Hindistan təcavüzünü Pakistan necə önləyir? .....                     Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb .....                     "Efirim canlı olduğu üçün yanında ola bilmədim" .....                     Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... .....                     Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət .....                     "Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" .....                     Ermənistanda ACINACAQLI DURUM .....                     Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb .....                     Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu .....                     Pakistan Hindistandan gələ biləcək hücumlara görə .....                     TƏBİB kimsəni SAYA SALMIR .....                     "Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." .....                     Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü .....                     Dünyanın böyük gücü Zəngəzur dəhlizində .....                     Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? .....                     "Kontakt Home"da müştəriləri belə aldadırlar... .....                     32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? .....                     Biz İranla dost ola bilmərik... .....                     "Temu"nun qiymətləri niyə ucuzdur? .....                     Əbədi dostluq? .....                     “Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? .....                     ABŞ və Çin ticarət sazişi bağlayır .....                     "Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..." .....                     Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb .....                     “Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları .....                     Azərbaycanın çay şirkətində yığıncaq olacaq .....                     Fransa tarixə tüpürdü: .....                     "Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək .....                     “İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." .....                     "Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam" .....                     Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... .....                     Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır .....                     Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? .....                     Pakistanda müharibə hazırlığı: .....                     Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq” .....                     "Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil" .....                     Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək .....                     Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək .....                     Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi .....                     PKK bu gün özünü ləğv etdiyini elan edə bilər .....                 

Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Tarix: 28-11-2024, 11:01 | Çap et
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir?
Dünən mediada övladlarının təhsil aldığı orta məktəbdə istiliyin olmadığından şikayətlənən valideynlərin narazılığı ilə bağlı məlumatlar yayılmışdı. “Sumqayıt şəhəri, Bağlar massivi, Aşağı Mollu kənd tam orta məktəbində övladım təhsil alır. Məktəbdə qızdırıcı radiator olsa da, bu sadəcə görüntü üçündür. Çünki həmin məktəbdə istilik yox səviyyəsindədir. Demək olar ki, siniflərin əksəriyyəti soyuqdur. Koridordakı radioatorların əksəriyyəti işləyir. Bir otaqda iki qızdırıcı varsa birini bağlayırlar ki, o birinə istilik getsin. Bu zaman isə sinif soyuyur. Çünki aparat balacadır”

Bunu açıqlamasında adının çəkilməyini istəməyən şikayətçi valideyn bildirib. Daha bir valideyn isə iddia edib ki, özləri məktəbi peçlə təmin edib:“Uşaqlardan pul yığıb otaqlara qızdırıcı alıblar. Bu təşəbbüs də əslində uşaqlardan, valideynlərdən gəlib. Çünki otaqlar soyuq olur. Məktəblilər tez-tez xəstələnirlər. Hətta soyuq olanda uşaqlar isti üst geyimləri ilə dərsdə otururlar. Qış hələ qarşıdadır. Birazdan vəziyyət daha dözülməz olacaq. Çox istərdik ki, məktəbimiz üçün əlavə istixana tiksinlər” deyə şikayətçi bildirib.

Aktualinfo.org validynlərin bəhs etdikləri, Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin isidilməsi ətrafında araşdırma aparıb.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron – Xızı Regional Təhsil İdarəsi Abşeron r.nu ərazisində yerləşən ümumtəhsil orta məktəbləri,uşaq bağçaları və körpələr evinin və Sumqayıt şəhər ərazisində yerləşən uşaq və körpələr evinin binalarının isidilməsinin təmin edilməsi üzrə 15.11.2024-cü ildə bir mənbədən satınalma metodu tətbiq etməklə “MAHMUD” kəndli fermer təsərrüfatı ilə 1.285.564,8 manat məbləğində satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Abşeron – Xızı Regional Təhsil İdarəsi “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə, satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Abşeron – Xızı Regional Təhsil İdarəsi xüsusi hüquqlara malik olmayan bir MMC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu əsaslı şübhələrə yol açır. Abşeronda və yaxud Sumqayıtda “MAHMUD KFT”-dən başqa analoji işlərlə məşğul olan şirkət yoxdur? Sözügedən fermer təsərrüfatı ilə birbaşa müqavilənin bağlanılmasında təbii ki, maraqlı olan tərəflər var. Çünki sözügedən şirkət Sumqayıt və Abşeron məktəblərinin “isidilməsi” üzrə çoxdan püxtələşib. Bu barədə bir qədər sonra.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAHMUD” kəndli fermer təsərrüfatı (VÖEN: 3100051111 ) 22.05.2001-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının, ABŞERON RAYONU, XIRDALAN ŞƏHƏRİ, qanuni təmsilçisi kimi isə İsmayılov Orxan Bilal oğlu qeyd olunub.

Reyestr məlumatlarında şirkət F.H.ABBASOVA VƏ E.M.ABBASOVUN TAM ORTAQLI MAHMUD KƏNDLİ FERMER TƏSƏRRÜFATI kimi dövlət qeydiyyatına alınıb. Şirkətin təsisçisi Abbasov Elbrus Mahmud oğlu olub. O, həm də Abşeron rayonunda fəaliyyət göstərən “İstilik” MMC-nin drektoru olub, 2019-cu ildə dünyasını dəyişib.

Qeyd edək ki, “MAHMUD” kəndli fermer təsərrüfatı daha əvvəllər də Sumqayıtda məktəblərin isidilməsi üzrə keçirilmiş tenderlərin qalibi olub. Hələ 2021-ci ildə Təhsil Nazirliyinin 1 saylı Ərazı Maliyyə Hesablaşma Mərkəzi təhsil müəsisələrinin isidilməsi üzrə 480 000 manat məbləğində satınalma müqaviləsi 19.04.2021-ci il tarixdə “MAHMUD KFT” ilə bağlanmışdır. Sözügedən Mərkəz 22.10.2021-ci ildə isə “MAHMUD KFT” ilə 750.000 manat məbləğində satınalma müqaviləsi bağlamışdır.

Apardığımız araşdırmalardan da göründüyü kimi “MAHMUD” Kəndli Fermer Təsərrüfatı Abşeron – Xızı Regional Təhsil İdarəsinin əhatə dairəsində olan məktəblərin isidilməsi üzrə milyonlarla dəyəri olan tenderlərin qalibi olub. Bununla belə övladları Sumqayıt təhsil ocaqlarında oxuyan valideynlər məktəblərin isidilməməsindən şikayətçidirlər. Belə olan halda məktəblərin isidilməsinə ayrılan külli miqdarda dövlət vəsaitləri hara gedir?

Qeyd edək ki, Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayevadı. O, bu vəzifəyə təhsil nazirinin 29 aprel 2022-ci il tarixli əmri ilə təyin edilib.

Aktualinfo.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35
Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21
"Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06
Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04
Paşinyanın kreslosu laxlayır: Ya koalisiya, ya məğlubiyyət - GƏLİŞMƏ
Bu gün, 06:58
"Başlarına bir iş gələrsə kim cavabdeh olacaq?" - ETİRAZ
Bu gün, 06:55
Ermənistanda ACINACAQLI DURUM - Rəqəmlərin gözü ilə...
Bu gün, 06:43
Pakistan Hindistanın vacib obyektlərini sıradan çıxarıb
Bu gün, 06:39
Pakistan kiberhücumla Hindistanı işıqsız qoydu - “Geo” telekanalı
Bu gün, 06:31
Pakistan Hindistandan gələ biləcək hücumlara görə hava məkanını bağlayıb
Bu gün, 06:28
TƏBİB kimsəni SAYA SALMIR - AXI NİYƏ?..
Bu gün, 06:26
"Mənim kimi neçə ailənin çörəyini kəsiblər..." - NARAZILIQ VAR...
Bu gün, 06:18
Qaradağın abadlaşması üçün 721 minlik layihə suya düşdü - TENDER NİYƏ LƏĞV EDİLDİ?
Bu gün, 06:14
Dünyanın böyük gücü Zəngəzur dəhlizində - İNCƏLƏMƏ
Bu gün, 06:11
Gömrük qapılarını kimlərə əmanət etmişik: OĞRULARA? - İTTİHAM VAR...
Bu gün, 06:07
"Kontakt Home"da müştəriləri belə aldadırlar... - BU NƏDİ BELƏ?
Bu gün, 06:02
32 minə bir həkim hazırlanırsa: Müalicə üçün niyə xaricə gedirik? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Biz İranla dost ola bilmərik... - NƏ QƏDƏR Kİ...
Bu gün, 05:34
"Temu"nun qiymətləri niyə ucuzdur? - Rəqabət, yoxsa tələ?
Bu gün, 05:29
Əbədi dostluq? – Qərb arzusu, Moskva asılılığı
Bu gün, 05:25
“Yağlı” müştərilərin soyulması: Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
Bu gün, 05:22
ABŞ və Çin ticarət sazişi bağlayır
Bu gün, 05:19
"Oğlanlar var ki, boyu 2 metrdir, Dərnəgüldə körpünün altında dayanır..."
Bu gün, 05:15
Pakistan Hindistana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb - KİV
Bu gün, 05:12
“Xəzər Avtonəqliyyat” ASC-nin səhmdarları - TOPLANIR
Bu gün, 00:05
Azərbaycanın çay şirkətində yığıncaq olacaq
Bu gün, 00:02
Fransa tarixə tüpürdü: - Qələbəni qazananı yox, xoşuna gələni dəvət etdi
Dünən, 19:00
"Xaçmaz-Şərab” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Dünən, 18:58
“İlham Əliyevin 9 may paradına getməmək haqda qərarı doğru və təqdirəlayiq addımdı, amma..." - Mirmahmud Mirəlioğlu
Dünən, 18:00
"Onun Xalq Teatrı vardı və mən həmin teatrın üzvü olmuşam"
Dünən, 17:51
Azərbaycan neftin ucuzlaşmasına necə HAZIRLAŞIR... - ARAŞDIRMA
Dünən, 17:48
Mövzu yanlış anlaşılır, məsələ hüquqi müstəvidə tamam başqa məzmun daşıyır - AKTUAL
Dünən, 17:45
Bakıda Almaniya və Rusiya arasında gizli görüş keçirilib? - KİV
Dünən, 17:43
Pakistanda müharibə hazırlığı: - Xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirildi
Dünən, 17:23
Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”
Dünən, 16:35
"Vasif Məhərrəmlinin yaşayışı məndən əskik deyil"
Dünən, 16:22
Naxçıvanda 13 milyona sağlamlıq mərkəzi tikiləcək - TENDER KEÇİRİLİR
Dünən, 16:17
Nazirlik “Xarıbülbül” Festivalının keçirilməsi üçün bu şirkətə 1,9 milyon manat verəcək - DETALLAR
Dünən, 15:32
Saleh Məmmədov rəisi işdən çıxarıb yerinə oğlunu təyin etdi - ƏMR
Dünən, 15:30
PKK bu gün özünü ləğv etdiyini elan edə bilər - “Middle East Eye”
Dünən, 15:20
“Deyirdilər ki, Yaşar Firəngizlə oynadı, onu qucaqladı, qısqanmırdım...”
Dünən, 15:02
Rusiya niyə qələbəni özününküləşdirir? - 80 illik yubileylə bağlı düşüncələr
Dünən, 14:10
Ümidlər ƏDV-yə idi, o da azaldı… - AKTUAL
Dünən, 14:02
Zatulinin boş “hədəsi”: Bu dəfə Ramil Səfərovu xatırladıb - “NEWS.am”
Dünən, 14:00
Azərbaycanda müalicə mərkəzi yenidən təşkil olunur - MMC-YƏ ÇEVRİLİR
Dünən, 13:58
Tofiq İsmayılovun oğlunun istintaqı başa çatdı - TƏFƏRRÜAT
Dünən, 13:03
“Əliyev parada ona görə getmədi ki...” – Zatulin yenə “qəzəblənib”
Dünən, 12:58
"Həmin çəkilişə görə nişanım qayıtdı"
Dünən, 12:54
Qələbə yürüşünün iştirakçıları saxlanıldı
Dünən, 12:52
Dəli, yoxsa dahi? - SUAL BUDUR... BU!
Dünən, 12:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru