AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir .....                     Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb .....                     Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? .....                     “Tərtər işi”nə görə həbs edilən generalın işi .....                     Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır .....                     Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı .....                     “Ermənistanın qonşularla ticarəti məhv olacaq” .....                     Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib .....                     Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? .....                     Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib .....                     Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? .....                     ADSU-nun rektor əvəzi özü də tələbədir? .....                     Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir .....                     Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik! .....                     Azər Qasımlı ilə bağlı qərar verildi .....                     Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür .....                     Dünyanın ən amansız ordusu Ermənistana girə bilər .....                     “Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." .....                     “PASHA Real Estate”də yeni təyinat .....                     Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər .....                     Bu idarənin rəis müavininə cinayət işi açıldı .....                     Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi .....                     Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi .....                     Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb .....                     Ordumuzun əsgəri vəfat edib .....                     ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... .....                     Paşinyan KTMT-dən çıxdığını .....                     Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər .....                     "Qayınanamın ayaqlarından öpərəm" .....                     Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb .....                     Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? .....                     "Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir .....                     Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... .....                     “Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir .....                     ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? .....                     Bayramova ingiliscə saxta məktub... .....                     Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik .....                     “Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli .....                     İranın Zəngəzur planı üzə çıxdı .....                     Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır .....                 

“Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir”
Tarix: 10-08-2014, 11:59 | Çap et
“Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir”
İnsanları yalnız xəyallar öz qanadlarında həm keçmişə çəkir, həm də irəliyə aparır. Bəzən sevgidən çox inam və ümidlərlə yaşayırıq. Həyatın çətinliklərinə dözərək birdən elə zirvəyə gəlib çıxırsan ki, heç özün də inanmırsan. Elə bilirsən ki, hər biri bir röya imiş və özünü çox xoşbəxt sanırsan. Ona görə xoşbəxt sanırsan ki, həyatda özünü tapırsan. Belə insanlardan biri də arzularının eşqi ilə yaşayan, ümidlərini gerçəkləşdirən gənc müğənnimiz Xatun xanımdır. Gəlin birgə onu dinləyək.

- Xatun xanım, bilmək olarmı haralısınız?

- Mən azərbaycanlıyam, amma Bakıda böyüyüb boya-başa çatmışam. Ailədə 4 uşaq olmuşuq – 2 bacı, 2 qardaş. Mən bacımdan sonra evin ikinci övladı olmuşam. Məndən sonra 2 qardaşım olub. Oxatan bürcündənəm, bu bürc altında dünyaya göz açanların çoxu şanslı olur.

- Sirr deyilsə yaşınızı deyə bilərsinizmi?

- Yox, deməyəcəyəm. İstəmirəm mənim yaşımı bilsinlər. Qoy elə məni hamı şıltaq və dəcəl Xatun kimi tanısınlar.

- Ailədə çox sevilən övlad siz olmusunuz?

- Yox, məni heç sevməyiblər.

- Bəlkə ögey olmusan?

- (gülərək) Yox canım, səbəb o idi ki, bacımdan sonra oğlan övladı gözləyirdilər. Təəssüf ki, mən doğulmuşam.

- İndi necə, peşman deyillər ki?

- Əksinə, indi sevinirlər ki, nə yaxşı sən varsan, mənimlə fəxr edirlər.

- Müğənni olmaq həvəsi sizdə uşaqlıqdan yaranıb, yoxsa təsadüfən gəlmisiniz bu sənətə?

- O vaxtlar bizim nəsildə qız övladlarını fortepiano dərsinə qoyurdular. Biz iki bacını da həmin fənn üzrə 16 nömrəli musiqi məktəbinə qoydular. Mən hər zaman fortepianodan çox mahnı oxuyurdum, Müəlliməm hər dəfə anama deyirdi ki, qızının çox gözəl səsi var, icazə verin müğənni olsun. Anam da iradla qız uşağı nədir, oxumaq nədir, – deyirdi. Lakin hər zaman evdə mahnılar oxuduqca nənəm də, ailə üzvlərim də çox həvəslə qulaq asırdılar.

- Bildiyimə görə siz həm də çox gözəl rəqs edirsiniz. Nə əcəb rəqqasəliyi seçmədiniz?

- Bizim ailəmizdə hər birimiz gözəl rəqs etməyi bacarırıq. Oxumaqla bərabər rəqs etməyin özü də bir istedad tələb edir. Düzdür, peşəkar deyiləm, lakin müəyyən məqamlarda gözəl rəqs edirəm.

- Bir zamanlar jurnalist olmusunuz. Jurnalist hara, müğənnilik hara?

- Mən orta məktəbi bitirdikdən sonra İncəsənət İnstitutunda qabiliyyət imtahanından kəsildim. Valideynlərimin təkidi ilə 18 yaşımda ailə qurdum. Bir oğlum oldu. Ailə həyatım 5 ilə qədər davam elədi. Müəyyən səbəblərdən ayrıldım. Sonra Tibb texnikumunun mamaçalıq fakültəsinə daxil oldum. Təbii ki, valideynlərimin istəyi ilə. Lakin düşünürdüm ki, mən ömrümü ağ xalatla keçirə bilmərəm. Texnikumu bitirdikdən sonra müğənni olmaq həvəsinə düşdüm. Mən bu minvalla nəşriyyatda jurnalist kimi çalışdım. Düşünürdüm ki, bəlkə burdan mənə bir yol açıla ki, müğənni olam. Doğru deyiblər, niyyətin hara mənzilin də ora. Belə də oldu. Bir gün Təhsil Nazirliyinin 10 illiyi ilə bağlı bir konsert təşkil olunmuşdu. Mən həmin konsertdə canlı olaraq iki mahnı oxudum. Mənim səsimi çox bəyəndilər və artıq ansamblda çalışmağa başladım və getdikcə toylara da dəvət aldım. Toylarda oxuya-oxuya bu sənəti öyrəndim.

- Deyə bilərsinizmi, toylara getməyinizə kimlər təkan verib?

- Məmnuniyyətlə deyərəm. Vasif Məhərrəmli, Ağadadaş Ağayev, Sabir Əliyev və başqaları... Hər birinə də bu günə qədər minnətdaram. Artıq püxtələşdikdən sonra 2007-ci ildən 12 mahnı və 2 klipimlə efir və səhnələrə çıxdım.

- Bəs sonradan musiqi təhsili aldınız?

- Xeyr, almadım. Səhnəyə gələndə individual müəllimlərdən Ofeliya və Mahirə xanım mənə vokaldan dərs keçdi. Ən azından da mənim musiqi anlamım var idi.

- Erkən ailə qurduğunuz üçün peşman deyilsiniz ki?

- Əsla yox. Sevib ailə qurmasam da bu gün istərdim onu qeyd edəsiniz ki, hal-hazırda 35 yaşım var, 19 yaşında da ana olmuşam, oğlumun da 17 yaşı var. Bəzi müğənni xanımlar var ki, 35-36 yaşları var, nə ailə qurublar, nə də övlad sahibi olublar. Allah onlara da qismət eləsin. Çox şanslı bir xanımam. Həyatımdan da olduqca razıyam. Ən azından arxamda çox ağıllı bir oğlum var.

- Sizi də təbrik edirik ki, oğlunuz ali məktəbə daxil olub.

- Bəli, 490 balla Neft Akademiyasına daxil olub və gələcəkdə istərdim oğlumu savadlı bir iş adamı kimi görüm.

- Yenidən sevə bilərsiniz?

- Sevgi hər zaman var, əbədi və tükənməzdir. İnsan hər zaman sevə bilər, sadəcə partnyorlar dəyişir.

- Haqqınızda gəzən şayiələrə necə baxırsınız?

- Normal yanaşıram. Düşünürəm ki, mən kimlər üçünsə maraqlıyam.

- İmicinizi necə, tez-tez dəyişməyi sevirsiniz?

- Çox sevirəm. Bildiyiniz kimi qardaşım tanınmış stilistdir. O, məni eyni görkəmdə görməyi sevmir. Hətta ona irad tuturlar ki, heç olmasa Xatunu bir il bir imicdə saxla ki, tanıya bilək. Mən özüm də dəyişkənliyi çox sevirəm, hərdən özüm-özümdən bezirəm. Məndən də çox Balaş bezir. Dəyişək, inkişaf edək. Bu sözü çox sevirəm. Dəyişmək o demək deyil ki, bahalı brendlər geyinəsən. İstər sənətdə, istər musiqidə, istər imicdə dəyişkənlik olmalıdır. Təki insanlığını dəyişməyəsən. Bir çox müğənnilər var ki, illərdir tanıyıram. Saç düzümü də, geyim tərzi də, mahnıları da elə eynidir. Belələrini qəbul eləmirəm. Belə müğənnilər mənim üçün meyar deyillər. Hətta 5 oktava səsləri olsa belə.

- Siz jurnalist işləyərkən tanınmışlardan müsahibə almısınız?

- Mənim Ceyran adlı həmkarım və rəfiqəm var idi. Onunla birgə ilk dəfə Baloğlan Əşrəfovdan müsahibə aldıq. Baloğlan müəllim bizə yaxşı hörmət də eləmişdi, onda bildik ki, o, çox əliaçıq bir insandır. Amma hələ də o bilmir ki, ondan müsahibə alan mənəm.

- Axı necə bilsin, məncə sizin adınız başqa olub?

- Bəli, mənim əsl adım Nərgizdir. Qoy bu müsahibədən sonra sizin vasitənizlə bilsin ki, mən Xatun elə həmin Nərgizəm.

- Necə oldu ki, Xatun ləqəbini götürdünüz?

- Mən artıq peşəkar bir müğənni kimi yüksək səviyyədə efirə gəldikdən sonra prodüserimlə məsləhətləşdim ki, mən ləqəbimi ya Şahzadə, ya Sultan, ya da Banu qoymaq istəyirəm. Təklifimi qəbul eləmədi. Bir gün Gülşən adlı bir xanımla oturmuşduq. Birdən Gülşən mənə dedi sənə ad tapmışam, Xatun!!! Sevincimdən qucaqlayaraq onu öpdüm və sevincimdən qışqıraraq ay daaaa, axır ki adımı tapdım və bu ad mənə bu gün gündəmə gəlməyimə böyük kömək olub. Bir-iki il bundan öncə “Möhtəşəm yüz yıl” filmində o qədər Xatun adı hallandı ki, mən də bu adla artıq şanslı oldum.

- Kimi özünüzə rəqib görürsünüz?

- Mən elə Xatunam da, kimi rəqib görə bilərəm ki. Mənim geyimlərimdən, imicimdən sonra bir çoxlarında artıq Xatunlaşma gedir.

- Rəqsanənin necə, imici sizin xoşunuza gəlir?

- Bilirsiniz, o çox cəsarətli addım atdı. Nəsə saçın-zadın qırxdırdı, bilmirəm ona kim bu məsləhətləri verib, ya da özü insanları təəccübləndirmək istəyir. Bir tamaşaçı kimi mənə xoş gəlmir. Bir də ki, onunla mənim həyata baxışlarım başqa-başqadır. Ona da öz işlərində uğurlar arzulayıram.

- Uşaqlıqda ən yaddaqalan hadisə nə olub?

- (gülərək) Heç vaxt yadımdan çıxmaz. İlk dəfə məktəbə 1-ci sinfə gedəndə dərsdən qayıdan kimi çantamı tullayıb, ağlayaraq dedim. Mən belə oxumaq istəmirəm, mən Zeynəb Xanlarova kimi oxumaq istəyirəm. Hələ də bu sözü deyib mənə gülürlər.

- Sizə ilk şöhrət gətirən hansı bəstəkarın mahnısı olub.

- İlk şöhrət gətirən mahnım “Səndən ötrü” olub. Klassik skripka ifaçısı Yalçın Məlikovun mahnısıdır. O mahnı həm ona, həm də mənə şöhrət gətirdi. Bir çox bəstəkarları da mən öz mahnımla tanıtmışam. Onlardan Qüdrət Əsgərli, Azər Nəsibov, Hatəm Nəbioğlu olub. Hal-hazırda “nağd pul” adı ilə tanınan Nadirlə çalışıram. “Axtarmadım” adlı gənclərin ruhunu oxşayan bir mahnı üzərində işləyirəm.

- Deyirlər Xatun toy biznesində yaman xod gedir?

- Elin gözü tərəzidir deyirlər. Xatunun gənc müğənnilərə nisbətən potensialı daha güclü olduğundan bir toydan 3-5 toy tutur. Allah gözdən-nəzərdən saxlasın.

- Gələcək planlarınız haqqında nə deyə bilərsiniz?

- Onu vurğulaya bilərəm ki, bu dəqiqə ən çox gücü mahnılarıma vermişəm. 1-ci albomum çıxıb 15 mahnıyla, 2-ci albomum da demək olar hazırdır. Bu yaxınlarda işıq üzü görəcək. Hal-hazırda müasir popuri eləmişik. Hər yerdə ritmləri çox bəyənilir. Şükürlər olsun ki, hər şeyə nail olmuşam. Gələcəkdə bir arzum var, o da insanları düşündürəcək dərəcədə bir solo-konsert verməkdir. İnşallah, adını çəkməyəcəm, çox tanınmış bir aparıcı rəfiqəm var. Onun mənə bu işimdə böyük köməyi dəyəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
AZAL təyyarəsinin “qara qutu”ları mütəxəssislər tərəfindən tədqiq edilir - Qazaxıstan Nəqliyyat Nazirliyi
Bu gün, 16:58
Məşhur həkim Mircəlal Kazıminin adı 1 milyonluq dələduzluq işinə qarışıb - TƏFƏRRÜAT
Bu gün, 16:56
Azərbaycanın ən böyük “Youtube” kanalları nə qədər pul qazanır? - SİYAHI
Bu gün, 16:55
“Tərtər işi”nə görə həbs edilən generalın işi 5 ay sonraya təxirə salındı
Bu gün, 16:48
Bu toyuqlar bizdə "kənd toyuğu" adı ilə satılır - AÇIQLAMA
Bu gün, 16:46
Dırnağımı çıxardı, duz tökdü, ayağımı qırdı - Sumqayıtda 14 yaşlı qıza verilən işgəncənin TƏFƏRRRÜATI
Bu gün, 16:43
“Ermənistanın qonşularla ticarəti məhv olacaq” - Sarukyan DANIŞDI
Bu gün, 16:24
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun növbəti səyyar-qəbul görüşü Ağkənd kəndində keçirilib - FOTO
Bu gün, 16:18
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir? - AKTUAL
Bu gün, 16:17
Müsavat fəalını öldürüb, meyitini doğrayan direktor müavini məhkəmədə dindirilib - TƏFƏRRÜAT
Bu gün, 16:14
Dövlət Gömrük Komitəsi NƏYİ NİYƏ GİZLƏDİR? - İLGİNC İDDİA
Bu gün, 16:12
ADSU-nun rektor əvəzi özü də tələbədir? - AÇIQLAMA
Bu gün, 16:01
Bayden və administrasiyası gedərayaq ermənilərə öz "borclarını" ödəyir -ŞƏRH
Bu gün, 15:59
Blinken Putinə “salam” göndərdi, Bakıya savaş şansı verdik!
Bu gün, 15:57
Azər Qasımlı ilə bağlı qərar verildi - TƏFƏRRÜAT
Bu gün, 15:56
Mircəlal həkim dedi ki, pul bunlara, sonra Gömrük Hospitalına köçürülür - Talassemiyalı uşaqların pullarının mənimsənilməsi ilə bağlı məhkəmə
Bu gün, 15:53
Dünyanın ən amansız ordusu Ermənistana girə bilər
Bu gün, 15:39
“Diplomların tanınmamasının əsl səbəbi bunlardır..." - Ekspert
Bu gün, 15:35
“PASHA Real Estate”də yeni təyinat
Bu gün, 15:34
Ermənistan Kiselyovun "Vesti nedeli" verilişini bloklaya bilər
Bu gün, 15:32
Bu idarənin rəis müavininə cinayət işi açıldı - FOTO
Bu gün, 15:30
Ermənistan ələ keçirdiyi Azərbaycan torpaqlarını geri qaytarmaq niyyətində deyildi - ŞƏRH
Bu gün, 15:24
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi - LƏĞV OLUNUR
Bu gün, 15:20
Qiymət artımı son 14 ayda ən yüksək səviyyəyə çatıb - BELƏ HARA GEDİRİK?
Bu gün, 15:17
Ordumuzun əsgəri vəfat edib - FOTO
Bu gün, 15:10
ABŞ-Ermənistan arasındakı sazişi Azərbaycanın uğursuzluğu kimi təqdim edənlərə... - AKTUAL
Bu gün, 15:08
Paşinyan KTMT-dən çıxdığını ELAN EDƏCƏK
Bu gün, 15:02
Blinken və Mirzoyan Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - Ermənistan XİN
Bu gün, 14:58
"Qayınanamın ayaqlarından öpərəm"
Bu gün, 14:43
Ermənistan parlamentinin komissiyası ABŞ-nin gömrük orqanları ilə əməkdaşlığa dair sənədi təsdiqləyıb
Bu gün, 14:41
Əsədi hakimiyyətdə saxlayan qüvvələr Elçibəyi niyə hədəfə aldı? - İLGİNC
Bu gün, 14:32
"Baku Elektroniks" və "TBC Bank"-ın adları Meydan TV işində keçir - ARAŞDIRMA
Bu gün, 14:02
Azərbaycana qarşı hibrid və kəşfiyyat müharibəsi... -RƏY
Bu gün, 14:00
“Gürcü arzusu” müxalifəti yer üzündən silmək istəyir - “Nezavisimaya qazeta”
Bu gün, 13:58
ABŞ Ermənistana sərhəd-mühafizə qruplarını göndərməklə nəyə nail olmaq istəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:02
Bayramova ingiliscə saxta məktub... - Arkov
Bu gün, 12:56
Azərbaycanla normallaşma üzrə konstruktiv həllər təklif etmişik - Paşinyan BELƏ DEYİR...
Bu gün, 12:53
“Expressbank”da yüksək kredit faizləri, vaxtı keçmiş kredit portfeli - Əhalinin şikayət etdiyi bank
Bu gün, 12:50
İranın Zəngəzur planı üzə çıxdı - Dəhlizi əngəlləmək üçün bu yola əl atdılar
Bu gün, 12:47
Nikol Rusiya ilə əməkdaşlıq imkanlarını azaldır - Pritçin
Bu gün, 12:46
"Başqası ilə eşq yaşayırdı" - Həyat yoldaşını qətlə yetirən şəxs
Bu gün, 12:43
NƏ ETSƏK DƏ... ÇÖRƏYİMİZİN DUZU YOXDUR! - İran ABŞ-la qolboyun olan İrəvanı sükutla seyr edir, Rusiya isə...
Bu gün, 12:39
İntihar edən gənc İbrahim Kərbalıyevin oğlu imiş... - FOTO
Bu gün, 12:34
AZAL-ın qəzaya uğrayan təyyarəsinin "qara qutuları" Braziliyadan Astanaya gətirilib
Bu gün, 12:32
Hakim “14 milyon kimin cibindədir” soruşdu, arestant kürəkəni “Tahir Qədəşovun” cavabını verdi - "ATLANT İŞİ"
Bu gün, 12:30
Bakıda evakuatorla AAYDA-nın konteyneri necə oğurlanıb? - TƏFƏRRÜAT
Bu gün, 12:25
Neft Fondu əməkdaşlarının idmanla məşğul olması üçün 650 min manat xərcləyəcək - DETALLAR
Bu gün, 12:22
“1 milyon əsgər Azərbaycana gələcək” – növbəti çərənləmə
Bu gün, 12:19
Bakı Reqional Məşğulluq Filialına yeni müdir təyin olunub - ƏMR
Bu gün, 12:16
Nəriman Həsənzadə xəstəxanaya yerləşdirildi
Bu gün, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru