“Azsığorta”nın rəhbərliyində təyinat olub .....                     Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər .....                     Təhlükə var: İran ordusunu çağırmalıyıq .....                     Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... .....                     200 min dollara Bakıda kimi öldürmək istəyiblər? .....                     Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək .....                     ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır .....                     İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur .....                     Şəhid anası icra hakimiyyətindən narazıdır .....                     “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR .....                     “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? .....                     İcra başçıları bu sektordan kənarlaşdırılır... .....                     ADAU-da KİMLƏR BAZAR AÇIB? .....                     XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA .....                     Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL .....                     "Vasif Talıbov gedəndə sevinmişdik..." .....                     Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir .....                     Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi .....                     Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq .....                     "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" .....                     Cənubi Koreya Prezidenti həbs olunub .....                     İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz .....                     ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” .....                     Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar .....                     "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..." .....                     Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... .....                     Dövlət qurumu 493 minlik geyimləri .....                     Azərbaycanda 24 illik nəqliyyat şirkəti .....                     ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb .....                     Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik .....                     Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb .....                     "3 aya yaxındır ki, təyinatımız verilmir..." .....                     Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? .....                     Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu .....                     İşdən çıxarılan ginekoloq danışdı .....                     Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI .....                     Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub .....                     Ermənistanın Qərb və Rusiya arasında yeni planı: .....                     "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır" .....                     İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... .....                 

"Bir də görürdüm ki, xadimə məni oyadır ki, Arif müəllim, durun, səhər açılıb"
Tarix: 19-06-2014, 10:26 | Çap et
"Bir də görürdüm ki, xadimə məni oyadır ki, Arif müəllim, durun, səhər açılıb"
Bu gün doğma Azərbaycanımızın çiçəklənən və nurlu gələcəyə gedən yollarının mədəni həyatında əvəzsiz xidmətləri olan korifey sənətkarlarımız çoxdur. Onları hər zaman xalqımıza sevdirmək, zəhmətlərini qiymətləndirmək, qayğılarını çəkmək hamımızın borcudur. Çox yüksək intellektual səviyyəyə, bacarıq və istedada malik olan, çəkdiyi filmlərlə muğamlarımızı dünyaya tanıtdıran insanlardan biri də Arif Qazıyevdir. Gəlin onunla yaxından tanış olaq.

- Necəsiniz, Arif müəllim?

- Sağ olun, gördüyünüz kimi, maşallah, yaxşıyam. Ruhumuz gözəl, saf və təmiz olsa məncə hər bir insanın hal-əhvalı da gözəl olar.

- Yay fəslinə qədəm qoyuruq, istilərlə aranız necədir və hansı fəsli daha çox sevirsiniz?

- Yayda isti olar də, qış fəslindən danışmırıq ki, qış fəslində olsaydıq deyərdik ki, havalar soyuqdur. Bütün insanlar yayı səbirsizliklə gözləyirlər. Çünki təbiətin gözəl guşələrinə dincəlməyə tələsirlər. Hər fəslin öz gözəlliyi var, bir sözlə, təbiətimiz çox rəngarəngdir.

- Təbiətdə olduğu kimi insanlar da rəngarəngdir. Sizcə insanlarda hansı xüsusiyyətlər gözəldir?

- Gözəl vurğuladınız, insanlar da rəngarəngdir. Mən ümumiyyətlə mənfi fikirli insanlardan uzaq qaçıram. İnsanlarda gərək səbirsizlik, dözümsüzlük, paxıllıq olmasın. Bir də görürsən ki, bir süfrədə oturub gülə-gülə çörək yeyən insanlar sonradan bir-birlərinin arxasınca danışırlar. Belə insanlara necə yaxşı demək olar. Gərək bir-birimizin qədrini bilək.

- Həyatın mənasını nədə görürsünüz?

- Həyat çoxmənalı bir termindir. Həyat Tanrı tərəfindən bizlərə bəxş edilən müəyyən çərçivəli bir ömürdür. Bu ömrü də layiqli və mənalı yaşamaq lazımdır. Həyatın mənası isə sənin yaşayış formandır. Sən həyatda necə yaşayırsansa, o cür də formalaşırsan. Allah-tala bu həyatı bizə verib ki, insan kimi yaşayaq, sevgi və məhəbbətlə.

- Deməli, həyatın mənası sevgidir?

- Əlbəttə ki, qızım. Sevgisiz yaşamaq mümkün deyil. Vətəninə, torpağına, valideynlərinə, ailənə, övladına, sənətinə sevgi ilə yanaşmalısan. Siz jurnalistsiniz. Əgər bu peşəni sevməsəydiniz, işləyə bilərdinizmi? Əlbəttə yox. Mən də rejissoram, öz sənətimi sevirəm, həmişə çalışıram ki, rejissor kimi işlərimdə bir yenilik taparaq çəkim və göstərim. Görsünlər ki, Arif Qazıyev nələr ortaya çıxarıb...

- İndiki rejissorlarla sizin dövrün rejissorları arasında nə kimi fərqlər görürsünüz?

- Mən 20-25 ildir ki, rejissor kimi bu sənətdə varam. İndiki rejissorların texniki cəhətdən imkanları daha çoxdur, nəinki bizim vaxtımızda. Mən səhərə qədər ağır kameralarla film çəkirdim, çox çətinliklər yaşayırdım. Gecələri yatmadan da həmin filmləri montaj edirdim. İşləyə-işləyə necə yuxuya gedirdimsə, özüm də bilmirdim. Bir də görürdüm ki, xadimə məni oyadır ki, Arif müəllim, durun, səhər açılıb, saat 7-dir. Yəni mən işimdə açırdım səhəri, indiki rejissorlar isə işləmək istəmirlər. Hər şeyin asanına qaçırlar. Həm də mən məktəb keçmişdim, məşhurlardan dərs almışdım. Məsələn, Rza Təhmasibdən, İsmayıl Dağıstanlıdan, Mehdi Məmmədovdan, Tofiq Kazımovda, Müxlis Qənizadədən, Ədil İsgəndərovdan və s.

- Bu cür korifeylərdən dərs alaraq özünü doğrultmuş belə bir təcrübəli rejissordan gənc rejissorlar nə isə öyrənmək istəyirlər?

- Yox, bu məni bir rejissor kimi çox narahat edir ki, niyə bu gənclər bizlərdən dərs almaq istəmirlər... Bu gənclər yalnız indi çıxan sponsorlara güvənir, necə gəldi çəkirlər, nə var ki, pul xətrinə efirə nə isə versinlər. Bu biabırçılıqdır axı. Məsələn, 46 il bundan əvvəl “Şur” filmini çəkmişəm. Bu film 1967-68-ci illərdə dünyanın 75 ölkəsində göstərilib, indiyə kimi də göstərilir.

- Başqa hansı filmləriniz var?

- “Salam, Zeynəb”, “Toyda görüş.” Qara Qarayevlə, Rəşid Behbudovla, Rauf Hacıyevlə, Fikrət Əmirovla, Arif Məlikovla və digər tanınmışlarla bağlı bir çox məşhur filmlərim var. Bu filmlər Azərbaycan tarixində layiqincə öz yerlərini tutublar və Qızıl Fondda indiyədək də qorunub saxlanılırlar. İndi çəkilmiş filmlər isə bu gün var, sabah yoxdur.

- Arif müəllim, necə olur ki, o dövrün texnikaları ilə çəkilmiş filmlər əbədi olaraq yaşayır, indiki texnika əsrində çəkilən filmlərin isə ömrü qısa olur. Səbəb nədir?

- Səbəb odur ki, onlar sabahı yox, bu günü fikirləşirlər. İş görmək savaddan çox ağıl tələb edir. Hər bir rejissor gərək çəkdiyi filmin formasını tapsın.

- Harada doğulub boya-başa çatmısınız?

- Əslimiz İrəvan xanlığındandır, mən də o xanlığın nəticələrindən biriyəm. Qazıyevlər nəslinin nümayəndəsiyəm. Gəncə şəhərində anadan olmuşam. Nizami, Məhsəti, Fikrət Əmirov torpağında böyüyüb boya-başa çatmışam. Onu da qeyd edim ki, Fikrət Əmirov mənim xalam oğlu olub.

- Gələcək planlarınız haqda nə deyə bilərsiniz və yeni film üzərində çalışırsınızmı?

- Planlarım çoxdur, inşallah, həyata keçər. Ancaq indi “Vağzalı” adlı film üzərində çalışıram, demək olar ki, artıq hazırdır. “Vağzalı” havası bizim gözəl qızlarımızın gəlin köçəndə çalındığı bir cəngdir və qədim tarixi olan bir musiqidir. Getdikcə bu musiqi də artıq unudulmağa başlayır.

- Buna səbəb nədir?

- Səbəb odur ki, indi bəylə gəlin restorana “Mendelson”la girir, “Vağzalı” ilə yox. Ona görə də “Mendelson”la ərə gedənlərin yarısından çoxu boşanır. Çünki onlar toyu özlərinə diskoteka sayırlar. “Vağzalı”sız qurulan ailənin axırı puçdur.

- İnternet şəbəkələri ilə tanış olub ailə quranlara necə baxırsınız?

- Ay sənə qurban olum, internetlə də ailə qurmaq olar?.. Ona görə də indiki gənc ailələr bərbad gündədirlər də. Bunlar hamısı ötəri bir hisslərdir. Onlar ailə məfhumundan çox-çox uzaqdadırlar.

- Xarici dövlətlərdən film çəkmək üçün dəvət almısınızmı?

- Təklifim olmayıb, çünki öz filmlərimə başım o qədər qarışıb ki, başqa dövlətlərlə işləməyə heç vaxtım da qalmayıb. Amma filmlərim üçün Fransa, İtaliya, Moskvaya getmişəm - Qara Qarayevin əsərlərindən parçalar çəkmək üçün. Məni bir dəfə Moskvaya dəvət etdilər ki, orda qalıb işləyim. Mən isə etiraz etdim, çünki mən Azərbaycansız, ailəmsiz qala bilmirdim. Mən Vətənimə, torpağıma çox bağlı insanam.

- İndi peşman deyilsiniz getməməyinizə?

- Bəlkə də səhv etmişəm. Vaxtında getsəydim indi imkanlarım daha çox olardı və mənim indi Azərbaycan filmləri üçün çox köməkliklərim dəyərdi.

- Arif müəllim, bir zamanlar Muğam Teatrı adlı bir məkanınız var idi və siz orada canınızı qoyurdunuz. Necə oldu ki, ordan uzaqlaşdınız?

- Mən uzaqlaşmadım, uzaqlaşdırdılar. 4 il o yer üçün canımı fəda etdim. Dəlmə-deşiklərini təmir elətdirdim, çirkabdan çıxartdım o yeri. Əlimlə əncir ağacları əkdim, xarici vətəndaşlar hər dəfə ora gələndə əlləri ilə yarpaqları yoxlamasalar inanmırdılar ki, bu ağac təbiidir. O əkdiyim ağaclar üçün indi çox darıxıram, o daşlar üçün darıxıram. O daşlara hər baxanda sanki dil açıb mənimlə danışırdılar. Orda yaratdığım hər bir işim muğamlarımızın kökü idi. Ora təşrif buyuran xaricilər bizim milli xörəklərimizdən, rəqslərimizdən və muğamlarımızdan zövq alırdılar. Yəni mən orda özüm üçün yox, xalqım üçün çalışmışam.

- Belə bir məkanı yenidən bərpa etmək fikriniz yoxdur?

- Mən hökumətlə dava edə bilmərəm ki. İndi heç nəyim yoxdur. Mənə söz verdilər ki, sənə yer verəcəyik. İki ildir gözləyirəm. Hələ də bir xəbər yoxdur.

- Sizin üçün dəyərli hədiyyə nədir?

- İnsanların mənə olan xoş və səmimi münasibəti.

- Türk dünyasının ən məşhur kinoaktrisası Türkan Şorayla dostluq edirsiniz. Sizə paxıllıq edənlər varmı?

- Eh..., o qədər... O, çox səmimi bir qadındır, yüksək mədəniyyəti var. Mən ona bir xalça bağışladım, xalçanın üzərində Azərbaycan təbiəti vəsf olunmuşdu. Xalçanı görcək çox sevindi və elə həmin anda evinə sərdi və xalçanın üstündə oturdu. Xalçaya heyrancasına baxıb dedi: “Arif bəy, siz bilirsinizmi ki, mən azərbaycanlıyam.” Bu söz məni duruxdurdu, doğrudan da buna qədər bilmirdim ki, o azərbaycanlıdır. Dedi ki, atam naxçıvanlıdır. Məndə zarafatyana - Burda da naxçıvanlı, – dedim və güldüm.

- Bizim bəzi populyarlarımız kimi Türkan xanım da özündən çox razıdır?

- Əsla, o qədər saf, o qədər səmimi bir insandır ki, bütün işlərini atıb vaxtını yalnız bizə sərf elədi. Bizdə isə hansısa tanınmışla əlaqə yaratmaq istəyəndə sözü belə olur: vaxtım yoxdur, işim var, qalsın başqa vaxta və s. Amma onda mədəniyyət, hörmət, izzət var.

- Qəlb qapınızı sındıran biri peşman olub geri qayıdarsa, onu bağışlayarsınız?

- Xeyr, birdəfəlik qapını onun üzünə örtərəm,

- Ən böyük sevginiz?

- Vətənimi, torpağımı, xalqımı sevirəm.

- Arif müəllim, sizinlə çox maraqlı söhbətimiz üçün sizə minnətdaram. Sonda “Oxu Məni”yə nə arzulardınız?

- Uzunömürlü, dəyərli, sevilən olsun və sizin kimi səmimi jurnalistləri oxucularınız daim izləsin. Kollektivinizə də böyük minnətdarlığımı bildirirəm. Çox sağ olun.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22
Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20
Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19
Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17
200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11
Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10
ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08
İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06
Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04
“Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59
“Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53
İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47
ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44
XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39
Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35
"Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31
Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33
Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28
Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08
"Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24
Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21
İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58
““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52
Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48
"Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38
Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34
Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05
Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23
Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32
Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11
"3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02
Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00
Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21
İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16
Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07
Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00
"Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59
İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46
"Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45
“Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41
Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39
“Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36
İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30
Tehran İrəvanın Qərbi qonşuluğuna gətirməsini istəmir - AMMA...
Dünən, 17:25
Bacısını bıçaqlayan qardaş hakim qarşısında
Dünən, 17:23
Dövlət qurumlarından biri əməkdaşlarını 920, digəri 270 manata sığortalayır - TƏFƏRRÜAT
Dünən, 17:18
Moskvadakı erməni biznesmenlər narahatdır - "Ermənistan üçün bu məsələ xüsusilə aktualdır..."
Dünən, 17:14
Paşinyan Ermənistanı Türkiyənin nəzarətinə keçirmək istəyir - Alen Gevondyan
Dünən, 17:13
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru