuz hərəkətləridir. Sizə yaşadığım kəndin , Ovçubərə kənd İcra nümayəndəsi Ağadin Mikayılovun və əmisi oğlu, kənd icra nümayəndəsinin müavini Allahşükür Mikayılovun kənddə etdikləri çirkin əməlləri və onların saxtakarlıqları haqqında məlumat verəcəyəm.

Öncə Ağadin Mikayılovun etdiyib çirkin əməlləri və onun saxtakarlıqları haqqında

1. Ağadin Mikayılov cənab prezidentin, qanunverici orqanların verdiyi fərmanlara qarşı çıxır , əhaliyə kömək məqsədilə ayrılan yardımları saxta yollarla mənimsəyir. “Hüququnu bilməyən” sadə kənd sakinlərini yersiz əsasarla hədələyir, onları hüquq mühafizə orqanları ilə qorxudaraq məqsədlərinə çatmaq üçün hər cür yola əl atır. Vətəndaşlara verilən sənədlərə, arayışlara ,nigah vəsiqəsinə , təsərrüfatdan ayrılma, doğum haqqında şəhadətnamələrə , bir sözlə təyinatından asılı olmayaraq hər cür sənədə rüşvət alır. Pul verməyən şəxsləri get-gələ salır, heç kimə , heç nəyə məhəl qoymur.Bu əməlləri əmisi oğlu, müavini olan Allahşükür Mikayılovla birgə həyata keçirir.

2. Ağadin Mikayılov 2008-ci ildə əkinçilərə dövlət tərəfindən verilən yardımla əmisi oğlu, müavini olan Allahşükür Mikayılovun oğlu Mikayılov Nazimin ( bu şəxs hal-hazırda məhkum olunub, kənd sakini Səttar Həşimovun qatilidir.) adına bələdiyyənin 21 ha torpağına saxta müqavilə yazaraq torpaq üçün verilmiş 840 manat maddi vəsaiti alıb özü mənimsəmişdi. O vaxtı bu haqda dövlət inistansiyalarına məlumat verildi. Uzun müddətdən sonra 21 ha torpaq üçün verilmiş 840 azn pulun 810 manatını dövlət büdcəsinə əmisi oğlunun adına qaytardı, lakin barəsində heç bir tədbir görülmədi. Həmin sənədləri də sizə yollayıram.

3. Yenə də bəzi kənd sakinləri ilə əlbir olub ümumilikdə 16 ha əkilməmiş əkin sahəsi üçün 640 manat pul mənimsəmək istəmiş , ancaq vaxtında Azərbaycan Respublikası Maliyyə Nazirliyinə edilən müraciətə görə həmin pul plastik kartlara köçürülməmişdir. Öz çirkin məqsədlərinə çata bilməmişdir. Lakin barəsində heç bir ciddi tədbir görülməmişdir.

4. Ağadin Mikayılov hal – hazırda bələdiyyənin 2 ha torpağını 6 – 7 ildir əkir-biçir , heç bir ödəniş ödəmir. Deyirki mən İcra nümayəndəsiyəm. Ağadin Mikayılov pay torpağının vergisini də verməkdən imtina edir. Bundan başqa qohum əqrəbasını da vergi ödəməkdən yayındırır.

5. Kəndimizdə dövlət tərəfindən su təmizləmə qurğusu inşa edilmişdir, və təmiz su kranlar vasitəsi ilə kənddəki evlərə verilir. Ağadin Mikayılov bu işi yerinə yetirənlərində “saqqızını oğurlayıb” öz evinə şəxsi su kranı çəkdirmişdi. Evinin ətrafında olan kranlara su getmir, su onun “xidmətində” dururdu. Camaatın şikayətindən sonra oraya aidiyyatı orqanlar tərəfindən baxış keçirilmiş , həmin krana suyun verilməsi dayandırılmış, bu cinayətdə ört –basdır edilmişdir.

6. Ağadin Mikayılovun qardaşları Mikayılov Əlifağa və Əyyub hər biri bələdiyyənin 0,5 ha torpağını qanunsuz zəbt etmişlər. Orada heç bir sənədləri olmadan tikinti işləri aparmışlar. Kəndimizdə həyətyanı torpağın gənc ailələrə verilməsi problem olduğu bir vaxtda 1 ha yaxın bələdiyyənin prespektivdə olan həyətyanı torpağını mənimsəyiblər. Onlar qardaşları Ağadin Mikayılova arxalanıb həmin torpağı rahatlıqla əkib -becərirlər. Əgər mənim aldığım həyətyanı torpaq sahəsi qanunsuzdursa onda buna nə ad vermək

olar? Əgər qanuni verilən torpaqdırsa elə mənə də buradan ev tikmək üçün torpaq verilsin. Kəndimizdə 20 -ə yaxın evdə qanunsuz tikinti işi gedir. Bəs Ağadin Mikayılov bu tikinti işlərinin niyə dayandırmır?

7. Mən vətənə olan əsgəri borcumu döyüş bölgəsində yerinə yetirmişəm. Ora da xidmət edərkən səhətimdə problemlər yaranıb, bir balaca soyuq olan kimi ayaqlarım baldırdan aşağı keyir, böyrəklərim kəskin ağrı verir. İmkansızlıqdan mən özümü müalicə etdirə bilmirəm. Buna baxmayaraq hər zaman vətənimizin , xalqımızın , dövlətimizin , rəhbərimizin keşiyində durmağa həmişə hazıram. Bu yolda canımı belə əsirgəmərəm. Amma çox təəssüf ki, Ağadin Mikayılov kimi insanlar hansı əsasla öz övladına saxta xəstəlik sənədi düzəltdirib hərbi xidmətdən yayındırır, möhlət hüququ alır? Məmur balasının sadə vətəndaşlardan axı nəyi artıqdır? Vətənin dar günündə məmur balası evində kef eləməli, kasıb –sadə insanlar canla başla vətənə xidmət etməlidirlər.... Bu insan özüdə hərbi xidmətdə olmayıb, özü kimi oğlunu da yetişdirir. Vətənə qarşı olan xidməti borcu elə birinci özü pozur. Vətənpərvərlik və fədakarlıq hissini cəmiyyət arasında gözdən salır, milli ruhu qəlbimizdə öldürür. Mənə və kənd camaatına zülüm edərək kənddə öz bildiyini edir. İcra nümayəndəsi olanda elə salahiyyətləri aşıb nə bilirsə etməlidi ?

Sabah vətən uğrunda müharibə başlasa , biz vətənin keşiyini , xalqın qeyrətini çəkmək üçün hərbə getsək , Ağadin Mikayılov özü və övladları hərbi xidmətdən yayınsa, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində yerli kolxoz sədrləri kimi qız-gəlinlərə təcavüz etməkdən belə çəkinməz, yeni yararsız nəsil əmələ gətirər. İkinci dəfə “Tütək səsi” filmini çəkməyə ehtiyac yaranar. Çünki belə ruhsuz insandan nə desən gözləmək olar. Onun əgər işini tam və əsaslı şəkildə yoxlasanız bu gündə öz çirkin əməllərlə məşğul olmasını görərsiniz. Başa düşə bilmirəm belə saxtarkarlıq edən şəxs dövlət qulluğunda necə işləyir. 1700-dən artıq əhalisi olan bir kəndin talehi belə bir insana tapşırılıb ancaq onun bizə zülüm etməkdən başqa heç bir funksiyası yoxdur.

8. Bələdiyyənin maddi vəsaiti ilə kəndimizdə Heydər Əliyev adına istirahət məqsədilə park salınması nəzərdə tutulmuşdu. Bu işə kənd icra nümayəndəsi Ağadin Mikayılov başçılıq edirdi. O, isə həmin parkın kənarları üçün çəkiləcək turba və setkasını özbaşına əmisi oğluna sataraq pulunu mənimsəmişdir. Şikayət olunduqdan sonra yerinə bərpa etmişdir. Bu gün də həmin parkda kənd sakinlərindən pul alaraq mal-qara otartdırır. Parkın görüntüsü yiyəsiz xarabalığı xatırladır.

Əbədi və əzəli rəhbərimiz, ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti qarşısında biz ziyalılar, sadə insanlar baş əyir , mübarək adını eşidəndə belə ehtiramla yad edirik. Bu məsələ bəlkəm də kimlərəsə adi gələ bilər. Düzdür , bu məsələ haqqında bir neçə dəfə şikayətlər , müraciətlər edilməsinə baxmayaraq “Ağadinpərəstlər” tərəfindən “qəribçiliyə” salınmış , heç bir əməli tədbir görülməmişdir. Ancaq bu məsələ məni, 2004-cü ildən bəri ailəlikcə YAP –ın üzvü olan , HEYDƏR ƏLİYEV şəxsiyyəti qarşısında baş əyən bir gənc müəllimi çox narahat edir , hiddətləndirir. Canı , qanı, büsbütün varlığı ilə öz xalqına bağlı olan , ömrünü xalqına həsr edən, sadə vətəndaşların ürək dostu , arxası, dayağı, güvənc yeri, analoqu olmayan dahi bir şəxsiyyətin adından istifadə edərək belə bir cinayəti törədən insan başa düşə bilmirəm necə sərbəst gəzir, ona qarşı heç bir inzibati tədbir görülmür?

9. Ağadin Mikayılov bir vaxtlar özü iş axtaranda dövlət orqanlarına müraciət edərək demişdir; “ Mənə ya vəzifə verin , ya da İrandan , Ermənistandan siyasi sığınacaq istəyəcəm”... Bu adamın siyasi baxışlarını yoxlamadan onu Yeni Azərbaycan Partiyasının sıralarına qəbul etmiş , onu Ovçubərə kənd icra nümayəndəsi vəzifəsinə sədr seçmişlər. Ağadin Mikayılov Yeni Azərbaycan Partiyasına üzv olmamışdan qabaq bir neçə müxalifət partiyasının üzvi olmuşdur. Sovetlər birliyi zamanı onu kommunist partiyasının üzvliyinə yaxın buraxmamışlar. Çünki hamı onu qarayaxa, siyasi savadı olmayan, hamını şərləyən , söyüşcül, əqidəsiz, satqın adam kimi tanıyırdılar. Hamı belə bir adamın prezidentin nümayəndəsi olmasına təəcüb edir. Öz qohum- əqrabası belə

onun əlindən cana-boğaza yığılıb. Ağadin Mikayılov seçildiyi vəzifəyə qədər müxalifətçi olub , heç bir seçkidə iştirak etməyib.

Bu gün Ağadin Mikayılov partiya və vəzifə vəhdətindən istifadə edərək öz bildiyini edir, ondan edilən şikayətlərə və müraciətlərə baxılmır. Belə bir insan İqtidar partiyası olan YAP-na və dövlətin nüfuzuna xələl gətirmirmi? Belə bir adam cəzasız və partiya sıralarında qalanda mən umudsuz olur və xəcalət çəkirəm.... .

10. Bu yaxınlarda məktəbimizin direktorunu çağırıb məktəb üçün təmir , yanacaq və dəftərxana xərclərinin saxta yolla şişirdilmiş məbləğə imza etdirib , sildirmək istəmiş, direktor Mənsurə xanım isə bu sənədi imza etməmiş, ona etiraz etmişdir. Bu məbləğ təxminən 2000 azn təşkil edirmiş. Sonra Ağadin məktəbə , biz müəllimlərə yersiz təzyiq etməyə başladı. Məsələ ilə bağlı icra aparatına müraciət etdik. O bu hərəkətinin yersiz olduğunu bilib , başqa yolla direktora təsir etməkdədirki o sənədlərə imza etdirsin....

11. Ağadin Mikayılov 1999-cü ildə Ovçubərə kənd bələdiyyəsinin üzvü seçilmişdir. O bələdiyyə üzvüləri ilə yanaşı kənd caamatı ilə düzgün rəftar etmədiyi üçün dəfələrlə bələdiyyənin iclaslarında şiddətli töhmət almış

12. 2011-ci ildə kənd sakinlərini narazı saldığı və qanunsuz işlər gördüyü üçün Biləsuvar rayonu İcra hakimiyyəti tərəfindən şiddətli töhmət almışdır. İşlərində və öz davranışında dönüş yaratmaq üçün ona 3 ay müddətə vaxt verilmişdir. Buna baxmayaraq o yenədə , bu gündə öz çirkin əməllərini davam etdirir. Fəxrlə deyirki mənim prezident aparatında , Milli Məclisdə “adamım” var. Mənə heç kim heçnə edə bilməz. Hara yazsanız onsuzda inzibati orqanların zibil yeşiyinə düşəcək. Belə səviyyəsiz söhbətlərə inanmıram. Ancaq tədbir görülməyəndə qınamayın məni şübhə qalmır...

Hörmətli dövlət rəsmiləri bu şəxsin qanunsuz işlərini saymaqla qurtarmaq olmaz. Başa düşə bilmirəm belə saxtarkarlıq edən şəxs dövlət qulluğunda necə işləyir....

İndi də Ovçubərə kənd icra nümayəndəsi Ağadin Mikayılovun əmisi oğlu, kənd icra nümayəndəsinin müavini Allahşükür Mikayılovun etdiyi çirkin əməlləri və onun saxtakarlıqları haqqında

1. Birinci növbədə bu insan əmisi oğlu ,kənd icra nümayəndəsi Ağadin Mikayılovun etdikləri çirkin əməllərin və saxtakarlıqların əksəriyyətinə şərikdir. Onlar bu əməlləri birləşərək həyata keçirirlər. Mən baş aça bilmirəm rayon rəhbərliyi bu iki əlbir olan rüşvətxor və cinayətkar insanı bir yerdə necə işlədir. Mən özüm neçə dəfə bunun şahidi olmuşam. Bir arayış , sənəd alanda Allahşükür deyirki sənədə pul verməsəniz Ağadin sənədə imza edib möhür vurmayacaq. O hər gün işin sonunda yazılan sənədlərə görə tərtib edilmiş qeydiyyat kitabına baxır və məndən hər sənədə görə bəlli olan məbləği tələb edir. Ona görə yaxşı olar ki , elə qabaqcadan pulunu ver, yazıb , imza və möhür vurduqdan sonra gəlib götürərsiniz. Bu sənədlər yuxarıda göstərdiyim kimi bir neçə bölməyə ayrılır. Dövlət tərəfindən əkinçilərə verilən yardımın alınmasına görə torpaq sənədinə 2 azn, hər arayışa görə azı 1 azn pul alınır. Sosial yardıma görə verilən sənədlərin “asanlıq-çətinlik” dərəcəsinə görə ən azı 10 azn haqq alınır. Hələ nigah və doğum şəhadətnaməsini demirəm. Bunun xüsusi “şirinliyi” var. Bəli rüşvətxorluqları ən azı elə buradan görünür.

2. Onun vəzifə səlahiyyətlərindən istifadə edərək şəxsi mənfəətləri haqqında məlumat verəcəm. Kənd bələdiyyəsinin neçə illərdi ki rəhbərləri ilə əlbir olub prespektivdə olan torpaqların bəlli bir hissəsindən həm təsərrüfat və əkin məqsədilə istifadə edir. Kənddə bunlardan başqa insanlar yoxdurmu? Necə olurki Ağadinlə , Allahşükür ancaq bələdiyyənin perspektiv torpaqlarını əkir? Bəyəm bunlar göydən düşüblər. Toxunulmaz və müqəddəsdilər?

Bununla yanaşı keçmiş məktəb binasının ərazisinin torpaq sahəsini və yardımçı binasının əksər hissəsini iki oğlu və qızı üçün yaşayış yerinə çevirmiş, həmin ərazinin qalan hissəsini də digər qohumları bölüşmüşlər. Mən bu gün Azərbaycan müəllimi olaraq bir daxma da can çəkişirəm. Belə insanlar isə səlahiyyət və “dayılarından , pullarından” istifadə edib hər şeyi kənddə mənimsəyirlər.

3. Keçmiş kolxozun Mahmudçala qoruğuna yaxın olan qoyunçuluq fermasını da özəlləşdirib əllinə keçirib. Orada heyvandarlıqdan başqa qoruqdan küllü miqdarda qanunsuz ov edərək pul qazanırlar. El arasında Qədi adı ilə tanınan oğlu məşhur “quşqıran “ adı ilə də tanınır. Qırmızı kitaba düşən Qızıl qazı, Qu quşunu və s. quşları qış vaxtlarında qırır, dəyər –dəyməzinə satıb var-dövlət toplayırlar. İcra nümayəndəsi olan Ağadin Mikayılov mənim sənədləri alıb qanun çərçivəsində görmək istədiyim ev tikintisinə mane olduğu, beton-özül işini yarımçıq qoyduğu halda onun oğlanları ikimərtəbə evi sərbəst şəkildə tikirlər. Kredit pulla aldığım tikinti materialı – sement qarışdırılmış tutulmamış beton gur payız-qış yağışı, qarı altda qalaraq zay olur. Mənə maddi ziyan dəyir. Bu əməlləri ilə fəxr edib ləzzət alan Ağadin məgər bunları görmürmü??? Mən isə iki körpəmlə , ailəmlə belə getsə hələ bir neçə ildə yerindən su çıxan bir daxmada can çəkişməli , ziyan olmuş kredit pulu ödəməli olacam. Bu əhval-ruhiyyə ilə canımı dişimə tutub , o gözəl , qəlbi saf olan , vətənə layiqli , savad ,elm qazanmağa can atan şagirdlərimə əsl reallıqları deyə bilməyib idealogiya təbliğ edəcəyəm.... çox heyf, çox heyf. Azərbaycan müəllimi atəşkəs dövründə , əmin –amanlıq dövründə yerli məmurun yersiz “qanunbazlığına” tuş gəlib öz vətənində , öz yerində didərginə çevrilir.

4. Allahşükür Mikayılovun oğlu Mikayılov Nazim elə əvvəldən qanunsuz işlərlə məşğul olub. Yuxarıda göstərilən saxta torpaq müqaviləsini onun adına yazıb dövlət büdcəsindən maddi vəsait əldə ediblər. Hər zaman evlərində odlu silah saxlayıblar. Bunlar azmış kimi sonda 2011-ci il dekabrın 14-də Billəsuvarın Ovçubərə kənd sakini Həşimov Səttar Həşim oğlunu da həmin silahla güllələyib. Yaralı rayon xəstəxanasına gətirilib və 13 gündən sonra Bakıda Respublika Kliniki Xəstəxanasında keçinib. Mərhumun qatili olan Nazimə isə bu yaxınlarda məhkəmə tərəfindən .”Adamları və pulları”-nın hesabına 1 il 6 ay həbs cəzası verilib. Acı həqiqətdirki bu gün cinayətkarın atası olan Allahşükür kəndimizdə Yeni Azərbaycan Partıyasının sədri, icra nümayəndəsinin müavini vəzifəsini yerinə yetirir. Tükünü belə darağa verməyib, vicdan əzabı çəkməyib dövlət qulluğunda, saf-təmiz olan iqtidar partiyasının sıralarında fəaliyyət göstərir, altdan-altdan əmisi oğlu ilə birləşərək bizim kimi sadə vətəndaşlara zülüm edirlər.

5. Bu iki cinayətkar insanın – Ağadin və Allahşükür Mikayılovların özlərinin və qohumlarının övladları da hərbi xidmətdən yayınırlar. Mikayılov Cəlil Ağadin oğlu, Mikayılov Kənan Allahşükür oğlu hərbi xidmətdən pul gücünə yayınırlar.

* Bu gün dövlətimiz, xalqımız müharibə şəraitində, müvəqqəti atəşkəs dövründə yaşayır. Hər bir zaman müharibənin başlanması labüddür. Biz düşmən tapdağı altında olan vətən torpaqlarını başda ali baş komandanımız İlham Əliyev cənabları olmaqla ümumxalq birliyi ilə xilas etməyə çalışırıq. Bu yolda dünyəvi siyasətdə öz sözümüzü deməyə çalışır , haqlı tərəf olduğumuzu isbat edirlk. Bunula bərabər hər birimiz vətənə layiqli vətəndaş olaraq canla-başla çalışmalıyıq.

* Bu gün dövlətimiz savadlı , ziyalı, vətənə layiq kadrlar hazırlayırki gənclərimiz vətənpərvər ruhda yetişsin. Vətənin ağır günündə , çətin anında canından belə keçməli olsa ərazi bütövlüyümüzü , varlığımızı qoruyub saxlayaq. Mən də öz növbəmdə müəllim olaraq gənc nəslə , şagirdlərimə ana vətənin müqəddəs , vətən torpağının bölüməz olduğunu söyləyirəm. Savadlı , bilikli , vətənpərvər olub ulu əcdadlarımızdan bizə miras qalan vətən torpağını qorumağı tövsiyyə edirəm, dövlətimizə , xalqımıza xidmət etməyi təbliğ edirəm.

Mən özüm də vətənə olan əsgəri borcumu döyüş bölgəsində yerinə yetirmişəm. Ora da xidmət edərkən səhətimdə problemlər yaranıb, bir balaca soyuq olan kimi ayaqlarım baldırdan aşağı keyir, böyrəklərim kəskin ağrı verir. İmkansızlıqdan mən özümü müalicə etdirə bilmirəm. Buna baxmayaraq hər zaman vətənimizin , xalqımızın , dövlətimizin , rəhbərimizin keşiyində durmağa həmişə hazıram. Bu yolda canımı belə əsirgəmərəm.

Amma çox təəssüf ki, Ağadin Mikayılov və Allahşükür Mikayılov kimi insanlar vəzifə səlahiyyətlərindən istifadə edib hansı əsasla öz övladları Mikayılov Cəlil və Mikayılov Kənana saxta xəstəlik sənədi düzəltdirib hərbi xidmətdən yayındırır, möhlət hüququ alır?

Məmur balaların sadə vətəndaşlardan axı nəyi artıqdır? Ağadin çox vaxt da söyləyirki oğlumu xərc çəkib saxlatdırmışam. Hüquqşunas etdirəcəyəm. Vətənə xidmət etməyən, hərbi xidmət çəkməyə can çəkən , Vətənin dar günündə bu müqəddəs borcdan boyun qaçıran bir insan və onun valideyni necə vicdan əzabı çəkməyir başa düşə bilmirəm. Hətta hüquqşünas olmaq istəyir .... Belə hüquqşunanslarımız idiki 20% torpaqlarımızı satdılar. Hansı əsasla belə insanlar gelecekde hüquqlarımızı qoruya bilərlər. Bu insanlar fürsət düşən kimi öz nankor xislətlərini biruzə verib, çirkin əməllərlə məşğul olacaqlar.

Gəlin açıq danışaq, məmur balası evində kef eləməli, gələcək kariyerasını qurmalı , kasıb –sadə insanların övladları canla başla vətənə xidmət etməldirlər? Deyin görum bu hansı kitabda, hansı qanunda yazılıb. Bəyənmədiyimiz Sovet dönəmində II dünya müharibəsində Stalin kimi insan belə oğlunu xidmətə yollamış, faşistlərə əsir düşən oğlun alman generalına dəyişməyib demişdir: “Bir generalı bir əsgərə dəyişmək olmaz, o övlad mənim övladım olsa belə...Mənim övladım olsa da belə o vətən üçün sıradan bir əsgərdir.”

Ağadin Mikayılov özüdə hərbi xidmətdə olmayıb, özü kimi övlad da yetişdirir. Vətənə qarşı olan xidməti borcu elə birinci özü pozur. Vətənpərvərlik və fədakarlıq hissini cəmiyyət arasında gözdən salır, milli ruhu qəlbimizdə öldürür. Bu gün cəmiyyət arasında , məktəbdə gənc nəsilə milli vətənpərvərlik ruhunda təbliğat aparanda bunları bizə şagirdlərimiz, gənc nəslin nümayəndələri göz dağı kimi göstərir. “Müəllim, bizə idealogiya yox, reallığı söylə” deyirlər. Bax bu vaxt aciz qalıb qanunlarımızın tətbiqindəki boşluqları görürsən. Şəhid atasının övlad qəhrindən beli bükülür, belə məmurlar isə övladlarına sadə insanların haqqını tapdayıb saxta işlərlə qurduğu karyeraya və gələcək xoşbəxtliyə baxıb fərəh və qurur hissi keçirirlər. İcra nümayəndəsi Ağadin Mikayılov kimi insanlar salahiyyətləri aşıb nə bilirsə etməlidirlər ? Belə bir insanın övladını əzizləyib xidmətdən yayındıran orqanlar nə düşünürlər, bilmirəm. Ölkəmizin , dövlətimizin qanunlarına əsasən hər bir kişi vətəndaş vətənə həqiqi hərbi xidmət etməlidir.

Belə bir hal yolverilməz və qəbuledilməzdir. Buna baxmayaraq onlar yenədə , bu gündə öz çirkin əməllərini davam etdirməkdədirlər. Başa düşə bilmirəm belə saxtarkarlıq edən şəxslər dövlət qulluğunda necə işləyir. Xahiş edirəm komissiya yaradılsın, Ağadin Mikayılov və Allahşükür Mikayılovun çirkin əməlləri aşkar edilsin. Bu məktubu oxuduqdan sonra bu insanlar haqqında ölçü götürməyinizi xahiş edirəm. Onların partiyada və vəzifədə qalması qəbuledilməzdir".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əsəddən sonra Suriyanı nələr gözləyir? - ARAŞDIRMA
Bu gün, 09:25
“Qanunla qadağandır, müraciət etsinlər” - 35 yaşla bağlı problem
Bu gün, 09:19
"Yaşamaq istəyirdi, amma..." - Vəfat edən aktyorun xanımından açıqlama
Bu gün, 09:09
Bu necə olur, Məmməd Abbasbəyli? - Riskli vergi ödəyicisi, vergi borcu olan “İnpeks.N” MMC tenderdə qalib seçilib
Bu gün, 09:07
Nazir xəstə heyvan məsələsindən necə yayınır? - İLGİNC GƏLİŞMƏ
Bu gün, 09:03
Göyçay sakini dərdini KİMƏ DESİN? - VİDEO
Bu gün, 08:52
“Nar” və “NETTY” ölkənin ən yaxşı rəqəmsal təşəbbüslərini mükafatlandırdı - FOTO
Bu gün, 08:47
Azərbaycana qarşı qarayaxma: Qaz uğrunda geosiyasi mübarizə - NƏ ETMƏLİ?
Bu gün, 08:41
Estetik əməliyyatlar epidemiya şəklini alıb - Qazanan yalnız plastik cərrahlardır
Bu gün, 08:37
Azərbaycanda şirkət açmağın xərci nə qədərdir?
Bu gün, 08:30
Feministlərin “xaç anası”nı Emin Əmrullayevlə nə bağlayır? - 700 min, nazirlik, vəzifə…
Bu gün, 08:28
"Xoşbəxtəmsə, söhbət bağlanıb..."
Bu gün, 08:23
Pentaqon silahlanır - 12 milyarda 145 ədəd “F-35” sifariş verib
Bu gün, 08:21
Avtomobil bazarında bu maşına tələbat artdı... - "Dəmir tabutlar"ın bahalaşma səbəbi budur...
Bu gün, 08:19
Xankəndidə “cızılan plan” Tiflisə yönəldi - Bakı 4 tərəfli hədəfdə
Bu gün, 08:14
“Bunsuz sülh olmayacaq!” - FAKT BUDUR!
Bu gün, 08:12
Makronun təşəbbüsü keçmədi - AB liderləri razılaşmır
Bu gün, 08:09
Sülh heç üfüqdə də görünmür - Azərbaycan və Ermənistan liderləri o zaman masaya oturacaqlar ki....
Dünən, 20:22
Üçtərəfli görüşdə fiasko: - Son plan işə düşdü, o ərazilər vurulacaq
Dünən, 20:19
Simvolik məbləğ: artan əmək haqqımız sevindirici deyil - FAKT BUDUR!
Dünən, 18:00
Milli kimliyimizə təhlükə: - Öz dilində danışmağı ar bilən, fasonlu ədəbazlar...
Dünən, 17:56
“Məktəb məsələsində hər kəs diqqətli olmalıdır” - deputat
Dünən, 17:53
Ermənistanı Maskın “Starlink”i də xilas etməyəcək – İrəvanın 2025 dilemması
Dünən, 17:48
“4 ildir Şuşada işləsəm də, müavinət ala bilmirəm...” - GİLEY
Dünən, 17:46
Naxçıvanda ÇÖRƏK BÖHRANI: İşçilər tətil edir... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 17:43
Xaçmaza yeni polis rəisi təyin olunub - ƏMR
Dünən, 17:43
“Bu məsələ nəzarətdə saxlanılmalıdır, çünki böyükməkdə olan nəsil...” - Misir Mərdanov
Dünən, 16:31
“Müəllimlər İnstitutunun açılması yanlış təşəbbüs idi...” - MÜTƏXƏSSİS
Dünən, 15:10
Canilərə ən ağır cəza tələbi: terrorçuların mühakiməsindən gözləntilər - AKTUAL
Dünən, 15:02
“Paşinyan ictimaiyyəti aldatmaq, sülh prosesini uzatmaq üçün...” - ŞƏRH
Dünən, 15:00
Yeni il qabağı SEVİNDİRİCİ XƏBƏR açıqlandı - Artım ikirəqəmli OLACAQ
Dünən, 14:58
Bəşər Əsədin həyat yoldaşının Moskvada xərçəngdən müalicəsi başlayıb
Dünən, 13:01
MAHMUDOVLARI VİDEOKONFRANSLA DİNDİRİBLƏR! - Eldar Mahmudovun övladlarının 60 obyekti ilə bağlı cinayət işi
Dünən, 12:57
Paşinyan Makronu iki il ərzində 5-ci dəfə Ermənistana dəvət etsə də, səfər baş tutmur - KİV
Dünən, 12:50
“Baha getmək üçün soyunmaq lazımdır, kaş ki...” - Mənzurə Musayeva
Dünən, 12:26
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur - deputat
Dünən, 12:22
Sement ixracı bu il Azərbaycana 48 milyon dollar - GƏLİR GƏTİRİB
Dünən, 12:12
Polkovnik-leytenantın 14 yaşlı qızı Türkiyədə vəfat etdi
Dünən, 12:07
Tokayev milli iqtisadiyyat nazirini vəzifəsindən azad edib
Dünən, 12:03
"Vəsiyyət etmişəm ki, vida mərasimində məni aparanda..."
Dünən, 11:48
Axşam.az 12 yaşında!
Dünən, 11:47
27 il talayasan... VƏ CƏZASIZ QALASAN... - ƏFSUS!!!
Dünən, 11:42
“LukOyl” benzin əvəzinə su satır? - VİDEOFAKT
Dünən, 11:34
Rəsul Rzanın ev muzeyini hostelə çeviriblər? – Oğlu danışdı
Dünən, 11:27
İkinci şərt aradan qalxdı: Sülh üçün son tələb qaldı - GƏLİŞMƏ
Dünən, 11:25
Ağdaşda torpaqlar qanunsuz satılır, vətəndaşa gəlincə isə... - GİLEY
Dünən, 11:20
Rusiyanı, Türkiyəni, İranı gözardı edənlərin axmaq planı - ŞƏRH
Dünən, 11:02
ABŞ Senatı büdcə haqqında qanun layihəsini gecikmə ilə qəbul edib - PRİME
Dünən, 11:00
Rus general Bakı və İrəvana nəyin mesajını verir? - İNCƏLƏMƏ
Dünən, 10:48
Bank kart kodlarını naməlum şəxslərə verməyin - DİN-dən ÇAĞIRIŞ
Dünən, 10:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru