"ƏL ATDIM SAÇINA, ƏLİM BOĞAZINA KEÇDİ"
Tarix: 23-11-2012, 09:37 | Çap et
"ONU ŞEYTANIN AYAĞINA YAZARDIM"Aktyor cəmiyyətin güzgüsüdür. O, ifa etdiyi hər bir obrazda həyatdakı prototipləri canlandırır. Komik aktyor cəmiyyətin gülünc simasını gülməli boyalarla elə cəmiyyətin özünə çatdırır. O güldürür, hamı isə gülür. Görəsən biz nəyə və kimə gülürük?
Əməkdar artist Nahidə Orucovanın həyat yoluna nəzər salmaqla bu və digər suallara cavab tapmağa çalışacağıq.
- Özünüz haqda məlumat verərdiniz...
- Mən Nahidə Orucova 1961-ci ildə Füzuli rayonunda anadan olmuşam. Anam türkanlı qızı olub. Ailədə üç uşağıq - iki bacı, bir qardaş. Otuz üç ildi bu sənətdəyəm. Əməkdar artistəm.
- Necə oldu ki, bu sənəti seçdiniz?
- Mənim bacım kamança ifaçısı olub, ailə qurandan sonra müəllimə kimi fəaliyyət göstərib. Rəhmətlik İslam Rzayevin ansamblında çıxış edirdi. Çox vaxt tədbirlərə, konsertlərə onunla gedirdim. Bir gün bir tədbir idi, dedilər ki, aparıcı gəlməyib, nəsə olub. Konsertin də başlamağına az qalmışdı. Mənə dedilər ki, nə var, vərəqi verərik, çıxıb üzündən oxuyarsan. Mən də çıxdım oxudum, çox gözəl alındı. Sonralar bir-iki dəfə tədbirlərdə çıxış etdim. Aparıcı kimi mənə qarşı yavaş-yavaş maraq artdı. Sənədlərimi İncəsənət Universitetinə verdim, qəbul oldum və 1979-cu ildən bu sənətdəyəm.
- Bəs ailədə necə qarşıladılar sizin bu sənətə gəlməyinizi?
- Sözün düzü, anam həmişə deyirdi ki, istəyirəm birinci qızım Konservatoriyanı bitirsin, ikinci qızım ADU-nu bitirsin. Hər şey Allahın əlindədir. Mən hüquqşünas olmaq istəyirdim. Qismət. Atamın dostu var idi, həmişə ondan özümə aid kitablar istəyirdim, mütaliə edirdim. Çox maraqlanırdım hüququ məsləhətlərlə. Elə oldu ki, birdən fikrimdən daşındım.
- Mümkünsə, uşaqlıq xatirələrindən danışın.
- Uşaqlıqda ortancıl olduğuma görə məni çox ərköyün böyüdüblər. İki bacı, bir qardaş olmuşuq. Qardaşım on ildən sonra dünyaya gəlib. Məni atam oğlan kimi böyüdüb. Atam böyük layihələrdə işləyirdi. Çox yerlərə gedəndə həmişə məni özüylə aparırdı. Balığa, ova da aparırdı. Atam barıtı doldururdu, mənə verirdi. Mən özüm çox gözəl tir atıram, bacarığım da var. Bundan başqa həndbolçuyam.
- Deyirlər, sevgi ehtirasdan yaranır. Bu fikirlə razısınız?
- Yox, sevgi ehtirasdan əmələ gəlmir. Sevgi müqəddəsdir. Hələ də mən əsil sevgiyə rast gəlməmişəm.
- Bu illər ərzində kimləri tanıdınız?
- İkiüzlü insanları, yalan danışanları tanıdım. İkiüzlü insanları sevmirəm, ən zəhləm gedən şeydir. Mən özüm çox sadə insanam və sözümə dəqiq insanam, heç vaxt yalan danışmıram.
- Nədən stimul alırsınız?
- Öz işimdən, bir də qızımdan.
- Bəs qızınız sizin sənəti davam etdirir?
- Yox, qızımın iyirmi üç yaşı var. Alman dili kursunu bitirib, hazırda Xarici Dillər Universitetində oxuyur. Çox sevinirəm ki, tərbiyəli, ağıllı qızım var.
- Gənc aktrisaların tez bir zamanda parlamasına, bahalı avtomobil, ev almağına münasibətiniz necədir?
- Çox gözəl baxıram (gülür). Onlar hər şeyi birdən əldə etməyi bilirlər də, tez bir zamanda yolunu tapırlar. Çox düzgün yol seçiblər. Bizim kimi əziyyətlə pillə-pillə gəlməyiblər ki. Görmürsünüz, tez alışıb, tez də sönürlər. Mən çalışmışam ki, həmişə düzgün olum. Əziyyətlə, tamaşaçılarımın alqışları ilə bu zirvəyə gəlib çıxmışam.
- Gənclik illəriniz necə keçib?
- Çox gözəl keçib gəncliyim. Hər dəfə də yadıma salıram ki, çox mənalı keçib. Gənclikdə çoxlu kitab oxuyurdum, mütaliə edirdim. Gəncliyim xoş günlərlə xəyalımda qalıb, indi də düşünürəm.
- İlk məhəbbətiniz kim olub?
- Olub, institut illərində. Qismət olmadıq. Sonra yoldaşımla tanış oldum. Düzdü, sevmədim, öyrəşmişdim. İyirmi doqquz yaşında ailə qurdum. Çox ciddi, zəhmli idi.
- Onunla ilk tanışlığınızı xatırlayırsınızmı?
- Həyat yoldaşım da teatrda işləyirdi. Əvvəl ailə qurduq, sonra uzaqlaşdı səhnədən. Dedi ki, mənim xasiyyətimə uyğun deyil. Hazırda bizneslə məşğuldur.
- Ayrılığınıza səbəb nə oldu?
- O, çox zəhmli insan idi. Mən isə deyib-gülməyi sevirdim. Xasiyyətimiz tutmadı, övladım üç aylıq olanda ayrıldım. Mən hamıyla dostluq etməyi sevirdim. Yoldaşımın isə belə şeylər xoşuma gəlmirdi. Qismət, nə deyim. Bu gün də çox xoşbəxtəm ki, övladım var.
- Həyat yoldaşınız yenidən ailə qurdumu?
- Ailə qurub, amma övladı yoxdur. Qızım atası ilə də qalır, mənimlə də.
- Münasibətləriniz necədir?
- Çox gözəl münasibətlərimiz var. Dostuq, gedib-gəlirik, telefonla danışırıq. Atası qızımın tərbiyəsi ilə məşğul olur, dərslərinə nəzarət edir.
- Sosial şəbəkədə sizin bir yazınıza rast gəldim. Sevgi axtarışındasınız?
- Sevgi gözəl duyğudur. Bəli, mən sevgi istəyirəm. Hələ də rast gəlməmişəm. İlk məhəbbətimi həyat yoldaşımda hiss edirəm ki, sevmişəm, öyrəşmişəm. İstəyirəm ağıllı bir bəy həyatımda olsun, məni sevsin, sevgiyə çox ehtiyacım var. Hazırda ideal, ürəyim istəyən insan yoxdur. Bu illər mənə çox səbirli olmağı öyrətdi. Ürəyimə yatan insan olsa, təbii ki, sevmək istəyirəm. Və sevgimi də gözləyirəm.
- Qısqanc insansınız?
- Yox, məndə elə də qısqanclıq olmayıb. Yenə deyirəm, ola bilsin ki, sevməmişəm.
- Övladınızın sizdən ayrı olmağı tərbiyəsinə mənfi təsir etmədi ki?
- Heç bir problem olmadı, övladım atasının yanındadı. Mən heç vaxt qızımı atasız qoymaram. Hər gün qızımla danışıram, bizə də gedib-gəlir. Atası bütün dərsləri, problemləri ilə məşğuldur.
- Nahidə xanımın necə kişilərdən xoşu gəlir?
- Yüngül olmasın, savadlı olsun, əsil kişi xasiyyəti olsun, ideal olsun. Rəhmətlik atam ailəmizin qayğısına çox gözəl qalırdı. İndi elə kişi görmürəm, tapa bilmirəm.
- Hər sahədə olduğu kimi incəsənət aləmində də bir-birinə maneçilik törədən çoxdur. Sizcə bu nədəndir?
- İncəsənətdə paxıllıq çoxdur. Mənə də bu sahədə çox maneələr olub. Hamısı paxıllıqdan irəli gəlirdi. Teatrda çox olur bu maneçilik.
- Bəzən deyirlər ki, istedadlı aktyora savad-təhsil önəmli deyil. Onsuz da istedadlı öz kölgəsində parlayacaq. Sizcə aktyora savad lazımdır?
- Əlbəttə, təhsil lazımdır. Çoxlu mütaliə, savad lazımdır. Çünki hər bir tamaşanı oynayanda güclü yaddaş tələb olunur. Hətta rolu oynayanda belə geyimlərə, oturub-duruşa fikir vermək lazımdır.
- Sizcə, sənət adamlarının övladlarının müxtəlif söz-söhbətlərə səbəb olmasının səbəbi nədir?
- İnanın, həmin adamın gözünü çıxardaram ki, mənim qızımın kiminləsə, nə iləsə adını çəkə. Mənim qızım ağıllı, tərbiyəli qızdır. Şir necə balasına əl dəyəni parçalayırsa, mən də həmin insanı parçalayaram, baxmaram heç nəyə. Mən çox pis baxıram elə şeyə. Əgər mənim sənətinlə bağlı nəsə problemin varsa, mənimlə danış, övladımın günahı nədir?
- Gəlin bir az da teatrda olan pərdəarxası məqamlardan danışaq. Olubmu ki, sizin adınıza təsdiq olunan rolu hansısa səbəbdən başqasına veriblər?
- İnanın, çox olub. Büruzə verməmişəm, içimdə çəkmişəm. Hamısı da paxıllıqdan irəli gəlib. Mən də həmişə çalışmışam həmin insanları rolumla susdurum. Hazırda Afaq xanım xəstədir, onun bütün rolları mənə həvalə olunub. Allah can sağlığı versin. Tamaşalarda da oynayıram. Haqsızlığı haqqımla sübut edirəm.
- Tamaşalarda başınıza çoxmu maraqlı hadisələr gəlir?
- Çox olub. Az TV-də «Çay dəsgahı» verilişi var idi. Orada Allahverdi müəllimlə ər-arvadı oynayırdıq. Sonra çoxları mənə yaxınlaşıb deyir ki, həyat yoldaşındı? Deyirəm, yox. Allahverdiyə zəng edəndə evdə yoldaşı Dilarə götürürdü, deyirdi, evdə yoxdu. Deyirdim, hardadı? Zarafatca deyirdi, ər sənindi, bilməlisən hardadı. Çox gözəl münasibətim var onunla.
Bir gün də Hacıbaba rəhmətliklə tamaşa göstəririk, millət də doludur. Birdən elə oldu ki, Həcinin gülməyi tutdu. Heç elə bir epizod yox idi səhnədə. Biz də başladıq gülməyə, heç kim də hiss eləmədi. Biz gülürük, tamaşaçılar da susub bizə baxırlar. Nə qədər gülmüşük tamaşa qurtarandan sonra.
- Nahidə səhnəni sevir. Çünki səhnə ona istedadını göstərmək imkanı verib. Bəs səhnə Nahidədən nəyi alıb?
- Teatr bizim ikinci evimizdir. Demək olar ki, bütün günümüz teatrda keçir. Allah vergisidir bu sənət. Sənətimi ürəkdən sevirəm. Düzü, bu sənət mənə əsəb verdi, xəstəlik tapdım. Təsəvvür edin, qışda nazik yay koftaları ilə səhnədə rolumuzu oynamışıq. Bronxlarım tutulub, bütün sağlamlığımı aparıb bu sənət.
- Sizcə ağıllı qadın olmaq yaxşıdır, yoxsa bəxti gətirən?
- İndi ağıllı qadını heç kim istəmir. Əlbəttə, bəxti gətirən qadın yaxşıdır.
- Nə zamansa haqsızlığın qurbanı olmusunuz?
- O qədər haqsızlığın qurbanı olmuşam ki (kövrəlir).
- Ürəkdən haçan ağlamısınız?
- Əzizlərimi itirəndə ağlamışam. Amma sənət yoldaşlarım hələ mənim ağlamağımı görməyiblər. Çünki həmişə onların xatirəsində şən olaraq qalmaq istəyirəm. Bir də Telman, Elçin rəhmətə gedəndə çox ağladım. Vaxtsız getdilər.
- Bağışlamağı bacarırsınız?
- İnanın, kinli deyiləm. Heç kimlə küsülü qala bilmirəm. Heç kimə də imkan vermirəm ki, mənə yuxarıdan baxsın. Özümdən tez çıxan adam deyiləm, səbirliyəm. Ağılla fikirləşirəm, hərdən özümdən tez çıxanda deyirəm, axı mən elə insan deyiləm, niyə mən belə oldum?
- Kişilər niyə qadınları təhlükəli hesab edir?
- Ağıllı qadınlar həmişə kişilər üçün təhlükəli olub.
- Bəs ağılla ürəyin arasında qalmaq çətin olur?
- Ağılla ürəyin arasında qalanda çox çətin olur.
- Tənhalığı sevirsiniz?
- Çox sevirəm. Qorxmuram tənhalıqdan. Çünki məni sevənlərim yanımda olur, qızım yanımda olur.
- Həyatda bütün istəklərinizə çatmısınız?
- Qurban olum Allahıma, hər şey verdi mənə.
- Gözünüzün düşməni kimdir?
- Əxlaqsız insanlar.
- Borcunuz çoxdur, borclu olanınız?
- Heç nə borcum var, nə də borclu olanım. Çalışmışam ki, nə borc verim, nə də borclu qalım.
- Kimdən halallıq almaq istəyərdiniz?
- Valideynlərimdən halallıq almaq istərdim. Ötən günlərimi geri qaytarmaq istəyirəm.
- Nahidə haçan təhlükəli ola bilər?
- Məni kimsə hirsləndirəndə təhlükəli ola bilərəm. Çünki öküz ilindənəm, əlimə kim keçsə, parçalayaram.
- Məndə olan məlumata görə, siz səhnədə həmkarınızla əlbəyaxa olmusunuz. Bu, nə dərəcədə doğrudur?
- Maraqlıdır, sizdə bu məlumat hardandır? Bəli, olub, heç onun adını çəkmək istəmirəm. Qızım boydadı. Söz-söhbət tamaşada olub. Əlbəyaxa olduq, saçyolduya çıxdıq. Elə də olmazdı. Tamaşada əl atdım saçına, əlim boğazına keçdi. Yalandan dedi ki, guya boynum qırıldı. Özünü gülməli vəziyyətə qoydu. Mən heç vaxt elə şeyə imkan vermərəm ki, kimsə mənim saçımı yolsun, əl atsın. O adamı məhv edərəm. Özüm həndbolçuyam. Əlim, qolum, ayağımla qalxıb yuxarı bir təpik vursam, yerə girər. Sadəcə, özüm qalmaqal istəmədim. Əgər mən ona baş qoşsaydım, pis nəticə ilə qurtarardı. Öz boyuna baxsın, mənə də. Boy-buxun məndədir.
- Yaradıcılığınızda nə kimi yeniliklər var?
- «Qaynana» serialına çəkilirəm, «Qızıl toy» tamaşasında oynayıram, filmlərə dəvət alıram. Çox şükür!
- Ən yaxın rəfiqəniz kimdir?
- Ən yaxın rəfiqəm Nuriyyə Əhmədovadır.
- Nəyi şeytanın ayağına yazmaq istəyərdiniz?
- Bəzi şeylər var ki, onu şeytanın ayağına yazardım. Səhvsiz insan yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehranın “hücumuna” Bakıdan əks-həmlə: - Üç şəhərin adı çəkildi
Bu gün, 17:09 |
|
|
|
• Atası öldüyü üçün təcili yardımın işçilərini döyüb - “Birinci sürücünü vurdum”
Bu gün, 17:05 |
|
|
|
• Azərbaycan və Ermənistan arasında qarşıdurma qızışarsa... - Türkiyə Suriyada...
Bu gün, 15:05 |
|
|
|
• Ermənistanın Avropa İttifaqı sevdası – Ən böyük maneə...
Bu gün, 15:00 |
|
|
|
• Prezident Şahin Bağırovu ordenlə təltif edib - SƏRƏNCAM
Bu gün, 14:17 |
|
|
|
• Avtokratiyadan teokratiyaya? - Bəlkə də, məyus olmaq üçün tezdir...
Bu gün, 14:00 |
|
|
|
• Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi regional təhdiddir -ŞƏRH
Bu gün, 13:58 |
|
|
|
• Dövlət qurumu portaldan kənar seçilən ofisi - 1,2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Bu gün, 13:02 |
|
|
|
• Kikboksçu Tülin Ələkbərovanın qeyri-etik FOTOSU YAYILDI: - "Məni ölüm həddinə çatdırmışdı"
Bu gün, 12:55 |
|
|
|
• Şəhid anası yenidən məktəb direktoru oldu
Bu gün, 12:47 |
|
|
|
• Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:41 |
|
|
|
• Avropa Bakıdan daha çox qaz istəyir: bəs şərtlər necədir? - AKTUAL
Bu gün, 12:39 |
|
|
|
• İcra başçısı şəhid anası Zelimə Əsədovanı 80 illik yubileyi münasibəti ilə ziyarət edib
Bu gün, 12:38 |
|
|
|
• “Dünyaya uşaq gətirməzdən öncə 100 ölçüb 1 biçin” – Nura KİMƏ SƏSLƏNDİ?
Bu gün, 12:19 |
|
|
|
• Rusiya nəyi gözləyir: ANLAŞILAN DEYİL... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:14 |
|
|
|
• ABŞ-dən Gürcüstana növbəti təzyiq cəhdi - “Azadlıq Radiosu”
Bu gün, 12:13 |
|
|
|
• Danışıqlar prosesinə yeni elementlər daxil oldu - "Ermənistanda ciddi təşviş..."
Bu gün, 12:09 |
|
|
|
• ABŞ-dan “kürd planı” açıqlaması: - Hərbi baza yaradılır?
Bu gün, 11:55 |
|
|
|
• İrəvan ATƏT-ə müraciət edəcək - “Minsk qrupu buraxılsın”
Bu gün, 11:53 |
|
|
|
• "Qara qutu”lar qəzadan dörd dəqiqə əvvəl qeydiyyatı dayandırıb
Bu gün, 11:48 |
|
|
|
• Bələdiyyə seçkilərində 16 128 nəfərin namizədliyi qeydə alınıb
Bu gün, 11:37 |
|
|
|
• Maliyyə nazirliyi hansı qurumla birləşə bilər? - TƏFƏRRÜAT
Bu gün, 11:34 |
|
|
|
• Bakıda yolun ortasında sürücülər `bir-birilərinə girdilər` - VİDEO
Bu gün, 11:27 |
|
|
|
• “Qaş düzəldən yerdə göz çıxaran”lar - BU NƏDİ BELƏ?..
Bu gün, 11:24 |
|
|
|
• Netanyahunun arvadı özünü öldürməklə hədələyib... - "Times of İsrael"
Bu gün, 11:16 |
|
|
|
• Danimarka Qrenlandiyanın müdafiəsini gücləndirir
Bu gün, 11:13 |
|
|
|
• Əliyevin İrana xəbərdarlığının gözlənilən effekti - bir səfərin gerçəkliyi...
Bu gün, 11:01 |
|
|
|
• Müştərisindən KAPİTAL BANK-a: PULUMU QAYTARIN! - NARAZILIQ VAR...
Bu gün, 10:56 |
|
|
|
• "Mənim danışmağımdan siz qorxursunuzsa..." - VİDEO
Bu gün, 10:44 |
|
|
|
• Füzuli Ələkbərovun rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC ölkədən pul çıxarıb, amma geri qaytarmayıb - DETALLAR
Bu gün, 10:42 |
|
|
|
• Baltikyanı ölkələr Rusiyanın tərkibində olmalıdır... - Aleksey Juravlevdən SƏRSƏM TƏLƏB
Bu gün, 10:39 |
|
|
|
• Türk şirkəti Azərbaycan bazarından gedir
Bu gün, 10:31 |
|
|
|
• 4 milyona görə həbs edilən birjaçı tanış çıxdı: Alışanovun oğlu, Elarizin kürəkəni… - TƏFƏRRÜAT
Bu gün, 10:26 |
|
|
|
• “Qərbi Azərbaycana qayıdış siyasi yox, hüquqi məqsəddir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:23 |
|
|
|
• Türkiyənin yeni səfiri Azərbaycana bu tarixdə gələcək - AÇIQLANDI
Bu gün, 10:05 |
|
|
|
• Bakıda səhər özünü yataqda paltarsız vəziyyətdə görən qadın sevgilisini bıçaqladı - anbaan VİDEO
Bu gün, 10:03 |
|
|
|
• Dilarə “Cazibə”si ilə ərəb mediasında
Bu gün, 09:56 |
|
|
|
• “Bakı” qəzetinin yaradılmasından 67 il ötür - MƏQALƏ
Bu gün, 09:46 |
|
|
|
• Kazan, Nijnekamsk və Ulyanovsk hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb - "Rosaviatsia"
Bu gün, 09:40 |
|
|
|
• Kompleks Qazma İşləri Trestinin rəhbərliyi işçilərə CƏZA KƏSİR - Problemi həll etməkdənsə...
Bu gün, 09:38 |
|
|
|
• Sabir Rüstəmxanlı siyasətdən gedir? - Özü AÇIQLADI
Bu gün, 09:19 |
|
|
|
• Zəngəzura ordu yığılır: Naxçıvan-İrəvan xəttində son durum - "Bu mənada sözsüz ki..."
Bu gün, 09:14 |
|
|
|
• "Azərdövlətlayihə"nin rəhbərinə ağır itki üz verib
Bu gün, 09:07 |
|
|
|
• Tibb bacısı necə ginekoloq oldu? - Əməliyyat zamanı tort kəsən həkimlə bağlı ŞOK FAKTLAR
Bu gün, 08:58 |
|
|
|
• `Bank Respublika`nın qurbanı oldu və... - Sonra da başına gəlməyən qalmadı...
Bu gün, 08:56 |
|
|
|
• Bakı Zəngəzur dosyesinə yenidən baxa bilər - ŞƏRH
Bu gün, 08:51 |
|
|
|
• Azərbaycan İrandan artıq heç nə ummur - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Bakı Neft-Energetika Kollecinin şübhəli satınalmaları - İTTİHAM VAR...
Bu gün, 08:47 |
|
|
|
• Yanvarın 17-si, saat...: Ermənistan ÇALXALANACAQ - NƏ BAŞ VERİR?
Bu gün, 08:45 |
|
|
|
• İcra hakimiyyəti 700 manat yardım vəd edib 70 manat verdi... - GİLEY
Bu gün, 08:43 |
|
|
|
|