MİSİR MƏRDANOVA İSTİNAD EDƏN ÖZBAŞINALIQ
Tarix: 23-10-2012, 10:35 | Çap et
CƏLİLABADDA TƏHSİLİN EVİNİ KİMLƏR VƏ NECƏ YIXMAQDADIRLAR?
DİA.AZ: - Cəlilabadda təhsilin necə bərbad gündə olduğuna çox az adam şübhə edər. Hər hansı statistik rəqəm də deyilənləri təsdiq edir. O da sirr deyil ki, 20 il təhsil şöbə müdirliyindəki kreslosunu qoruyan Ədalət Əsgərov burada təhsilin bütün savablarına da, günahlarına da cavabdehdir. Lakin buradakı kütləvi saxtakarlıqlar, cinayət həddinə çatan əməllər yüksələn xətlə davam etsə də, nə rayon rəhbərliyi, nə təhsil nazirliyi Ədalət müəllimə güldən ağır söz demir. Bundan ruhlanan Ədalət müəllim Cəlilabad təhsilində əndrabadi əməliyyatlar aparmaqda davam edir. Onun növbəti addımı rayondakı Təzəkənd kənd tam orta məktəbini əsas məktəbə, qısası 11 illik məktəbi 9 illik məktəbə çevirmək olub. Səbəb də o göstərilib ki, bu orta məktəbin uğurlu nəticələri yoxdur.
DİA.AZ bildirir ki, bu ildən Təzəkənd kənd tam orta məktəbi 9 illik məktəbə çevriləcək. Məktəbin 10-11-ci sinif şagirdləri bu dərs ilindən kənddən 7-8 kilometr aralıda yerləşən Üçtəpə və Alar kəndlərinə getməli olacaqlar. Bu barədə verilən məlumatda deyilir: “Valideynlərin bir çoxu uşaqlarının adını indidən qonşu kəndlərin məktəblərinə yazdırsa da, onları “aylığa” çıxarıblar. Çünki bu gün həmin kəndlər arasında avtobus işləmir. Taksi ilə də gedib-gəlməkdənsə “aylığa” çıxarmaq daha sərfəlidir. Əhalisinin sayı 3000, şagirdlərinin sayı isə 550 nəfərdən çox olan bir kəndin məktəbinin 9 illik edilməsi qərarı burada birbaşa təhsilin məhvinə yönəlib.
TQDK-nın ötən ilki qəbulun nəticələrini təhlil edən statistik hesabatı da maraqlı məqamlardan xəbər verir. TQDK ötən ilin nəticələrinə görə ən yüksək və ən zəif göstəriciləri olan 10 rayonu müəyyənləşdirib. Cəlilabad ən zəif rayonlar arasında birincidir. 2010-cu ildə rayonun orta məktəblərini 2127 şagird bitirib, onların cəmi 1059 nəfəri, yarıdan azı attestat alıb. Attestat alanların da yarısı (558 nəfəri) qəbul imtahanlarında iştirak edib. Onların da dörddə biri- 127-si tələbə olub. İmtahan verən 558 nəfərdən 211-i 0-100 arası bal yığıb. Qəbul imtahanlarında 74 məktəbin məzunları iştirak edib. Təzəkənd kənd 1 saylı, Uzuntəpə kənd 2 və 4 saylı, Privolnoye kənd 2 saylı, Kürdlər, Zəhmətabad, Hamarqışlaq, Bəcirəvan, Ləkin, Cəlayir, Abazallı, Soltankənd, Qarazəncir, Xəlilli, Əliqasımlı, Qamışlıgöl, Zopun, Cəngan, Şorbaçı, Hacıməmmədli, Şatırlı, Həziabad, Muğan, Məmmədrzalı, Maşlıq, Xəlilabad, Məşədilər, Qarakazımlı, Əsədli, Abışabad, Ağdaş, Alaşar, Vənlik, Şükürlü, Dövlətalıbəyli və Xanəgah (tam 35 kənd!) kənd orta məktəblərinin bir abituriyenti də ali məktəbə qəbul olmayıb.
2011-ci ildə rayon məktəblərini 2129 şagird bitirib, onların 1235-i attestat alıb. Attestat alanların 52,96 faizi (654 nəfəri) qəbulda iştirak edib. 210 məzun (imtahanda iştirak edənlərin 32,11 faizi) tələbə olub.
Ə.Əsgərovun məntiqi ilə davam etsək, bu gün 9 illik olan məktəblərimiz 2 ildən sonra yəqin ki, yerli-dibli bağlanacaq. Təzəkənd kəndində biri 9, digəri 11 illik olmaqla iki məktəb vardı. Buradakı tam orta (11 illik) məktəbi təhsil başqanı bağlatdırıb.
Kənd camaatı indi Prezident İ.Əliyevə, Təhsil Nazirliyinə müraciət etmək üçün imza toplayır. Fikirləşirlər ki, onları Ədalət bəyin ədalətsiz qərarından bəlkə yuxarılar qurtara...
Qeyd edək ki, Ə.Əsgərovun Təzəkənd məktəbi ilə bağlı qərarı onun bu silsilədən ilk “islahatı” deyil. Cəlilabaddan aldığımız digər xəbərdə deyilir ki, RTŞ müdiri əhalisinin sayı az olan dağ kəndlərindəki ibtidai məktəbləri də sentyabrın 15-dən möhürləyərək onlarda dərs keçilməsinə icazə vermir. Həmin məktəblərin direktorlarının qarşısına qoyulan tələb isə belədir: “5 min manat gətirin, məktəbi açım”.
Xəbərə görə, bağlanan məktəblərdən bir neçəsinin direktoru bu tələbi icra etməyə məcbur olub. RTŞ müdirinin Təzəkənd məktəbi qarşısında da eyni 5 min manat tələbi qoyduğu bildirilir. Əldə etdiyimiz məlumata görə, bu məsələ direktorlar tərəfindən Ə.Əsgərova irad tutulanda o, bu zaman təhsil naziri M.Mərdanovun bir fikrini sitat gətirərək deyib ki, cənab nazir şagird sayı az olan məktəblərin birləşdirilməsi ideyasını irəli sürüb, mən də bu fikrə əsaslanıram.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda itkin düşən musiqiçi 7 ay sonra polis tərəfindən tapıldı - FOTO
Bu gün, 18:12 |
|
|
|
• Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
Bu gün, 18:09 |
|
|
|
• Ərdoğanın zəfəri: PKK niyə silahı yerə qoyur? - “Regnum”
Bu gün, 18:05 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 18:03 |
|
|
|
• Müğənni Kəmalə Sərxana od püskürdü
Bu gün, 18:00 |
|
|
|
• Azərbaycanda uşaq futboluna vurulan "badalaq": - Kim və niyə?
Bu gün, 17:53 |
|
|
|
• 3,4 milyon manat vergi borcu olan şirkət nizamnamə kapitalını azaldır
Bu gün, 17:49 |
|
|
|
• Parlament Assambleyasına qatılıb-qatılmamaq Gürcüstana heç bir şey verməyəcək - ÇÜNKİ...
Bu gün, 17:48 |
|
|
|
• "Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - FOTO
Bu gün, 17:44 |
|
|
|
• PKK bitdi, Türkiyə üçün qorxunc problem başladı – Ərazi itkisi təhlükəsi
Bu gün, 17:40 |
|
|
|
• DSMF sədrinə yeni müşavir təyin edildi - DOSYE
Bu gün, 17:35 |
|
|
|
• Bəysiz toy edən müğənniyə SƏRT İRAD: - "Bu cür yanaşma yalnız..."
Bu gün, 17:33 |
|
|
|
• Ayşən Həsənova “Expressbank”da şöbə rəhbəri təyin olundu - ƏMR
Bu gün, 17:32 |
|
|
|
• İsrailin “Avroviziya 2025” təmsilçisi azərbaycanlıdır - FOTO
Bu gün, 17:30 |
|
|
|
• "Taleh" ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Bu gün, 17:27 |
|
|
|
• Qətər əmiri Trampdan İranla bağlı görün nə xahiş etdi - ŞOK DETAL
Bu gün, 17:26 |
|
|
|
• Dövlət qurumunun avtobusu qəzaya uğradı - FOTO
Bu gün, 17:24 |
|
|
|
• Vasif Talıbovun sonu: Şirkətləri ləğv edilir - PROSES DAVAM EDİR
Bu gün, 17:22 |
|
|
|
• Prezident şəhid ailələri üçün təqaüdü 2 il əvvəl artırıb – Nazirliyin bundan xəbəri yoxdur?
Bu gün, 17:19 |
|
|
|
• “Bahar Enerji”də əməkhaqqı böhranı DAVAM EDİR - BU NƏDİ BELƏ?..
Bu gün, 17:14 |
|
|
|
• Lavrovun səfəri Ermənistanın yenidən Rusiyanın orbitinə qayıtması ilə nəticələnə bilər - AKTUAL
Bu gün, 17:07 |
|
|
|
• Zaurla Günayın ATV-dən getməsi barədə AÇIQLAMA
Bu gün, 17:05 |
|
|
|
• Konstitusiya quruluşuna qarşı çağırış etməkdə təqsirləndirilən şəxs: - Prezidentə bağışlanmağım üçün müraciət etmişəm
Bu gün, 17:00 |
|
|
|
• “Paşinyan suyu süzülə-süzülə İrəvana dönüb” - İLGİNC DETALLAR
Bu gün, 16:59 |
|
|
|
• Elşad Miridən valideynlərə ÇAĞIRIŞ: - Oğlan övladlarınızı sünnət etdirməyin, İslamda yoxdur
Bu gün, 16:58 |
|
|
|
• Azər Qasımovdan yarım milyonluq borc məsələsinə İLK REAKSİYA
Bu gün, 15:42 |
|
|
|
• Biz istəyirik ki, hər kəs əfv olunsun - Novella Cəfəroğlu
Bu gün, 15:39 |
|
|
|
• "Ağsaqqal sayılanları SSRİ-yə - imperiyaya meyilləndirən amillər... - Onlar aradan qaldırılmalıdır..."
Bu gün, 15:37 |
|
|
|
• Elşad Miridən şok açıqlama: - Bürclərə inananlar zavallıdır
Bu gün, 15:36 |
|
|
|
• AHİK-lə bağlı İLGİNC İDDİALAR - Turniketlər axşam saatlarında niyə söndürülür?
Bu gün, 15:31 |
|
|
|
• Əfvlə bağlı mühüm gəlişmə: Gözlənilən qərar verilir? – Sabah…
Bu gün, 15:26 |
|
|
|
• Pakistan qırıcılarımızı Çin silahları ilə məhv edib - Fransadan etiraf
Bu gün, 15:25 |
|
|
|
• “Xalq” və “Əməkdar” fəxri adlarını daşıyanların sayı azalıb
Bu gün, 15:17 |
|
|
|
• Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir
Bu gün, 15:16 |
|
|
|
• Mərdəkanda çirkab suları evlərə dolur - Sakinlər PA rəhbərinə müraciət etdi
Bu gün, 15:14 |
|
|
|
• “Dövlətimizin başçısı və Mehriban xanım çox sağ olsun”
Bu gün, 15:08 |
|
|
|
• “Rasim Balayev, cinayətlərin ilə səni rüsvay edib məhkəməyə verərəm!” - Şeyx Əbdül OD PÜSKÜRDÜ
Bu gün, 14:47 |
|
|
|
• PKK-nın sivil fəaliyyət göstərəcəyi inandırıcı görünmür - Əlibəyli
Bu gün, 14:02 |
|
|
|
• Ermənistan atəşkəsi pozur: - Moskvanın kölgəsində yeni planlar qurulur
Bu gün, 14:00 |
|
|
|
• “Bakı Şampan Şərabları” şirkəti mənfəətdən zərərə keçib - HESABAT
Bu gün, 13:58 |
|
|
|
• Nigar Rəhimovaya “Vətən müharibəsi iştirakçısı” medalı buna görə verilibmiş - TƏFƏRRÜAT
Bu gün, 13:06 |
|
|
|
• Nikol Paşinyanın partiyası: - Sərkisyan və Köçəryan bizdən qorxur
Bu gün, 13:03 |
|
|
|
• “Sumqayıt Aşqarlar”ın Direktorlar Şurasının sədri və üzvləri seçiləcək
Bu gün, 12:59 |
|
|
|
• Putin Ukrayna tərəfi ilə danışıqlar üçün Türkiyəyə getməyəcək - QƏTİ QƏRARDIR...
Bu gün, 12:57 |
|
|
|
• Tender tələbləri əldə qaldı: Heç kim şərtlərə cavab vermədi - TENDER LƏĞV EDİLDİ
Bu gün, 12:56 |
|
|
|
• Qazaxıstandan Gürcüstana SƏRT ETİRAZ - Rəsmi Astana HƏRƏKƏTƏ KEÇDİ
Bu gün, 12:50 |
|
|
|
• "Eurovision" Mahnı Müsabiqəsi siyasi oyundur" - Mübariz Tağıyev
Bu gün, 12:40 |
|
|
|
• Vüqar Səfərli ilə həbs edilən şirkət rəhbəri azadlığa buraxıldı
Bu gün, 12:39 |
|
|
|
• Teymur Kərimovun cəzası 1 İL AZALDILDI - QƏRAR
Bu gün, 12:37 |
|
|
|
• Bakıda vəkilin şikayəti əsasında tanınmış müğənni həbs edilib - TƏFƏRRÜAT
Bu gün, 12:34 |
|
|
|
|