"Mən “lyubovniklərin”, sponsorların hesabına Fatimə olmamışam"
Tarix: 13-06-2014, 11:44 | Çap et
Oksana Rəsulova ilə Fatimə Fətəliyeva arasında yaradıcılıq qalmaqalı artıq bir neçə ildir ki, davam edir. Maraqlıdır ki, son qalmaqal zamanı Kamil Dadaşovla Şəhriyar Cəfərov da Fatiməyə qarşı çıxaraq, onun sənətini bəyənmədiklərini bəyan ediblər. Onlar Fatiməni həvəskar rəqqasə adlandırıblar.
Fatimə Fətəliyeva isə ona qarşı tənqidi fikirlərə münasibət bildirib. Rəqqasə ilə aparılan müsahibəni diqqətinizə çatdırırıq:
- Həmkarlarınızın sizin barənizdə tənqidi fikirləri nə ilə bağlıdır?
- Mən onların dediklərini, fikirlərini boş verirəm. Çünki onların fikirləri mənə maraqsızdır. Haqqımda danışan insanlar mənim sənətdə etdiklərimin 1 faizini reallaşdırmayıblar. Onlar mənim sənətdə gördüyüm işlərin cüzi bir hissəsini etsinlər, sonra haqqımda danışmaqlarına icazə verərəm. Vallah, o insanlar mənim heç yadıma da düşmürlər ki, nə danışdıqları maraqlı da olsun. Axı onlar kimdirlər ki, məni bəyənməsinlər, haqqımda rəy bildirsinlər? Məni müəllimlərim, professional korifey sənətkarlar bəyənir.
- Bu dedikləriniz güman ki, xalq artisti Kamil Dadaşova şamil olunmur? - Kamil Dadaşov mənim haqqımda dediklərinə peşman olub. Zəng vurun, özündən soruşun. O, deyir ki, mən yaşlı kişiyəm. Ola bilər ki, səhv danışmışam. O boyda kişi üzürxahlıq elədi. Yəni Kamil Dadaşov...
- Oksana Rəsulova ilə aranızdakı qalmaqal niyə səngimir? - O, kimdir axı? Oksana ümumiyyətlə, rəqqasəsidir ki? Başa düşmürəm, biz Hindistanda yaşayırıq ki, hind rəqslərini təmsil edək? O, hələ getsin bizim rəqsləri öyrənsin. Sonra gəlsin, mənimlə sənət söhbəti etsin. Oksana Rəsulova bunu dedi, onu dedi. Nə dedisə, cəhənnəmə desin. O insan mənə maraqsızdır. Dediyi bütün sözlər özünə aiddir, mənə deyil.
- Şəhriyar Cəfərov deyir ki, Fatimə Fətəliyeva həvəskar rəqqasədir... - Mən onlara vızıldayan milçək deyirəm. Şəhriyar da balet oynayandır, getsin baletini oynasın. Ayağını qaldırsın göylərə, balet oynasın. Onun heç milli rəqslərdən başı çıxmır. Şəhriyar yaxşı rəqqas olsaydı, onu İncəsənət Gimnaziyasından qovmazdılar. Şəhriyar Təranə Muradova, Afaq Məlikovanı bəyənmir. Ümumiyyətlə, bu insan özündən başqa heç kimi bəyənmir. Yox, durub, məni bəyənəcək?!
- Onların bu qalmaqalı yaratmaqda məqsədləri nədir? - Mən onlardan çox pul qazanıram. Onlar da bundan havalanırlar. İstəyirlər ki, qalmaqal edib, çox pul qazansınlar. Allah hamının ruzisini ağlına görə versin ki, onları da tədbirlərə çağırsınlar. Əziyyət çəkib, pul qazansınlar. İşləsinlər, özlərini dolandırsınlar. Mən yenə də deyirəm və sözlərimin üstündə dayanıram. Sponsor gücünə özümü Fatimə etməmişəm. Bu səhnəyə heç bir kişinin sayəsində deyil, sənətimlə gəlmişəm.
- Oksana Rəsulova deyib ki, sizə qarşı faktlarla danışacaq. Söhbət hansı faktlardan gedir? - Bilmirəm. Hansı faktlardan danışır? Mən ailəli olmuşam, boşanmışam. Birinci uşağım ilk evliliyimdəndir. Bunların amma gör neçə yaşları var, 80 dəfə ərə gedib, amma nə uşaq var, də ki, ailə... İkinci dəfə ailə qurmuşam və şükür Allaha ki, bu evlililiyimdən də oğlum var. Hansı faktdan söhbət gedir? Bəlkə məni 6 kişi birdən saxlayır? Bəlkə hansısa nazir, yaxud “Rusyetdə” hansısa biznesmen pul buraxır? Gedib öz sandıqlarını da töksünlər, pambıqlarını da... Şükür Allaha, mənim həyatım göz önündədir. Mən gecələr, kafelərdə, barlarda, orada-burada gəzmirəm. İşimdə, gücümdəyəm. Onlar kimdilər axı? Mənim səviyyəmdə olan insan deyillər. Onlar mənə söz atırlar ki, bununla özlərini reklam etsinlər. Oksana mənim sayəmdə gəlib önə çıxdı, tanındı. Şəhriyar da bunu görür və özünü Fatimə adı ilə reklam edir. Amma bu alınmayacaq. Çünki mənim heç kimi reklam etməyə həvəsim yoxdur. Mən Azərbaycana haradansa gəlib, “lyubovniklərin”, sponsorların hesabına Fatimə olmamışam./teleqraf/
Mediainfo.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərbaycan Dəmir Yolları”nda SAXTA DİPLOM QALMAQALI - DƏLİXANADIR, VALLAH...
Bu gün, 09:57 |
|
|
|
• ABŞ çətiri altında əzələ nümayişi? - ŞƏRH
Bu gün, 09:45 |
|
|
|
• "Həkimlər qeysəriyyə əməliyyatlarından milyonlar qazanırlar"
Bu gün, 09:43 |
|
|
|
• Burda müştəriyə sınıq malı satmırlar... SIRIYIRLAR... - GİLEY
Bu gün, 09:37 |
|
|
|
• `Kontakt Home` AÇIQ DƏLƏDUZLUQLA MƏŞĞULDUR... - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:28 |
|
|
|
• “Azsığorta”nın rəhbərliyində təyinat olub - SİYAHI
Bu gün, 09:22 |
|
|
|
• Proses təhlükəli istiqamətə yönəldi: Zəngəzura girirlər - Görünəni odur ki...
Bu gün, 09:20 |
|
|
|
• Təhlükə var: İran ordusunu çağırmalıyıq – Geqamyan
Bu gün, 09:19 |
|
|
|
• Ailəyə əmək haqqı gətirən və ailəni dolandıran tək və ya yeganə şəxsdirsə... - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• 200 min dollara Bakıda kimi öldürmək istəyiblər? - TƏFƏRRÜAT
Bu gün, 09:11 |
|
|
|
• Azərbaycanda bu universitet üçün baytarlıq klinikası tikiləcək - 2 milyon manat ayrıldı
Bu gün, 09:10 |
|
|
|
• ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan
Bu gün, 09:08 |
|
|
|
• İrəvan Bakı ilə vasitəçisiz danışıqlara məhkumdur - AKTUAL
Bu gün, 09:06 |
|
|
|
• Şəhid anası icra hakimiyyətindən narazıdır - MÜRACİƏT
Bu gün, 09:04 |
|
|
|
• “Eurohome”də büdcədən belə OĞURLAYIRLAR - BU NƏDİ BELƏ?..
Bu gün, 08:59 |
|
|
|
• “Neftqaztikinti” trestində NƏ İŞLƏR ÇEVRİLİR? - "Hüququmu açıq-aşkar pozmaqla..."
Bu gün, 08:53 |
|
|
|
• İcra başçıları bu sektordan kənarlaşdırılır... - BUNDAN SONRA...
Bu gün, 08:47 |
|
|
|
• ADAU-da KİMLƏR BAZAR AÇIB? - YENİ İTTİHAMLAR...
Bu gün, 08:44 |
|
|
|
• XİN-dən ABŞ səfirliyinə TUTARLI REAKSİYA - "...daha çox siyasi maraqlara əsaslanır"
Bu gün, 08:39 |
|
|
|
• Tarix İnstitutu əməkdaşının məhkəməsində QALMAQAL - TƏFƏRRÜAT
Bu gün, 08:35 |
|
|
|
• "Vasif Talıbov gedəndə sevinmişdik..." - ÜRƏKAĞRIDAN MƏNZƏRƏ...
Bu gün, 08:31 |
|
|
|
• Moskva və Tehran qarşısında balans siyasəti effekt vermir - NƏ ETMƏLİ?
Bu gün, 07:33 |
|
|
|
• Nəzarət orqanı Gədəbəy İcra Hakimiyyətinin daha bir tenderini ləğv etdi - TƏFƏRRÜAT
Bu gün, 07:28 |
|
|
|
• Ermənistandan ilin ilk sürprizi: Həlledici hadisələr olacaq - GƏLİŞMƏ
Bu gün, 07:08 |
|
|
|
• "Vaşinqton Ermənistandan özünə yeni kalibrli Ukrayna və Gürcüstan yaratmağa başlayır" - FAKT BUDUR!
Bu gün, 06:24 |
|
|
|
• Cənubi Koreya Prezidenti həbs olunub - “Yonhap” agentliyi
Bu gün, 06:21 |
|
|
|
• İrəvana Zəngəzur mesajı və ya əvvəl sülh, sonra dəhliz - NƏ BAŞ VERİR?
Bu gün, 01:58 |
|
|
|
• ““Embrayer” Putinə görə adına niyə ləkə gətirsin?..” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 01:52 |
|
|
|
• Nazirlikdə 'Volqa' əməliyyatı: Dövlətdən 10 minlər “yeyən” maşını 3 minə satdılar - SƏNƏDLƏR
Bu gün, 01:48 |
|
|
|
• "Hər halda mənim uşaqlarımı və ailəmin gələcəyini siz məndən çox istəmirsiz..."
Bu gün, 01:38 |
|
|
|
• Paşinyan Xocalı cəlladlarını həbs etdirsə... - GƏLİŞMƏ
Bu gün, 01:34 |
|
|
|
• Dövlət qurumu 493 minlik geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 24 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:02 |
|
|
|
• ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalayıb
Dünən, 23:23 |
|
|
|
• Ermənistanın delimitasiya komissiyasının tərkibində dəyişiklik - KİV
Dünən, 22:32 |
|
|
|
• Azərbaycan Atletika Federasiyasında yeni təyinatlar reallaşıb
Dünən, 22:11 |
|
|
|
• "3 aya yaxındır ki, təyinatımız verilmir..." - Nazirlik isə deyir ki...
Dünən, 19:02 |
|
|
|
• Təhsil Tələbə Krediti Fondunda NƏ İŞLƏR ÇEVRİLİR? - İLGİNC İDDİALAR
Dünən, 19:00 |
|
|
|
• Salam verməyən dostuna 14 bıçaq zərbəsi vurdu - İTTİHAM AKTI
Dünən, 18:21 |
|
|
|
• İşdən çıxarılan ginekoloq danışdı - "Sifarişli oyun idi"
Dünən, 18:16 |
|
|
|
• Abşeron Gigiyena və Epidemiologiya Mərkəzində SAXTAKARLIQ QALMAQALI – İşçi və rəhbərdən QARŞILIQLI İTTİHAMLAR
Dünən, 18:12 |
|
|
|
• Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin olunub - FOTO
Dünən, 18:07 |
|
|
|
• Ermənistanın Qərb və Rusiya arasında yeni planı: - Nə qədər dayanıqlı olacaq?
Dünən, 18:00 |
|
|
|
• "Bizim camaat hər şeydən pis nəticə çıxarmağı bacarır"
Dünən, 17:59 |
|
|
|
• İranlı deputatlar bu HOQQANI DA ÇIXARDILAR... - FOTO
Dünən, 17:46 |
|
|
|
• "Bu, neftin qiymətlərinə təsirsiz ötüşməyəcək" - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• “Əgər məni öldürməsələr, hər şeyi açıb danışacam” – Hafiz Hacıyev
Dünən, 17:41 |
|
|
|
• Göygöldə məktəblilər arasında mübahisə - Bir nəfər bıçaqlandı
Dünən, 17:39 |
|
|
|
• “Azərsu”nun 1.4 milyon manatlıq müəssisəsi adını dəyişir
Dünən, 17:36 |
|
|
|
• İrəvandan Rusiyaya tarixi xəyanət: Sənəd kimə qarşıdır? - İNCƏLƏMƏ
Dünən, 17:30 |
|
|
|
|