Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                     “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” .....                     Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan .....                     Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: .....                     Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın .....                     Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi .....                     “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? .....                     “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi .....                     Nazirin köməkçisi bacısından sonra .....                     “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” .....                     “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” .....                     Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var .....                     Zaxarova əsəbiləşdi: .....                 

AZƏRBAYCANIN FUTBOL MAFİYASININ GİZLİNLƏRİ
Tarix: 3-11-2011, 11:52 | Çap et
AZƏRBAYCANIN FUTBOL MAFİYASININ GİZLİNLƏRİ

RÖVNƏQ ABDULLAYEV DÖVLƏTİN PULLARINI FUTBOL ADI ALTINDA NECƏ TALAN EDİR?

DİA.AZ: - Artıq davamlı olaraq ARDNŞ prezidenti Rövnəq Abdullayevin qara əməlləri ilə bağlı faktları işıqlandırmaqdayıq. Bu dəfə isə onun futbol biznesindəki həyata keçirdiyi maxinasiyaları araşdırdıq və ortaya çox ilginc faktlar çıxdı. Məlumat üçün bildirək ki, dünyanın əksər ölkələrində olduğu kimi artıq Azərbaycanda da futbol mafiyalaşmaq üzərədir, yəni futbol mafiyası yaradılır.

Məsələn, bu mafiyanın əsas gəlir nöqtələrindən biri oyunlara uduşların qoyulmasıdır ki, artıq bu biznes tam olaraq ARDNŞ prezidentinin nəzarətinə keçib. Rövnəq Abdullayevin yaxınları tərəfindən yaradılan «Topaz» totalizator şəbəkəsi bu gün ölkənin totalizator biznesinin yeganə fiquru olmaqla yanaşı, məhz ARDNŞ prezidentinin nüfuzu hesabına piartsayağı fəaliyyət məcburiyyətində qalan rəqibləri bir-birinin ardınca sıradan çıxarılmaqdadır. Bu işdə xüsusi fəallıq göstərəni isə artıq ARDNŞ prezidentinin sevimli alətinə çevrilmiş Vergilər Naziri Fazil Məmmədovdur. Gələn informasiyalara görə, məhz bu qurum tərəfindən «QANUNSUZ TOTALİZATOR KLUBLARI» aşkarlanaraq ifşa olunur.

İndi isə Rövnəq Abdullayevin başında dayandığı FUTBOL MAFİYASININ digər istiqamətlərdəki fəaliyyətinə nəzər salaq. Diqqətli oxucular xatırlayırsa, bir müddət əvvəl Azərbaycanın futbol üzrə milli komandasının 2010-cu il dünya çempionatının seçmə oyunları çərçivəsində son iki matçlarının nəticələrinin əvvəlcədən razılaşdırılması ehtimalları bir ara yerli mətbuatın səhifələrini bəzəmişdi. Yerli və Rusiya mətbuatında da yığma komandamızın Lixtenşteynə səfərdə qələbə qazanması (2:0), Rusiya ilə Bakıda heç-heçə (1:1) oynamasının çox şübhəli nəticələr olduğu haqda bilgilər yer almışdı. Həmin son iki oyunda komandamızın rəqiblərinin bilərəkdən zəif oynadığını isə hətta Rusiyanın ən məşhur idman şərhçiləri də qabartmaqdan çəkinmirdilər.

Iöhbət açdığımız şübhəli oyunlarla bağlı daha dəqiq və etibarlı yerdən şok məlumatlar elə bu günlərdə əlimizə keçib. Bəlli olur ki, həqiqətən mili komandamız Lixtenşteyn və Rusiya ilə oyunlarda əldə etdiyi nəticələri öz gücünə deyil, pulun hesabına qazanıb. Bizi məlumatlandıran isə adının çəkilməsini istəməyən Azərbaycanın ən məşhur futbolçularından, daha sonra məşqçilərindən biri, futbol təsərrüfatında böyük hörmət sahibi olan şəxsdir.

Əməkdaşımıza bilgi verən məşhur futbol adamı konkret faktlar da açıqlamaqdan çəkinmədi. Bildirdi ki, AFFA rəhbərliyi Lixtenşteyn üzərində qələbəyə görə hər oyunçuya 40 min manat (!) mükafat nəzərdə tutubmuş. Amma oyunçuların hərəsinə səfər qələbəsinin müqabilində cəmi 5 min manat çatıb. Hər futbolçunun mükafatından tutulan 35 min manat isə Lixtenşteynlə danışılan oyuna ötürülüb. Təbii ki, ilk baxışdan «cırtdan ölkə»nin komandası ilə oyunda 40 min manat mükafatın ayrılması inandırıcı görünməyə bilər. Bunun səbəblərinə az sonra toxunacağıq.

Əməkdaşımızı məlumatlandıran futbol mütəxəssisi qeyd etdi ki, yığmamızın Rusiya ilə Bakıdakı oyununda da AFFA rəhbərliyi şəffaf oyuna yox, bağlı qapılar arxasında aparılan çirkli söhbətə üstünlük verib. Bakıdakı oyun ruslar üçün heç bir əhəmiyyət kəsb etmədiyindən AFFA öz çirkin əməlini həyata keçirərək Rusiya ilə matçın nəticəsini də böyük pullar hesabına əvvəlcədən razılaşdıra bilib.

Məşhur futbol adamı əməkdaşımıza izah edib ki, Rusiya və Lixtenşteynlə oyunun alınması AFFA prezidenti Rövnəq Abdullayevin dövlət başçısından gizli planı olub. Azərbaycan komandası dünya çempionatının seçmə mərhələsində biabırçı şəkildə çıxış etdiyindən İlham Əliyev AFFA prezidentinin işindən narazı qalıb: «Prezident idman işini biləndir və bu sahəyə diqqət ayırır. Həm də büdcədən böyük pullar xərclənir. Rövnəq Abdullayev isə ona tapşırılan sahəni - futbolu batırıb. Üstəlik, burada ciddi maliyyə maxinasiyalarına, böyük yeyintilərə yol verir. Artıq danışılır ki, prezidentdə onun işi ilə bağlı ciddi narazılıq var».

Rövnəq Abdulayev isə son iki oyunda pulla nəticə qazanaraq dövlət başçısının yanında özünü təmizə çıxarmağa çalışıb. AFFA rəhbərinin söhbət açdığımız oyunların alınmasına konkret hansı məbləğdə para verdiyi barədə bizi məlumatlandıran futbol adamı məlumatsızdır: «Rəqəm konkret deyil. Amma görünən odur ki, söhbət milyon dollarlardan gedir».

Bayaq toxunduğumuz 40 min manat məsələsinə gəlincə isə Rövnəq Abdullayev danışılan oyunların pulunu mükafat fondundan ayrılan paralarla ödəmək üçün ağlagəlməz «premya» müəyyənləşdirib və bu pulu dövlətdən məhz bu adla alıb. Bu yolla pullar daha rahat silinir, birincidən xəbərsiz çirkli işlər həyata keçirilir.

Bizi məlumatlandıran məşhur futbol adamı yığma komandanın almaniyalı baş məşqçisi Berti Foqtsa da müqavilədə nəzərdə tutulan qədər pul verilmədiyini söylədi. Belə ki, mətbuatdan gizli saxlanılan anlaşmada əcnəbi çalışdırıcının illik məvacibi 2 milyon avro civarındadır; amma Foqtsa bunun yalnız bir hissəsi verilir, qalan paralar isə ciblərə gedir.

Bakıda milli komandamızla yoldaşlıq oyunu keçirən İspaniya yığmasının da Rövnəq Abdullayevin ayırdığı milyonlar hesabına paytaxtımıza gəldiyi barədə də çox yazılıb. Hətta İspaniyanın ən məşhur idman nəşrləri də dünya reytinqində ilk yeri tutan milli komandalarının Bakıya ancaq cəlbedici pul müqabilində yollanmalarının mümkünlüyünü qabartmışdılar. Həmin vaxt Azərbaycan və İspaniya mətbuatı ulduzlar toplusundan ibarət ispanların Bakıya 1-2 milyon avro qarşılığında gəldiyini iddia etmişdilər. Amma ötən gün bizi bilgiləndirən futbol adamı ispanların Bakıda oynamağa razılıq vermələri üçün 7 milyon dollar aldıqlarını da əminliklə söylədi.

İspanların Bakıya gəlməsinin isə maraqlı bir tarixçəsi olub. Belə ki, Rövnəq Abdullayevin oğlu İngiltərənin «Liverpul» klubunda oynayan ispan oyunçu Fernando Torresin azarkeşidir. Balaca Abdullayev atasından Torresi Bakıya gətirtməyi xahiş edib. Nəticədə ata oğlunun sözünü yerə salmayaraq 7 milyon dollar sayaraq İspaniya yığmasının tərkibində Torresi Bakıya gətizdirib. Bakıda 6:0 hesabı ilə İspaniyanın xeyrinə başa çatan oyundan sonra isə AFFA prezidentinin oğlu Torreslə söhbətləşib, şəkil çəkdirib. Bildirək ki, bu barədə o zamankı mətbuatda da müəyyən eyhamlar yer almışdı. Və bu barədə yazan qəzetlər bildirirdi ki, ARDNŞ prezidenti oğlunun bir arzusu üçün 7 milyondan vaz keçirsə, demək bu milyonlar heç də çətinliklə əldə olunmayıb. Axı, futbol mafiyası heç bir zaman və heç bir ölkədə çətinlik yaşamır. Elə bu mafiyanın əsas yuvalarından olan İtaliyada da bu belədir. Hətta İtaliyanın baş naziri Silvio Berluskoninin də sözügedən futbol mafiyası ilə əlaqələrinin olduğu faktdır.

Beləliklə, futbol təsərrüfatında onsuz da bərbad olan durum hörmətli Rövnəq müəllimin zəhməti sayəsində daha da bərbad, çirkli hala gəlmişdir. Azərbaycan futbolunu korrupsiya, yerliçilik, rüşvət başına götürüb. Cənab Abdullayev bu sahədən uzaqlaşdırılmayınca, nə futbol olacaq, nə də büdcədə pul qalacaq.

Bu arada, «Dünya» İnformasiya Agentliyi redaksiyasına (diaaz.space) daha ilginc məlumatlar da daxil olub. Məlumatlı mənbələrin bildirdiklərindən belə aydın olur ki, ARDNŞ prezidenti bu günlərdə «Qalatasaray»ın məşhur futbolçusu Arda Turanın Azərbaycan klublarından biri tərəfindən alınması təklifini yerli klublarımızın rəhbərlərinə edib: «Təbii ki, belə bir təklif yalnız arxasında ciddi maliyyənin dayandığı klublara edilə bilərdi. Təklif «Palmali» şirkətinin sponsorluğu ilə meydana çıxan «Xəzər Lənkəran» klubuna və Kəmaləddin Heydərovun oğlunun rəhbərlik etdiyi «Qəbələ» futbol klubuna edilib. Amma heç bir klub Arda Turan üçün 10 milyon avronu saymaq istəməyib. Ona görə yox ki, həmin vəsaitin ödənməsi imkanları xaricindədir. Ona görə ki, Arda Turan Azərbaycanda oynamaq istəməz. Hər halda həm Taleh Heydərov və həm də Mübariz Mənsimli Rövnəq Abdullayevdən fərqli olaraq bu gerçəkliyi yaxşı başa düşüblər».

Murad TƏHMƏZOV DİA.AZ - AZƏRBAYCANIN FUTBOL MAFİYASININ GİZLİNLƏRİ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Bu gün, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Bu gün, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Bu gün, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Bu gün, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Bu gün, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Bu gün, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Bu gün, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Bu gün, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Bu gün, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Bu gün, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Bu gün, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Bu gün, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Bu gün, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Bu gün, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Bu gün, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Bu gün, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Bu gün, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Bu gün, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Bu gün, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Bu gün, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Bu gün, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Bu gün, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Bu gün, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Bu gün, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Bu gün, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Bu gün, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Bu gün, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Bu gün, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Bu gün, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Bu gün, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Bu gün, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Bu gün, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Bu gün, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Bu gün, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Bu gün, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Bu gün, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Bu gün, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Bu gün, 15:36
Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Bu gün, 15:34
Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Bu gün, 15:33
Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Bu gün, 15:29
Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Bu gün, 15:26
Ərdoğan və Makron arasında telefon danışığı olub
Bu gün, 15:25
Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Bu gün, 15:24
Məhkəmədən Xoşqədəm Hidayətqızına daha bir QADAĞA
Bu gün, 15:22
"Həyat yoldaşı adamı qocaldır" - Əməkdar artist
Bu gün, 15:18
"Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14
ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02
Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57
"Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru