Hospital rəisindən Elçin Quliyevə şikayət .....                     Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs .....                     Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... .....                     Sənubər Nəzərova Departament rəhbəri təyin edildi .....                     "Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." .....                     Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb .....                     Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib .....                     Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... .....                     “Atamın qızıllarını Sevda verib Günaya” .....                     İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib .....                     Müharibə olacaq, Zəngəzur dəhlizi... .....                     "Tramp üçün də əlavə başağrısı yaradırlar" .....                     Seçki ayında bələdiyyələr birləşir .....                     “Capital City” ilə KİMSƏ BACARA BİLMİR? .....                     "Rusiya İranın bu addımına qətiyyən razı olmaz" .....                     Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? .....                     Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? .....                     Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... .....                     Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış .....                     İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü .....                     Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! .....                     Azərbaycanda nəqliyyat şirkəti .....                     ADAU ŞƏLALƏSİ... .....                     Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... .....                     `Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` .....                     Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? .....                     Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI .....                     Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... .....                     Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! .....                     ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? .....                     İrəvan əslində Bakının gedişlərini təkrarlayır... .....                     "Mənim evimə bir qəpik pul girmir..." .....                     İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi .....                     Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? .....                     Yevlaxda həkimlər sağaltmır, öldürür... .....                     İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb .....                     Zirəddin ən qorxunc proqnozlarını açıqladı .....                     UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ .....                     Sağlamlıq haqqında arayış BİZNESİ... .....                     Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi .....                 

“Elməddinin açıqlamaları kişilikdən deyil…” - Həsəndən VİDEOCAVAB
Tarix: 2-05-2015, 10:56 | Çap et
“Elməddinin açıqlamaları kişilikdən deyil…”
Məlum olduğu kimi, bir neçə gün əvvəl saytımızda tanınmış yumor ustası, aktyor Elməddin Cəfərovla müsahibə və videomüsahibə dərc olunub. Elməddin müsahibədə bir sıra məsələlərdən danışıb, eləcə də bir vaxtlar üzvü olduğu “Tək səbir” komandasının rəhbəri Həsən Əliyev haqda maraqlı açıqlamalar (müsahibəni bu linkə keçid etməklə oxuya və izləyə bilərsiniz) verib. Bu açıqlamalar bir neçə gün ölkə mediasının da diqqətində oldu. Həmçinin, E.Cəfərovun açıqlamaları ilə bağlı qarşı tərəf –Həsən Əliyev də “a24.az”ın redaksiyası ilə əlaqə saxlayaraq onun fikirlərinə cavab vermək istədiyini bildirdi. Biz də təbii ki, ona bu haqqı tanıyaraq geniş müsahibə verməsinə şərait yaratdıq.

Eləcə də, fürsətdən istifadə edib, bu günlərdə “Toy 2” filminin təqdimatını və qala-gecəsini keçirən Həsənə işləri ilə bağlı suallar verdik.

“Qoca vaxtımda bütün qalmaqallar məni tapır…”

- Həsən bəy, öncə “Toy 2” filmindən danışaq. Sizcə, tamaşaçı filmi necə qarşıladı?

– Son zamanlar nə qədər qalmaqaldan uzaq dursam da, xeyiri yoxdu. Sanki, qocalıq vaxtımda bütün qalmaqallar məni tapır (gülür). “Toy 2” filmi haqda mediada xoşagəlməyən bəzi xəbərlər çıxdı. Bir çoxları elə düşündü ki, kinoda cinsi azlıqlardan bəhs etmişəm. Sonda film sübut etdi ki, burda cinsi azlıqlardan bəhs olunmayıb. Axırda məcbur olub açıqlama verdim ki, bu filmə ailəvi şəkildə gəlib baxa bilərsiniz. Mənim filmimdə nə açıq-saçıq zarafat, nə də söyüş var. Mənim yumor zövqüm başqadır. 500 nəfərlik zalda olan insanların hamısı güldüsə, deməli, film gülməli olub. Burdan belə nəticəyə gəlirəm ki, film mənim üçün uğurlu olub. Çox əfsuslar olsun ki, “Xoxan” və “My name is İntiqam” filmlərindən sonra insanların kinoya olan marağı yenə azalmağa başladı. Yəni, sanki insanlar güldü, doydu və bitdi.

- Yeni film çəkmək niyyətiniz var?

– “Toy 2”-dən sonra 3 film təklifi gəldi. Yalnız Azərbaycandan deyil, xarici dövlətlərdən də təkliflər gəldi. Onları dəyərləndirməyi düşünürəm. Lakin komediya janrı artıq məni çox yordu. Çünki elə son filmimizin hazırlıq etapları həqiqətən yorucu və zəhmət tələb edən idi. Əvvəllər düşünürdüm ki, qoy, yerli film inkişaf etsin. Lakin zamanla bəzi məsələlərə görə bu fikrimdən daşınıram.IMG_3510- Yanılmıramsa, filmlərin qala-gecələrinin keçirilməsinə qarşı olduğunuzu bildirmisiniz. Ancaq öz filminizin də qala-gecəsi oldu…

– Bəli, tamamilə haqlısınız. Hələ də sözümün üstündə dururam. Sadəcə, filmin sponsorları var. Mən ancaq rejissoruyam. Sponsor qala-gecəsinin keçirilməsini istədi. Necə deyərlər, ağa deyir sür dərəyə, sür dərəyə… Qala gecələrinə və qırmızı xalçaların sərilməsinə qarşıyam. Mən Hollivud ulduzu deyiləm, Tom Kruz, Corc Kluni deyiləm. Bu, sadəcə, filmin kollektivi üçün maraqlıdır, bir anlıq o sevinci yaşayırlar. Zəhmət çəkirlər və o qırmızı xalçanın üstündə addımlamaqla əhvalları daha xoş olur. Mən isə dəbdəbəli həyat yaşayan insanlardan deyiləm. Ulduzluq, məşhurluq xəstəliyim yoxdur. Bu günə qədər hansısa verilişə çıxmamışam, müsahibə verməmişəm. Düşünürəm ki, insan yalnız yaradıcılığı ilə məşğul olmalıdır. Onsuz da yaradıcı insanın başqa şeylərə vaxtı yoxdur.

“Aramızda bir mövzu oldu, amma bunu o bilir, mən bilirəm, Allah bilir…”

- Elməddin son müsahibəsində sizin onun haqqını yediyinizi, özünüzə villa, idman avtomobili alıb, ona isə ayda cəmi 100 dollar verdiyinizi söylədi. Bütün bunlar həqiqətdirmi?

– Bu cür məsələlər haqda danışmaq belə istəmirəm. Daima öz səviyyəmi qorumağa çalışmışam. O insan desəydi ki, Həsən zövqsüzdür, istedadı yoxdur, kobud insandır, Allah şahiddir ki, mən onun haqında bir kəlmə belə danışmazdım. Bu iddia isə tamamilə başqa cür iddiadır, burda etik söhbətlər gedir. Elməddinin dediyindən belə çıxır ki, Həsən oğrudur. Öncəliklə onu deyim ki, bu açıqlamalar nə məntiqdən, nə də kişilikdəndi. “Tək səbir” kollektivi ilə biz dost olduq, insanlar ordakı aktyorlara “Həsənin balaları” deyirdi. Hamısının xətirlərini çox istəmişəm, çoxusu ilə halallaşıb ayrılmışam. Amma hamısı ilə yox. Yaxşı, tutalım ki, mən uşaqların haqlarını əllərindən aldım. Mən o qədər qorxulu insanam ki, bütün komanda ayrıldıqdan sonra belə, bu hadisələrə göz yumdu? Elməddinə qarşı nəsə haqsızlıq olubsa, komandadan ayrılandan sonra gedib mediaya açıqlayaydı ki, Həsən mənim haqqımı yeyib. Tam 10 il sonra yatıb yuxusunda ona deyiblər ki, “Elməddin, artıq susmaq vaxtı deyil, Həsən sənin haqqını yeyib. Çıx bu haqda danış…” Bu hansı məntiqə uyğundur? Hətta “Tək səbir”in uşaqları zəng etdilər ki, “Həsən, bu nə məsələdir?” Hamı şoka düşmüşdü. İndi sizinlə o insan haqda danışıram, onun yerinə mən utanıram. Çünki biz çörək kəsmişik, bir-birimizin evinə getmişik. O mənim, mən onun ailəsini tanıyıram. Vallah ayıbdır… Əgər siz də bu gün həqiqəti araşdırsanız, bu, elə də çətin deyil. Həqiqəti ortaya çıxarmağın iki yolu var. Bütün “Tək səbir” kollektivi hal-hazırda yaşayır. Gedin, hamısından soruşun ki, Həsənin villası olubmu? Hal-hazırda varmı? Bəlkə nə vaxtsa olub, sonra satıb? Belə qara yalan dindar insana yaraşmaz. Bu gün mənim yerimdə oturan insan Elməddini məhkəməyə verərdi.IMG_3511Bu məsələni aydınlaşdırmağın ikinci yolu isə mənim arxivimi yoxlamaqdır. Bu gün bunu etmək heç də çətin deyil. Araşdırın, baxın görün ki, mənim villam olubmu? Varsa, Elməddin məni həmin villaya aparsın. Ola bilər, bəlkə kimlərsə mənim adımdan villa alıb… Bəli, bir idman avtomobilim olub. 1994-cü il istehsalı olan həmin avtomobili 2005-ci ildə 5000 dollara kreditə almışam. Bütün bunları danışa-danışa çox utanıram, diksinirəm belə söhbətlərdən. Elməddinlə mənim aramızda olan münasibətdən zərrə qədər də məlumatınız yoxdur. Ancaq bu elə iyrənc iddiadır ki, mən bu məsələlərə aydınlıq gətirməliyəm. Siz bu məsələni Müşfiqdən, Fərdadan da soruşa bilərsiniz. Kollektivin heç bir üzvü susan insanlardan deyillər. Sözlərini üzə deməyi bacarırlar.

- Heydər Əliyev Sarayındakı konsertlərdən sonra aktyorlara 75 dollar verdiyiniz də iddia olundu…

– Biz Heydər Əliyev Sarayında iki il konsert verdik. Birinci il Sarayın hesabatı hər kəsə göstərildi. Yəni, hansı pul hara, nə qədər xərcləndi, bütün bunlar sübut olundu. Sarayın kirayəsi, işıq və səs effektləri və s. hamısı pulun böyük hissəsini tutdu. Vallah dəqiq yadımda deyil, 75 dollar vermişdim, yoxsa yox… Bunu yenə də uşaqlarla aydınlaşdıra bilərsiniz. İkinci il isə maliyyə işlərindən uzaq durdum. Uşaqlara dedim ki, bu il mən heç bir maliyyə işlərinə baxmayacam. Sarayda konsert vermək maddi cəhətdən sərf etmir. Ancaq insanların gözündə imic yaradır. Siz gərək Sarayda 5-6 gün konsert verəsiniz ki, toplu olaraq ordan gəlir əldə edəsiniz. Hələ də bu iddianın hardan çıxdığını anlaya bilmirəm…

Mən demirəm ki, hər şey qaydasındaydı. Bəli, münasibətimiz soyudu, biz ayrıldıq. Ancaq düşmən kimi ayrılmadıq. Aramızda bir mövzu oldu, amma bunu açıqlamaq istəmirəm. Bu məsələni o bilir, mən bilirəm, Allah bilir. Həmin məsələ mənə əmanətdir, axirətdə ikimiz bu haqda danışacağıq. Mən bu haqda danışmaq istəmirdim, dostlarımın təkidi ilə bu müsahibəni verirəm. Gəlin, hesabatlara baxaq, görək, “Tək səbir”in gəliri nə qədər olub? O vaxt sponsordan qazanc yox idi, hamısı telekanala gedirdi. Bizim büdcəmiz 1300 dollar olub. Sonra bunu 1700 etdilər. Birinci il mən və digər müəllif Məmmədağa pul almırdıq. Sadəcə, kənar işlər və reklam çəkilişləri ilə dolanırdıq. 12-13 nəfər insan idik və hər adama 100 dollar pul düşürdü. Bəzən mənə şikayət edirdilər ki, “sən uşaqların hamısına gördüyü işdən asılı olmayaraq, eyni pulu ödəyirsən”. Mən də bilmirdim nə edim, axı kadrarxasında işləyən də əziyyət çəkir. Kollektivi seçməmişdim ki, bu, dostların komandası idi. Bir də, o insan videoda deyir ki, “məcbur oldum, reklamlara çəkildim, toylara getdim”. Anlamıram, insanlar bu gün toya getmək, reklama çəkilmək üçün dəridən-qabıqdan çıxır. Burda ayıb bir şey yoxdur. Bunu istəmirdin, başqa işlə məşğul olaydın. Müsahibəni oxuyuram, anlaya bilmirəm ki, məni tərifləyir, ya pisləyir. Bilmirəm, bunlara nə cavab verəcək. Sən axı bilirsən ki, kim hardan gəldi kim oldu, bu, mənə əmanətdir…

- Ola bilərmi ki, “Toy 2” filminin yayımlanması, yenidən “Tək səbir” layihəsinin yaranması Elməddini bu açıqlamaları verməyə məcbur edib? Məsələn, sizi gözdən salmaq üçün…



– Qardaş, əgər Elməddinin sözü ilə insanların gözündən düşəcəmsə, deməli, mənim heç hörmətim olmayıb. Məni tanıyanlar bilir ki, ziyalı ailənin övladıyam. Bazar adamı deyiləm. Yalnız sırf yaradıcılığımla məşğulam.Əsas marağım budur ki, yeni simalar yaradım və insanlara təqdim edim. Belə baxanda, “Ttək səbir” layihəsinə heç ehtiyacım yox idi. Elə öz taksi layihəm var idi, onunla da tanınırdım. “Tək səbir” layihəsini yaradıb uşaqları irəli çəkdim, özüm geri çəkildim. Tanınmaq marağımda olmayıb. Anlamıram, niyə mənim daşım ağır olub? Beynimdə hər cürə Elməddinə bəraət qazandırmağa çalışıram…

- “Tək səbir” kollektivində Elməddindən başqası ilə də soyuq münasibətiniz var?

– Biz o uşaqlarla ailə kimiyik. Zamanla hansısa xırda problemlər ola bilər aramızda, ancaq indi hamısı unudulub. İnsan uzun müddət ona doğma olan insanları görəndə, çox gözəl hisslər keçirir. Hər dəfə bir-birimizi görəndə, öpüşüb-görüşürük. Hətta Elməddinlə bağlı gözəl xatirələri yadda saxlamağa çalışıram. Ancaq belə məsələləri özüm anlamıram. Sadəcə, deyirəm ki, Allahından qorxsun və utansın. Mən inanmıram ki, Elməddin üzr istəsin. Çünki üzr istəmək üçün insanın abrı olmalıdır. İndi isə istəyirəm ki, Elməddin dediyi sözlərin arxasında dursun.

- Yeri gəlmişkən, yeni “Tək səbir”in əvvəlki qədər uğurlu olacağına inanırsız?

– Mənim heç bir fikrim yoxdur. Sadəcə, bir şərait yarandı və bu layihəni yenidən başlatdım. Tutdu qatıq, tutmadı ayran… Alınsa, yeni simalarIMG_3514 yaranacaq. Keçmiş “Tək səbir”in simaları hamısı öz istedadları ilə birlikdə mənim sayəmdə tanındılar. Bu məni çox sevindirir. Hamısı mənim uğurumdur. Onlara monoloqu yazıb verirdim və öz istedadlarını ortaya qoyurdular…

- “Tək səbir” kollektivinin aktyorlarının çəkildikləri filmlərin təqdimat mərasimlərində iştirak etmirsiniz. Səbəb nədir?

– Hamısı mənim dostlarımdı. Uğurlarına çox sevinirəm. Düzdür, getmirəm və baxmıram. Çünki birdən xoşum gəlməsə, məndən soruşsalar, deyəcəm ki, pis idi. Bax, o sözü deməmək üçün heç baxmıram. Ancaq onu söyləyim ki, əgər uğurlu olmasaydı, bu qədər sevilməzdi. Bir neçə filmlər uğurlu oldu…










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hospital rəisindən Elçin Quliyevə şikayət - NARAZILIQ VAR...
Bu gün, 11:02
Şəmkirin keçmiş icra başçısının oğlunu öldürən şəxs vaxtından əvvəl azadlığa çıxmaq istəyir
Bu gün, 10:58
Sazişdən sonra Tramp Ermənistanı daha da gücləndirəcək... - AKTUAL
Bu gün, 10:55
Sənubər Nəzərova Departament rəhbəri təyin edildi - BUNDAN SONRA...
Bu gün, 10:54
"Sabah kimisə öldürsə, yenə də sərbəst qala bilər..." - İLGİNC İDDİA
Bu gün, 10:52
Xırdalandan Sumqayıta gedənlər küçələrdə qalıb - 10 dəqiqəlik interval bir saata qaldırılıb
Bu gün, 10:46
Məhkəmə Ağadadaş Ağayevin mülki iddiasına xitam verilməsi barədə qərar qəbul edib
Bu gün, 10:45
Neftçilərlə bərabər işçiləri daşıyan matrosların da maaşları yerində sayır... - ETİRAZ VAR...
Bu gün, 10:44
“Atamın qızıllarını Sevda verib Günaya” – 186 minlik ZƏRGƏRLİK İŞİ
Bu gün, 10:27
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri dəyişib - BUNDAN SONRA...
Bu gün, 10:12
Müharibə olacaq, Zəngəzur dəhlizi... - Danielyan
Bu gün, 10:07
"Tramp üçün də əlavə başağrısı yaradırlar" - deputat
Bu gün, 10:03
Seçki ayında bələdiyyələr birləşir - nələr dəyişəcək?
Bu gün, 09:56
“Capital City” ilə KİMSƏ BACARA BİLMİR? - "Başqa əlacımız qalmayıb..."
Bu gün, 09:41
"Rusiya İranın bu addımına qətiyyən razı olmaz" - ŞƏRH
Bu gün, 09:36
Bank 10 manat aylıq dövriyyəsi olan şirkətə 20 milyon dollar kredit ayırıb? - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 09:33
Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...
Bu gün, 09:26
Amerika ordusu İranın QULAĞININ DİBİNDƏ... - Hər keçənə hürən molla rejimi bu dəfə LAL OLUB...
Bu gün, 09:16
Çimnaz Sultanova Milli Onkologiya Mərkəzində müalicə alırmış - TƏFƏRRÜAT
Bu gün, 09:10
İran Bakını qana boyamaq istəyir: təhlükə böyüdü – Sui-qəsd planında görün kimlər olub
Bu gün, 09:06
Nikol ABŞ sərhədçilərini gətirdi: Kreml cavab verəcək! - NƏ BAŞ VERİR?
Bu gün, 09:04
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:00
ADAU ŞƏLALƏSİ... - Qurbanovun himayə etdiyi bu Şəlalənin səsi SONRA ÇIXACAQ...
Bu gün, 08:55
Cənab nazir... bax, bu evdir... 15 ildir QƏZALIDIR... AMMA... - Kəmaləddin Heydərova MÜRACİƏT...
Bu gün, 08:44
`Azəristiliktəchizat`ın işçiləri özlərindən `AMERİKA KƏŞF EDİBLƏR...` - Bir nəfər borclu var deyə... bütün bina sakinləri DONMALIDIR!
Bu gün, 08:37
Ermənistanda rus bazaları var: ABŞ hərbçiləri hara gələcək? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:30
Rusiyadan gələn reaksiyanın PƏRDƏARXASI - "Qara qutu" müəmması
Bu gün, 08:28
Bu qurum `DAMARA BAXIB` BORC YAZIR... - NARAZILIQ VAR...
Bu gün, 08:25
Buranın zəmanətinə ZƏMANƏT YOXDUR! - GİLEY
Bu gün, 08:20
ABŞ-Ermənistan sazişi: Hədəfdə kim var? - Görünəni odur ki...
Bu gün, 07:12
İrəvan əslində Bakının gedişlərini təkrarlayır... - FAKT BUDUR!
Bu gün, 07:10
"Mənim evimə bir qəpik pul girmir..." - Vətəndaş HARAY ÇƏKİR
Bu gün, 07:06
İran müharibəsi başlayır, Nikol mövqeyini seçdi - Nahapetyan
Bu gün, 07:02
Manatı və Azərbaycanı NƏ GÖZLƏYİR? - AKTUAL
Bu gün, 07:00
Yevlaxda həkimlər sağaltmır, öldürür... - BU NƏDİ BELƏ?
Bu gün, 06:57
İrəvan Bakının sülh şərtlərinin dəyişməyəcəyini anlayıb - Başqa cür ola da bilməz...
Bu gün, 06:53
Zirəddin ən qorxunc proqnozlarını açıqladı - “Atom fəlakəti görürəm…”
Bu gün, 06:41
UNUN qiyməti müəyyənləşdi: ÇÖRƏK BAHALAŞACAQ - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:39
Sağlamlıq haqqında arayış BİZNESİ... - AXI NİYƏ?..
Bu gün, 06:36
Baqdasaryan Qarabağ ermənilərini ifşa etdi - 35 il davam edən ŞOK saxtakarlıq
Bu gün, 06:32
ABŞ-Ermənistan strateji tərəfdaşlığı İrəvana və regiona nə vəd edir? - İNCƏLƏMƏ
Bu gün, 06:28
Ankaranın qətiyyəti: Terrorçular təslim olacaqlar? - GƏLİŞMƏ
Bu gün, 06:23
Ermənistan: Qərbin “Troya atı” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 00:05
Görünür, ötən dövr ərzində İran Ermənistanda öz qüvvələrini yetişdirib - ŞƏRH
Bu gün, 00:02
Rusiya təyyarə qəzası ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin etdi - KİV
Dünən, 23:05
Moskva paradına kimlər dəvət olunub? – Belousov açıqladı
Dünən, 22:19
Rusiya mətbuatından AZAL təyyarəsinin pilotlarına həyasız iddia - yayılan stenoqram...
Dünən, 22:17
ABŞ hansı ölkələrlə “strateji tərəfdaşlıq” sazişi imzalayıb? - İLGİNC
Dünən, 22:15
İran və Rusiya gizli danışıqlar aparır – Detallar AÇIQLANDI
Dünən, 22:13
Həbsdəki sabiq generalla dövlət qurumu arasında pensiya davası - Pulumu verin!
Dünən, 22:09
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru